Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2998/2025 18.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X2, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15803 manat pulun, həmçini dövlət rüsumu kimi ödədiyi 138 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatında olan e-2-2(115)-2289/2025 saylı digər iş üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 4120 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi və bir biri ilə bağlı olan iddia tələbləri ilə əlaqədar iki iş olduğundan, e-2-2(115)-2998/2025 saylı iş e- 2-2(115)-2289/2025 saylı işlə bir icraatda birləşdirilməsi və birlikdə baxılması üçün göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi X3 və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 izahatlarında işlərin bir icraatda birləşdirilməsi üçün göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılması üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair e-2-2(115)-2998/2025 nömrəli iş iddiaçı Cavabdehlər İddiaçı qarşı pul tələbinə dair e-2-2(115)-2289/2025 saylı işlə birləşdirilməsi və birlikdə baxılması üçün göndərilsin. Hakim: Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-2998/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2998/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver