Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-3021/2025 09.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: iddia ərizəsinin baxılmamış saxlanılması) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam və vaxtında icra olunmadığından, müqavilə üzrə yaranmış 79 AZN məbləğində əsas borcun və əsas borcun ödənilmədiyi hər gün üçün onun 1% həcmində, ümumilikdə, 1158,14 AZN məbləğində dəbbə pulunun, 5% illik gecikdirmə faizi üzrə 15,86 AZN, 34 AZN məbləğində ödənilmiş dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 30 manat xidmət haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeyi
2. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq işin baxılmamış saxlanmasına etirazlarının olmadığını bildirmişdir.
III. Tətbiq edilən hüquq
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
IV. Məhkəmənin mövqeyi
4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
5. Belə ki, İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir.
6. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığına görə ödənilmiş 34 manat məbləğində dövlət rüsumu iddiaçıya tam qaytarılmalıdır.
V. Məhkəmənin gəldiyi nəticə
7. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı :
İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu İddiaçınə tam qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əbülfəz Məmmədli