Məhkəmə qərarları › İş №e-2-2(115)-366/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-366/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-366/2025 03.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı xidmət müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh N saylı hərbi hissə ilə arasında sentyabr N23-cü il tarixdə bağlanmış İM00179 saylı müqavilə əsasında göstərilən xidmətin dəyəri olan ƏDV daxil olmaqla 4532,36 manat məbləğində xidmət haqqının, 66 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıMMC ilə Müdafiə Nazirliyinin Cavabdehsi arasında N23-cü ilin sentyabr ayında nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında İM00179 nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdehsinin nəqliyyat vasitələrinə texniki və təmir xidmətlər göstərilmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron qaimə və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Müqavilənin 5.7-ci maddəsinə əsasən göstərilmiş xidmətlərin dəyəri elektron qaimənin cavabdehə verildiyi gündən 10 gün ərzində icra edilməlidir. Lakin cavabdeh elektron qaiməni almasına baxmayaraq heç bir ödəniş etməmişdir. Texniki və təmir xidmətlərinə görə cavabdehin iddiaçıya ƏDV daxil olmaqla 4532,36 manat borcu yaranmışdır. İddiaçı MMC yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi şəkildə cavabdehə müraciət etmişdir. Cavabdeh isə hər dəfə qısa müddət ərzində borcunu ödəyəcəyinə dair söz versə də bu günə qədər borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X4 və X5 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh N saylı hərbi hissəyə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sentyabr N23-cü il tarixli İM00179 saylı xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, icraçı qismində İddiaçı MMC-nin direktoru X6, sifarişçi qismində N saylı hərbi hissənin komandiri X3 qeyd edilməklə tərəflər arasında müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında müqavilə müddəti ərzində sifarişçi ilə razılaşdırılmış şərtlər əsasında avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini sifarişçiyə təhvil verməsini, sifarişci isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi üzərinə götürmüşdür. İş materiallarında olan N saylı hərbi hissəyə məxsus olan avtomobillərin texniki xarakteristikasından görünürü ki, tərəflər Mitsubishi pajero sport markalı minik tipli, N18-ci il buraxılışlı G 003 QQ dövlət qeydiyyat nişanlı və Hyundai Santafe markalı minik tipli, N18-ci il buraxılışlı G 010 QQ nəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərinin aparılması üçün razılaşmışlar. İş materiallarında olan elektron qaimələrdən görünür ki, ƏDV daxil olmaqla xx.xx.N23cü il tarixli 006051 saylı qaimə üzrə 2244,59 manat, xx.xx.N23-cü il tarixli 213132 saylı qaimə üzrə 2287,77 manat dəyərində xidmətlərə dair qaimə İddiaçı MMC tərəfindən N saylı hərbi hissəyə ötürülmüş və həmin qaimələr təsdiq edilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, borcluya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə N saylı hərbi hissə arasında N23-ci ilin sentyabr ayında nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında müqavilə bağlanmışdır. Tərəflər Mitsubishi pajero sport markalı minik tipli, N18-ci il buraxılışlı G 003 QQ dövlət qeydiyyat nişanlı və Hyundai Santafe markalı minik tipli, N18-ci il buraxılışlı G 010 QQ nəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərinin aparılması üçün razılaşmışlar. İcraçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, nəqliyyat vasitələrinə xidmət göstərmiş, sifarişçi isə müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, göstərilən xidmətlərin haqqını ödəməmiş, nəticədə icraçıya 4532,36 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı həmin məbləğdə borcu cavabdehdən tələb etməkdə haqlıdır, 4532,36 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 66 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-2N və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə N saylı hərbi hissə arasında bağlanmış sentyabr N23-cü il tarixli İM00179 saylı avtomobillərə texniki xidmət və təmiri haqqında müqaviləyə əsasən 4532 (dörd min beş yüz otuz iki) manat 36 (otuz altı) qəpik borc, 66 (altmış altı) manat dövlət rüsumu cavabdeh N saylı hərbi hissədən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar