Məhkəmə qərarları › İş №e-2-2(115)-423/2023

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-423/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-423/2023 16.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı təbii qazın verilişinin bərpa olunması və maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı təbii qazın verilişinin bərpa olunması və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh X1 üzərinə xx.xx.2019-cu il tarixli AMX-6166/19 saylı qaz palyayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satğısına dair müqaviləyə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Daşkəsən şəhəri, H.Əliyev prospekti B36 ünvanında yerləşən qeyri yaşayış obyektinə qazın verilməsinin bərpa olunmasına və cavadehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində ona dəymiş 6800 manat məbləğində maddi ziyanın ondan alınıb ona verilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə elektron qaydada ərizə göndərərək, e-2-2(115)- 423/2023 nömrəli iş üzrə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işin baxılmasını xahiş etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı qazın verilişinin bərpa olunması və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 38 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar