Məhkəmə qərarları › İş №e-2-2(115)-49/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-49/2025

08.07.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-49/2025 08.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X3 iclas katibliyi ilə. İddiaçı Cavabdehnə qarşı növbədənkənar ümumi yığıncağın çağırılması tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı növbədənkənar ümumi yığıncağın çağırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gündəlikdə Cavabdeh 2016-cı və 2023cü hesabat-maliyyə illəri üzrə kənar auditin tərtib etdiyi Audit rəyi əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilməsi və xalis mənfəətdən İddiaçı onun müəssisədə olan 50% həcmində payına mütənasib şəkildə dividend hesablanması və ödənilməsi” olmaqla 30 (otuz) gün müddətində Cavabdeh X1 Yığıncağının çağrılması vəzifəsinin icrasını cəmiyyətin direktoru Qanuni nümayəndə üzərinə qoyulması və dövlət rüsumu olaraq ödənilmiş 100 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 dekabr 2015-ci il tarixində hüquqlarını müdafiə etdiyi İddiaçı Cavabdeh 50% həcmində payını notariat qaydasında bağlanmış 3M-339 reyestr nömrəli “Nizamnamə kapitalının alqı-satqı Müqaviləsi”-nə əsasən əldə etmişdir. Onun həmin payı əldə etməyi və təsisçi olaraq hüquqları 19 yanvar 2016-cı il tarixində 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən dövlət reyestrinə daxil edilmişdir. Bundan sonra X4 12 fevral 2016-cı il tarixli Qərarı ilə Cavabdeh nizamnamə kapitalı onun daşınmaz əmlakı hesabına artırılaraq 5 040 240,0 (beş milyon qırx min iki yüz qırx) manat həcminə çatdırılmışdır. Bu dəyişiklik də 02 mart 2016-cı il tarixində 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən dövlət reyestrinə daxil edilmişdir. İddiaçı təsisçisi olduğu gündən səkkiz hesabat-maliyyə ili başa çatmasına baxmayaraq cəmiyyətin rəhbəri mülki qanunvericiliklə ona verilmiş səlahiyyətlər çərçivəsində bir dəfə də olsun Cavabdeh X2 çağırmamış və əldə edilmiş xalis mənfəətin dividend şəklində bölünməsini həyata keçirməmişdir. Tərəflərindən Cavabdeh X1 Yığıncağının çağırılması barədə dəfələrlə edilmiş şifahi tələbləri müəssisənin direktoru Qanuni nümayəndə tərəfindən təmin edilməmişdir ki, bu da onun öz vəzifə səlahiyyətlərini yerinə yetirmədiyini bir daha sübut edir. Qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək Cavabdeh X1 Yığıncağının çağırılmasına dair 27 noyabr 2023-cü il tarixində müəssisənin icra orqanı, yəni onun direktoru Qanuni nümayəndə çatdırılması təsdiq edilməsi üsulu ilə “İnternet Verigi İdarəsi” vasitəsi ilə “Tələbnamə” göndərilmişdir. Həmin “Tələbnamə”-də Cavabdeh 2016-cı və 2022-ci hesabat-maliyyə illəri üzrə xalis mənfəətinin müəyyən edilməsi məqsədi ilə növbəti 10 (on) gün müddətində tərəflərindən dəvət edilmiş kənar auditin sənədlərlə tanış olmasına və onun avtovağzalın fəaliyyətini izləməsi üçün onun və İddiaçı nümayəndələrinin iştirakı ilə müşahidə aparmasına şərait yaradılması, 30 (otuz) gündən gec olmayaraq qanunamüvafiq qaydada Cavabdeh X1 Yığıncağının çağrılmasının təşkil edilməsi və Cavabdeh X1 Yığıncağının gündəliyini “kənar auditin tərtib etdiyi “Audit rəyi” əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilməsi və xalis mənfəətdən İddiaçı onun müəssisədə olan 50% həcmində payına mütənasib şəkildə dividend hesablanması və ödənilməsi tələb edilmişdir. Onların bu haqlı tələbi müəssisənin icra orqanı, yəni onun direktoru Qanuni nümayəndə tərəfindən bu günə kimi cavablandırılmamışdır. Qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, məhkəmə qaydasında Cavabdeh X1 Yığıncağının çağırılması vəzifəsinin icrası həmin müəssisənin direktoru Qanuni nümayəndə üzərinə qoyulmalıdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ekspertiza müşahidə aparılmaqla həyata keçirilib. Lakin səyyar vergi yoxlamasında heç bir müşahidə aparılmayıb. Buna görə də arada ziddiyyətlər var. Ekspert rəyi daha mötəbərdir. Sərnişinlərin vağzaldan kənarda mindirilməsi müşahidə olunmuşdur. Bundan başqa 5 il müddətinə sənədlər məhv edilə bilməz, lakin sənədlər 5 il tamam olmamış arxivə verilib və məhv edilib. 15-ci səhifədən görünür ki, buradakı proseslərin həyata keçirilməsi Həsənov İlqarın gəlir mənbəyindən çoxdur. 16-cı səhifədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən hesabların nağdsız qaydada aparılması qaydası pozulub. Hesablar nağd şəkildə aparılıb. Ekspert rəyi ilə razıdılar məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaya etiraz edirlər. Ekspert rəyinə digər illərin borclarını köçürüb yazıblar. Fəaliyyətdə olan illərlə fəaliyyətdə olmayan illərin borcları eynidir. Ekspertin rəyinə ilkin iclasda da etiraz etmişlər. Çünki vergi yoxlaması səyyar şəkildə aparılıb. Vergi xidməti tərəfindən səyyar vergi yoxlaması aparılmışdır. Ekspert rəyi ilə səyyar vergi yoxlaması arasında ziddiyyət var. Səyyar vergi aktının nəzərə alınmasını xahiş edirlər. Ekspert rəyinə etiraz edirlər. Palatanın nümayəndələri ekspert rəyini təqdim etməli idilər. 29 noyabr 2024-cü il tarixədək yoxlama başa çatdırılmalı idi. Lakin daxili qərar qəbul edilərək, yoxlamanın vaxtı 06 dekabr 2024-cü il tarixindən 1 ay uzadılmışdır. 04 və 05 dekabr 2024-cü il tarixlərində yoxlamağa gəlmişlər. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirmişdir ki, 603000 manatla bağlı rəy var. Vəsait onların deyil daşıyıcıya aiddir. 5-6 və 11 dekabr 2024-cü il tarixlərində müşahidə aparıldı. 1 günlük gəliri 776 manat 33 qəpik məbləğində müəyyən ediblər. Burada 745 414 manat məbləğində artıq hesablama var. 29 oktyabr tarixində müşahidə aparılması üçün sərəncam imzalanıb. Lakin müşahidə dekabr ayında aparılıb və bu qərəzli şəkildə olub. Pandemiyaya görə borc 2021-ci ilin iyun ayından dekabr ayına kimi yazılıb. Məsuliyyət arxiv idarəsinin üzərinə düşür. O, onların səlahiyyəti daxilində deyil. 420 000 manat məbləğində vəsait hissə-hissə olaraq verilib. Bundan başqa, hesablaşmalarda təkcə Gəncə avtovağzalı deyil, bütün avtovağzallarda nağd şəkildə aparılıb. Müşahidə 29 noyabr 2024-cü il tarixdə deyil, 05 dekabr 2024-cü il tarixdə aparılıb. Çünki bayrama görə həmin ərəfələrdə sərnişin axını çox olur. Ayın 3-də ekspertlə müqavilə bağlanıb, ayın 6-da isə sərəncam verilib. Ekspert rəyi qərəzlidir. 4600 manat məbləğində onlara icarə haqqından gəlir yazılıb, 900 manat isə təkcə sanitar qovşaq üçün yazılıb. Bu düzgün deyil. Məhkəmənin əvvəlki iclaslarıında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirmişdir ki, qarşı tərəf 100 manat məbləğində icarə haqqını mübahisələndirir. Lakin avtovağzal kənarda yerləşdiyi üçün və obyektlər boş qaldığı üçün icarə haqqı aşağıdır. Əgər bu məbləğ mübahisələndirilirsə, onda niyə 2016-2018-ci illərin mübahisəli qərarı rəyə əlavə olunmalıdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə izahatında bildirmişdir ki, MMC-ni o yaratmışdır. Avtovağzal ləğv olunduqdan sonra Cavabdehnə direktor təyin olunmuşdur. Ona şərik olmağı təklif etmişlər və onların bu təklifi ilə razılaşmışdır. Ondan əvvəl bütün xərcləri o çəkmişdir. Avtovağzal və Nizami sovxozunu da onların adına keçirtmişdir. Tikilib qurtarana kimi pulu verməmişdilər. Hələ də verməyiblər. ******* manat məbləğində qiymət qoyublar, amma oranın qiyməti ******* manat deyil, azdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən auditor X15 verilən suallara cavab olaraq öz ifadəsində bildirmişdir ki, məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə qərardad Auditorlar Palatasına daxil olduqdan sonra Auditorlar Palatası sədrinin xx.xx.2024-cü il tarixli Sərəncamı ilə ekspertizanın aparılması mənə həvalə edilmişdir. Sərəncamın icrasının 1 ay müddətinə başa çatdırılması qeyd olunmuşdur. Lakin həmin vaxt başqa dövlət orqanında audit yoxlaması apardığından, eyni zamanda ekspertizanın aparılması məqsədilə müvafiq sənədlərin tam təqdim edilməməsi və auditin əhatə dövrünün çox olması (8 il) olması səbəbindən 1 ay müddətində sərəncamın icrasını başa çatdıra bilməmişdir. Daha sonra Palata sədrinin xx.xx.2024-cü il tarixli Sərəncamı ilə 1/55 SDO nömrəli Sərəncamın icra müddəti 2024-cü ilin 06 dekabr tarixindən 1 ay müddətinə uzadılmışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixli əməkdaşlıq və birgə fəaliyyət haqqında müqaviləyə əsasən X7 audit yoxlamasına cəlb olunmuş və audit yoxlamasında iştirak etmişdir. Palata sədrinin xx.xx.2025-ci il tarixli Sərəncamı ilə 1/55 SDO nömrəli Sərəncamın icra müddəti xx.xx.2025-ci il tarixdən 1 ay müddətinə uzadılmışdır. Ekspertizaya xx.xx.2024-cü il tarixində başlanılmış və xx.xx.2025ci il tarixində başa çatdırılmışdır. xx.xx.2024-cü il tarixdə Gəncə avtovağzalından daşımaları həyata keçirən avtobuslarda olan faktiki müştəri sayını müəyyən etmək məqsədilə aparılacaq müşahidələrdə hər iki təsisçinin nümayəndələrinin iştirakı ilə razılaşma imzalanmışdır. Müşahidəyə xx.xx.2024-cü il tarixdən başlanılmışdır. xx.xx.2024cü il tarixdə isə bütün marşrutlar üzrə müşahidələr aparıldı. Daha sonra xx.xx.2024-cü il tarixdə bir daha müşahidələr aparıldı və nəticələr cədvəllərə qeyd olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Sərnişinlərin hesablanmış orta sayından və 2019, 2020, 2021, 2022, 2023-cü illərdə qüvvəd olmuş bilet qiymətlərindən istifadə etməklə tərtib edilmiş cədvəllər əsasında həmin illərdə Cavabdeh MMC-nin avtovağzal fəaliyyətindən əldə edilmiş gəliri tərəflərindən hesablanmışdır. 2016, 2017 və 2018-ci illərdə Gəncə avtovağzalında sərnişin daşımada olan vəziyyət 2019-cu ildən sonrakı vəziyyətdən fərqli olduğu üçün hazırki müşahidə əsasında müəyyən olunmuş sərnişinlərin orta sayının həmin illərə tətbiq edilməsi məqsədəmüvafiq sayılmamışdır. Odur ki, 2016, 2017 və 2018ci illər üzrə Cavabdeh MMC-nin avtovağzal fəaliyyətindən əldə etdiyi gəlirləri müəyyən etmək üçün “X10” MMC tərəfindən rəsmiləşdirilmiş 12 noyabr 2019-cu il tarixli Ekspert rəyində, "xxxx" MMC tərəfindən verilmiş 26 iyul 2019-cu il tarixli Auditor hesabatında və sərbəst auditor X5 tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli 10 saylı Ekspert rəyində olan rəqəmlərdən istifadə edilmişdir. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tələbnamə, arayış, səyyar vergi yoxlaması aktları, sərbəst auditor hesabatı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, İddiaçı Cavabdehnə tələbnamə göndərərək, Cavabdeh 2016-cı və 2022-ci hesabat - maliyyə illəri üzrə xalis mənfəətinin müəyyən edilməsi məqsədi ilə növbəti 10 (on) gün müddətində tərəflərindən dəvət edilmiş kənar auditin sənədlərlə tanış olmasına və onun avtovağzalın fəaliyyətinin izləməsi üçün onların və İddiaçı nümayəndələrinin iştirakı ilə müşahidə aparmasına şərait yaradılması, otuz gündən gec olmayaraq qanunamüvafiq qaydada Cavabdeh X1 Yığıncağının çağrılmasının təşkil edilməsi, Cavabdeh X1 Yığıncağının gündəliyini “kənar auditin tərtib etdiyi “Audit rəyi” əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilməsi və xalis mənfəətdən İddiaçı onun müəssisədə olan 50% həcmində payına mütənasib şəkildə dividend hesablanması və ödənilməsi” kimi müəyyən edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, **********203100 nömrəli Cavabdeh kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh təsisçiləri 50% payla X9 və 50% payla İddiaçıdur. X9 isə hüquqi şəxsin qanuni təmsilçisidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********584100 nömrəli Cavabdeh kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh təsisçiləri 50% payla X9 və 50% payla İddiaçıdur. Qanuni nümayəndə isə hüquqi şəxsin qanuni təmsilçisidir. İş materiallarında olan 09 fevral 2025-ci il tarixli 02/2025 nömrəli sərbəst audiotor X12 ekspert rəyindən görünür ki, ekspertizanın əhatə etdiyi 2016-2023-cü illər üzrə Cavabdeh MMC-nin 809330,61 manat məbləğində xalis mənfəətinin olması müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. 90-1.3. Məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: 90-1.3.1. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; 90-1.3.2. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; [97] 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;[98] 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilibedilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.1-5-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir 91.1-6-ci maddəsinə əsasən yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2016-cı il tarixli **********203100 saylı çıxarışdan görünür ki, Cavabdeh MMC-nin nizamnamə kapitalı ******* (beş milyon qırx min iki yüz qırx) manat olmaqla iki təsisçisi vardır. X6 təsis payı 50%, 25 manat pul şəklində və ******* (iki milyon beş yüz iyirmi min doxsan beş) manat dəyərində əmlak şəklində, 252012 pay, İddiaçı təsis payı 50%, 25 manat pul şəklində və ******* (iki milyon beş yüz iyirmi min doxsan beş) manat dəyərində əmlak şəklində, 252012 pay müəyyən olunmuşdur. İddiaçı təsisçi olaraq dövlət qeydiyyatına alındığı 02 mart 2016cı il tarixindən 2024-cü ilədək Cavabdeh MMC-nin təsisçilərinin ümumi yığıncağı keçirilməmişdir. Eyni zamanda cavabdehin nümayəndələri məhkəməyə ümumi yığıncağın keçirilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdirlər. Ümumiyyətlə 2016-cı ildən 2024-cü ilədək MMC-nin ümumi yığıncağı keçirilməmiş və bunu məhkəmədə izahatında Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə da bildirmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi cavabdehə tələbnamə göndərərək İddiaçı təsisçi olduğu gündən yeddi hesabat ili başa çatmasına baxmayaraq cəmiyyətin rəhbəri mülki qanunvericiliklə ona verilmiş səlahiyyətlər çərçivəsində bir dəfə də olsun Cavabdeh MMC-nin X2 çağırılmadığını və əldə edilmiş xalis mənfəətin dividend şəklində bölünməsinin həyata keçirilmədiyini bildirmişdir. Odur ki, Cavabdeh MMC-nin 2016 və 2022-ci hesabat maliyyə illəri üzrə xalis mənfəətin müəyyən edilməsi məqsədilə növbəti 10 gün müddətində tərəflərindən dəvət edilmiş kənar auditin sənədlərlə tanış olmasına və onun avtovağzalın fəaliyyətini izləməsi üçün cavabdehin və iddiaçının nümayəndələrinin iştirakı ilə müşahidə aparılmasına şərait yaradılması və otuz gündən gec olmayaraq qanunamüvafiq qaydada Cavabdeh X1 yığıncağının çağrılmasının təşkil edilməsi və növbədənkənar ümumi yığıncağın gündəliyini “kənar auditin tərtib etdiyi “Audit rəyi” əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilməsi və xalis mənfəətdən İddiaçı onun müəssisədə olan 50% həcmində payına mütənasib şəkildə dividend hesablanması və ödənilməsi” kimi müəyyən edilməsi tələb edilmişdir. Lakin cavabdeh tərəfindən həmin tələbnaməyə əhəmiyyət verməmiş və cəmiyyətin X1 yığıncağının çağırılmasını təmin etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən 2016-cı ildən 2024cü ilədək olan dövr ərzində Cəmiyyətin təsisçilərinin ümumi yığıncağı keçirilmədiyindən iddiaçı Cəmiyyətin X1 yığıncağının çağırılmasını tələb etməkdə haqlıdır. Qanunvericiliyin tələbinə görə isə növbədənkənar ümumi yığıncaq bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı Cavabdeh MMC-nin təsisçilərindən biri olaraq 50% paya malikdir. İddiaçı Cavabdeh MMC-də 50% paya malik olduğundan onun Cəmiyyətin X1 yığıncağının çağrırlmasını tələb etmək hüququ vardır. Hüquqi şəxsin təsisçisi hüquqi şəxslə münasibətlərində birbaşa iştirak etmək və öz hüquq və vəzifələrini ümumi yığıncaq vasitəsilə həyata keçirmək hüququna malikdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, təsisçi hüquqi şəxsin ümumi yığıncağının çağırılmasını və konkret məsələlərin həmin yığıncağın gündəliyinə daxil edilməsini tələb edə bilər. İddiaçı öz iddia tələbində gündəlikdə Cavabdeh 2016-cı və 2023-cü hesabatmaliyyə illəri üzrə kənar auditin tərtib etdiyi Audit rəyi əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilməsi və xalis mənfəətdən İddiaçı onun müəssisədə olan 50% həcmində payına mütənasib şəkildə dividend hesablanması və ödənilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi məqsədi ilə Cəmiyyətin X1 yığıncağını keçirilməsini tələb etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xalis mənfəətin təsdiq edilməsi və xalis mənfəətdən dividend hesablanması və ödənilməsi ümumi yığıncağın səlahiyyətinə aid olan məsələdir. Ona görə də məhkəmə hesab edir ki, ümumi yığıncaq tərəfindən xalis mənfəətin təsdiq edilib-edilməməsi və dividendin ödənilib-ödənilməsi məsələsinin müzakirə edilməsi Cəmiyyətin üzərinə qoyulmalıdır. Eyni zamanda məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflərin izahatlarından və iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən qeyd olunan illər üzrə xalis mənfəətin müəyyən edilməsi məqsədilə iddiaçının kənar auditin cəlb edilməsi və auditin keçirilməsi üçün şəraitin yaradılması ilə bağlı müraciəti cavabsız qalmış və iddiaçıya bu şərait yaradılmamışdır. Ona görə də iddiaçının nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə audit rəyinin alınması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin vəsatəti təmin edilmiş və iş üzrə audit rəyinin alınması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə ausitorlar tərəindən tərtib olunmuş rəy məhkəməyə daxil olmuş və həmin rəydə qeyd olunan 2016-2023-cü illər üzrə MMC-nin xalis mənfəəti müəyyən olunmuşdur. Həmçinin 2016-2023-cü illər üzrə ayrıayrılıqda hər maliyyə ili üzrə Cəmiyyətin növbəti ümumi yığıncağı keçirilmədiyindən və əldə olunmuş mənfəətin bölüşdürülməsi ilə bağlı ümumi yığıncağın hər hansı qərarı olmadığından iddiaçı növbədənkənar ümumi yığıncaqda 2016-2023-cü illər ərzində əldə olunmuş mənfəətdən dividendin ödənilib-ödənilməsi ilə bağlı məsələnin müzakirə edilməsini tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, çağırılacaq ümumi yığıncaqda Cavabdeh 2016-2023-cü hesabat maliyyə illəri üzrə məhkəmə tərəfindən cəlb edilmiş auditorların tərtib etdiyi ekspert rəyi əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilib-edilməməsi və xalis mənfəətdən İddiaçı MMC-də olan 50% həcmində payına mütənasib şəkildə dividendin ödənilib-ödənilməməsi məsələsinin müzakirə edilməsi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılması, çağırılacaq ümumi yığıncaqda Cavabdeh 2016-2023-cü hesabat maliyyə illəri üzrə məhkəmə tərəfindən cəlb edilmiş auditorların tərtib etdiyi ekspert rəyi əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilib-edilməməsi və xalis mənfəətdən İddiaçı MMC-də olan 50% həcmində payına mütənasib şəkildə dividendin ödənilib-ödənilməməsi məsələsinin müzakirə edilməsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış 09 fevral 2025-ci il tarixli 02/2025 nömrəli sərbəst auditor X12 ekspert rəyinin tədqiqat dəyəri 6000 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə 6000 manat ekspertiza xərcinin 3000 manatı iddiaçı “İddiaçı, 3000 manatı isə Cavabdeh tutularaq sərbəst auditor X13 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iştirakçılarının növbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda Cavabdeh 2016-2023-cü hesabat maliyyə illəri üzrə məhkəmə tərəfindən cəlb edilmiş auditorların tərtib etdiyi ekspert rəyi əsasında müəyyən edilmiş xalis mənfəətin təsdiq edilib-edilməməsi və xalis mənfəətdən İddiaçı MMC-də olan 50% həcmində payına mütənasib şəkildə dividendin ödənilib-ödənilməməsi məsələsinin müzakirə edilməsi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə 6000 manat ekspertiza xərcinin 3000 manatı iddiaçı “İddiaçı, 3000 manatı isə Cavabdeh tutularaq sərbəst auditor X13 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar