Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-495/2025 07.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı X5 nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı əmlakın qaytarılması, icarə müqaviləsi üzrə pul və dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh və ona məxsus olan 40-50 baş iri buynuzlu mal-qaranın mülkiyyətidə olan torpaq sahəsindən çıxarılması, eyni zamanda ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı X8 Vergilər Nazirliyinin 11 saylı Ərazi İdarəsi tərəfindən 11 iyun 2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı X7 və ailə üzvləri İddiaçı X5 təsisçiləridir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX№ ******* seriyalı çıxarışa əsasən İddiaçı KTK xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Koperativin 8.50 ha torpaq sahəsi var. Bundan əlavə Mingəçevir bələdiyyəsinin 02 iyun 2014-cü il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən İddiaçı X5 sədri X1 12,1 hektar torpaq sahəsi icarəyə verilmişdir. Cavabdeh ilə qeyd edilən torpaq sahəsindən onun 2023-2024-cü illər ərzində qışlaq olaraq müvəqqəti istifadə etməsi üçün öz aralarında şifahi razılığa gəlmişlər. Razılığa görə 2023-cü ilin oktyabr ayının 15-dən 2024-cü ilin aprel ayının 15-nə kimi İddiaçı X6 məxsus olan torpaq sahəsi Kəlbəcər rayonundan məcburi köçkün olan Cavabdeh mal-qaranın qışlaması üçün müvəqqəti istifadəyə verilmişdir. Aralarında olan razılığa görə o, 10000 manat məbləğində pul ödəməli idi. Qeyd edilən məbləğdən 4000 manat ona qabaqcadan ödənilmişdir. Sonra isə 6000 manat məbləğində puldan 5500 manat az-az ödənildi və 500 manat pul borclu qaldı. Bundan sonra onlar 2024-2025-ci illər üçün müqavilə bağlayaraq belə razılığa gəlmişlər ki, 2024-cü ilin oktyabr ayının 15-dən 2025-ci ilin aprel ayının 15-ə kimi qeyd edilən torpaq sahəsi yenidən onların müvəqqəti istifadəsinə verilsin və qarşılığında ona 6000 manat məbləğində pul ödəməli idi. Bundan sonra cavabdeh torpaq sahəsinə qışlamaq üçün 40-50 baş iri buynuzlu heyvan gətirdi. Razılığın digər şərtinə görə qoruqcuya 200 manat verməklə bütün komunal xərcləri də ödəməli idi. Qeyd edilə müddətdə cavabdeh mal-qarası ilə birlikdə torpaq sahəsinə qışlamaq üçün köçdü. Köçəndən sonra dəfələrlə tələb etməyinə baxmayaraq 6000 manat pulu və borclu olduğu 500 manat pulu, eyni zamanda 200 manat qoruqçuya verməli olduğu pulu ödəməkdən boyun qaçırdı. Bu məsələ ilə bağlı Kəlbəcər rayon Polis şöbəsinə və Mingəçevir şəhər Polis şöbəinə də, müraciət etmişdir. Hazırda bu məsələ araşdırılır. Cavabdehin onun torpaq sahəsinə gətirdiyi heyvanların bir qismi oğurluq olduğundan o bununla bağlı Daxili işlər Nazirliyinə müraciət etmişdir. Cavabdehin aralarında olan razılaşmanın şərtlərini pozması mülkiyytəçi kimi ona ziyan vurub. Belə ki, torpaq sahəsini qışlaq üçün digər şəxslər istəsə də, cavabdehə söz verdiyindən onların istifadəsinə verməmiş və nəticədə, əldə edəcəyi gəlirindən məhrum olmuşdur. Torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsi mülkiyyətçi kimi onun hüquqlarını pozur ki, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X8 iddia tələbinin sonuncu dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və ona məxsus olan 50 baş iri buynuzlu mal-qaranın İddiaçı X5 istifadəsində olan 8,50 ha torpaq sahəsindən çıxarılması, eyni zamanda cavabdehdən 6700 manat məbləğində pulun, torpaq sahəsini boşaltmadığı hər gün üçün dəymiş 7230 manat ziyanın hesablanıb ödənilməsi, iddiaçı ödədiyi 187 manat məbləğində dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə qəbul edəilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, cavabdeh aralarında bağlanan müqaviləyə əsasən 2025-ci ilin aprel ayının 15-də torpaq sahəsini boşaltmalı olduğu halda müqavilənnin qeyd edilən bəndinə əməl etmir. Belə ki, hələ də torpaq sahəsini boşaltmır. Hər biçimdə qeyd edilən torpaq sahəsindən 3000-3200 ot presi götürülür. Bir ədəd ot presi isə 3.50 manata satılır. Hər biçimdə 10850 manat qazanc götürülür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, iddiaçının mülkiyyətində 8.50 hektar torpaq sahəsi vardır, cavabdeh 2023-cü ildən həmin torpaq sahəsindən qışlaq kimi istifadə edir. Cavabdehlə iddiaçını Yusif adlı şəxs tanış etmişdir. Tərəflər 2023-2024-cü illər üçün şifahi qaydada razılığa gəlmişlər. Həmin il üçün cavabdeh 10000 manat pulu iddiaçı tərəfə ödəməli idi. Cavabdeh tərəfindən 2023-2024-cü illər üzrə 4000 manat ödəniş etmiş, 6000 manat borcu qalmışdır, daha sonra 5500 manat ödəniş edilmiş və 2023-2024-cü il üzrə cavabdehin 500 manat borcu qalmışdır. Daha sonra tərəflər müqavilə tərtib etmişlər ki, 2024-2025-ci il üzrə də cavabdeh həmin torpaq sahəsindən istifadə etməli və 6000 manat ödənişi iddiaçıya ödəməli idi. Bundan əlavə cavabdehin 500 manat əvvəlki illər üzrə borcu qalmış, həmçinin 200 manat da digər xərclər üzrə cavabdeh tərəfindən ödənilməli idi. Lakin cavabdeh ümumi 6700 manat borcdan hər hansı ödəniş etməmişdir. İddiaçının nümayəndəsi daha sonra izahatında göstərdi ki, 2023-2024-cü illər üzrə cavabdehin 500 manat borcu qalmışdır. 6200 manat isə bu il üçün ödənilməmiş icarə haqqıdır. Belə ki, 2023-cü il üçün 10000 manata razılaşılmışdır. Birinci dəfə tərəflər arasında razılaşma şifahi olmuş, həmin ildən cavabadehin 500 manat borcu qalmışdır. Şifahi razılaşmanı cavabdeh pozduğu üçün iddiaçı ikinci dəfə yazılı müqavilə bağlamışdır. Cavabdeh özü müqavilə şərtləri ilə razı olduğu üçün müqaviləni bağlamışdır. Deməli onun birinci dəfə heç bir narazılığı olmamışdır. 2023-2024-cü il üzrə hansı məbləğə razılaşmaqları barədə əllərində hər hansı sübut yoxdur. Birinci razılaşma üzrə pul tamamilə ödənildiyi üçün Kəmaləddin müəllimin Vidadi müəllimə etibarı yaranmış, ona görə ikinci dəfə müqavilə bağlamış, cavabdeh isə sahəyə mal-qaranı yerləşdirmiş, lakin pulunu ödəməmişdir. 2024-2025-ci illər üzrə hər hansı ödəniş edilməmişdir. 2024-2025-ci il üçün tərəflər arasında razılaşma oktaybr ayından aprel ayına kimi olmuş, 6000 manata müqavilə bağlamışdır. 2024-2025-ci il üçün heç bir ödəniş edilməmişdir. Vidadi müəllimə etibar yarandığı üçün ikinci dəfə beh almamışdır. 4000 manat cavabdeh tərəfindən qabaqcadan ödənilmişdir. İddiaçının nümayəndəsi daha sonra izahatında göstərdi ki, tərəflər razılığa gəlmişlər ki, 15 aprel 2025-ci il tarixədək cavabdeh torpaq sahəsini boşaldacaqdır, lakin artıq may ayının 6-sı olmasına baxmayaraq torpaq sahəsini tərk etməmişdir. İddiaçı da bildirir ki, torpaq sahəsini icarəyə vermədiyi müddətdə torpaq sahəsindən əkin üçün istifadə edir, yəni orada ot əkərək onu biçdirib ot presi kimi satır və 10800-11000 manat xeyir əldə edir, Cavbadeh torpaq sahəsini tərk etmədiyi üçün iddiaçı torpaq sahəsini suvarıb həmin xeyri əldə edə bilmir. 7230 manat məbləğində ziyan bununla bağlı yaranmışdır. Belə ki, bir ot presinin dəyəri 3.5 manatdır, lakin bu il üçün də cavabdeh ərazini tərk etmədiyi üçün iddiaçı otu biçdirə bilməmişdir. İddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, 2023-2024-cü illər üzrə yataq axtardığı zaman onu Kəmaləddin Abbasovla onun qohumu Yusif tanış etmişdir. Belə ki, onun qışlaq sahəyə ehtiyyacı olduğu üçün Yusif ona yaxınlaşmış və demişdir ki, əmisinin Mingəçevirdə yatağı var. O da Yusif və Mahirlə getmişdir Mingəçevirə, yatağa baxmağa, yatağa baxmışlar. Yusif əmisinə zəng etmişdir, əmisi ilk dəfə 5000 manat istəmiş, daha sonra o 4000 deyəndə, Yusif də əmisinə 4000 manat verəcəklərini demiş, əmisi də bununla razılaşmışdır. Həmin il üçün sonra başqa razılaşmaları olmamışdır. Kəmaləddin müəllim mal-qaranın sayının çoxluğuna görə ona narazılığını bildirməmişdir. Sonradan pulun artırılması ilə bağlı aralarında danışıq olmamışdır. Yusiflə Kəmaləddin müəllim telefonda danışmış, Kəmaləddin Abbasov ilk dəfə həmin sahəni 6 ay istifadə etməyi üçün ondan 5000 manat pul istəmiş, lakin 4000 manata razılaşmışlar. Həmin pulu o Kəmaləddin Abbasovun kart hesabına atmış və razılıq üzrə həmin sahədən 2023-2024-cü illər üzrə istifadə etmişdir. Beləliklə 2023-2024-cü il üçün 4000 manata razılşamışlar, 2023-ilin noyabr ayının 8-i gedib, 2024-cü ilin mayın 8-i sahədən çıxımışdır. Daha sonra Kəmaləddin Abbasov sahəni növbəti il üzrə, yəni 2024- 2025-ci il üzrə 6000 manata icarəyə verdiyini bildirmiş, o da Kəmaləddin Abbasovla razılaşmış və bildirmişdir ki, sahəni biçdirməsin. Müqaviləyə oxumadan imza çəkmişdir. Daha sonra o yaylaqda olarkən Kəmaləddin Abbasova zəng etmiş və Ağdərə rayonuna getdiyini bildirmiş, yatağı isə başqasına vermək istəyirsə verməsini bildirmişdir. Cavabdeh həmçinin izahatında göstərdi ki, 32 baş iri buynuzlu malı olmuş, 2024- 2025-ci illər üçün noyabr ayından etibarən 6 aya 6000 manata razılaşmışlar. 2024-cü ilin may ayının 8-də sahədən çıxada növbəti mövsüm üçün, yəni 2024-2025-ci illər üçün 6000 manata razılaşmışlar. Sahəyə 2024-cü ilin noyabr ayının 16-da gəlmiş, 2025-ci ilin may ayının 16-da vaxtı tamam olduğundan o da 15 may tarixində sahədən çıxmışdır. Qarşı tərəf otu biçdirdiyi üçün onun iddiaçıya 500 manat borcu qalmışdır. O borc da 2024-cü il üzrə yaranan borcdur. O əlavə olaraq 7000 manat ota pul vermişdir. Bir dəfə 1000 manat, bir dəfə 2500 manat ödəmiş, 2500 borcu qalmış, 3-cü dəfə noyabr ayının 16-da ödəniş etmişdir. 1000 manatı beh kimi karta atmışdır. X9 demişdir ki, o bilsin ki, sahəni icarəyə götürür. Kəlbəcərdən gələndə də ona demişdir ki, puldan biraz da ver. O da onsuz bu pul ondan çıxacaq deyə vermişdir ki, borcundan azalsın. Həmçinin ona 3500 manat pul vermişdir. 3500 manat ödənişlə bağlı sənəd təqdim etməmişdir. Noyabr ayında 2000 manat vermiş, 500 manatı isə sonra verəcəyini bildirmişdir. 6000 manat pulu 3 dəfəyə ödəmişdir. Daha sonra sahəni gəzmiş, otların biçildiyini görmüş, Kəmaləddin Abbasova gedəcəyini bildirmiş və pulunun geri qaytarılmasını istəmişdir, Kəmaləddin Abbasov isə pulu qaytarmayacağını və onu sahədən çıxaracağını bildirmişdir. O, 2024-cü ilin noyabr ayının 16-da heyvanları gətirmiş, müqaviləni sonra bağlamışlar. 35 baş mal-qara olmuş, heyvan sayı barədə aralarında razılaşma olmamışdır. Nəzarətçiyə ödənişlər bağlı razılaşmaya gəlməmişlər. Kəmaləddin müəllimin çətin adam olduğunu bildiyi, ancaq yataq yaxşı olduğu üçün onu yola verməyə çalışmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Cavabdeh Yusif adlı dostu ona zəng etdi, ferma tapacağını dedi. Birlikdə Mingeçevirə getdilər. Yusif də onlarla getdi. Yusif, o və Vidadi getmişlər. Yusifi də Ağcakənddən götürmüşlər. Mingəçevirə yatağa gedəndə yatağı onlara göstərdilər. Yatağın yiyəsi yanlarında idi. Yataqda görüşdükləri birinci şəxs yatağın yiyəsinin oğlu idi, sonra kişi özü gəldi. Birinci kişinin oğlu gəldi, sonra özü ilə danışdılar. Tarix dəqiq yadında qalmamışdır. Təxminən 2023-cü ilin sentyabr aylarında yatağa baxmağa getmişdilər. Yatağın yiyəsi 5000 manat pul veriləcəyini bildirdi. Yusif də bildirdi ki, Vidadi onun dostudur, pulunu vaxtında verəcək. Yusif dedi ki, 1000 manatı ona görə keçsin, yataq yiyəsi də 4000 manata razılaşdı. Yusif özü kişi ilə danışıb 5000-dən 4000-ə saldı. Elə həmin günü 4000 manatı Vidadi vurdu onun kartına. Pulu Ağcakənd marketdən kartına yüklədi. Ancaq ikinci ili danışanda o orda olmamışdır. Razılaşdıqdan nə qədər sonra Vidadinin yatağa getdiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2023-cü ildə atası rəhmətə getdi, qardaşı xəsarət aldı. O qardaşına baxmaq məcburiyyətində idi, təsərrüfat onun üstünə qaldı, Cavabdeh bunu bildirdi. Onunla birlikdə Mingəçevirə yatağa baxmağa getdilər, gördülər ki, yer azdır, ot-alağın mala bəs etməyəcəyini başa düşdülər, 4000 manata yatağı razılaşdılar. Kəmaləddin müəllimlə əvvəlcə telefonda danışmışdı. Ağcakənddə telefon ilə danışanda 4000 manata razılaşdığını bildi. 4000 manatı mağazada ödədi. O həmin yatağa getmədi. 4000 manatla bağlı sonra hər hansı mübahisə yaranmadı. Cavabdeh ikici dəfə də yeri götürdüyünü bilir. İkinci dəfə razılaşanda birincidən hər hansı borcu qalmamışdı. Pulla bağlı razılaşanda Vidadi müəllimlə Kəmaləddin müəllimin yanında olmamışdır. Ancaq ödəniş ediləndə orda olmuşdur. Yəni Vidadi müəllimlə Kəmaləddin müəllim yataqda danışıb, 4000 manatla bağlı razılığa gələndə o onların yanında olmamışdır. İkinci dəfə müqavilə bağlayanda telefonda danışanda orda olub. İkinci dəfə razılaşma olanda yanlarında olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2023-cü ildə Cavabdeh ona dedi ki, 50-60 baş mal-qarası var, onlara yer lazımdır. O da əmisi ilı əlaqə saxladı, taksi sürücüsü Mahir, Vidadi o getdilər yatağa. Onları Kəmaləddin müəllimin oğlu və bir nəfər də başqa adam qarşıladı. Kəmaləddinin özü gəlmədi, telefonla danışdılar. Telefonla danışdılar, əvvəlcə çox deyirdi, sonra 4000 manata razılaşdılar. İki dəfə getmişlər, amma Kəmaləddin müəllimlə görüşməmişdir. İki dəfə iştirak etmişdir tərəflərin söhbətində. Ancaq mobil telefonla danışmışlar, o canlı görüşmədə orda olmamışdır. Üzbəüz söhbətdə iştirak etməmişdir. Oğlunun yanında zəng etmiş, danışmışlar, pul razılaşması həmin vaxt olmuşdur. Telefonla danışmış, imkanının aşağı olduğunu bildirmiş, 4000 manata razılaşmışlar. Razılaşmadan bir müddət sonra Vidadi heyvanlarını yatağa apardı. Daha sonra əmisi ona zəng etdi ki, mal-qara deyiləndən artıqdıq, o da deyib yola vermək lazımdır, yəgin qızının, oğlunun da mal-qarasını gətirib. Həmin ili mehribançılıqla keçirdilər. O, daha sonra yatağa getməyib, sonrakı illərdə isə nə proses baş verdiyini bilmir. 2023-2024-cü il üzrə başqa məbləğ barədə razılaşma ilə əlaqədar xəbəri yoxdur. Pulu onun yanında verməmişdir. Vidadi ona dediyinə görə pulu ona köçürtdü. Mal-qaranın sayının çox olmasına görə o öz aralarında razılaşmalarını təklif etmişdir. Daha sonra heç bir mübahisə eşitməmişdir. 2023-2024-cü il üzrə sonradan başqa razılaşma olmamışdır. Daha sonrakı ildə neçəyə razılaşdıqlarını bilmir. 2024-2025-ci illərdə müqavilə olmasından, hansı məbləğə razılaşmalarından xəbəri olmamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri Gəncə şosessinin sol tərəfində yerləşən 8.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı X5 istifadəsindədir. İş materiallarında olan İddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh X4 məxsus Mingəçevir şəhərinin ərazisində yerləşən və 21.6 hektar İddiaçı X8 Cavabdeh 6 ay müddətinə 15 oktyabr 2024-cü il tarixdən 15 aprel 2025-ci il tarixdək 100 baş iribuynuzlu inək (mal) heyvanın adı çəkilən İddiaçı Kənd Təsərrüfatında yerləşdirir. Qarşılığında Cavabdeh Kəmaləddin Əlabbasova 6000 manat pul vermək şərti ilə və dağlardan gec gəldiyi üçün 1 ay müddətində qoruyucuya 200 manat verməklə bütün komunal ödənişləri ödəməklə, energi sayğaclı, su sayğacı olmadığı üçün hər ay 30 manat, sahəyə heç bir dəyişiklik etməmək, mal saxladığı tövlələrin çıxanda təmiz verməsi, tövlələri götürdüyü kimi cari təmir etdirmək, koperativə aid olan bağ hissəsinə girməmək olmaz, 15 aprel 2025-ci il tarixdə çıxanda tövlələri və ərazini aldığı kimi təmiz təhvil verməlidir. İş materiallarında olan Mingəçevir şəhər PŞ-nin TB-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X2 və Cavabdeh müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan İddiaçı X3 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, sahibkar kimi xx.xx.1994-cü il tarixdən qeydiyyatdan keçmişdir və 20,6 ha torpaq sahsəi vardır. İldə 3 dəfə biçin aparmaqla 10000 ot bağlaması istehsal edir. Hər bir ot bağı 3.50 manata satılır. Ot bağlamasının satışın etdikdən sonra Mingəçevir şəhər bələdiyyəsinə hər il 181.50 manat pul ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İşin mübahisə edilməyən hallarından görünür ki, Mingəçevir şəhəri Gəncə şosessinin sol tərəfində yerləşən 8.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı X5 istifadəsindədir. Tərəflər arasında şifahi qaydada razılaşma olmuş, 2023-2024-cü ilin 6 ayı ərzində torpaq sahəsinin Cavabdeh mal-qara saxlaması üçün istifadəyə vermişdir. Həmin mövsüm üzrə Cavabdeh torpaq sahəsindən istifadə etmişdir. 2024-2025-ci il üçün torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı tərəflər arasında yazılı müqavilə bağlanmış, İddiaçı X6 məxsus torpaq sahsəi 6 ay müddətinə Cavabdeh mal-qara saxlaması üçün istifadəsinə verilməsi, icarə haqqının 6000 manat müəyyən edilməsi, həmçinin digər şərtlər də nəzərə alınmaqla dağlardan gec gəldiyi üçün 1 ay müddətində qoruyucuya 200 manat verməsi ilə bağlı razılaşmışlar. Cavabdeh tərəfindən hissə-hissə olmaqla 4000 manat, 1000 manat, 2500 manat, 2000 manat olmaqla cəmi 9500 manat pul ödənilmişdir. İşin mübahisə edən hallarından görünür ki, iddiaçı 2023-2024-cü il üzrə icarə haqqını 10000 manata raşılaşdıqlarını, həmin məblığin 9500 manatının ödənildiyini, həmin il üçün icarəçinin 500 manat borcu qaldığını, 2024-2025-ci il üçün nəzərdə tutulan 6000 manatın ödənilmədiyini, həmçinin qoruyucuya 200 manat ödənilməli olduğu halda ödənilmədiyini qeyd etməklə ümumilikdə 6700 manat pulun, torpaq sahəsini boşaltmadığı üçün dəymiş 7230 manat ziyanın ödənilməsini, hablə cavabdehin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə 2023-2024-cü il üzrə icarə haqqını 4000 manata raşılaşdıqlarını, həmin məbləği tam olaraq köçürdüyünü, 2024-2025-ci il üçün isə icarə haqqını 6000 manata razılaşdıqlarını və həmin məbləğin 5500 manatını ödədiyini 500 manat borcu qaldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 9500 manat pul ödənilməsi hər iki tərəfin izahatları ilə təsdiq edilir. Mübahisə məhz 2023-2024-cü il üzrə icarə münasibətlərindən qaynaqlanmışdır. Həmin il üçün iddiaçı icarə haqqının 10000 manat olmasını, cavabdeh isə 4000 manat olmasını, ödədiyi 5500 manatın 2024-2025-ci il üçün icarə haqqı olmasını qeyd etmişdir. Cavabdehin izahatı dindirilmiş şahid ifadələri ilə üstüstə düşür. Belə ki, iş üzrə dindirilmiş şahidlər, xüsusilə torpaq sahəsinin cavabdehin istifadəsinə verilməsi üçün vasitəçilik etmiş və iddiaçının qohumu olan Şahid1 ifadəsində əmisi olan icarəyəverənin 2023-2024-cü il üzrə icarə haqqının 4000 manata razılaşmasını qeyd etmişdir. İddiaçı isə həmin il üçün icarə haqqının 10000 manata razılaşdıqlarını sübuta yetirə bilməmişdir. Beləliklə, iş materialları müəyyən edilir ki, tərəflər 2023-2024-cü il üzrə icarə haqqının 4000 manata razılaşmışlar və həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. 2024-2025-ci il üçün isə 6000 manata razılaşmışlar, həmin məbləğin 5500 manatı ödənilmiş, 500 manat borc qalmışdır. Ona görə də 500 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin razılaşdıqları vaxtdan artıq torpaq sahəsində qaldığından gəlirdən məhrum olduğunu qeyd edərək hər gün üçün dəymiş 7230 manat ziyanın hesablanıb tutulmasını tələb edir ki, bununla bağlı məhkəməyə hər hansı sübut tqədim etməmişdir. Həmçinin torpaq sahəsinin qoruyucusu üçün bir ay müddətinə 200 manat ödənilməsi üçün razılaşmaları müqavilədə əksini tapsa da iddiaçı qoruyucunun olması, ona pul ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut tqədim etməmişdir. İddia tələbinin torpaq sahəsindən çıxarılması ilə bağlı mübahisə isə atrıq mövcud deyildir. Çünki cavabdeh həmin ərzini may ayının əvvəllərində tərk etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilmsəi üçün 187 manat dövlət rüsumu ödəmişdir. Ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 500 (beş yüz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı X6 ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-495/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-495/2025
07.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver