Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-602/2024 27.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı2 iştirakı ilə. İddiaçı1 Təmir-Tikinti Kooperativinin Cavabdeh Kiçik Müəssisəsinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair ərizəsi üzrə işə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı1 Təmir-Tikinti Kooperativi Cavabdeh Kiçik Müəssisəsinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl (Xanlar) rayon İcra Hakimiyyəti Başçısının 08 aprel 1997-ci il tarixli 78 saylı sərəncamına əsasən Göygöl (Xanlar) rayon İddiaçı1 Təmir-Tikinti kooperativinə idarə, anbar, ferma, sex və s. tikintilərinin aparılması üçün 1,8 hektar torpaq sahəsinin zəbt etdikləri hissəsindən cavabdehlərin çıxarılması, yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli e-2-2(115)-602/2024 nömrəli məhkəmə bildirişindən görünür ki, "Vətən” Təmir-Tikinti Kooperativi rəhbəri olduğu "Eldəniz-M” kiçik müəssisəsinə qarşı "zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia qaldırmış və iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Həmin iddia ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-2(84)- 366/2014 nömrəli, Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli 2-2(104)-44/2014 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-2(102)-232/15 nömrəli qüvvədə olan qərarları vardır. Azərbaycan Respublikası MPM-nın 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddaçının nümayəndəsi İddiaçı2 məhkəmə hazırlıq iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin nümayəndəsinin etirazında qeyd olunan məhkəmə prosesləri barədə onun məlumatı olmamışdır və hazır ki iddiası üzrə əvvəllər qəbul edilmiş məhkəmə aktının mövcud olması barədə onun məlumatı yoxdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-2(84)-366/2014 nömrəli qətnaməsindən görünür ki, İddiaçı1 Təmir-Tikinti Kooperativinin cavabdehlər Cavabdeh Xüsusi Kiçik Müəssisəsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı İddiaçı1 TTK-nə qanuni sənədlərlə ayrılmış, yeri və koordinatları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 1,80 ha torpaq sahəsini qeyri-qanuni şəkildə zəbt etmiş Cavabdeh Xüsusi Kiçik Müəssisəsinin həmin torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin zəbtdən azad edilməsi” barədə iddia tələbi təmin edilməmiş, məhkəmə xərci iddiaçıya aid edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2-2(104)-44/2014 nömrəli qətnaməsindən görünür ki, İddiaçı1 Təmir-Tikinti Kooperativinin sədri X2 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-2(84)-366/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-2(102)-232/15 nömrəli qərarından görünür ki, , İddiaçı1 Təmir-Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli 2-2(104)- 44/2014 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə iddaçı İddiaçı1 Təmir-Tikinti Kooperativinin Cavabdeh Kiçik Müəssisəsinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə yekun məhkəmə aktı olduğundan və həmin qətnamə qanuni qüvvəsini aldığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 Təmir-Tikinti Kooperativinin Cavabdeh Kiçik Müəssisəsinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Dövlət büdcəsinə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-602/2024
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-602/2024
27.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver