Məhkəmə qərarları › İş №e-2-2(115)-608/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-608/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-608/2025 30.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, X1 iclas katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 100000 manat borcun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 390 manatın, cəmi 100390 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə notarial müqavilə bağlanmışdır. Fərdi sahibkar Cavabdeh bir sıra istehsalçı və idxalçı şirkətlərdən 109144,40 manat dəyərində ərzaq və qeyri-ərzaq məhsulları almış, həmin məhsulları İddiaçı MMC tərəfindən görülməməsi üçün lokal şəbəkə hesab olunan komputerə daxil etməmişdir. Mallar barədə məlumatlar komputer sisteminə daxil olunduqda bu məlumatlar iddiaçı tərəfindən də görünür və iddiaçının da mağazanın hansı malları alması barədə məlumatları olur. Lakin Cavabdeh aldığı malları komputerə daxıl etməmiş və həmin məhsulların satışını çıxış kassa-tanıma aparatından kənar satmış və əldə olunan vəsaiti öz şəxsi ehtiyaclarına xərcləmişdir. Halbuki qarşılıqlı hesablaşma zamanı İddiaçı MMC tərəfindən həmin vəsait Cavabdeh mağazasına mal vermiş istehsalçı və idxalçı şirkətlərə ödənilmişdir. Ona görə də, bu məsələ ilə bağlı audit yoxlaması keçirilmiş və yoxlama zamanı Cavabdeh 109144,40 manat məbləğində öhdəliyi qaldığı müəyyən olunmuşdur. Bu uyğunsuzluqla bağlı İddiaçı MMC şikayət ərizəsi ilə Tovuz rayon prokurorluğuna müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Tovuz rayonunda yerləşən mağazada Cavabdeh öhdəsində olan 109144.40 manat dəyərində mal qalığı müəyyən edildiyini göstərmiş, ona görə də sonuncunun barəsində müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Cavabdeh prokurorluğa verdiyi izahatında göstərmişdir ki, o, 2021-ci ildə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən obyekti icarəyə götürmüş, həmin obyekti mağaza kimi işlətmək fikrində olmuş, bu məqsədlə xx.xx.2021-ci il tarixdə İddiaçı MMC ilə müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən işlətmək istədiyi Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən mağazaya İddiaçı MMC-nin adından, yəni əmtəə nişanından istifadə etməyə icazə verilmişdir. Həmçinin, müqavilə ilə bir sıra məsələlər haqqında hüquq və öhdəliklər yaranmış, müqavilənin şərtlərinə əsasən İddiaçı MMC digər şəbəkələrində olan mağazalar kimi həmin ad altında fəaliyyət göstərən ona məxsus mağazanı lazım olan satış üçün ərzaq məhsulları ilə təmin etmiş, təxminən 1 il fəaliyyət göstərmişdir. Bu müddət ərzində MMC ilə onun arasında bağlanmış müqavilə və razılaşmalara əsasən MMC-nin göndərdiyi malları qəbul edərək lokal şəbəkə hesab olunan komputerə daxil etmiş, satış edərək əldə olunmuş pulun 12 fazini qazanc kimi götürmüş, qalan pulu isə MMC-yə ödəmişdir. Hər ayın sonunda isə qarşılıqlı haqq-hesab aparılmışdır. İddiaçı MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən onun başqa firmalardan da mal götürüb satmaq hüququ olmuş, bu barədə MMC-yə məlumat vermiş, MMC də həmin malların pulunu firmalara ödəmiş və o isə həmin malları sataraq pulunu MMC-yə göndərmişdir. O, bu müddət ərzində əlavə firmalardan, yəni “Avrora” və “Veysəloğlu” kimi firmalardan da ərzaq və qeyri-ərzaq məhsulları götürmüş, həmin məhsulların bir qismi qaldığı üçün aşağı qiymətə satmaq məcburiyyətində qalmış, bir qisminin satışından əldə olunan vəsaiti isə işçilərin əmək haqqlarına, obyektin saxlanma xərclərinə və vergi borclarına ödəmişdir. Bu səbəbdən də onun İddiaçı MMC-yə 100000 manat məbləğində borcu yaranmış və ödəyə bilməmişdir. Təxminən 1 ildən sonra, yəni 2022ci ildə mağaza artıq qazanc gətirmədiyi üçün bağlamaq qərarına gəlmiş, lakin İddiaçı MMCyə olan borcu qalmışdır. Onun həmin borcu biznes fəaliyyətindən yaranmış, həmin pulu ödəyəcəyinə söz vermiş, əvvəllər işləmədiyi üçün ödəyə bilməmiş, hazırda yeni işə başlamış, yaxın müddət ərzində borcunu ödəyib qurtaracağına söz vermişdir. Araşdırmanın nəticəsində xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdən bu günə qədər Cavabdeh tərəfindən İddiaçı MMC-yə olan 100000 manat məbləğində borc ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, sahib satıcıya mağazanı əmtəə nişanı altında işlətməyə, idarə etməyə mağazada malları müştəriyə satmağa və fəaliyyətdən gəlir əldə etməyə icazə verməyi, satıcı mağazanın bu müqavilə şərtlərinə uyğun olaraq işlətməyi, idarə etməyi, malları sahibdən almağı və müştəriyə satmağı və fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür. Tərəflər fəaliyyətdən əldə edilən gəliri müqavilənin şərtlərinə əsasən bölüşdürməyi razılaşırlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Tovuz rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış 44c-23 nömrəli material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmiş, İddiaçı MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin araşdırma üzrə dindirilmiş Cavabdeh izahatında göstərmişdir ki, o, 2021-ci ildə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən obyekti icarəyə götürmüş, həmin obyekti mağaza kimi işlətmək fikrində olmuş, bu məqsədlə xx.xx.2021-ci il tarixdə İddiaçı MMC ilə müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən işlətmək istədiyi Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən mağazaya İddiaçı MMC-nin adından, yəni əmtəə nişanından istifadə etməyə icazə verilmişdir. Həmçinin, müqavilə ilə bir sıra məsələlər haqqında hüquq və öhdəliklər yaranmış, müqavilənin şərtlərinə əsasən İddiaçı MMC digər şəbəkələrində olan mağazalar kimi həmin ad altında fəaliyyət göstərən ona məxsus mağazanı lazım olan satış üçün ərzaq məhsulları ilə təmin etmiş, təxminən 1 il fəaliyyət göstərmişdir. Bu müddət ərzində MMC ilə onun arasında bağlanmış müqavilə və razılaşmalara əsasən MMC-nin göndərdiyi malları qəbul edərək lokal şəbəkə hesab olunan komputerə daxil etmiş, satış edərək əldə olunmuş pulun 12 fazini qazanc kimi götürmüş, qalan pulu isə MMC-yə ödəmişdir. Hər ayın sonunda isə qarşılıqlı haqq-hesab aparılmışdır. İddiaçı MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən onun başqa firmalardan da mal götürüb satmaq hüququ olmuş, bu barədə MMC-yə məlumat vermiş, MMC də həmin malların pulunu firmalara ödəmiş və o isə həmin malları sataraq pulunu MMC-yə göndərmişdir. O, bu müddət ərzində əlavə firmalardan, yəni “Avrora” və “Veysəloğlu” kimi firmalardan da ərzaq və qeyri-ərzaq məhsulları götürmüş, həmin məhsulların bir qismi qaldığı üçün aşağı qiymətə satmaq məcburiyyətində qalmış, bir qisminin satışından əldə olunan vəsaiti isə işçilərin əmək haqqlarına, obyektin saxlanma xərclərinə və vergi borclarına ödəmişdir. Bu səbəbdən də onun İddiaçı MMC-yə 100000 manat məbləğində borcu yaranmış və ödəyə bilməmişdir. Təxminən 1 ildən sonra, yəni 2022-ci ildə mağaza artıq qazanc gətirmədiyi üçün bağlamaq qərarına gəlmiş, lakin İddiaçı MMC-yə olan borcu qalmışdır. Onun həmin borcu biznes fəaliyyətindən yaranmış, həmin pulu ödəyəcəyinə söz vermiş, əvvəllər işləmədiyi üçün ödəyə bilməmiş, hazırda yeni işə başlamış, yaxın müddət ərzində borcunu ödəyib qurtaracağına söz vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli audit rəyindən görünür ki, İddiaçı MMCdən satış məqsədi ilə öhdəsinə mal qəbul etmiş fərdi sahibkar Cavabdeh öhdəsində xx.xx.2022-ci il tarixə 109144,40 manatlıq ehtimal olunan mal-pul çatışmazlığı aşkar edildi. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 723-cü maddəsinə əsasən françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. Həmin Məcəllənin 724-cü maddəsinə əsasən françayz verən françayz alana standart formalı qeyri-maddi əmlak hüquqlarını, əmtəə (ticarət) nişanlarını, mal nümunələrini, qablarını, məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını, habelə satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə verməyə borcludur. Françayz verən birgə fəaliyyət sistemini üçüncü şəxslərin müdaxiləsindən qorumağa, onu aramsız təkmilləşdirməyə və françayz alanı işgüzar vərdişlərlə tanış etmək, informasiya vermək və ixtisasını artırmaq yolu ilə dəstəkləməyə borcludur. Həmin Məcəllənin 725-ci maddəsinə əsasən françayz alan françayzinqin həyata keçirilməsi sisteminə qoyduğu zəhmət nəzərə alınmaqla hesablanan muzd ödəməli və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin məqsədi ilə bilavasitə bağlı olan hallarda françayz verənin və ya onun göstərdiyi şəxslərin vasitəsilə xidmətlər qəbul etməli və mallar əldə etməlidir. Əgər müqavilə bağlanarkən françayz alan daxilolma haqqı vermişdirsə və bu haqq françayz muzdunun hesabına daxil edilməmişdirsə, onda françayz verən müqavilənin qüvvəsinə xitam verilərkən bu haqqı ona qaytarmağa borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən sahib satıcıya mağazanı əmtəə nişanı altında işlətməyə, idarə etməyə, mağazada malları müştəriyə satmağa və fəaliyyətdən gəlir əldə etməyə icazə verməyi, satıcı mağazanın bu müqavilə şərtlərinə uyğun olaraq işlətməyi, idarə etməyi, malları sahibdən almağı və müştəriyə satmağı və fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür. Tərəflər fəaliyyətdən əldə edilən gəliri müqavilənin şərtlərinə əsasən bölüşdürməyi razılaşırlar. İddiaçı MMC audit yoxlaması keçirmiş, yoxlama zamanı Cavabdeh öhdəsində xx.xx.2022-ci il tarixə 109144,40 manatlıq ehtimal olunan mal-pul çatışmazlığı aşkar edilmişdir. Həmçinin Cavabdeh Tovuz rayon prokurorluğuna verdiyi izahatında İddiaçı MMC-yə 100000 manat məbləğində borcu yarandığını və ödəyə bilmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 100000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 390 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 390 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2021-ci tarixli biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə müqavilə üzrə 100000 (bir yüz min) manat pul və 390 (üç yüz doxsan) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar