Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-646/2023 01.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Məmmədova Türkan Dilavər qızının katibliyi, İddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsinin sədri X6 və iddiaçının vəkili Nümayəndə, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 nümayəndəsi X3, Üçüncü şəxs qismində cəlb edilən X10 İnkişaf Mərkəzinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Goranboy rayon Bağçakürd bələdiyyəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı Alpout stansiyası su nasosunun ərazidən çıxarılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Goranboy rayon Baxçakürd bələdiyyəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı Alpout stansiyası su nasosunun çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Baxçakürd Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində mübahisələndirilən Cavabdeh2 balansında olan Alpout stansiyası -su nasosunun ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Goranboy rayon Baxçakürd Bələdiyyəsinin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək iddianı müdafiə etdiyini bildirdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə da məhkəmə iclasında izahat verərək bildiriblər ki, iddianı müdafiə edirlər. Belə ki, cavabdeh tərəfindən Goranboy rayon Baxçakürd Bələdiyyəsinin razılığı olmadan bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində su nasosu quraşdırılmışdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bildirib ki, alternativ su mənbəyi olmadığına görə su nasosu həmin ərazidə quraşdırılmışdır və 150 hektara yaxın ərazinin suvarılmasını təmin edir. Eyni zamanda cavabdeh öz izahatında qeyd etmişdir ki, həmin əraziyə baxış keçirilib, su vurulan yer əkin sahəsidir. Əlavə su mənbələri də həmin yerə gəlir. Su nasosu Alpout kəndinə vurur. 4-5 həmin ərazidə göl var. Üçüncü şəxs qismində cəlb edilən X10 İnkişaf Mərkəzinin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həmin əraziyə baxış keçirilib, su nasosu göldən çəkdiyi suyu Alpout kəndinin ərazisinə nəql edir. Məhkəmə aşağıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. İddia ərizəsi vəkil Nümayəndə tərəfindən imzalanmışdır. X1 adından verilmiş olsa da həmin bələdiyyənin möhürü vurulmaqla deyil, notarial qaydasında verilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cı maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı Goranboy rayon Baxçakürd bələdiyyəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı Alpout stansiyası su nasosunun ərazidən çıxarılması tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-646/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-646/2023
01.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver