Məhkəmə qərarları › İş №e-2-2(115)-7/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-7/2024

05.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-7/2024 05.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azərbaycan Dövlət Su X3 X5” X14 nümayəndəsi X6 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı “Azərbaycan Dövlət Su X3 X5” X14 Cavabdeh qarşı “Şəmkir Maşın kanalının ikinci növbə tikinti zonasında paylayıcı kanalların tikintisi” altına düşən torpaq sahəsinin kompensasiya ödənilməklə boşaldılması tələbinə dair ilk, iddiaçı Cavabdeh “Azərbaycan Dövlət Su X3 X5” X11rşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və X2 Müdiriyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dövlət ehtiyat fondundan icarəyə götürdüyü torpaq sahəsindən keçən dövlət əhəmiyyətli strateji kanalın tikintisi altına düşən torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayon Xınalı kənd ərazisində dövlət ehtiyat fonduna məxsus torpaq sahəsində dövlət əhəmiyyətli “Şəmkir Maşın kanalının İİ növbə tikinti zonasında paylayıcı kanalların tikintisi” üçün 01 may 2019-cu il tarixli 11/15-424 saylı məktubla Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyəti Goranboy rayon İcra Hakimiyyətinə müraciət edərək Goranboy rayon ərazisində, o cümlədən Xınalı kənd ərazisində paylayıcı kanalların çəkilməsi üçün tikinti altına düşən torpaq sahələrinin sənədlərin hazırlanması haqqında sərəncam verilməsini xahiş etmişdir. Goranboy rayon İcra Hakimiyyətinin 13 may 2019-cu il tarixli 71 saylı sərəncamı ilə RİH yanında təsərrüfatlar arası kanalları ilkin torpaq ayıran sənədlərın hazırlanmsı haqqında rayonun aidiyyəti qurumlarından ibarət komissiya yaradılmışdır. Goranboy rayon İcra Hakimiyyətinin 22 may 2019-cu il tarixli 80 saylı sərəncamı ilə komissiyanın tərkibi akta əsasən müəyyən edilmiş, Goranboy rayon ərazisindən daimi olaraq 68,6005 ha torpaq sahəsinin ayrılması müvafiq hesab edilərək akt imzalanmaqla təsdiq edilmişdir. Goranboy rayon Xınalı kəndində fərdi təsərrüfatla məşğul olan Musayev X7 ərazisindən dövlət ehtiyyat fonduna məxsus 27 ha torpaq sahəsini icarəyə götürərək meyvə bağı salmışdır. Fərdi təsərrüfatla məşğul olan Cavabdeh dövlət ehtiyat fondundan icarəyə götürdüyü torpaq sahəsinin 0,8259 ha hissəsi “Şəmkir Maşın kanalının İİ növbə tikintisi zonasında paylayıcı kanalların tikintisi" ərazisinə düşdüyü üçün təsərrüfat sahibi, icarəçi Cavabdeh yaradılmış maneənin aradan qaldırılması təklif olunmuş, tikinti işlərinin davam etdirilməsinin gecikdirilməsi bildirilmişdir. Tikinti işlərinin davam etdirilməsinə kömək üçün Goranboy rayon İcra Hakimiyyətinə müraciət edilmiş, Goranboy rayon İcra Hakimiyyətinin 21 aprel 2022-ci il tarixli C-184 nömrəli cavab məktubunda isə Cavabdeh müstəqil qiymətləndirici tərəfindən hesablanmış 32760 manat kompensasiyanın bank hesabına köçürüldükdən sonra tikintinin davam etdirilməsinə razı olacağını bildirmişdir. Bundan sonra kompensasiyanın ödənilməsi üçün Cavabdehlə əlaqə saxlanılmış, lakin verilən kompensasiyanın az olmasını bildirərək prosesdən imtina etmişdir. Cavabdeh dövlət ehtiyat fonduna məxsus icarəyə götürdüyü torpaq sahəsində bağ salması üçün 222600 manat xərc çəkdiyini iddia edərək, cari ilin aprel ayında hesablanmış kompensasiya məbləğinin artırılması barədə iddiaçıya ərizə ilə müraciət etmişdir. Onun müraciətinin araşdırılması məqsədi ilə müstəqil qiymətləndirici "Privat Co" firmasına sənədlər təqdim olunmuş, araşdırmanın nəticəsi olaraq ona tikinti altına düşən 420 ədəd şaftalı ağacına görə sərf etdiyi xərclərlə bağlı müqavilələr, qaimələr, hesab fakturaları və digər xərclərlə bağlı zəruri sənədlər təqdim ediləcəyi təqdirdə, ağaclara görə verilən kompensasiyanın qiymətləndiriləcəyinə yenidən baxılacağı barədə məktub göndərilmişdir. Təssüflər olsun ki, yazılan məktubdan uzun müddət keçsədə Cavabdeh tərəfindən lazımı sənədlər təqdim olunmamış, Cavabdeh tərəfindən yaradılmış süni maneə səbəbindən qeyd edilən bağ sahəsində stateji əhəmiyyətli kanalın tikintisi başa çatdırılmamış qalmışdır. Eyni zamanda Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və X2 Müdiriyyəti tərəfindən qanunsuz əməllərinə son qoyulması, onların əməkdaşları tərəfindən 6 illik 71 ədəd meyvə ağaclarının çıxarılıb məhv edilməsinə görə cavabdehdən 42111,52 manat maddi ziyan, 12425 manat əldən çıxmış fayda və 254 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Goranboy rayonu, Xınalı Bələdiyyəsinə məxsus torpaq sahəsi 6 ildən çoxdur ki, onun istifadəsindədir. Həmin torpaq sahəsinə xaricdən gətirilmiş 6 ildən çox müddətində əkilərək qulluq edilən böyük meyvə ağacları vardır. Həmin ərazidə 30 nəfərdən çox işçi işlə təmin edilmişdir. Yəni 30 nəfərdən daha çox işçinin ailəsi bu ağır şəraitdə, yeganə qazanc yeri olan bu torpaq sahəsində işləyərək evlərinə qazanc apara bilir. Həmin torpaq sahəsi tək ona yox, 30 nəfərdən çox işçiyə də aiddir. Cavabdeh müəssisənin əməkdaşları 6 ildən çox yaşı olan 71 ədəd meyvə ağaclarını çıxararaq məhv etmişlər. Buna səbəb guya həmin ərazidən su kanalının çəkilməsi nəzərdə tutulmuşdur. Çıxarılmış 6 ildən çox yaşı olan 71 ədəd meyvə ağaclarının da pulu verilməmişdir. Onun cavabdehə ünvanladığı məktuba cavabda da həmin hal, yəni 71 ədəd meyvə ağacının çıxarıldığı təsdiq edilmiş, əlavə olaraq 420 ədəd meyvə ağacının çıxarılmasını göstərilmişdir. Cavabdeh müəssisənin xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin tərtib etdiyi kadastr planları və onlardan çıxarışları əsasında istifadələrində olan Goranboy rayonu, Xınalı kəndində yerləşən bağ sahəsinin 0,8259 ha hissəsi obyektin tikintisi altına düşdüyündən 420 ədəd ağacın tarif şurasına uyğun alınaraq çıxarılmasını həmin torpaq sahəsini onların istifadələrinə verilməsini göstərmişdir. 6 illik 420 ədəd mevvə ağaclarının çıxarılmasına görə cəmi 32760 manat pul hesablanaraq kompensasiya ödənilməsini bildirilir. Lakin meyvə ağacları xarici ölkədən alınaraq, gətirilərək, əkilərək və 6 ildə qulluq edilməsinə görə hal-hazıradək bir ağaca, 593,12 manatdan çox pul xərclənmişdir. 71 ədəd meyvə ağaclarına hal-hazıradək 42111,52 manatdan çox pul xərclənmişdir. Çəkilən xərclərin açıqlanması xx.xx.2022-ci il tarixli 09/22 nömrəli əmlakın qiymətləndirilməsi barədə rəydə də göstərilmişdir. Hal-hazırda əməkdaşlar tərəfindən 71 ədəd 6 illik meyvə ağacları çıxarılaraq məhv edilməsində, meyvə ağaclarının məhsulunun illik gəlirindən əldən çıxmış fayda vardır. xx.xx.2022-ci il tarixli 09/22 nömrəli əmlakın qiymətləndirilməsi barədə rəydə 71 ədəd 6 illik meyvə ağacları çıxarılaraq məhv edilməsinə görə 1 ədəd meyvə ağacının məhsulunun illik gəliri 175 manat, cəmi 12425,00 manat aldan çıxmş fayda vardır. İlk iddia üzrə iddiaçı Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və X2 Müdiriyyəti iddia ərizəsini dəqiqləşdirərək müstəqil qiymətləndirici “Privat Co” firması tərəfindən dövlət lahiyəsi üzrə tamamlanmaqda olan kanalın trassa xəttinə düşən 420 ədəd şaftalı ağacının çıxarılması üçün hesablanmış 32760 manat kompensasiyanın ödənilməsi şərti ilə mübahisə predmeti olan ərazinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçı Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və X2 Müdiriyyətini əsl iddiaçı Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyəti ilə, habelə qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və X2 Müdiriyyətini əsl cavabdeh Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyəti ilə əvəz edilməsini qərara almışdır. Daha sonra məhkəmə ilk iddia üzrə iddiaçı Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətini əsl iddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə, habelə qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətini əsl cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əvəz edilməsini qərara almışdır. Daha sonra məhkəmə ilk iddia üzrə iddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini əsl iddiaçı Azərbaycan Dövlət Su X3 X5 X20 ilə, habelə qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini əsl cavabdeh Azərbaycan Dövlət Su X3 X5 X20 ilə əvəz edilməsini qərara almışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azərbaycan Dövlət Su X3 X5” X14 nümayəndəsi X9 izahatında bildirdi ki, Maliyyə Nazirliyi tərəfindən də təsdiq edilmiş “Privat Co” firmasının ekspert rəyinə əsasən 420 ağac üçün 32760 manat kompensasiya müəyyən edilmişdir. Kompensasiya məbləğini artırmaqla bağlı fikirləri yoxdur və qarşı tərəfə 420 ağac üçün 32760 manat kompensasiya ödənilməsini təklif etməklə ilk iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MMC-nin ekspert rəyinin nəzərə alınmasını, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə” 21 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Şəmkir, Goranboy, Samux, Ağcabədi, Saatlı, Sabirabad, Salyan, Balakən, Şəki, Oğuz, Yevlax, Göyçay, İmişli, Biləsuvar, Nefçala, Cəlilabad, Qəbələ, Masallı, Ağsu, Ağdaş, İsmayıllı, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında hidrotexniki qurğuların tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Melorasiya və X19 Səhmdar Cəmiyyəti müəyyən edilmişdir. İş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti başçısının 23 aprel 2021-ci il tarixli aktından görünür ki, Goranboy rayon İcra Hakimiyyəti başçısının 20 aprel 2021-ci il tarixli 38 nsaylı sərəncamına əsasən Xınalı kənd ƏİD üzrə nümayəndəsi və Xınalı bələdiyyəsinin sədri də yaradılmış komissiyanın üzvlərinə daxil edilmişdir. Həmiçinin aktın 20ci bəndinə əsasən Xınalı kənd İƏD üzrə PK-6 kanalının tikintisi altına daimi olaraq 2,129073 ha, o cümlədən 1.510794 ha əkin, 0,618794 ha örüş, bundan xüsusi mülkiyyət-1,510794 ha əkin, Bələdiyyə mülkiyyəti-0,618279 ha örüş, Goranboy rayonu üzrə paylayıcı kanallarının tikintisi altına daimi olaraq 81,2206223 ha, o cümlədən 46,7125233 ha əkin, 24960193 ha örüş, 0,115911 ha sututar, 4,679899 ha şərti yarasız, 0,122778 ha meyvə bağı, 2,396652 ha KPİ, 0,619454 ha BEF, 0,251825 ha meşə zolağı torpağı, 1,291825 ha həyətyanı, 0,069562 ha tikinti altında bundan: xüsusi mülkiyyəti- 39,2641813 ha, o cümlədən 39,0235653 ha əkin, 0,064771 ha meyvə bağı, 0,175845 ha həyətyanı, Bələdiyyə mülkiyyəti-35,339884 ha o cümlədən 3,765104 ha əkin, 24,582615 ha örüş, 0,115911 ha sututar, 2,501881 ha şərti yararsız, 2,396652 ha KPİ, 0,619454 ha BEF, 0,172635 ha meşə zolağı torpağı, 1,115980 ha həyətyanı, 0,069562 ha tikili altında, Dövlət mülkiyyəti-6,616557 ha o cümlədən 3,923764 ha əkin, 0,377578 ha örüş, 2,178018 ha şərti yararsız, 0,058007 ha meyvə bağı, 0,079190 ha meşə zolağı torpağı tikinti altına düşür. İş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti başçısının 17 may 2021-ci il tarixli 56 saylı sərəncamından görünür ki, tərtib edilmiş sənədlərə əsasən “Şəmkir Maşın kanalının İİ növbəsinin zonasında təsərrüfatlararası paylayıcıkanalların tikintisi” altına Goranboy rayonu ərazisindən daimi olaraq 81.2206223 ha, o cümlədən 46,7125233 ha əkin, 24,960193 ha örüş, 0,115911 ha sututar, 4,679899 ha şərti yararsız, 0,122778 ha meyvə bağı, 2,396652 ha KPİ, 0,619454 ha BEF, 0,251825 ha meşə zolağı torpağı, 1,291825 ha həyətyanı, 0,069562 ha tikinti altında, bundan xüsusi mülkiyyət-39,2641813 ha, o cümlədən 39,0235653 ha əkin, 0,064771 ha meyvə bağı, 0,175845 ha həyətyanı, bələdiyyə mülkiyyəti- 35,339884 ha, o cümlədən 3,765194 ha əkin, 24,582615 ha örüş, 0,115911 ha susutar, 2.501881 ha şərti yarasız, 2,396652 ha KPİ, 0,619454 ha BEF, 0,172635 ha meşə zolağı torpağı, 1,115980 ha həyətyanı, 0,069562 ha tikili altında, dövlət mülkiyyəti-6,616557 ha, o cümlədən 3,923764 ha əkin, 0,377578 ha örüş, 2.178018 ha şərti yarasız, 0,058007 ha meyvə bağı, 0,079190 ha meşə zolağı torpağı tikintisi altına düşür. İş materiallarında olan Torpaq sahəsinin kadastr planından görünür ki, Cavabdeh məxsus 8259,59 m2 torpaq sahəsi layihə altına düşür. İş materiallarında olan “Privat Co” firmasının Cavabdeh ünvanldadığı 28 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh icarəyə götürdüyü torpaq sahəsində salınmış şaftalı bağının tikinti altına düşən 420 ədəd, 6 yaşlı şaftalı ağacları üçün bütün xərclər daxil olmaqla əldən çıxan faydaya görə 32760 manat kompensasiya məbləği hesablanmışdır. Həmiçinin Cavabdeh məxsus şaftalı bağının qiymətləndirilməsi haqqında hesabata əsasən 1 ha üçün ödənilməli olan kompensasiyanın ümumi məbləği 32035 manat müəyyən olunmuşdur. Bunun əsasında isə Cavabdeh icarə əsasında götürdüyü torpaq sahəsində salınmış şaftalı bağı üçün (0,825959 ha) layihənin tikintisi altına düşməsi səbəbindən ödənilməli kompensasiya məbləği 32035x0,825959x1,2=31752 manat təşkil etmişdir. Torpaq sahəsi isə dövlətə məxus olduğu üçün qiymətləndirilməmişdir. Hesabata əlavə olunmuş çıxarışdan görünür ki, Cavabdeh icarəsində olan 0,825959 ha əkin torpaq sahəsində əkilmiş 420 ədəd 6 illik şaftalı ağaclarına görə ödəniləcək kompensasiyanın məbləği 32760 manat təşkil etmişdir. İş materiallarında olan “Privat Co” firmasının “Şəmkir Maşın kanalının İİ növbəsinin zonasında təsərrüfatlararası paylayıcıkanalların tikintisi” obyektinin tikintisi altına düşən daşınmaz əmlakların və əkin bitkilərinin qiymətləndirilməsi haqqında 28 aprel 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qiymətləndirmənin gedişində satışların müqayisəli təhlili və xərclər metodları tətbiq edilməklə, Nəzarət orqan tərəfindən baxılaraq edilmiş düzəliş nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezdentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə müvafiq olaraq hesablanmış bazar dəyərinə 20% əlavə haqq ödənilməklə qiymətləndirilən əmlaklar üçün ümumi kompensasiya məbləği 462050 manat təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müşahidə aktından görünür ki, tərəflərin iştirakı ilə Cavabdeh icarəsində olan əkin sahəsinə baxış keçirilmiş, sahədə 6 illik 420 ədəd şaftalı ağacı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən görünür ki, Goranboy rayonu, Xınalı kəndində yerləşən 27 ha torpaq sahəsinə icarə müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2110-ci ilə qədər Cavabdeh oğuna adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi idarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü haqqında texniki pasportundan görünür ki, Goranboy rayonu, Xınalı kəndində yerləşən 27 ha torpaq sahəsinin hüquq subyekti Goranboy rayonu İcra Hakimiyyətidir. İcarəyəgötürən isə Cavabdehdur. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin 26 may 2022-ci i tarixli 09/22 saylı hesabatından görünür ki, 1 ədəd ağaca 6 il ərzində çəkilən xərc 593,12 manat olmuşdur. 71 ədəd məhv edilmiş meyvə ağacına çəkilən xərc 71x593,12=42111,52 manatdır. Məhv edilmiş hər bir meyvə ağacının 1 illik məhsulunun dəyəri 71x175=12425 manatdır. Ümumlikdə isə 54536,52 manat müəyyən olunmuşdur. İş materiallarında olan X16 İnkişaf Mərkəzinin 10 mart 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh icarə əsasında götürdüyü torpaq sahəsində salınmış şaftalı bağı üçün (0.825959 ha) lahiyənin tikinti altına düşməsi səbəbindən ağac bitkisinin qiymətləndirilməsi 72722.3746 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli rəyindən görünür ki, Goranboy rayonu Xınalı kəndi ərazisində yerləşən Cavabdeh X21 kanalının ikinci növbə tikinti zonasında paylayıcı kanalların tikintisi altına düşən 27 hektar torpaq sahəsinin 0.825959 hektarında salınan şaftalı bağında 420 ədəd şaftalı ağacının olması müəyyən edilmişdir. Təhqiqata təqdim edilmiş X16 İnkişaf Mərkəzinin rəyində əkilmiş ağacların yaşı (neçə illik olması), həmin ağacların bar verən olub-olmaması, hər bir ağacdan illik nə qədər məhsul əldə edilə bilməsi, qeyd edilən torpaq sahəsində kökündən çıxarılaraq başqa əraziyə köçürülmüş ağacların olub-olmaması barədə hər hansı məlumat verilmədiyindən qərardadda qoyulmuş “2) Əgər mövcuddursa yaşı nə qədərdir?, 4) Həmin ağaclar bar verən ağaclardırsa, hər bir ağacdan illik nə qədər məhsul əldə edilə bilər?, 5) Qeyd edilən torpaq sahəsində kökündən çıxarılaraq başqa ərziyə köçürülmüş ağaclar varmı?” sualları üzrə tədqiqat işləri aparılmadı. Həmçinin 27 hektar torpaq sahəsinin 0.825959 hektarında salınan 420 ədəd şaftalı ağacının məhsuldarlığı barədə məlumat olmadığından həmin ağacların orta bazar qiymətini müəyyən etmək mümkün olmadı. Qeyd edilən 420 ədəd şaftalı ağacının məhsuldarlığı müəyyən edildikdən sonra həmin ağacların orta bazar qiyməti müəyyən edilə bilər. İş materiallarında olan X16 İnkişaf Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Goranboy rayonu Xınalı kəndi ərazisində yerləşən Cavabdeh X21 kanalının ikinci növbə tikinti zonasında paylayıcı kanalların tikintisi altına düşən 388 saylı 8259,59 m2 torpaq sahəsi 0.825959 hektardır. Həmin ərazidə 420 ədəd şaftalı ağacları əkilmiş və ondan 71 ədədi kökündən çıxarılmışdır. Çıxarılmış ağacların başqa ərziyə köçürülməsi ilə bağlı hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Mövcud olan ağacların saylı 349 ədəddir, yaşı isə 6 illikdir. Yerli bazar qiymətinə uyğun olaraq bir ağac tinginin qiyməti 15 manat olmalqa 420 ədəd ağacın qiyməti 6300 manat, bir tingin əkilməsi 1 manat olmaqla 420 ədəd ağacın qiyməti 420 manat, 0.8259 hektar sahəsinin hazırlanması 413 manat və həmin sahədə hazırkı vaxtadək aparılmış aqrotexniki qulluq işləri 9912 manat təşkil edir. Əlavə olaraq 0.8259 hektar torpaq sahəsində damçı suvarma sisteminin qurulması üçün 2065 manat, 1-ci və 2-ci illər üçün sanitar müalicə fito sanitar peraparatlar 743 manat, 1-ci və 2-ci illər üçün gübrələmə işləri 2065 manat, gigər illər üçüb gübrə və fito sanitar peraparatlar 13215 manat, digər xidmətlər (6 il müddətində) isə 12389 manat xərc tələb edir. 6 ildə çəkilən xərc cəmi 47522 manat təşkil edir. Şaftalı ağaclarının 3-cü ildən bar verdiyini nəzərə alaraq orta hesabla 4-cü il 420 ədəd ağacdan 5040 kq, 5-ci il 7560 kq, 6-cı il isə 12600 kq məhsul götürmək mümkündür. Bu isə gəlir olaraq 4-cü ildə 5040 manat, 5-ci ildə 7560 manat, 6-cı ildə isə 12600 manat olmaqla, 3 il ərzində cəmi 25200 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2024-cü il tarixli 3- 16-16/2-7/1626-9/9046 saylı rəyindən görünür ki, Goranboy rayonu Xınalı kənd ərazisində yerləşən Cavabdeh icarəsində olan torpaq sahəsinin “Şəmkir Maşın kanalının ikinci növbə tikinti zonasında paylayıcı kanalların tikintisi” altına düşən 388 saylı 8259,59 m2 torpaq sahəsi 0,825959 hektardır. Həmin ərazidə 420 ədəd şaftalı ağacları əkilmiş və ondan 71 ədədi kökündən çıxarılmışdır. Çıxarılmış ağacların başqa əraziyə köçürülməsi ilə bağlı hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Mövcud olan ağacların sayı 349 ədəddir, yaşı isə 6 illikdir. Gəncə Kommersiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərardadına əlavə edilmiş 17 oktyabr 2023-cü il tarixli 3-22-3-22/2-135/2023 nömrəli Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X16 İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Ballı X1 məxsus şaftalı bağının qiymətləndirilməsi rəyində şaftalı ağaclarının sayı 349 ədəddir, yaşı isə 6 illik olması müəyyən edilsə də ağacların yerləşdiyi ərazinin torpaq məhsuldarlığı, adı qeyd edilmiş meyvə ağacının sortu (hər bir meyvə bitkisinin məhsuldarlığı həmin bitkinin məxsus olduğu sorta əsasən müəyyən edilir) barədə heç bir məlumat verilmədiyindən həmin torpaq sahəsində mövcud olan ağacların məhsuldarlığı barədə tədqiqat işləri aparılmamışdır. Aparılmış bioloji tədqiqatın nəticələrinə əsasən 0.825959 hektar ərazidə 420 ədəd şaftalı ağacları əkilmiş və 71 ədədi kökündən çıxarılaraq başqa əraziyə köçürülməsi ilə bağlı hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Şaftalı bağının qiymətləndirilməsi rəyində şaftalı ağaclarının sayı 349 ədəd, yaşı 6 illik olması müəyyən edilsə də, adı qeyd edilmiş meyvə ağacının sortu barədə heç bir məlumat verilmədiyindən həmin ağacların orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilən 349 ədəd şaftalı ağaclarının sortu müəyyən edildikdən sonra həmin ağacların orta bazar qiyməti müəyyən edilə bilər. Həmin ağaclara neçə il ərzində görülmüş aqrotexniki qulluğun iş həcmi və çəkilmiş xərc barədə mütəxəssis rəyi tədqiqata təqdim edildikdən sonra həmin xərclər müəyyən edilə bilər. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2024-cü il tarixli 7/362-9/1768 saylı rəyindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin mülki iş materiallarında olan (2-ci cild səhifə 97) 17 oktyabr 2023-cü il tarixli 3-22-3-22/2-135/2023 nömrəli Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X16 İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun rəyinə əsasən Goranboy rayonu, Xınalı kənd ərazisində yerləşən Cavabdeh icarəsində olan torpaq sahəsində 420 ədəd şaftalı ağacları əkilmişdir. Onlardan 71 ədədi kökündən çıxarılmışdır. Mövcud olan ağacların sayı 349 ədədir, yaşı 6 illikdir. Təqdim olunmuş mütəxəssis rəyində şaftalı ağacının sortu göstərilmədiyinə görə, həmin ağacların məhsuldarlığı barəsində cavab vermək mümkün olmamışdır. Çıxarılmış ağacların başqa əraziyə köçürülməsi ilə bağlı təqdim olunmuş mütəxəssis rəyində məlumat olmadığı üçün qərarda göstərilən qeyd edilən torpaq sahəsində kökündən çıxarılaraq başqa əraziyə köçürülmüş, ağaclar varmı? Sualına cavab vermək mümkün olmamışdır. Aparılmış bioloji tədqiqatın nəticələrinə əsasən 8259,59 m2 torpaq sahəsi 0,825959 hektar olan ərazidə 420 ədəd şaftalı ağacları əkilmiş və 71 ədədi kökündən çıxarılaraq başqa əraziyə köçürülməsi ilə bağlı hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Şaftalı bağının qiymətləndirilməsi rəyində şaftalı ağaclarının sayı 349 ədəd, yaşı isə 6 illik olması müəyyən edilsə də, ağacların yerləşdiyi ərazinin torpaq məhsuldarlığı, adı qeyd edilmiş şaftalı ağacının sortu (hər bir meyvə bitkisinin məhsuldarlığı həmin bitkinin məxsus olduğu sorta əsasən müəyyən edilir) barədə heç bir məlumat verilmədiyindən, həmin ağacların orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilən 349 ədəd şaftalı ağaclarının sortu müəyyən edildikdən sonra həmin ağacların orta bazar qiyməti müəyyən edilə bilər. Həmiçinin, görülmüş işlərin və çəkilmiş xərcin həcmi ayrı-ayrılıqda göstərilmədiyindən çəkilmiş xərcin ümumi dəyərini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin 05 iyun 2024-cü il tarixli 065/Mİ/24 nömrəli rəyindən görünür ki, sözügedən torpaq sahəsində şaftalı ağacları mövcuddur. 0.82 ha əraziyə 420 şaftalı ağac növü 2017-ci ildə əkilmişdir. 2021-ci ildə bunlardan 71 ədədi çıxarılmışdır. Hal-hazırda 349 meyvə ağacı mövcuddur. Hər bir ağacın alınması, gətirilməsi, əkilməsi və hazırki vaxtadək aqrotexniki qulluğa görə çəkilmiş xərcin ümumi məbləği 52404 manat təşkil edir. Meyvə ağaclarının tingləri Türkiyədən alınaraq gətirilmişdir. Xüsusi növ şaftalı ağacı olduğundan yüksək məhsuldarlığa malikdir. Təxminən 10-12 il yaşam müddəti olan şaftalı ağacından yalnız budama vasitəsilə 15-20 ilə qədər məhsul götürmək olar. Yetişkin bir şaftalı ağacı təxmin bir ildə 35-50 kq məhsul verir. Əraziyə əkilmiş bu növ şaftalı ağacları təcrübəli budamaçılar tərəfindən budanmışdır. Bu zaman düzgün şəkilləndirilmiş ağacın kök və gövdələri inkişaf edir, ömrü uzanır meyvə verimi növbəti illər üçün daha da artır. Bu növ ağaclardan məhsul yığımı əkimdən sonrakı 3-cü ildən başlayır. Ağacların məhsuldarlığı hər növbəti il artdığından illər üzrə məhsuldarlıq və gəlirlilik cədvəlinə əsasən 2021, 2022, 2023 və 2024-cü illər üzrə cəmi 40320 manat təşkil edir. Qeyd edilən torpaq sahəsində 71 ədəd şaftalı ağacı 2021-ci ildə məhsul yığımından sonra kökündən çıxarılaraq başqa əraziyə köçürülmüşdür. Lakin köçürülmüş ağaclar quruyaraq məhv olmuşdur. Bu səbəbdən həmin 71 ağac üzrə icarəçi Cavabdeh 5822 manat əldən çıxmış faydası mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması nəzərdə tutulur. Torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər, kompensasiya - bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz başa düşülür. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.3.1-ci maddəsinə əsasən torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilir. Həmin Qanunun 49.2-ci maddəsinə əsasən icarədə olan dövlət və ya bələdiyyə torpaqlarının müəyyən hissəsi alındıqda icarəçi tərəfindən ödəniləcək icarə haqqına icarədə olan torpağın sahəsinin azalması və geri alınmanın digər nəticələri nəzərə alınmaqla yenidən baxılır və icarəçidə saxlanılan torpağın qanunvericiliyə uyğun olaraq yenidən mərzlənməsi və üzərində hüquqların dövlət qeydiyyatına alınması təşkil edilir. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Məhkəmə qeyd edir ki, Goranboy rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh icarə müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2110-ci ilə qədər Goranboy rayonu, Xınalı kəndində yerləşən 27 hektar torpaq sahəsi icarəyə verilmiş, Cavabdeh icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh icarəsində olan torpaq sahəsində bağ salmış və meyvə ağacları əkmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 21 dekabr 2020-ci il tarixdə qərar qəbul edilərək Goranboy və digər rayonlarda hidrotexniki qurğuların tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması və alan orqanın Azərbaycan Melorasiya və X19 Səhmdar Cəmiyyəti olması qərara alınmışdır. Goranboy rayon İcra Hakimiyyəti başçısının sərəncamlarına əsasən rayonun digər əraziləri kimi Xınalı kənd ərzisindən tikinti altına düşən torpaq sahələrinin yerinin müəyyən edilməsi üçün müvafiq komissiya yaradılmış və tikinti altına düşən torpaq sahələrinin növləri, ölçüləri və s müəyyən edilmiş, komissiyaya sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır. Cavabdeh icarəsində olan 27 hektar torpaq sahəsinin 8259,59 m2 (0,825959 hektar) hissəsinin tikinti altına düşməsi və tikinti altına düşən torpaq sahəsində Cavabdeh tərəfindən 420 ədəd şaftalı ağacı əkildiyi müəyyən edilmişdir. Torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Cavabdeh 420 ədəd ağac üçün “Privat Co” firmasının qiymətləndirmə rəyinə əsasən 32760 manat kompensasiya təklif etmiş, Cavabdeh isə həmin kompensasiya məbləği ilə razılaşmamışdır. Torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan məhkəməyə müraciət edərək dövlət mülkiyyətində olmaqla Cavabdeh icarəsində olan və tikinti altına düşən torpaq sahəsində 420 ədəd meyvə ağacı üçün 32760 manat kompensasiya ödənilməklə torpaq sahəsinin boşaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk iddia tələbi ilə bağlı bildirir ki, ilk iddiaçının təklif etdiyi 32760 manat kompensasiya məbləği ilə Cavabdeh razılaşmamış, məhkəmə isə ekspertiza təyin etməklə 420 ağacın alınması, gətirilməsi, əkilməsi və hazırki vaxtadək aqrotexniki qulluğa görə çəkilmiş xərcin ümumi məbləğinin 52404 manat olmasını müəyyən etmişdir. Həmçinin ilk iddiaçı kompensasiya məbləğini atırmamışdır. Ona görə də məhkəmə ilk iddia tələbindən kənara çıxaraq ilk iddia tələbini təmin edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qarşılıqlı iddia tələbindən görünür ki, qarşılıqlı iddiaçı torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqanın qanunsuz əməllərinə son qoyulması, 6 illik 71 ədəd meyvə ağaclarının çıxarılıb məhv edilməsinə görə cavabdehdən 42111,52 manat maddi ziyan, 12425 manat əldən çıxmış fayda və 254 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İş materiallarından, tərəflərin izahatlarından görünür ki, Cavabdeh icarəsində olan və tikinti altına düşən torpaq sahəsində 71 ədəd meyvə ağacı torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqanın əməkdaşları tərəfindən kökündən çıxarılmışdır. Həmin ağaclar başqa əraziyə köçürülsə də məhv olmuşdur. Bundan sonra qarşılıqlı iddiaçı məhkəməyə müraciət etmişdir. 71 ədəd meyvə ağacından başqa ağac çıxarılmamışdır. Cavabdeh özü ağacların çıxarılması ilə bağlı hərəkətləri dayandırmışdır. Ona görə də qarşılıqlı iddia tələbinin cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması ilə bağlı hissəsi təmin edilməməlidir. Bundan başqa ekspert rəyi ilə 420 ağacın alınması, gətirilməsi, əkilməsi və hazırki vaxtadək aqrotexniki qulluğa görə çəkilmiş xərc və ağacların illər üzrə verəcəyi gəliri ilə bağlı xərclər müəyyən edilmişdir. Müəyyən edilmiş həmin xərclər nəzərə alınmaqla Cavabdeh 71 ədəd ağacın məhv edilməsinə görə 8858 manat 77 qəpik məbləğində maddi ziyan vurulmuşdur. Həmçinin Cavabdeh 71 ağacın gəlirindən məhrum olduğuna görə 6816 manat əldən çıxmış fayda mövcuddur. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğdə maddi ziyan və əldən çıxmış fayda ilk iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan İB********** saylı qəbzdən görünür ki, qarşılıqlı iddiaçı tərəfindən iddianın məhkəməyə verilməsi üçün 254 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın təmin edilmiş hissəsinə münasibətdə 137 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 manat ekspertiza xərcinin 250 manatı qarşılıqlı iddia üzrə cavabdehdən, 250 manatı qarşılıqlı iddia üzrə iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsi ilə bağlı 280 manat ekspertiza xərcinin 140 manatı qarşılıqlı iddia üzrə cavabdehdən, 140 manatı isə qarşılıqlı iddia üzrə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh “Azərbaycan Dövlət Su X3 X5” X12 71 ədəd meyvə ağacının çıxarılıb məhv edilməsinə görə 8858 manat 77 qəpik məbləğində maddi ziyan, 6816 manat əldən çıxmış fayda olmaqla cəmi 15674 (on beş min altı yüz yetmiş dörd) manat 77 (yetmiş yeddi) qəpik pul, ödənilmiş 137 (bir yüz otuz yeddi) manat dövlət rüsumu tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 (beş yüz) manat ekspertiza xərcinin 250 (iki yüz əlli) manatı qarşılıqlı iddia üzrə cavabdeh “Azərbaycan Dövlət Su X3 X5” X12, 250 (iki yüz əlli) manatı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsi ilə bağlı 280 (iki yüz səksən) manat ekspertiza xərcinin 140 (bir yüz qırx) manatı qarşılıqlı iddia üzrə cavabdeh “Azərbaycan Dövlət Su X3 X5” X12, 140 (bir yüz qırx) manatı isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X4, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar