Məhkəmə qərarları › İş №e-2-2(115)-72/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-72/2023

24.02.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-72/2023 24.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 (üçüncü şəxs X4) qarşı sənədlərin surətinin verilməsi və daşınmaz əmlakın istismarı üzrə işlərin təmin edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin ümumi yığıncağının növbədənkənar iclasının aşağıdakı gündəliklə çağrılması: MMC-nin fəaliyyətinin təsis tarixindən qərar tarixinədək olan dövr üzrə audit yoxlamasının təyini, audit yoxlaması dövründə maraqlar toqquşmasının və hər hansı kənar müdaxilənin qarşısının alınması, şəffaflığın təmin olunması üçün MMC-nin qanuni təmsilçisi direktorun cari idarəetmədən kənarlaşdırılması və neytral üçüncü şəxs-müvəqqəti kənar idarəçinin təyin olunması, auditin nəticələrinə görə MMC-nin qanuni təmsilçisi direktorunun fəaliyyətinin qiymətləndirilməsi və bununla bağlı digər məsələləri, auditin nəticələrinə görə MMC-nin fəaliyyət strategiyasının və dəqiq şərtlərin bundan sonrakı dövr üzrə müəyyən edilməsi, MMC-nin audit komitəsinin formalaşdırılması, əsasnaməsinin təsdiqi və üzvlərinin təyini, MMC-nin təsis tarixindən qərar tarixinədək olan dövr üzrə qeyd edilən sənədlərin surətinin verilməsi: İşçilərin və xidmət müqaviləsi bağlanılmış şəxslərin siyahısı, onlarla bağlanılmış əmək və mülki müqavilələrinin surətləri, onların qeydiyyatı barədə dövlət portalından bildirişlərin surətləri, satınalmalarla bağlı iş görülən şəxslərin siyahısı, onlarla bağlanılan müqavilələrin surətləri, kassa kitabının təsdiqlənmiş surəti, təhtəl hesab şəxslərinin siyahısı və onlara verilmiş vəsaitə dair hesabat, nağd pul vəsaitlərinin dövriyyəsinə dair hesabatı, kapitalların hərəkəti barədə hesabatı, mənfəət-zərər hesabatı, balans, qəbul olunmuş, o cümlədən xidmət göstərilmiş müştərilərin siyahısı, vergi və DSMF qurumlarına rəsmi təqdim edilmiş hesabat, bəyannamə və arayışların surətləri, MMC-nin daşınmaz əmlaklarının hüquqi vəziyyəti (yüklülüyünün olub-olmaması) barədə arayış. Həmçinin daşınmaz əmlakın istismarı üzrə isə qeyd edilən işlərin təmini: daşınmaz əmlaklarda olan daşınar əmlakın inventarlaşması və MMC-yə aid olmayan daşınarların siyahısı, həmin daşınarlarının hüquqi statusu, tikinti işlərinin aparılması daxil olmaqla, daşınmaz əmlak və əmlak daxilində daşınar əmlakın inventarlaşması və yekun qiymətləndirilməsi üzrə kənar auditin təyin olunması, audit yekunlaşana kimi, şəffaflığın təmin olunması və maraqlar toqquşmasının qarşısının alınması məqsədilə, bütün təsisçilərin və onların nüfus dairəsində olan şəxslərin cari idarəetmədən uzaqlaşdırılması və yekdil seçilmiş kənar idarəçiyə həvalə olunması, auditin nəticələrinə görə daşınmaz əmlakın və ordakı daşınar əmlakın istismar qaydalarının (şərtlərininin) sonrakı dövr üzrə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında Naftalan şəhərində sahibkarlıq fəaliyyətinin təşkili məqsədilə şəhərin R.Zülfüqarov küçəsində yerləşən toplamda 0,8716 ha torpaq sahəsində inşaat işlərinə sərmayə qoyuluşu haqqında xx.xx.2020-ci il tarixli notarial qaydada “Sərmayə qoyuluşu” haqqında tərəfdaşlıq müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən tərəflər bəyan etmişdir ki, müqavilə tarixinə (xx.xx.2020) kimi iddiaçı tərəfindən 175000 manat və cavabdehlər tərəfindən (eyni bərabər hissədə) cəmi 175000 manat pul ayrılaraq, Naftalan şəhəri, R.Zülfüqarov küçəsi, 64 a ünvanında yerləşən 0.5454 ha torpaq sahəsinə (üzərindəki 114,5 kv.m əmlak sahəsinə daxil olmaqla) mülkiyyət hüququ, yenə eyni küçədə yerləşən 0.3232 ha torpaq sahəsinə icarə hüququ müvafiq alğı-satqı müqavilələri əsasında Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Habelə müqavilədə qəbul edilmişdir ki, həmin tarixə tikinti işlərinin aparılması üçün iddiaçı tərəfindən 772151 manat və cavabdehlər tərəfindən (eyni bərabər hissədə) cəmi 777450 manat pul xərclənmiş və qeyri-yaşayış binalarının müəyyən hissəsinin tikintisi həyata keçirilmişdir. Həmçinin qeyd etmişlər ki, həmin ərazidə gələcəkdə müalicə sanatoriya xidmətlərinin göstərilməsi üçün tərəflər yuxarıda göstərilən pay nisbətində, yəni İddiaçı 50%, Cavabdeh2 25% və Cavabdeh3 25% olmaqla Cavabdeh1 MMC təsis edilmiş və MMC xx.xx.2020-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınmışdır. (VÖEN **********) 25% payın sahibi Cavabdeh2 həm də qanuni təmsilçi təyin edilmişdir. “Sərmayə qoyuluşu” haqqında tərəfdaşlıq müqaviləsinə əsasən qoyulmuş vəsait hesabına Cavabdeh2 adına alınmış həmin torpaq sahələrinə dair mülkiyyət və icarə hüquqları Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Davamında tərəflərin müvafiq qaydada təqdim etdikləri maliyyə vəsaitləri qarşılığında kompleksin tikintisi və istismara tam hazırlığı 2022-ci ilin fevral ayında yekunlaşdırılmış və həmin tarixdən həmin kompleksdə Cavabdeh1 MMC fəaliyyətə başlamışdır. Kompleks təhvil verildikdən sonra cavabdehlər MMC-nin nizamnaməsinin və “Sərmayə qoyuluşu” haqqında tərəfdaşlıq müqaviləsinin şərtlərini pozaraq iddiaçının və onun səlahiyyətli nümayəndələrinin kompleksə gəlməsinə, MMC-nin ümumi yığıncağın səlahiyyətinə aid olan məsələlərdə iştirakına, ümumiyyətlə payçısı olduğu sahibkarlıq fəaliyyəti ilə maraqlanmağa suni maneçilik yaradaraq əngəlləmişlər və bu qanunsuz maneəçilik bu günə kimi davam etməkdədir. Halbuki müqavilənin 4.1-ci maddəsinə əsasən, ümumi məqsədə nail olmaq üçün tərəflər işlərin idarə olunmasında iştirak etməyə haqlıdır. Yenə müqavilənin 4.3-cü maddəsinə əsasən, tərəflər istənilən vaxt fəaliyyətin qanunvericilik və müqavilənin şərtlərinə uyğunlaşdırılmasını tələb etmək, bununla əlaqədar bütün sənədlərlə tanış olmaq hüququna malikdir. Ayrıca, kompleksin tikintisinin başa çatmasına və artıq faktiki istismar olunmasına baxmayaraq, hazırki qeyri-müəyyənlikdən maksimum faydalanmaq üçün müqavilə şərtləri kobud şəkildə pozularaq daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilməsindən cavabdehlər qərəzli şəkildə yayınır və əmlakı qanunsuz şəkildə istismar edirlər. Bu konfliktlər üzrə iddiaçının şikayətlərinə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********138900 saylı cavab məktubunda göstərilmişdir ki, Cavabdeh1 MMC-nin fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2100-cü il tarixədək dayandırılmışdır. Cavabdeh1 MMC-nin fəaliyyətinin dayandırılması ümumi yığıncağın qərarı olmadan direktor/qanuni təmsilçi olan Cavabdeh2 öz şəxsi mülahizəsi əsasında olmuş, MMC-nin fəaliyyətinin nizamnamə kapitalında böyük pay sahibi olan iddiaçının maraqlarına ziyan verəcək şəkildə və ümumi yığıncağa məlumat vermədən belə bir qanunsuz addımı atmışdır. Təsisçinin əsas marağı olan MMC-nin mənfəətə çıxması və təsisçiyə divident ödənilməsinin qarşısı başdan alınmışdır. Həmçinin cavabdeh, o cümlədən MMC-nin qanuni təmsilçisi olan direktoru Cavabdeh2 növbəti qanunsuzluğa yol verərək həmin ərazidə sökülmüş, yəni mövcud olmayan daşınmaz əmlaka dair “mülkiyyət sənədini” təqdim edərək öz adına olan ********** VÖEN-ə bağlı obyekt kodu ilə xx.xx.2022-ci il tarixdən qeyriqanuni fəaliyyət göstərməyə başlamışdır. Bu hal vergi qurumunun araşdırmaları zamanı da öz təsdiqini tapmışdır. Yenə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********138900 saylı məktubunda göstərilir ki, Cavabdeh2 həmin ünvanda xüsusi razılıq (lisenziya) olmadan özəl tibb göstərməklə, faktiki olaraq cinayət məsuliyyəti yaradan qanunsuz sahibkarlıqla məşğul olmaqdadır. Naftalan Şəhər Polis Şöbəsinin xx.xx.2022-ci tarixli qərarı ilə lisenziya (xüsusi icazə) olmadan özəl-tibb fəaliyyət ilə məşğul olmaqla qanunsuz sahibkarlıq etdiyinə görə, Cavabdeh2 hərəkətləri barədə istintaq aparılması üçün materiallar Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə göndərilmişdir. Həmin qərarla bağlı aparılan araşdırmada Cavabdeh2 verdiyi izahatında etiraf edir ki, təzyiq vasitəsi kimi MMC-nin fəaliyyətini öz mülahizəsi ilə dayandırmış və öz adına olan VÖEN ilə lisenziya olmadan fəaliyyətə davam etmişdir. Hətta lisenziyasız fəaliyyətə görə 5000 manat cərimələndiyini qeyd etmişdir. Habelə, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********530400 saylı digər məktubunda göstərilir ki, həmin idarənin həyata keçirdiyi operativ vergi nəzarəti tədbiri nəticəsində Cavabdeh2 tərəfindən fərdi sahibkar qismində “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması və əmək müqaviləsi olmadan fiziki şəxsləri işə cəlb etdiyi” aşkarlanmışdır. Həmin pozuntulara görə, İdarənin **********9967 saylı və **********9969 saylı “Məsuliyyətə cəlb etmə” haqqında qərarları ilə müvafiq olaraq 1000 manat və 6000 manat məbləğində Cavabdeh2 barəsində maliyyə sankisiyası tətbiq edilmişdir. Maraqlıdır ki, MMCnin fəaliyyətini dayandırsa da, mövcud olmayan daşınmaz əmlaka dair sənədlər əsasında aldığı VÖEN şəhadətnaməsi və obyekt kodu üzrə qanunsuz əməllərini pərdələmək üçün TV, sosial media və digər KİV`də reklamlarını isə fəaliyyətini dayandırdığı MMC adından aparır. Ad MMC, risk MMC, xeyir iddiaçıların... Bütün bunlar- TV, sosial media və digər KİV-də daşınmaz əmlakda təşkil olunan müalicə-sanatoriya xidmətlərinin reklamları MMC adından aparılması haqsız rəqabət və qazanc kimi hüquqi nəticələr yaradır. Ona görə onlar tərəfindən İddiaçı pozulmuş hüquqlarının bərpası üçün sənədlər məhkəməyə hazırlanan müddətdə mülkiyyət və azad sahibkarlıqla bağlı konstitusion təminatların pozuntunun dayandırılması, qeyd olunan hərəkətlər nəticəsində İddiaçı hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısının alınması və uğradığı ziyanın həcminin daha artıq böyüməməsi üçün məsələnin qarşılıqlı müzakirə ilə həllini təklif etsələr də heç bir cavab verilməmişdir. Vəziyyətdən çıxış yolu olaraq, maliyyə sənədlərinin verilməsi daxil olmaqla ümumi yığıncağın keçirilməsi və bu günə kimi təsisçilər arasında məsələlərin sivil qaydada müzakirəsi üçün etdikləri bütün müraciətlər cavabsız qalmaqla yanaşı, iddiaçının nümayəndələri barədə cavabdehin DİN 102 xidmətinə etdiyi əsassız zənglərdən mədəd ummağa çalışılmışdır. Bu qeyd olunan hallar bir daha sübut edir ki, ailə üzvü olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bu mübahisəni maksimum uzadaraq heç bir mühasibat uçotu və maliyyə təhlili aparılmadan, təsisçi kimi iddiaçının nəzarətindən kənar formada kompleksin fəaliyyətindən maksimum fayda, gəlir əldə etməyə çalışırlar. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qərardadı ilə, müvəqqəti təminat tədbiri qismində, Cavabdeh1 MMC-nin təsisçisi və qanuni təmsilçisi Cavabdeh2 Əli oğluna Cavabdeh1 MMC-nin mülkiyyətində olan Naftalan şəhəri, R.Zülfüqarov küçəsi, 64 a ünvanında yerləşən 0.5454 ha torpaq sahəsi və eyni küçədə yerləşən Cavabdeh1 MMC-nin istifadəsində olan 0.3232 ha torpaq sahəsində lisenziya (xüsusi icazə) olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması qadağan edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan bir daha aydın olur ki, Naftalan neft vannaları ilə müalicə xidmətlərin göstərilməsi lisenziya tələb olunan özəl tibb fəaliyyətidir. Lakin məhkəmənin qərardadı cəmi iki gün icra olunmuş, onda sonra yenidən məhkəmə qərardadına saymazyana münasibət göstərilək Cavabdeh2 tərəfindən mübahəsli əmlak qanunsuz istismar edilərək, Naftalan nefti vannalarında müalicə daxil olmaqla və sosial mediada reklam etməklə, lisenziya olmadan özəl tibb fəaliyyəti və mehmanxana fəaliyyəti ilə məşğul olmağa davam etməkdədir. Ayrıca qeyd edilməlidir ki, daşınmaz əmlakın təyinatı üzrə işlərin vaxtında və düzgün qurulması, təbii olaraq “Sərmayə qoyuluşu” haqqında tərəfdaşlıq müqaviləsinin məqsədlərinə tez çatmaq üçün İddiaçı-X9 öz xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 248 m olan mənzili Cavabdeh2 "xxxx" ASC Şəki filialından 84 ay müddətinə aldığı ******* manat kreditin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilməsini təmin etmişdir. Kompleks təhvil verildikdən sonra tərəflərindən MMC-nin nizamnaməsinin və “Sərmayə qoyuluşu” haqqında tərəfdaşlıq müqaviləsinin şərtləri pozularaq 50% pay sahibinin və onun səlahiyyətli nümayəndələrinin kompleksə gəlməsinə, MMC-nin ümumi yığıncağının səlahiyyətinə aid olan məsələlərdə iştiraka, ümumiyyətlə payçısı olduğu sahibkarlıq fəaliyyəti ilə maraqlanmağa suni maneçilik yaradılaraq əngəllənmişdir. Sonradan iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək MMC-nin təsis olunduğu xx.xx.2020-ci il tarixindən yekun məhkəmə qərar tarixinədək olan dövr üzrə qeyd edilən sənədlərin surətinin verilməsi: İşçilərin və xidmət müqaviləsi bağlanılmış şəxslərin siyahısı, onlarla bağlanılmış əmək və mülki müqavilələrinin surətləri, onların qeydiyyatı barədə dövlət portalından bildirişlərin surətləri, satınalmalarla bağlı iş görülən şəxslərin siyahısı, onlarla bağlanılan müqavilələrin surətləri, kassa kitabının təsdiqlənmiş surəti, təhtəl hesab şəxslərinin siyahısı və onlara verilmiş vəsaitə dair hesabat, nağd pul vəsaitlərinin dövriyyəsinə dair hesabatı, kapitalların hərəkəti barədə hesabatı, mənfəət-zərər hesabatı, balans, qəbul olunmuş o cümlədən xidmət göstərilmiş müştərilərin siyahısı, vergi və DSMF qurumlarına rəsmi təqdim edilmiş hesabat, bəyannamə və arayışların surətləri, MMC-nin daşınmaz əmlaklarının hüquqi vəziyyəti (yüklülüyünün olub-olmaması) barədə arayış. Daşınmaz əmlakın istismarı üzrə isə qeyd edilən işlərin təmini: daşınmaz əmlaklarda olan daşınar əmlakın inventarlaşması və MMC-yə aid olmayan daşınarların siyahısı (həmin daşınarlarının hüquqi statusu göstərilməklə), tikinti işlərinin aparılması daxil olmaqla, daşınmaz əmlak və əmlak daxilində daşınar əmlakın inventarlaşması və yekun qiymətləndirilməsi üzrə kənar auditin təyin olunması, audit yekunlaşana kimi, şəffaflığın təmin olunması və maraqlar toqquşmasının qarşısının alınması məqsədilə, bütün təsisçilərin və onların nüfus dairəsində olan şəxslərin cari idarəetmədən uzaqlaşdırılması və yekdil seçilmiş kənar idarəçiyə həvalə olunması, auditin nəticələrinə görə daşınmaz əmlakın və ordakı daşınar əmlakın istismar qaydalarının (şərtlərininin) sonrakı dövr üzrə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək həmin məzmundan izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Cavabdeh2 qarşı qaldırılmış iddialar tam əsassızdır və iddianın təmin olunması üçün heç bir qanuni əsas yoxdur. Odur ki, iddianın rədd olunmasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X10 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Ümumi Yığıncağın xx.xx.2022-ci il tarixli qərarı ilə cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmişdir. Kommersiya Hüquqi şəxslərin dövlət reyestrində onun MMC-nin direktoru kimi xx.xx.2022-ci il tarixdən dövlət qeydiyyatına alınmasına baxmayaraq, həmin tarixdən bu günə kimi MMC-nin həm də 20% pay üzrə təsisçisi olan keçmiş direktoru Cavabdeh2 tərəfindən qanunvericiliyə uyğun qaydada hər hansı təhvil-təslim aparılmamış, fərqli bəhanələrlə MMC-nin möhürü təhvil verilməmiş, habelə məhkəmə mübahisəsinin predmeti olan heç bir sənəd, yəni xx.xx.2022-ci il tarixə qədərki dövrə kimi hesabatlar, maliyyə sənədləri və icra orqanının sərəncamında olan digər hüquqi əhəmiyyətli sənədlər ona təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 09 may 2020-ci il tarixli “Sərmayə qoyuluşu haqqında” tərəfdaşlıq müqaviləsinin 1.1-ci bəndinə əsasən tərəflər Naftalan şəhəri, R.Zülfüqarov küçəsi, 64 a ünvanında yerləşən 0.5454 ha torpaq sahəsinin və 114,5 kv.m əmlak sahəsinin (Seriya RX 1330245) mülkiyyət hüququnu, digər alqı-satqı müqaviləsinə əsasən Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 0.3262 ha torpaq sahəsinin (0.2885 ha torpaq sahəsinin (seriya RX 1330222) və 0.377 ha torpaq sahəsinin (seriya RX 1330221) ərazisində mövcud layihələr əsasında aparılacaq inşaat işlərinə sərmayə qoyuluşunu müəyyən edirlər. Həmin müqavilənin 2.1-ci bəndində göstərilir ki, tərəflər bəyan edirlər ki, həmin müqavilənin bağlandığı tarixə qədər 350000 manat ödəyərək (İddiaçı-175000 manat, Cavabdeh3 87500 manat, Cavabdeh3 87500 manat) alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 0.5454 ha torpaq sahəsinin və 114,5 kv.m əmlak sahəsinin (Seriya RX 1330245) mülkiyyət hüququnu, digər alqı-satqı müqaviləsinə əsasən Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 0.3262 ha torpaq sahəsinin (0.2885 ha torpaq sahəsinin (seriya RX 1330222) və 0.377 ha torpaq sahəsinin (seriya RX 1330221) icarə hüququnu alaraq Cavabdeh2 adına rəsmiləşdirmişlər. Bundan sonra tərəflər Nafatalan şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 70 nömrəli Sərəncamına, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 24 nömrəli Sərəncamının 1.7-ci bəndinə, Fövqəladə Hallar Nazirliyinin X1 Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 24190 nömrəli və xx.xx.2019-cu il tarixli 28049 nömrəli rəylərinə, Naftalan şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 05 və 06 nömrəli, xx.xx.2019-cu il tarixli 04 nömrəli tikinti obyektinə icazələrinə, xüsusi nişanlarına və tikinti üçün zəruri olan digər hüquq müəyyənedici sənədlərə əsasən tikinti işlərinə başlamışlar. xx.xx.2020-ci il tarixinə qeyri-yaşayış binalarının tikintisinə 1.549.601 manat (İddiaçı 772.151 manat, Cavabdeh2 388.725 manat, Cavabdeh3 388.725 manat) pul xərclənmişdir. Tikilməsi nəzərdə tutulan qeyri-yaşayış binalarının müəyyən hissəsi tikilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər xx.xx.2020-ci il tarixinə hal-hazırda tikintisi davam edən qeyri-yaşayış binalarının torpaq sahələrinin alınmasına və binaların tikintisinə 1.899.601 manat sərmayə qoyulduğunu və həmin sərmayənin İddiaçı tərəfindən 947.151 manat, Cavabdeh2 tərəfindən 476.225 manat, Cavabdeh3 tərəfindən 476.225 manat pul vəsaitinin verilməsini təsdiq edirlər. Həmin müqavilənin 3-cü bəndinə əsasən tərəflər qeyri-yaşayış binalarının inşa olunması üçün lazımi hüquqi və faktiki hərəkətlərin razılaşdırılmış şəkildə həyata keçirilməsini, tikinti işləri yekunlaşdıqdan sonra həmin qeyri-yaşayış binaları üzərində hər üç tərəfin qoyduğu sərmayəyə uyğun olaraq (İddiaçı 50%, Cavabdeh2 25%, Cavabdeh3 25%) mülkiyyət-sahiblik, istifadə və sərəncam hüququnun yaranması üçün birgə fəaliyyət göstərilməsini öhdələrinə götürürlər. Tərəflər bu müqavilə üzrə ünvan 4 ünvanında yerləşən 0.5454 ha torpaq sahəsinin (Seriya RX 1330245), Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 0.2885 ha torpaq sahəsinin (Seriya RX 1330222) və Naftalan şəhəri, R.Zülfüqarov küçəsində yerləşən 0.0377 ha torpaq sahəsinin (RX 1330221) üzərində aparılan tikinti işləri zamanı tələb olunan xərcləri hər kəs öz pay nisbətində (3.1 bənd) ödəməsini, qarşıya çıxacaq hər bir problemin birgə həll olunmasını və qeyri-yaşayış binalarının tikintisinin başa çatdırılmasını, tikinti işləri aparılan zaman və tikinti işləri başa çatdıqdan sonra qeyri-yaşayış binalarının sənədləşdirilməsi ilə bağlı bütün tələb olunan xərclərin (dövlət rüsumu, xidmət haqqı və s.) hər kəsin öz pay nisbətində ödəməsini, qeyri-yaşayış binalarının tikintisi başa çatdıqdan sonra daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmasını və hər kəsin öz pay nisbətində (3.1-ci bənd) mülkiyyət hüququnun tanınmasını öhdələrinə götürürlər. İş materiallarında olan Cavabdeh1 MMC-nin nizamnaməsindən görünür ki, Cəmiyyətin nizamnamə kapitalı 100 manat həcmindədir və hər biri 1 manat olmaqla 100 paydan ibarətdir. Təsisçilərin nizamnamə kapitalındakı payı aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı (Şəxsiyyət vəsiqəsi seriya və nömrəsi: AZE ********, ünvanı: Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu küçəsi)-50 manat, 50 pay, 50%, pul şəklində; Cavabdeh3 (Şəxsiyyət vəsiqəsi seriya və nömrəsi: AZE 08153100, ünvanı: ünvan 6ay, 25%, pul şəklində; Cavabdeh2- (Şəxsiyyət vəsiqəsi seriya və nömrəsi: AZE 0*******, ünvanı: ünvan 7ndə. İş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh1 MMC xx.xx.2020-ci il tarixdə (VÖEN **********) dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalının miqdarı 100 manat, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı İddiaçı 50%, Cavabdeh2 25% və Cavabdeh3 25%, qanuni təmsilçi Cavabdeh2 qeyd edilmişdir. İş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, təsisçilərin nizamnamə kapitalında mayalarının miqdarı (əvvəlki): Cavabdeh3 25%; Cavabdeh2 25%; İddiaçı 50%; təsisçilərin nizamnamə kapitalında mayalarının miqdarı (hazırki): Cavabdeh3 20% ; Cavabdeh2 20%; X8 10%; İddiaçı 50%; qanuni təmsilçi Cavabdeh2 qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin 02 noyabr 2022-ci il tarixdə İddiaçı və X3 adından səlahiyyətli nümayəndə X11 iştirakı ilə keçirilmiş ümumi yığıncağın qərarından görünür ki, cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X6 təyin edilməsi, bu qərardan irəli gələn məsələlərin dövlət qeydiyyatına alınması, o cümlədən hüquqi şəxsin reyestr məlumatlarını özündə əks etdirən kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı təhvil alması üçün 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edilməsi, qərarın icrasının cəmiyyətin direktoru X7 həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh1 MMC-nin əvvəlki qanuni təmsilçisi Cavabdeh2, hazırki qanuni təmsilçi X10 qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin 50% payın mülkiyyətçisi İddiaçı tərəfindən həmin MMC-nin direktoru Cavabdeh2 göndərilən xx.xx.2022-ci il tarixli Cavabdeh1 MMC-nin ümumi yığıncağının növbədən kənar iclasının çağırılmasına və aidiyyəti sənədlərin tələb olunmasına dair bildirişin surətindən görünür ki, Cavabdeh1 MMC-nin ümumi yığıncağının növbədənkənar iclasının çağrılması, MMC-nin təsis tarixindən qərar tarixinədək olan dövr üzrə işçilərin və xidmət müqaviləsi bağlanılmış şəxslərin siyahısının, onlarla bağlanılmış əmək və mülki müqavilələrinin surətlərinin, onların qeydiyyatı barədə dövlət portalından bildirişlərin surətlərinin, satınalmalarla bağlı iş görülən şəxslərin siyahısının, onlarla bağlanılan müqavilələrin surətlərinin, kassa kitabının təsdiqlənmiş surətinin, təhtəlhesab şəxslərinin siyahısının və onlara verilmiş vəsaitə dair hesabatın, nağd pul vəsaitlərinin dövriyyəsinə dair hesabatın (cash-flow), kapitalların hərəkəti barədə hesabatın, mənfəət-zərər hesabatının, balansın, qəbul olunmuş, o cümlədən xidmət göstərilmiş müştərilərin siyahısının, vergi və DSMF qurumlarına rəsmi təqdim edilmiş hesabatın, bəyannamə və arayışların surətlərinin, MMC-nin daşınmaz əmlaklarının hüquqi vəziyyəti (yüklülüyünün olub-olmaması) barədə arayışın surətinin verilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək, cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək, cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək aiddir. Həmin Məcəllənin 49.6-cı maddəsinə əsasən bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 arasında 09 may 2020-ci il tarixdə Naftalan şəhəri, R.Zülfüqarov küçəsi, 64 a ünvanında yerləşən torpaq sahələrində mövcud layihələr əsasında aparılacaq inşaat işlərinə sərmayə qoyuluşu haqqıda tərəfdaşlıq müqaviləsi bağlamışdır. Təsisçiləri İddiaçı, Cavabdeh2 və Cavabdeh3 olmaqla Cavabdeh1 MMC təsis edilmiş, nizamnaməsi qəbul olunmuş, həmin hüquqi şəxs xx.xx.2020-ci il tarixdə vergi orqanında qeydiyyata alınmış, nizamnamə kapitalının miqdarı 100 manat, nizamnamə kapitalında mayalarının miqdarı İddiaçı 50%, Cavabdeh2 25% və Cavabdeh3 25%, qanuni təmsilçi Cavabdeh2 müəyyən edilmişdir. Sonradan təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı dəyişmiş, hüquqi şəxs yenidən qeydiyyatdan keçmiş, çıxarışda Cavabdeh3 20%; Cavabdeh2 20%; X8 10%; İddiaçı 50% paya malik olmaqla qanuni təmsilçi Cavabdeh2 qeyd edilmişdir. Cavabdeh1 MMC-nin 02 noyabr 2022-ci il tarixdə İddiaçı və X3 nümayəndəsinin iştirakı ilə keçirilmiş ümumi yığıncağının qərarı ilə cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X10 təyin edilmiş, bu barədə qeyd xx.xx.2022-ci il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC-nin təsisçisi 50% payın sahibi İddiaçı cəmiyyətə rəsmi qaydada məktub ünvanlayaraq müvafiq sənədlərin ona verilməsini tələb etmiş, lakin tələb edilən sənədlərin iddiaçıya verilməsi təmin edilməməşdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin nizamnamə kapitalında 50% paya malik olan iştirakçısı İddiaçı iddia ərizəsində göstərilən sənədləri hüquqi şəxsdən tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. Bundan başqa iddiaçı iddia ərizəsində tikinti işlərinin aparılması daxil olmaqla, daşınmaz əmlak və əmlak daxilində daşınar əmlakın inventarlaşması və yekun qiymətləndirilməsi üzrə kənar auditin təyin olunması, audit yekunlaşana kimi, şəffaflığın təmin olunması və maraqlar toqquşmasının qarşısının alınması məqsədilə, bütün təsisçilərin və onların nüfus dairəsində olan şəxslərin cari idarəetmədən uzaqlaşdırılması və yekdil seçilmiş kənar idarəçiyə həvalə olunması, auditin nəticələrinə görə daşınmaz əmlakın və ordakı daşınar əmlakın istismar qaydalarının (şərtlərininin) sonrakı dövr üzrə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın həmin tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC-nin nizamnaməsində cəmiyyətin icra orqanlarını yaratmaq, onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək, o cümlədən direktorların təyin edilməsi və geri çağırılması, cəmiyyətin direktorlar surası (və ya müşahidə şuarsı) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, cəmiyyətin icra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi, cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılma qaydasını müəyyən etmək digər səlahiyyətlərlə yanaşı cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi tələb cəmiyyətin təsisçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Nəzərə alınsa ki, məhkəmədə mübahisəyə baxıldığı vaxt cəmiyyətin təsisçiləri və pay nisbətlərində dəyişiklik edilmiş, iddiaçının tələbi ilə cəmiyyətin ümumi yığıncağının keçirilməsi mümkün olmuş və cəmiyyətin qanuni təmsilçisi ümumi yığıncağın qərarı ilə dəyişdirilmişdir, belə olan halda Cavabdeh1 MMC-nin nizamnamə kapitalında 50% paya malik olan iştirakçısı İddiaçı iddia ərizəsində qeyd edilən həmin məsələlərlə bağlı müvafiq gündəliklə ümumi yığıncağın keçirilməsini tələb edə bilər. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 təsis edildiyi xx.xx.2020-ci il tarixdən 24 fevral 2023-cü il tarixədək işçilərin və xidmət müqaviləsi bağlanılmış şəxslərin siyahısı, onlarla bağlanılmış əmək və mülki müqavilələrin surətləri, onların qeydiyyatı barədə dövlət portalından bildirişlərin surətləri, satınalmalarla bağlı iş görülən şəxslərin siyahısı, onlarla bağlanılan müqavilələrin surətləri, kassa kitabının təsdiqlənmiş surəti, təhtəlhesab şəxslərinin siyahısı və onlara verilmiş vəsaitə dair hesabat, nağd pul vəsaitlərinin dövriyyəsinə dair hesabat, kapitalların hərəkəti barədə hesabat, mənfəət-zərər hesabatı, balans, qəbul olunmuş, o cümlədən xidmət göstərilmiş müştərilərin siyahısı, vergi orqanlarına və Dövlət Sosial Müdafiə Fonduna rəsmi təqdim edilmiş hesabat, bəyannamə və arayışların surətləri, Cavabdeh1 daşınmaz əmlaklarının hüquqi vəziyyəti (yüklülüyünün olub-olmaması) barədə arayış Cavabdeh1ndən alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 təsis edildiyi xx.xx.2020-ci il tarixdən 24 fevral 2023-cü il tarixədək işçilərin və xidmət müqaviləsi bağlanılmış şəxslərin siyahısı, onlarla bağlanılmış əmək və mülki müqavilələrin surətləri, onların qeydiyyatı barədə dövlət portalından bildirişlərin surətləri, satınalmalarla bağlı iş görülən şəxslərin siyahısı, onlarla bağlanılan müqavilələrin surətləri, kassa kitabının təsdiqlənmiş surəti, təhtəlhesab şəxslərinin siyahısı və onlara verilmiş vəsaitə dair hesabat, nağd pul vəsaitlərinin dövriyyəsinə dair hesabat, kapitalların hərəkəti barədə hesabat, mənfəət-zərər hesabatı, balans, qəbul olunmuş, o cümlədən xidmət göstərilmiş müştərilərin siyahısı, vergi orqanlarına və Dövlət Sosial Müdafiə Fonduna rəsmi təqdim edilmiş hesabat, bəyannamə və arayışların surətləri, Cavabdeh1 daşınmaz əmlaklarının hüquqi vəziyyəti (yüklülüyünün olub-olmaması) barədə arayış Cavabdeh1ndən alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar