Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-721/2022 20.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı özgənin icarə əsasında istifadəsində olan torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı icarə əsasında istifadəsində olan Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən, məqsədli təyinatı “Örüş otlaq” olan, 14,72 ha-dan ibarət torpaq sahəsi cavabdehlər – Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qısa müddətdə boşaldılmasına, öz vəsaitləri hesabına onun təyinatı üzrə əvvəlki vəziyyətinin bərpa edilməsinə və həmin torpaq sahəsinin qanuni sahibi –İddiaçı qaytarılmasına, 09 fevral 2022-ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh verilmə haqqında Qərar” ilə İddiaçı tətbiq edilmiş 500 (beş yüz) manat məbləğində cəriməni ona vurulmuş maddi ziyan kimi qiymətləndirərək onun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı ödənilməsinə, onlar tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediatorun xidmət haqqının və 50 (əlli) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid edilərək onlardan İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin surətinin cavabdehlər tərəfindən alınmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Eyni zamanda iddia ərizəsini imzalayan şəxs kimi göstərilən Vəkil belə bir səlahiyyətini təsdiq edən etibarnamə iş materiallarına əlavə edilməmişdir. Həmçinin iddiaçıya izah olunur ki, vergi orqanında qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldursa və eyni zamanda cavabdehlərdən hər hansı birinin sahibkarlıq statusu vardırsa, eyni zamanda yaranmış mübahisə onların sahibkarlıq fəaliyyətindən irəli gəlirsə işə kommersiya məhkəməsində baxıla bilər, əks halda işə ümumi məhkəmədə baxılmalıdır. Qeyd olunan nöqsanlar aradan qaldırılıldıqdan sonra və müvafiq qaydalara əməl edilməklə mübahisənin aid olduğu məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.4-cü maddəsinin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, iddia ərizəsinə əlavə edilməlidir. 152.1.4-ci maddəsinin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.0.4, 150.1.3, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı özgənin icarə əsasında istifadəsində olan torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-721/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-721/2022
20.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver