Məhkəmə qərarları › İş №e-2-2(115)-754/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-754/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-754/2025 07.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdehnə (bundan sonra mətndə Cavabdeh MMC) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X15 Orqanizer” MMC-dən 2186 manat və 50 manatın tutularaq “X13” MMC-nin bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X15 Orqanizer” MMC ilə İddiaçı MMC arasında restoran xidmətinin göstərilməsinə dair xx.xx.2024-cü ildə PVLH/010324 saylı müqavilə bağlanmışdır. Muqaviləyə əsasən, “X13“ un X16 Babat” restoranında xx.xx.2024-xx.xx.2024-cü tarixində uşaq və yeniyetmələrin mindfilness texnikasının tətbiqi mövzüsündə seminar təşkil edilməli idi. Bu 3 gün muddətində muqavilədə qeyd olunan şərtlər daxilində coffee break və linch yeməkləri ilə təmin olunmuşdur. Müqavilədəki razılaşmaya əsasən, İddiaçı MMC yə məxsus “La Marine” restoranı cavabdehin təşkil etdiyi tədbir zamanı onlara xx.xx.2024 cü tarixdə 30 nəfər tədbir iştirakçıları uçun saat 15- 00 dan 17-00 a qədər 10 manatdan Coffe Break təşkil olunmalı, 02.03-03.03 2024-cü ildə isə 30 nəfərlik tədbir iştirakçıları üçün 10 manatdan 2 dəfə Coke Break 20 manatdan 2 dəfə Lanc yemək təşkil olunmalı idi. Onlar tərəfdən müqavilənin bu şərtləri tam olaraq ödənmişdir. Tədbiri həyata keçirən hazırkı cavabdeh “X15 Orqanizer” MMC isə 10 gün ərzində həmin xidmətə görə ödənişləri tam ödəməli idi. Amma öhdəliyi pozmuşdur. Bütün bu xidmətlərin cəm xərci 3186 manat təşkil etmişdir. Müqavilə şərtlərinə görə həmin 3186 manat xidmət haqqı 10 təqvim günü ərzində ödənilməli idi. Lakin cavabdeh həmin məbləği vaxtında MMC-nin muqavilədə göstərilən bank hesabına köçürməmişdir. Bu barədə cavabdehin unvanına pretenziya məktubu da göndərilsə də cavab olmamışıdr. Bakı şəhəri Səbail rayon 41-ci Polis Bölməsinin apardığı təhqiqat zamanı “X15 Orqanizer” MMC-nin direktoru X2 xidmətə görə “X13” MMC-yə 3186 manat pul ödəməli olduğunu etiraf edərək həmin məbləğin 1000 manatını artyıq ödədiyini bildirsə də, qalan 2186 manat pulu hələ də ödəməmişdir. Beləliklə, cavabdeh “X15 Orqanizer” MMC muqavilənin və Mülki Məcəllənin normalarını pozaraq üzərilərnə götürdüyü öhdəliyə tam əməl etməmiş və nəticədə onlara 2180 manat maddi ziyan vurmuşdur.

II. Tərəflərin mövqeyi

3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh MMC-nə isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Cavabdeh MMC-nin təsisçisi X3 xx.xx.2025-ci il tarixdə etiraz ərizəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 1) iddiaçı ilə ilkin razılaşması zamanı tədbirin Panorama Otelində (Bayraq Meydanı yaxınlığında) keçiriləcəyi bildirildi. Lakin son anda ona X10, Lamarinda, Lamarin restoranı (Şıxovda yerləşən məkan) təklif olundu. Bu dəyişiklik tədbirə bir gün qalmış bildirildi və tədbir iştirakçılarının məkanın uzaq olması səbəbilə gəlişi çətinləşdi. Nəticədə, planlaşdırılan 30 nəfərdən yalnız 10 nəfəri iştirak edə bildi, növbəti 2 gün isə çətinliklə də olsa daha aşağı ödənişlə başqa insanları cəlb etməli oldu və 30 nəfər oldu. Bu isə onun təşkilatçılıq işlərinə ciddi ziyan vurdu. İddiaçı onu məkanın Bayraq Meydanına yaxın olduğu barədə aldadaraq müqavilə bağladı. 2) İddiaçı öz ərizəsində onun ödənişdən imtina etdiyini qeyd edir. Lakin bu məlumat həqiqətə uyğun deyil. Müqaviləyə əsasən, ödəniş 10 iş günü ərzində həyata keçirilməli idi. Maddi çətinliklər səbəbindən o, ödənişi tam şəkildə vaxtında edə bilməmişdir. Bununla belə, iddiaçı ilə ünsiyyətdə olmuş və ödənişi hissə-hissə ödəyəcəyini bildirmişdir. 3) Aprelin 20-nə qədər 1000 manat məbləğində ödəniş etmişdir və qalan məbləği hissə-hissə ödəmək niyyətini açıqlamışdır. İddiaçı və qohumları-işçiləri isə bunun əvəzində ona qarşı sosial mediada və icazəsiz WhatsApp qrupuna daxil olaraq nalayiq ifadələr işlətmiş, onun nüfuzuna xələl gətirən paylaşımlar etmişdir. Ona müxtəlif nömrələrdən əsas da Zaur Hüseynovun atası (**********) tərəfindən hər gün çoxsaylı zənglər, təhdidlər, şantajlar edilərək intihar səviyyəsinə çatdırmışdılar. Bununla bağlı 102 xidmətinə müraciəti olub. 4) İddiaçının atası onun barəsində polisə müraciət edərək ona qarşı təzyiq göstərməyə çalışmışdır. Maraqlıdır ki, məhkəmə sənədlərində 41-ci polis bölməsi qeyd olunsa da, o, 9-cu polis bölməsinə dəvət edilmişdir. Bunun səbəbi iddiaçının həmin polis bölməsində tanışlarının olması və ona qanunsuz olaraq təzyiq göstərməyə çalışmasıdır. Polis işçisinin ona bu məsələnin məhkəmə işi olduğunu onlara bildirdiyini dedi, lakin onların həmin tanışlarının olması ilə qadın olmağına baxmayaraq ona təzyiq göstərilməsini və onun qanunsuz olaraq bölmədə saxlanılmağını istəsələr də, polis qanuna zidd hərəkət edə bilmədiyini bildirdi. Lakin o insanlar yenə də tanışları vasitəsilə təzyiq göstərməyə çalışırdılar. 5) İddiaçının onu aldadaraq müqavilə bağlamasını və tədbirinin uğursuz keçməsinə səbəb olduğunu nəzərə alaraq, iddianın rədd edilməsini xahiş edir. Ödənişi tam şəkildə etmək üçün onun ödənişli əsaslarla Magistr təhsili aldığı və kirayədə yaşadığı nəzərə alınaraq ona uyğun şərtlərlə əlavə vaxt verilməsini xahiş edir. İddiaçının sosial mediada və ictimai platformalarda ona qarşı apardığı qaralama kampaniyasının ona vurduğu maddi və mənəvi ziyanının araşdırılmasını və onun qanuni nəticələrinin nəzərdən keçirilməsini və buna görə iddiaçıya təzminat təyin olunmasını tələb edir. Qeyd olunan məsələlərin obyektiv şəkildə araşdırılaraq, onun hüquqlarının qorunmasını xahiş edir.

II. Sübutların tədqiqi

5. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 mart 2024-cü il tarixli PVLH/0103/24 nömrəli müqavilədən görünür ki, Cavabdeh MMC şirkəti İddiaçı MMC-nə məxsus La Marine restoranında xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixinədək 30 nəfərlik tədbir keçirəcək. İcraçı şirkətə hazırkı müqavilədə nəzərdə tutduğu qayda və şərtlər əsasında restoran xidmətləri göstərməlidir. Şirkət isə göstərilən xidmətlərin haqqını müqavilədə nəzərdə tutulan qayda və şərtlər əsasında ödəməlidir (1.1). Razılaşmaya əsasən xx.xx.2024 cü il tarixində 30 nəfərdən ibarət olan tədbir işirakçılarına saat 15:00 dan 17:00 kimi Coffee Break təşkil olunacaq 10 azn-dən. 02-xx.xx.2024-cü il tarixində isə 30 nəfərlik tədbir iştirakçıları üçün 10 azn-dən 2 dəfə Coffee Break 20 azn-də Lanç yemək 2 dəfə təşkil olunacaq (1.3). Köçürüləcək məbləğ xx.xx.2024-cü il Coffee Break üçün 30 nəfərlik 10 azn-dən 300 azn əsas 54 azn ƏDV məbləğ. Cəm 354 azn. 02-xx.xx.2024-cü il tarixlərində isə 4 dəfə Coffee Break 30 nəfərlik 1200 azn əsas 216 azn ƏDV. Cəmi 1416 azn. 02-xx.xx.2024 cü il tarixində isə 2 dəfə Lanç yemək 30 nəfərlik 1200 azn əsas 216 azn ƏDV. Cəmi 1416 azn. Toplam məbləğ 2700 azn əsas 486 azn ƏDV olmaqla 3186 manat (3.3).

6. 04 mart 2024-cü il tarixli 0301 saylı hesab fakturadan görünür ki, müqavilə üzrə göstərilən xidmətlər 2700 manat, ƏDV məbləği 486 manat olmaqla, ümumi qiyməti ƏDV daxil 3186 manat təşkil edir.

7. Elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə xx.xx.2024-cü il tarixli 819903 nömrəli qaimə üzrə 3186 manat məbləğində mallararın, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.

8. Bakı şəhəri Səbail RPİ 41-ci PB-nin baş təhqiqatçısı Fərrux Tarverdiyev tərəfindən qəbul edilmiş 27 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş X4 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

9. Aparılan təhqiqat araşdırması zamanı izahat vermiş vətəndaş X8 bildirmişdir ki, 2022-ci ildən Səbail rayonu, Salyan yolu 12 ünvanında yerləşən “X12 Hotel MMC”-də mühasib vəzifəsində işləyir. Həmin MMC-nin direktoru X5r. O, etibarnamə ilə Zaur Hüseynzadəni təmsil edir. O, bildirmişdir ki, X3 onlarla müqavilə bağlayaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçıda Psixologiya Assosiyasınm tədbirini keçirmişdir. Belə ki, müqavilə əsasında Nurlana İsmayılova MMC-nə 2700 manat əsas məbləğ və 486 manat ƏDV (əlavə dəyər vergisi) olmaqla ümumilikdə 3186 manat pul köçürmə vasitəsi ilə ödəməli olduğu halda, yəni həmin pulu 10 iş günü müddətində ödəməyi öhdəsinə götürsə də 10 gün keçdikdə Nurlana İsmayılova pulu ödəməmişdir. Onlar dəfələrlə Nurlana İsmayılova ilə telefon əlaqəsi saxlamış və ona pulu ödəməsini bildirmişlər. N.İsmayılova hər dəfə pulu olmadığını və ödəyəcəyini demişdir. Bundan sonra onlar Nurlana İsmayılova barəsində DİN-in elektron ünvanına müraciət etmişlər. Həmçinin onun barəsində qeydiyyatda olduğu Gəncə şəhəri Nizami Rayon Məhkəməsi qarşısında iddia qaldırmışlar. Bundan sonra Nurlana İsmayılova ödəməli olduğu 3186 manat puldan xx.xx.2024-cü il tarixdə 1000 manat ödəmə etmişdir. Nurlana İsmayılovanm hal-hazırda onlara 2186 manat borcu qalmış və onlar pulu ödəməsini desələr də o, ödəyəcəyini demiş, lakin dəqiq vaxtı deməmişdir. Suallara cavab verən X8 bildirmişdir ki, onlar Nurlana İsmayılovanı xx.xx.2024-cü il tarixdə telefonla danışan zaman, sonra isə əyani olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı-da tədbir keçirdiyinə görə tanımışlar. Nurlana İsmayılova xx.xx.2024-cü il tarixən xx.xx.2024-cü il tarixdək onlarla ümumi 3186 manat dəyərində müqavilə bağlayaraq “X11”-da Psixologiya Asossiyasının tədbirini keçirmiş, O, 10 iş günü ərzində 3186 manat pul ödəyəcəyini müqavilə əsasında öhsdəsinə götürsə də dediyi vaxtda ödəməmiş, onlar N.İsmayılova barəsində polisə və məhkəməyə şikayət etdikdən sonra N.İsmayılova xx.xx.2024-cü il tarixdə onlara 1000 manat ödəniş etmiş və onlara 2186 manat borcu qalmışdır.

10. Aparılan təhqiqat araşdırması müddətində vətəndaş X1 izahatının alınması məqsədi ilə ona məxsus olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edilmiş, telefona cavab verən X3 başqa yerdə olduğunu, borclu olduğu puldan 1000 manat ödədiyini və qalan pulu isə ödəyəcəyini demişdir. Araşdırma müddətində vətəndaş X3 ilə görüşüb onun izahatını almaq mümkün olmamışdır.

11. Cavabdeh MMC-nə elektron qaydada ünvanlanmış xx.xx.2024-cü il il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmişdir.

III. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

IV. Məhkəmənin mövqeyi

a) a) müqavilə üzrə xidmət haqqının ödənilməsi tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 01 mart 2024-cü il tarixli PVLH/0103/24 nömrəli müqaviləyə əsasən iddiaçı xidmətlərin göstərilməsini sifariş verib cavabdehə razılaşdırlımış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür. Göstərilən xidmətlərin həcmi və xidmət haqqının miqdarı müqavilə ilə müyyənləşdirilir.

16. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 01 mart 2024-cü il tarixli PVLH/0103/24 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

17. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

19. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

20. Bu mənada məhkəmə göstərir ki, tərəflər arasında dəyəri ödənilən xidmətlərlə bağlı formalaşmış işgüzar münasibət bu yöndə olmuşdur ki, iddiaçı və cavabdeh arasında müqavilə imzalanır və göstərilən xidmətlər və işlərin ümümi dəyəri həmin müqaviləyə əsasın müəyyən olunur.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Cavabdeh MMC-nin 01 mart 2024-cü il tarixli PVLH/0103/24 nömrəli xidmət müqaviləsi əsasında 3186 manat borcu yaranmış, qeyd olunan borcdan 1000 manat ödəniş edilmiş və geri qalan borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir.

23. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 2186 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Belə ki, Cavabdeh MMC-nin direktoru X3 polis idarəsində verdiyi izahatında 3186 manat borcunun olduğunu etiraf etmiş, həmin borcdan 1000 manat ödəniş etmiş və geri qalan pulu isə ödəyəcəyini demişdir. Həmçinin, X3 xx.xx.2025-ci il tarixdə etiraz ərizəsilə məhkəməyə müraciət edərkən bildirmişdir ki, ödənişi tam şəkildə etmək üçün onun ödənişli əsaslarla magistr təhsili aldığı və kirayədə yaşadığı nəzərə alınaraq ona uyğun şərtlərlə əlavə vaxt verilməlidir.

25. Məhkəmə cavabdehin etirazındakı faktlarla bağlı qeyd edir ki, cavabdeh iddiaçı ilə ilkin razılaşması zamanı tədbirin Panorama Otelində (Bayraq Meydanı yaxınlığında) keçiriləcəyini, lakin son anda ona X10, Lamarinda, Lamarin restoranı (Şıxovda yerləşən məkan) təklif olunduğunu, bu dəyişikliyin isə tədbirə bir gün qalmış bildirildiyini və tədbir iştirakçılarının məkanın uzaq olması səbəbilə gəlişinin çətinləşdiyini, nəticədə, planlaşdırılan 30 nəfərdən yalnız 10 nəfərinin iştirak edə bildiyini, növbəti 2 gün isə çətinliklə də olsa daha aşağı ödənişlə başqa insanları cəlb etməli olduğunu, həmçinin şantaj olunduğunu bildirsə də, qeyd olunanları sübut edə bilməmişdir.

b) Məhkəmə xərcləri ilə bağlı

26. İddiaçı eləcə də 50 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

27. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 50 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. İddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,86 manat pul cavabdеh Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 mart 2024-cü il tarixli PVLH/0103/24 nömrəli xidmət müqaviləsi üzrə 2186 manat pul cavabdеh Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməlidir.

32. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 mart 2024-cü il tarixli PVLH/0103/24 nömrəli xidmət müqaviləsi üzrə 2186 (iki min bir yüz səksən altı) manat pul cavabdеh Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,86 (qırx bir manat səksən altı qəpik) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar