Məhkəmə qərarları › İş №e-2-2(115)-757/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-757/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-757/2025 08.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17742,22 (on yeddi min yeddi yüz qırx iki manat iyirmi iki qəpik) manat əsas borc məbləği, gecikdirilmiş dövr çün 73 (yetmiş üç) manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 (üç yüz) manat və 145 (yüz qırx beş) manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 18.260,22 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh ) asında, Distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən №0854 saylı diler müqaviləsi bağlanmışdır. Həmin üqavilənin şərtlərinə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler rəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq əmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, Dilerin istribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 21 oktyabr 2024-cü il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 20 ktyabr 2024-cü il tarixinə Cavabdeh İddiaçı QSC-yə borcu 17742,22 (on yeddi min yeddi yüz qırx iki manat iyirmi iki qəpik) təşkil edir. əmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2025-ci il tarixli №120 saylı maliyyə ayışına əsasən Cavabdeh tərəfindən borc məbləğindən heç bir ödəniş həyata keçirilmədiyindən xx.xx.2025-ci il tarixinə olan borcu 17742,22 manat təşkil edir. Həmçinin, qeyd edirlər ki, AR Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə üəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, həmçinin kreditorun borcunu tələb etmək hüququ və borclunun borcunu geri qaytarmaq vəzifəsi də həmin andan başlanır. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbin göndəriliyindən başlanır, belə ki, kreditor olaraq İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixində Cavabdeh elektron şəkildə ilk yazılı pretenziya göndərilmişdir. Lakin heç bir nəticəsi olmamışdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin 05 iyun 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıya məxsus mallar mağazadadır və mağaza fəaliyyət göstərir. Satılan malların dəyəri iddiaçıya ödənilmişdir. Təxminən 10000 manat dəyərində malların pulu iddiaçıya verilmişdir. Servis olmadığına görə həmin malların satışı onlara sərf etmədiyindən dəfələrlə iddiaçıya demişdir ki, gəlib mallarını götürsünlər, lakin gəlib götürməmişlər. İddiaçıya təxminən 7000 manat məbləğində borcu qalıbdır. Malları götürərək borcdan çıxılmasını istəmişdir, lakin gəlib götürməmişlər. Bu şirkətdən əlavə başqa şirkətlərlə də işgüzar münasibətləri olmuşdur. Həmin şirkətlərdən də mal alıb satmışdır. Bu günə qədər heç bir problemi olmamışdır. Məhkəmənin 05 iyun 2025-ci il tarixli iclasında iştirak edən üçüncü şəxs X2 izahatında bildirmişdir ki, 21 oktyabr 2024-cü il tarixdə üzləşmə aktı tərtib olunan zaman orada olmamaışdır. Həmin üzləşmə aktından onun məlumatı yoxdur. Həmin vaxt o başqa mağazada işə başlamışdır. 2024-cü ilin may ayından etibarən onun VÖEN-i dayandırılıbdır. Sadəcə onun adına olan möhür mağazada qalmışdır. Mağazada qalan malların geri qaytarılması ilə bağlı şirkətə nə qədər müraciət olunsa da, malları gəlib götürməmişlər. Məhkəmədə şahid qismində iştirak edən Şahid ifadəsində bilsirmişdir ki, şirkətin nümayəndələri hər ay gəlib üzləşmə aktı imzaladıblar. 21 oktyabr 2024-cü il tarixli üzləşmə aktına o imza etmişdir. Həmin vaxt atası xəstə olduğundan mağazaya gəlib-gedə bilmirmiş. Mağazada olduğundan akta o imza atmışdır. İlkin Həsənov həmin vaxt onların mağazasında işləmirmiş. Həmin vaxt özünə məxsus möhür hələ hazır olmadığından İlkin Həsənov məxsus möhür mağazada olduğundan üzləşmə aktına onun möhürünü vurmuşdur. Borcla bağlı soruşanda isə onlara bildirirdilər ki, sistemdə müəyyən problemlər var, bir müddət sonra borcları silinəcək. Lakin sonradan şirkətin işçiləri ilə əlaqə saxlamaq istəsələr də, əvvəllər şirkətin tanıdıqları işçiləri həmin şirkətdə işləmədiklərini bildirmişlər. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: diler müqaviləsi, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli 0854 nömrəli diler müqaviləsinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, özünə məxsus olan malları təklif edir, diler isə tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən malların dilerə çatdırılmasını tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə öz əksini tapacaq. Həmin müqavilənin 2.4.7-ci maddəsinə əsasən distribütordan aldığı mala görə ödənişi mal Dilerə təhvil verildiyi gündən hesablanmaqla 30 gün ərzində həyata keçirmək dilerin öhdəliyidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan üzləşmə aktında olan imza cavabdehin oğluna məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində bildirmişdir ki, şirkətin nümayəndələri hər ay gəlib üzləşmə aktı imzaladıblar. Həmin vaxt atası xəstə olduğundan və mağazaya gəlib-gedə bilmədiyindən 21 oktyabr 2024-cü il tarixli üzləşmə aktına o imza etmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçıya göstərilən miqdarda borcunun olmadığını, eyni zamanda iddiaçıya 10000 manat ödədiyini və mağazada 7000 manatdan artıq mal qaldığını, iddiaçıya müraciət etsə də, həmin malları gəlib götürmədiklərini bildirmişdir. Cavabdehin izahatından və şahidin ifadəsindən məlum olur ki, mallar cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh 10000 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənildiyini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi cavabdeh 10000 manat məbləğində pul vəsaitinin iddiaçıya verilməsi ilə bağlı istinad etdiyi halı sübuta yetirə bilməmişdir. Cavabdehin izahatında bildirdiyi iddiaçıya məxsus 7000 manatdan artıq malın mağazada qaldığı və iddiaçı tərəfindən həmin malların geri götürülməməsinə münasibətdə qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında vermiş olduğu izahatında cavabdeh tərəfindən bununla bağlı hər hansı müraciət daxil olmadığını bildirmişdir. Həmçinin müqavilədə təhvil verilmiş malların geri qaytarılması ilə bağlı hər hansı bənd nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, üzləşmə aktının tərtib olunmasında cavabdeh iştirak etməsə belə, onun izahatından və şahidin ifadəsindən belə nəticəyə gəlmək olar ki, cavabdehin üzləşmə aktında göstərilən 17742,22 manat borcu mövcuddur. Odur ki, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 73 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən (zamana görə qüvvədə olan redaksiyada) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 73 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 145 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 145 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 145 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş ödəniş sənədindən görünür ki, Sirius Vəkil Bürosuna hüquqi yardıma görə 300 manat məbləğində vəkil haqqı ödənilmişdir. Həmçinin, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üzrə 300 manat ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 300 manat vəkil xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17742,22 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 73 manat, hüquqi xidmətin göstərilməsi üzrə 300 manat və 145 manat dövlət rüsumu olmaqla, cəmi 18260,22 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar