Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-786/2025 25.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X3 nümayəndəsi Nümayəndə1, cavabdeh X1 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X3 cavabdeh X1 İdarəsinə qarşı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X3 balansında olan ünvan 1 ünvanında yerləşən binadan Bərdə şəhəri 2 nömrəli uşaq musiqi məktəbinin çıxarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X3 balansında olan, Bərdə şəhəri, Ü.Hacıbəyov 5 ünvanda yerləşən, 2 mərtəbəli köhnə Uşaq Poliklinikasının binasında müvəqqəti olaraq yerləşmiş Bərdə şəhər şəhid Fərahim Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin, həmin binadan çıxarılması və orada qanunsuz olaraq fəaliyyət göstərdiyi müddət ərzində istifadə edilmiş kommunal xərclərin 974 manat 54 qəpik məbləğin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 İdarəsinin müraciəti və Bərdə Rayon İcra Hakimiyyətinin başçısının tövsiyəsi ilə Bərdə şəhər şəhid Fərahim Quliyevin adına 2 nömrəli uşaq musiqi məktəbi “Bərdə RMX” PHŞ-nin balansında olan, Bərdə şəhəri, Üzeyir Hacıbəyov 5 ünvanda yerləşən 2 mərtəbəli köhnə Uşaq Poliklinikasının binasında müvəqqəti olaraq yerləşmişdir. Musiqi məktəbinin binada yerləşməsinin rəsmiləşdirilməsi üçün, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4ə müraciət edərək icazə almaları və ya binanın boşaldılmasını təmin etmələri barədə tərəflərindən dəfələrlə şifahi və yazılı olaraq X2 İdarəsinə və musiqi məktəbinə müraciət edilmişdir. Ancaq kifayət qədər müddət keçməsinə baxmayarq, müraciətləri ilə bağlı heç bir tədbir görülməmiş və heç bir cavab verilməmişdir. Hətta musiqi məktəbi öz qanunsuz fəaliyyəti ilə müəssisənin elektrik enerjisindən istifadə edərək onlara 974 manat 54 qəpik məbləğində maddi zərər vurmuşdur. Bundan sonra, sözügedən məsələnin hüquqi müstəvidə həlli ilə bağlı tərəflərindən mediasiya təşkilatına müraciət edilmişdir. Ancaq qarşı tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X5 məhkəməyə iddia tələbinin kommual xərclərin ödənilməsi hissəsindən imtinaya dair ərizə ünvanlayaraq iddia tələbinin həmin hissəsindən imtina etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, uşaq musiqi məktəbi X1 İdarəsinin tabeliyindədir. Uşaq musiqi məktəbi əvvəllər Bərdə rayonunda internat məktəbində yerləşirdi. Musiqi məktəbi onlara və Bərdə Rayon İcra Hakimiyyətinə şifahi qaydada müraciət edərək müvəqqəti olaraq həmin ünvanda yerləşməklərini xahiş etmiş, onlar da razılıq vermişdir. Musiqi məktəbi 2022-ci ildən onların balansında olan binalara yerləşmiş, 5-6 aylıq həmin binada fəaliyyət göstərəcəklərini bildirmişlər. Onların həmin binada yerləşməsindən iddiaçı hər hansı gəlir əldə etmək məqsədi güdməmişdir. Onlar qeyri-qanuni yerləşmə ilə bağlı cavabdehə şifahi və yazılı qaydada müraciət etsələr də iddiaçıya rəsmi qaydada cavab verməmişlər. Məhkəməyə təqdim etdiyi məktubda sözü gedən əmlakın icarəyə verilməsinin mümkünsüzlüyü qeyd edilmişdir. İddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, 2023-cü il tarixdə bağlanmış müqavilə vardır, müqaviləyə əsasən musiqi məktəbi xəstəxanın binasında yerləşir. Müqavilə də 2026-cı ilin sentyabrına kimi qüvvədədir. İş barəsində sonradan məlumatı olduğu üçün əvvəlki proseslərə gəlməmişlər. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X1 İdarəsi arasında bağlanmış dövlət əmlakının icarəyə verilməsi haqqında 25 sentyabr 2023-cü il tarixli 3981 saylı müqavilədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 197 nömrəli Sərəncamına əsasən Bərdə şəhər, Üzeyir Hacıbəyov küçəsi 5 ünvanında 2 mərtəbəli binanın birinci və ikinci mərtəbələrində yerləşən, ümumi sahəsi 648,2 kv.m təşkil edən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ, Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin balansında olan qeyri-yaşayış sahəsini inzibati məqsədlə icarəçi X1 İdarəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək istifadəsinə vermişdir. İcarəçinin ödəyəcəyi məbləğ 388,92 manat təşkil edir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli icarə obyektinin təhvil-təslimi barədə aktdan görünür ki, Bərdə şəhər, Üzeyir Hacıbəyov küçəsi 5 ünvanında 2 mərtəbəli binanın birinci və ikinci mərtəbələrində yerləşən, ümumi sahəsi 648,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsi icarəyəverən tərəfindən icarəçiyə təhvil verilmişdir. İş materiallarından olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsindən verilən Texniki Pasportdan görünür ki, Bərdə şəhər, Üzeyir Hacıbəyov küçəsi 5 ünvanında yerləşən, ünvan 6iş Uşaq Xəstəxanasının adına olan əmlak kompleksi kimi müəssisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının balansındadır. İş materiallarında olan “Binanın icarəyə verilməsinə razılıq haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X4 direktoru tərəfindən ünvanlanmış məktubdan görünür ki, ünvan 8ərtəbəli köhnə Uşaq Polikilinikasının binasının 648,2 kv.m-lik hissəsinin Bərdə şəhər şəhid Fərahim Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin icarəsinə verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X4 direktoru tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda tabeliyində olduqları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ (TƏBİB) tərəfindən həmin binaların icarəyə verilməsi məqsədəuyğun hesab edilməmişdir. odur ki, qeyd olunanları nəzərə alaraq həmin binaların icarəyə verilməsi üzrə müqavilələrin bağlanması prosesinin dayandırılması bildirilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, X1 İdarəsinə xəbərdarlıq edilmişdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçının balansında olan qeyri-yaşayış sahəsində qanunsuz olaraq məskunlaşmış uşaq musiqi məktəbinin çıxarılması ilə qətnamə çıxarılmasını xahiş etmiş, göstərmişdir ki, iddiaçının razılığı ilə müvəqqəti olaraq musiqi məhkəbi onların balansında olan binada məskunlaşsa da bütün xəbərdarlıqlara baxmayaraq hal-hazırda həmin binadan çıxmır. Məhkəmə müəyyən etmişdir ki, Bərdə şəhər, Üzeyir Hacıbəyov küçəsi 5 ünvanında yerləşən, ünvan 6iş Uşaq Xəstəxanasının adına olan əmlak kompleksi kimi müəssisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının balansındadır. Sonuncu yazılı qaydada Əmlak Məsələləri Dövlət Xidmətinə həmin binanın 648,2 kv.m-lik hissəsinin Bərdə şəhər şəhid Fərahim Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin icarəsinə verilməsinə etiraz etməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti ilə X1 İdarəsi arasında Bərdə şəhər, Üzeyir Hacıbəyov küçəsi 5 ünvanında 2 mərtəbəli binanın birinci və ikinci mərtəbələrində yerləşən, ümumi sahəsi 648,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin inzibati məqsədlə icarəçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək istifadəsinə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmış, icarə haqqı 388,92 manat müəyyən edilmiş, qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il icarəçiyə təhvil verilmişdir. Göründüyü kimi Bərdə şəhər şəhid Fərahim Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbi Bərdə Rayon Mərkəzi Xəstəxanasının balansında olan və ünvan 6iş Uşaq Xəstəxanasının adına olan Bərdə şəhər, Üzeyir Hacıbəyov küçəsi 5 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisədə qanuni əsaslarla, yəni icarə müqaviləsinə əsasən yerləşmiş və fəaliyyət göstərir. Müqavilənin bitmə müddəti isə xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. Qeyd edilən icarə müqaviləsi qüvvədədir və mübahisələndirilməmişdir. Belə olan halda Bərdə şəhər şəhid Fərahim Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin Bərdə şəhər, Üzeyir Hacıbəyov küçəsi 5 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisədən çıxarılması qanuni və əsaslı sayıla bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X3 cavabdeh X1 İdarəsinə qarşı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X3 balansında olan ünvan 1 ünvanında yerləşən binadan Bərdə şəhəri 2 nömrəli uşaq musiqi məktəbinin çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-786/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-786/2025
25.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver