Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-795/2025 05.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq qanunsuz sahiblikdən çıxarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq qanunsuz sahiblikdən çıxarılması) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC-nin) Cavabdehnə (bundan sonra mətndə Cavabdeh MMC-nin) qarşı “tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq qanunsuz sahiblikdən çıxarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı “tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq qanunsuz sahiblikdən çıxarılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsindən verilmiş Bərdə rayonu, Alpoud kəndində yerləşən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı MMC-nin adına olan ********** qeydiyyat nömrəsi, **********97 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında çıxarışda göstərilən 20.918 ha torpaq sahəsinin 0,1863 ha hissəsində Cavabdeh MMC tərəfindən özbaşına inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq çıxarılması və məhkəməyə ödənilmiş dövlət rusumu olaraq 100 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edəlməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq Bərdə rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsindən verilmiş Bərdə rayonu, Alpoud kəndində yerləşən xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi, **********97 reyestr nömrəsi ilə çıxarış üzrə 20.918 ha torpaq sahəsi İddiaçı MMC-yə məxsusdur. Bir müddət əvvəl onlara məxsus torpaq sahəsinə baxış keçirərkən Cavabdeh MMC tərəfindən onlara məxsus torpaq sahəsinin qonşu yan tərəfində özbaşına qanunsuz tikinti işləri aparıldığının şahidi olmuşdurlar. Aparılan tikinti işlərinin onların torpaq sahəsinə müdaxilə olunacağı, buna görə həmin özbaşına tikinti işlərini aparan Cavabdeh MMC–yə öz iradını bildirərək tikinti işlərinin dayandırılması və onlara məxsus əraziyə müdaxilə edilməməsini tələb etmişdilər. Lakin Cavabdeh MMC tərəfindən özbaşına tikinti işlərinin dayandırılmadığını və tikintinin başa çatdırıldığının şahidi olmuşlar. Bundan sonra onlar rəsmi müraciətlə torpaq sahəsinə müdaxilə olub-olmadığını aydınlaşdırmaq üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə müraciətlə 20.918 ha torpaq sahəsinin tanıdılmasını xahiş etmişlər. Daşınmaz əmlakın əməkdaşları tərəfindən torpaq sahəsinə baxış zamanı onlarda torpaq sahəsinə müdaxiləni aşkar edərək şifahi şəkildə onlara bildirmişlər. Buna görə də, onlar öz vəsaitlər hesabına torpaq sahəsinə baxılması üçün mütəxəssis dəvət etmişlər. “X3 X4” MMC tərəfindən mütəxəssislər cəlb olunaraq İddiaçı MMC-yə məxsus Bərdə rayonu, Alpoud kəndində yerləşən 20.918 ha torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin hansı hissəsini zəbt edildiyini müəyyən edilərək Rəy alınmışdır. xx.xx.2025-ci il tarixli, 03 saylı mütəxəssis rəyinə əsasən 20.918 ha torpaq sahəsinin naturada yeri müəyyən edilmiş və torpaq sahəsinin 0,1863 ha hissəsində Cavabdeh MMC tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış İddiaçı MMC xüsusi mülkiyyətində olan 20.918 ha torpaq sahəsi 0,1863 ha hissəsində Cavabdeh MMC tərəfindən zəbt olunaraq orada qanunsuz tikinti işləri aparılmışdır. Göründüyü kimi Cavabdeh MMC mülkiyyətçi İddiaçı MMC-nin razılığı olmadan onlara məxsus torpaq sahəsində özbaşına tikinti işləri aparmış, həmin tikinti işlərinin həyata keçirməyə səlahiyyəti olmamışdır. Bütün bu göstərdiklərinə əsasən hesab edirlər ki, İddiaçı MMC-yə məxsus Bərdə rayonu, Alpoud kəndində yerləşən 20.918 ha torpaq sahəsinin Cavabdeh MMC tərəfindən zəbt edildiyi 0,1863 ha hissəsində özbaşına inşa edilmiş qanunsuz tikililər cavabdehin vəsaiti hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır.
3. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nöməsi, **********97- 06301 reyestr nömrəli çıxarışla iddiaçı "xxxx" MMC-nə məxsus 20.918 ha torpaq sahəsinin 0.19 ha hissəsində özbaşına inşa edilmiş 234 kv.m ölçüdə qeyri-yaşayış tikilisinin, 9 kv.m ölçüdə köməkçi tikilinin və 180 metr uzunluğunda mişar daşından hörülmüş hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq qanunsuz sahiblikdən çıxarılması, həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeyi
4. Cavabdeh MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddia tələbləri tam əsaslıdır. İddialarının əsaslı olmasını ekspert rəyi də təsdiq etmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
II. Sübutların tədqiqi
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”dan görünür ki, Bərdə rayonu, Alpoud kəndində yerləşən 20.918 ha torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.
7. X3 Və X2 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 03 №-li rəydən görünür ki, naturada təqdim olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alındı. Çöl ölçrnə işlərinin nəticəsi kameral şəraitdə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********97-06301 reyestr nömrəli 12 09.2028-ci il tarixli çıxarışın, texniki pasportun məlumatlarına, Google Yer proqramının ortofoto görüntüsünə torpaq qanunvericiliyinə və yerquruluşu qaydalarına uyğun olaraq araşdırıldı. Tufan-66" MMC-nin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələri naturaya gətirilərək həmin torpaq sahəsinin naturada yeri müəyyən edildi Araşdırma zamanı məlum oldu ki, Tufan-661' MMC-nin mülkiyyətində ofan torpaq sahəsinin şimal tərəfdən 0,1863 ha hissəsi qonşu ‘'Aztəsərrüfaf MMC tərəfindən zəbt olunaraq daş hasara alınmışdır. Zəbt olunmuş hissədə yardımçı tikili inşa edilmişdir.
8. 11.02.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən tikililərin öz vəsaitləri hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə Cavabdeh MMC-nə xəbərdarlıq edilmişdir.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-4190/2025 №-li rəyindən görünür ki, Cavabdeh MMC tərəfindən inşa edilmiş 234 kv.m ölçüdə qeyri yaşayış tikilisi, 9 kv.m ölçüdə köməkçi tikili və 180 metr uzunluğunda mişar daşından hörülmüş hasar olmaqla 0.19 ha torpaq sahəsi, Elektron məlumat bazasında mövcud TEKUlS-ə əsasən Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi, **********97-06301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 20.918 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2025-ci il tarixli, 3-16-16/2-10/3717/2025 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: Cavabdeh MMC tərəfindən inşa edilmiş 234 kv.m ölçüdə qeyri yaşayış tikilisi, 9 kv.m ölçüdə köməkçi tikili və 180 metr uzunluğunda mişar daşından hörülmüş hasar olmaqla 0.19 ha torpaq sahəsi, Elektron məlumat bazasında mövcud TEKUlS-ə əsasən Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi, **********97-06301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 20.918 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.
III. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
IV. Məhkəmənin mövqeyi
a) tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq qanunsuz sahiblikdən çıxarılması tələbi ilə bağlı
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
16. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz halı ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”dan görünür ki, Bərdə rayonu, Alpoud kəndində yerləşən 20.918 ha torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.
17. Hazırda iddiaçı tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq qanunsuz sahiblikdən çıxarılması tələb edir.
18. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
20. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamalıdır.
22. İş materiallarına əlavə edilmiş X3 və X2 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 03 №-li rəydən görünür ki, naturada təqdim olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alındı. Çöl ölçrnə işlərinin nəticəsi kameral şəraitdə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********97-06301 reyestr nömrəli 12 09.2028-ci il tarixli çıxarışın, texniki pasportun məlumatlarına, Google Yer proqramının ortofoto görüntüsünə torpaq qanunvericiliyinə və yerquruluşu qaydalarına uyğun olaraq araşdırıldı. Tufan-66" MMC-nin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələri naturaya gətirilərək həmin torpaq sahəsinin naturada yeri müəyyən edildi Araşdırma zamanı məlum oldu ki, Tufan-661' MMC-nin mülkiyyətində ofan torpaq sahəsinin şimal tərəfdən 0,1863 ha hissəsi qonşu ‘'Aztəsərrüfaf MMC tərəfindən zəbt olunaraq daş hasara alınmışdır. Zəbt olunmuş hissədə yardımçı tikili inşa edilmişdir.
23. Cavabdeh MMC iddia tələbini qəbul etmədiyinə dair məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə ekspertiza keçirilməsini məhkəmədən xahiş və məhkəmə tərəfindən tikinti-texniki ekspertiza keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2- 4190/2025 №-li rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh MMC tərəfindən inşa edilmiş 234 kv.m ölçüdə qeyri yaşayış tikilisi, 9 kv.m ölçüdə köməkçi tikili və 180 metr uzunluğunda mişar daşından hörülmüş hasar olmaqla 0.19 ha torpaq sahəsi, Elektron məlumat bazasında mövcud TEKUlS-ə əsasən Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi, **********97-06301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 20.918 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2025-ci il tarixli, 3-16-16/2-10/3717/2025 saylı ekspert rəyindən qeyd olunmuşdur ki, Cavabdeh MMC tərəfindən inşa edilmiş 234 kv.m ölçüdə qeyri yaşayış tikilisi, 9 kv.m ölçüdə köməkçi tikili və 180 metr uzunluğunda mişar daşından hörülmüş hasar olmaqla 0.19 ha torpaq sahəsi, Elektron məlumat bazasında mövcud TEKUlS-ə əsasən Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəsi, **********97-06301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 20.918 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.
25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, hazırki iddia vindikasiya (reivindicatio) iddiasıdır və iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.
26. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
27. Məhkəmə xüsusilə vurğulayır ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
28. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
29. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyriqanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.
30. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
31. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
33. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
34. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
b) Məhkəmə xərcləri ilə bağlı
35. İddiaçı eləcə də 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
36. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
40. Bundan əlavə, iş üzrə məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 manat məbləğində ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
41. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nöməsi, **********97-06301 reyestr nömrəli çıxarışla iddiaçı "xxxx" MMC-nə məxsus 20.918 ha torpaq sahəsinin 0.19 ha hissəsində özbaşına inşa edilmiş 234 kv.m ölçüdə qeyri-yaşayış tikilisi, 9 kv.m ölçüdə köməkçi tikili və 180 metr uzunluğunda mişar daşından hörülmüş hasar Cavabdeh MMC-nin vəsaiti hesabına sökülərək, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı və qanunsuz sahiblikdən çıxarılmalıdır.
42. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nöməsi, **********97- 06301 reyestr nömrəli çıxarışla İddiaçınə məxsus 20.918 ha torpaq sahəsinin 0.19 ha hissəsində özbaşına inşa edilmiş 234 kv.m ölçüdə qeyri-yaşayış tikilisi, 9 kv.m ölçüdə köməkçi tikili və 180 metr uzunluğunda mişar daşından hörülmüş hasar Cavabdeh vəsaiti hesabına sökülərək, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın və qanunsuz sahiblikdən çıxarılsın. Dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İş üzrə məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli