Məhkəmə qərarları › İş №e-2-2(115)-922/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-922/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-922/2025 10.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qüsurların aradan qaldırılması və ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASCyə məxsus Gəncə şəhəri Şeyx Bahəddin küçəsi ev 22 ünvanında yerləşən binanın dam örtüyünə asfalt döşəməsini qüsurlu tökməsi səbəbindən yağış sularının bir yerə toplanmasını və aşağı mərtəbələrə suyun axmasının aradan qaldırılmasına, mümkün olmadıqda isə dəymiş zərərin ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək Cavabdeh üzərinə İddiaçı ASC-yə məxsus Gəncə şəhərr Şeyx Bahəddin küçəsi ev 22 ünvanında yerləşən binanın dam örtüyünə asfalt döşəməsi qüsurlu tökülməsi səbəbindən yağış sularının bir yerə toplanması və aşağı mərtəblələrə suyun axması səbəbindən otaqlara dəymiş ziyan qismində 10000 manat, İddiaçı ASC-yə məxsus Gəncə şəhəri Şeyx Bahəddin küçəsi ev 22 ünvanında yerləşən binanın dam örtüyünə asfalt döşəməsi qüsurlu tökülməsinin nəticələrinin aradan qaldırılmasına, mümükün olmadıqda isə 40000 manat dəymiş zərərin, dövlət rüsumu qismində ödənilmiş 240 manat məbləğinin iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin əsaslı olduğunu təsdiq etdiyini, iddia tələbini tam şəkildə qəbul etdiyini bildirmiş, iddiaçının iddia tələbindən imtinasının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiadan imtina qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4, 262, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qüsurların aradan qaldırılması və ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) və 140 (bir yüz qırx) manat məbləğində dövlət rüsumu (çekin nömrəsi: ********) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar