Məhkəmə qərarları › İş №e-2-2(115)-97/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-97/2025

11.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-97/2025 11.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 nümayəndəsi Nümayəndə2 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı paylı mülkiyyət hüququ üzrə ona və cavabdehlərə məxsus qeyri-yaşayış sahəsinin payına əsasən kompensasiya verilməsi, bu mümkün olmadığı təqdirdə isə açıq hərraca çıxarılaraq qeyri-yaşayış sahəsinin satılması və əldə olunan gəlirin bölünməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək bərаbər pаylı mülkiyyət hüququ üzrə ona və cаvаbdеhlərə məхsus оlаn Gəncə şəhəri Kəpəz rаyоnu 28 mаy küçəsi ünvаndа yеrləşən qеyri-yаşаyış sаhəsinin pаyına əsаsən 30000 mаnаt məbləğdə kоmpеnsаsiyаnın cаvаbdеhlərdən аlınıb ona vеrilməsinə, bu mümkün оlmаdığı təqdirdə isə аçıq hərrаcа çıхаrılаrаq qеyri-yаşаyış sаhəsinin sаtılmаsı və əldə оlunаn gəlirin bölünməsinə dаir qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, cavabdehlərin dairəsinin müəyyən edilməsi, iddia tələbinin dəqiqləşdirilməsi, ölən şəxslərin sənədlərinin, habelə müqavilələrlə bağlı sorğuya cavab alınması zərurəti yaranmışdır. Ona görə də iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. İddiaçı ərizəni müdafiə edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh1 iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı iddiaçının ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh6 iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı iddiaçının ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh4 iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı iddiaçının ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh5 nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı iddiaçının ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı paylı mülkiyyət hüququ üzrə ona və cavabdehlərə məxsus qeyri-yaşayış sahəsinin payına əsasən kompensasiya verilməsi, bu mümkün olmadığı təqdirdə isə açıq hərraca çıxarılaraq qeyri-yaşayış sahəsinin satılması və əldə olunan gəlirin bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar