Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1012/2025 11.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi ilə, İddiaçı Cavabdeh MMC-yə “borc” tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranmış əsas borca görə 8796 manat və ödənilmiş dövlət rüsumuna görə 107,96 manat, cəmi 8903,96 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlə aralarında aşağıdakı “Müqavilə və Öhdəliklər barədə məlumat” cədvəli (bundan sonra “cədvəl” adlandırılacaq) üzrə məlumatları qeyd olunan Xidmətlərin göstərilməsinə dair müqaviləsi (bundan sonra “müqavilə” adlandırılacaq) bağlanmışdır. Cavabdeh tərəfindən müqavilənin cədvəldə qeyd olunan bəndinin tələbləri pozulmuş nəticədə müqavilədən irəli gələn öhdəliklər üzrə cədvəldə qeyd olunan məbləğdə borc yaranmışdır. Bu pulun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Mübahisənin həll edilməsi də mümkün olmamışdır. Ona görə də iddiaçı olaraq bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
İİ. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
V. Məhkəmənin mövqeyi:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “içraçı” İddiaçı MMC ilə “sifarişçi” Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli AYMJ201 nömrəli “Xidmətlərin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “içraçı” İddiaçı MMC bu müqavilənin 1.1-ci bəndinə əsasən “sifarişçi” Cavabdeh MMC-yə bu müqaviləyə əlavələrdə göstərilən xidmətləri göstərməyi, “sifarişçi” Cavabdeh MMC isə öz növbəsində həmin xidmətləri qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini “içraçı” İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.
7. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “xidmətlərin təsnifatı və xidmət haqqı üzrə razılaşma protokolunda, iddiaçının cavabdehə göstərəcəyi məsləhət xidmətinin adı, təsnifatı və yekun qiyməti öz əksini tapmışdır. Protokolda xidmətin aylıq məbləğinin 733 manat olduğu qeyd edilmişdir. Həmin protokol iddiaçı və cavabdeh şirkətin rəhbərlərinin imza və möhürləri ilə təsdiq edilmişdir.
8. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli 10A2101 nömrəli təhvil-təslim aktlarında iddiaçının cavadehə götərdiyi xidmətin adı və qiyməti öz əksini tapmışdır. Həmin xidmətlərin qiyməti ümumilikdə 10119 manat təşkil etmişdir. Qeyd olunan aktların hər biri iddiaçı və cavabdeh şirkətin rəhbərlərinin imza və möhürləri ilə təsdiq edilmişdir.
9. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli 464256 nömrəli, xx.xx.2020-ci il tarixli 605495 nömrəli, xx.xx.2020-ci il tarixli 276921 nömrəli, xx.xx.2020-ci il tarixli 249670 nömrəli, xx.xx.2021-ci il tarixli 524637 nömrəli, xx.xx.2021-ci il tarixli 568807 nömrəli, xx.xx.2021-ci il tarixli 605680 nömrəli, xx.xx.2021-ci il tarixli 671386 nömrəli elektron qaimələrdə də iddiaçının cavabdehə göstərdiyi xidmətlərə görə qeyd olunan borc məbləği öz əksini tapmışdır.
10. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən Cavabdeh MMC-yə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
11. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
12. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etmiş müqavilə üzrə malları qeyd olunan xidmətləri cavabdehə təhvil göstərmişdir. Cavabdeh isə öz növbəsində həmin xidmətləri qəbul edib, onun dəyərinin bir qismini ödəməmiş və nəticədə müqavilə şərtlərini pozmuşdur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən xx.xx.2020-ci il tarixli AYMJ201 nömrəli “Xidmətlərin göstərilməsinə dair” müqavilə üzrə yaranmış 8796 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq 107,96 manat dövlət rüsumu ödənilmiş, bu barədə iddiaçı tərəfindən iş materiallarına qəbz əlavə edilmişdir. İddia tələbi təmin edildiyindən ödənilmiş 107,96 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
Vİ. Nəticə:
16. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehndən xx.xx.2020-ci il tarixli AYMJ201 nömrəli müqavilə üzrə 8796 manat borc və 107,96 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Elnarə Hüseynova