Məhkəmə qərarları › İş №e-2-2(117)-1058/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1058/2023

14.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1058/2023 14.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası X1nin Cavabdeh qarşı “xx.xx.2018-ci il tarixli, 3M- 109 nömrəli icarə müqaviləsinin ləğvi, torpaq sahəsi üzərindəki qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması” tələbinə dair işə məhkəmənin binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2018-ci il tarixli, 3M-109 nömrəli icarə müqaviləsinin ləğvi, torpaq sahəsi üzərindəki qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Hazırki iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı, bildirişi və hüquq və vəzifələrin izahına dair bildirişi xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, yəni həmin tarixdə həm iddiaçı Azərbaycan Respublikası X1nə, həm də Cavabdeh elektron kabinet vasitəsilə rəsmi qaydada çatdırılmışdır. Buna baxmayaraq tərəflər xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş və məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etməmişlər. Bundan başqa xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfin kabinetində yerləşdirilmiş məhkəmənin növbəti hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişində həmçinin sonuncudan xx.xx.2018-ci il tarixli, 3M-109 nömrəli icarə müqaviləsinin xx.xx.2023-cü il tarixə, saat 11:30-a qədər məhkəməyə təqdim olunması tələb edilmiş, buna baxmayaraq hazırki vaxtadək həmin sənəd təqdim edilməmişdir. Tərəflərin nümayəndələrinin təkrar məhkəmə iclasında iştirak etməmələrini, habelə işə iştirakları olmadan baxılması barədə məhkəməyə müraciət etməmələrini və iddiaçıdan tələb olunan sənədin təqdim edilməməsini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın baxılmamış saxlanılması yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı təqdirdə tələb olunan icarə müqaviləsinin də məhkəməyə təqdim edilməsi zəruridir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası X1nin Cavabdeh qarşı “xx.xx.2018-ci il tarixli, 3M- 109 nömrəli icarə müqaviləsinin ləğvi, torpaq sahəsi üzərindəki qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar