Məhkəmə qərarları › İş №e-2-2(117)-1152/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1152/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1152/2024 29.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 26 ay abunə borcu 156 manat, kassa aparatının dəyərindən ödənilməyən məbləği 150 manat və qeydiyyatdan çıxma aktı 35 manat və məhkəmə xərclərinə görə ödənilmiş 30 manatın tutularaq iddiaçı "X1" MMC-yə ödənilməsi” tələbinə dair sadələşdirilmiş iş üzrə İddiaçı MMC-nin iddia ərizəsinin qayatrılması barədə ərizəsinə iş materialları ilə birlikdə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 26 ay abunə borcu 156 manat, kassa aparatının dəyərindən ödənilməyən məbləği 150 manat və qeydiyyatdan çıxma aktı 35 manat və məhkəmə xərclərinə görə ödənilmiş 30 manatın tutularaq iddiaçı "X1" MMC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 26 ay abunə borcu 156 manat, kassa aparatının dəyərindən ödənilməyən məbləği 150 manat və qeydiyyatdan çıxma aktı 35 manat və məhkəmə xərclərinə görə ödənilmiş 30 manatın tutularaq iddiaçı "X1" MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar