Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1154/2024 27.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “qaimə əsasında öədnilməli olan 39 ay abunə borcu üçün 234 manat, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2016-cı il tarixli 010830 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri- 130-F01 tipli 212872 nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh sahibkar kimi xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış və sahibkarlıq fəaliyyəti hal-hazırda aktivdir. Cavabdehə məxsus müxtəlif ünvanlarda yerləşən obyektlər fəaliyyət göstərir və həmin obyektlərə quraşdırılmış EKR-2102F markalı ******* zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək, Merkuri- 130F-01 markalı 00212872 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək, Orion-101F markalı ******* zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, Orion-101F markalı ******* zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, X4 markalı **********Pİ0056445 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fəaliyyət göstərmiş, Verifone X990 markalı V1E0623545 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2023-cü il tarixdə, X4 markalı **********Pİ0087421 zavod nömrəli nəzarət kassa aparatı isə xx.xx.2022-ci il tarixdə quraşdırılıb hal-hazırda fəaliyyətləri aktivdir. X4 markalı **********Pİ0057108 zavod nömrəli nəzarət kassa aparatı isə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fəaliyyət göstərmişdir. xx.xx.2022-ci il tarixli Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsindən verilmiş məlumatdan göründüyü kimi cavabdeh tərəfindən həmin Polis İdarəsinə Merkuri 130F-01 markalı, 00212872 nömrəli nəzarət kassa aparatının itməsi ilə bağlı müraciət ünvanlanmış və həmin müraciətə cavab olaraq qeyd edilən NKA-nın tapılması barədə Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna məlumat daxil olmadığı bildirilmişdir. Vergi İdarəsindən təqdim edilmiş NKA markaları üzrə siyahıdan göründüyü kimi Merkuri-130F-01 markalı 00212872 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Tərəflər arasında mübahisə həllini tapmadığından iddaçı məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01,1** MF ***F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Belə ki, nəzarət kassa aparatı (NKA) vasitəsi ilə ödəyici (istehlakcı) pul əməliyyatlarını qeyd edir. Və NKA-da rüb ərzində vurulan bu pulların cəminə ( Zhesabatı) görə ödəyici vergini ödəyir. Vergi ödəyicisi müqavilə bağladıqdan sonra STXM kassanı blomplayır və xüsusi Təhvil-təslim Aktı tərtib etməklə bu Aktı və müqaviləni öz şəxsi vərəqindən online şəkildə Vergilər Nazirliyinə yollayır və Vergilər Nazirliyi bu blomb Aktı əsasında bu kassanı qeydiyyata alır. (Blomb Aktı əlavə edilir.) Hər rüb Vergi ödəyicisi Vergiyə bəyannamə (online) təqdim edir. Və bu bəyannamədə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXM-tərəfindən Z-hesabatı çıxarılaraq VN-ə təqdim edilərək təsdiqlənir. Həmçinin işlədiyi dövrdə STXM-tərəfindən hər mövsümdə saat dəyişikliyi etmək və uyğun saatı düzəltmək, kassa aparatı xarab olarsa onu təmir etməkdir. X3 NKA işləmədiyi dövrdə işləməsini təmin etmək üçün “NKA işləmədiyi dövrdə əməliyyatların uçotu” kitabını blomblayıb ödəyiciyə təqdim edir. Həmçinin sahələrarası ekspert komissiyasının NKA-ya aid bütün tələblərini yerinə yetirir. Bu qərara əsasən İddiaçı MMC Cavabdeh (VÖEN:**********) arasında xx.xx.2016-ci ildə 010830 nömrəli müqavilə ilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Beləliklə, vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. Vergi ödəyicisinə MT**********23 saylı qaimə vurulmuşdur. Bu qaimə vergi ödəyicisi tərəfindən təsdiqlənərək qəbul edilmişdir. Əgər Vergi ödəyicisinin yaranmış borca görə şikayəti var idisə, o izahlı şəkildə əsaslandırılmış cavabı bizə göndərməli idi. Beləliklə Cavabdehtərəfindən 2020-ci ildən 3 ay, 2021-ci ildən 6 ay, 2022-ci ildən 12 ay, 2023 cü ildən 12 ay, 2024-cü ildən 6 ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 39 ay abunə borcu 234 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin məhkəmənin keçirilməsi ilə bağlı 30 manat məbləğində məhkəmə xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanı üzrə cavabdehə digər qaydada (Novruzova) xx.xx.2024-cü il tarixdə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2016-cı il tarixli 010830 nömrəli, Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli sənədlər, Maliyyə arayışı, xx.xx.2022-ci il tarixli Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsindən verilmiş məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 752.1, 752.2) İlk olaraq məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə münasibətdə qeyd edir ki, tərəflər arasında podrat münasibətlərindən əmələ gələn müqavilə bağlanmışdır. Belə ki, cavabdehin sifarişi əsasında onun nəzarət-kassa aparatına texniki servis xidməti göstərilmiş və bunun müqabilində cavabdeh muzd ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış, tərəflərin iradə ifadəsini əks etdirməklə həqiqi hüquqi nəticələr yaratmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2016-cı il tarixli 010830 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130-F01 tipli 212872 nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. İddiaçı iddia ərizəsində tələb edilən abunə borcunun ödənilməsi müddətlərinin 2020ci ildən 3 ay, 2021-ci ildən 6 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay, 2024-cü ildən 6 ayı əhatə etdiyini iddia edir. Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh sahibkar kimi xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış və sahibkarlıq fəaliyyəti hal-hazırda aktivdir. Cavabdehə məxsus müxtəlif ünvanlarda yerləşən obyektlər fəaliyyət göstərir və həmin obyektlərə quraşdırılmış EKR-2102F markalı ******* zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək, Merkuri- 130F-01 markalı 00212872 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək, Orion-101F markalı ******* zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, Orion-101F markalı ******* zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, X4 markalı **********Pİ0056445 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fəaliyyət göstərmiş, Verifone X990 markalı V1E0623545 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2023-cü il tarixdə, X4 markalı **********Pİ0087421 zavod nömrəli nəzarət kassa aparatı isə xx.xx.2022-ci il tarixdə quraşdırılıb hal-hazırda fəaliyyətləri aktivdir. X4 markalı **********Pİ0057108 zavod nömrəli nəzarət kassa aparatı isə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fəaliyyət göstərmişdir. Göstərilənlər nəzərə alındıqda cavabdehə məxsus obyektə (mağazaya) kassa xidməti göstərən Merkuri-130F-01 markalı 00212872 zavod nömrəli nəzarət kassa aparatından istifadə müddəti 2020-ci ildən 3 ay, 2021-ci ildən 6 ay, 2022-ci ildən 2 ayı əhatə edir. Göründüyü kimi həmin kassa aparatı quraşdırıldığı vaxtdan hazırki vaxtadək cavabdehə məxsus obyektə (mağaza) Merkuri-130F-01 markalı 00212872 zavod nömrəli kassa aparatının xidmət göstərdiyi dövlər 11 ay olmaqla aylıq 6 manatla hesablandıqda ödənilməli borc məbləği 66 manat (11 ay x 6 = 66) təşkil edir. Bu səbəbdən 66 manat abunə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa qeydiyyatdan çıxma aktı üçün 35 manatın tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, belə bir akt məhkəməyə təqdim edilməmiş, habelə təqdim edilsəydi belə 35 manat pulun hansı qaydada və nəyə əsasən hesablanmasını müəyyən etmək mümkün deyildir və buna dair sübutları iddiaçı məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia bu hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən 66 manat xidmət haqqı borcunun tutulması hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 22,64 manatı iddiaçıdan, 7,36 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir ki, həmin rüsumdan iddiaçı tərəfindən ödənilməli 22,64 manat dövlət rüsumu çıxılaraq qalan 7,36 manat iddiaçı tərəfindən tələb edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 66 manat məbləğində abunə borcu və 7,36 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1154/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1154/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver