Məhkəmə qərarları › İş №e-2-2(117)-1261/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1261/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1261/2025 18.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh X1 qarşı “153.56 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin istifadəsində olan və iddiaçıya məxsus tokenin (nəzarət mexanizm qurğusunun) iddiaçıya təhvil verilməsi, online kassa cihazının qeydiyyatdan çıxarılması üçün nəzərdə tutulmuş 30 manat xidmət haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilərək online kassa cihazının qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı “153.56 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin istifadəsində olan və iddiaçıya məxsus tokenin (nəzarət mexanizm qurğusunun) iddiaçıya təhvil verilməsi, online kassa cihazının qeydiyyatdan çıxarılması üçün nəzərdə tutulmuş 30 manat xidmət haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilərək online kassa cihazının qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsindən göründüyü kimi iddiaçı tərəfindən “bu ödəniş rüsumdan azaddır- təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə-tərəflər” bəndi seçilmiş və bu bənd əsas götürülərək dövlət rüsumunun ödənilməsini təsdiqləyən qəbz haqqında məlumatlar elektron iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə olaraq iddiaçı tərəfindən iş materiallarına 30 manat dövlət rüsumunun ödənilməsini təsdiqləyən xx.xx.2025-ci il tarixli NSlvg4 nömrəli ödəniş tapşırığı əlavə edilmişdir. Lakin həmin ödəniş AR Mülki Prosessual Məcəlləsinə əsasən müəyyən edilmiş qaydada ödənilməmişdir. Qeyd edilən ödəniş tapşırığı barədə məlumatların elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsində öz əksini tapmaması həmin qəbzin daha əvvəl başqa məhkəmə işində istifadə edilib-edilməməsi ilə bağlı şübhə yaradır. Belə ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu haqqında məlumat elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsinə əlavə edilməlidir. Hazırkı vəziyyətdə isə qeyd edilən hala əməl edilməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddiaçı tərəfindən Kapital Bank vasitəsilə xx.xx.2025-ci il tarixdə NSlvg4 nömrəli ödəniş tapşırığı ilə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına münasibətdə bildirir ki, MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Bundan başqa məhkəmə iddiaçının diqqətinə çatdırır ki, AR Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin iddia tələbindən göründüyü kimi hazırkı iş üzrə tələb “pul tələbi” və “nəzarət mexanizm qurğusunun iddiaçıya təhvil verilməsi, cavabdehin üzərinə müvafiq öhdəliklərin qoyulması” olmaqla iki hissədən ibarətdir. İddiaçının qeyd edilən tələbində olan əmlakın dəyərinin on min manatdan az olmasını təsdiq eədn sübutlar olduqda qeyd edilən icraat qaydasında müraciət edə bilər. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh X1 qarşı “153.56 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin istifadəsində olan və iddiaçıya məxsus tokenin (nəzarət mexanizm qurğusunun) iddiaçıya təhvil verilməsi, online kassa cihazının qeydiyyatdan çıxarılması üçün nəzərdə tutulmuş 30 manat xidmət haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilərək online kassa cihazının qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Kapital Bank vasitəsilə xx.xx.2025-ci il tarixdə NSlvg4 nömrəli ödəniş tapşırığı ilə ödənilmiş 30 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar