Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1388/2023 11.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdeh X2 qarşı “cavabdeh X2 tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək abunə borcu 276 manat və mediasiya xərclərinə görə ödənilmiş 30 manatın X1 tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh X2 qarşı “cavabdeh X2 tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək abunə borcu 276 manat və mediasiya xərclərinə görə ödənilmiş 30 manatın X1 tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmun tələblərinə əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İş materiallarının məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Elektron imzalanmış iddia ərizəsində, eləcə də, digər əlaqəli sənədlərdə hazırki iş üzrə cavabdeh qismində X2 müəyyən olunmasına baxmayaraq pulun tutulması isə cavabdeh olmayan X1 tutulması xahiş olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa dair tələblərə əməl edilməmişdir. Göründüyü kimi iddia ərizəsində iddiaçı və cavabdehin adları, ünvanları və onlara aid sair məlumatlar göstərilməlidir. Hazırki iddia ərizəsində isə cavabdeh qismində müəyyən olunmuş şəxslə pul tələb edildiyi şəxslər fərqlidir. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə və qanunvericiliyin tələbinə uyğun dövlət rüsumu ödənilməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC cavabdeh X2 qarşı “cavabdeh X2 tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək abunə borcu 276 manat və mediasiya xərclərinə görə ödənilmiş 30 manatın X1 tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1388/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1388/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver