Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-14/2024 23.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh2 MMC-yə qarşı “İddiaçı mülkiyyətində olan torpaq sahələri cavabdeh Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin öz hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasına 2021-ci il tarixdən bu günə kimi torpaq sahələrindən istifadə edə bilmədiyinə görə 70000 manat məbləğində əldən çıxmış faydanın cavabdeh Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutulmasına, torpaq sahələrini əkinə yararlı vəziyyətə salınmasına görə 60000 manat məbləğində xərcin cavabdeh KƏND MMC-dən tutulmasına, Torpaq sahələrindən istifadə nəticəsində torpaq sahələrinə vurulmuş 40000 manat maddi ziyanın KƏND MMC-dən tutulmasına və 460 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh2 MMC-yə qarşı “İddiaçı mülkiyyətində olan torpaq sahələri cavabdeh Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin öz hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasına 2021-ci il tarixdən bu günə kimi torpaq sahələrindən istifadə edə bilmədiyinə görə 70000 manat məbləğində əldən çıxmış faydanın cavabdeh Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutulmasına, torpaq sahələrini əkinə yararlı vəziyyətə salınmasına görə 60000 manat məbləğində xərcin cavabdeh KƏND MMC-dən tutulmasına, Torpaq sahələrindən istifadə nəticəsində torpaq sahələrinə vurulmuş 40000 manat maddi ziyanın KƏND MMC-dən tutulmasına və 460 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçının vəkili məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə edilən sənədlərin şəxsən özünə qaytarılmasını məhkəmədən xahiş etmiş, ödənilmiş 60 manat dövlət rüsumunun nümayəndə olaraq öz adından ödəndiyindən özünə qaytarılması və buna dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh tərəf məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bidirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə iddiaçının vəkilinin “iddia ərizəsinə əlavə edilən sənədlərin şəxsən özünə qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə icraatı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə həyata keçirildiyindən və iş materiallarında hər hansı sənədin əsli saxlanılmadığından sənədlərin poçt vasitəsi ilə ünvan üzrə göndərilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Göründüyü kimi hazırki iş üzrə sənədlərin göndərilməsi, qəbulu elektron sistem vasitəsilə həyata keçirilmişdir ki, məhkəməyə iddiaçı tərəfindən hər hansısa kağız daşıyıcıda və ya digər qaydada işin sənədlərinin əslləri təqdim edilməmişdir. Məhkəmə elektron qaydada təqdim edilmiş iş materialları əsasında icraatı davam etdirmişdir. Hazırki iş üzrə təqdim edilmiş sənədlər elektron sistemdə işin “digər sənədlər” bölməsində mövcuddur ki, həmin bölmədən işlə əlaqədar sənədlərin əldə edilməsi mümkündür. Bununla yanaşı hazırki iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.5-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 460 manat təşkil edir ki, iddiaçı tərəfindən 400 manat mediasiya xərci, 60 manat dövlət rüsumu ödənilmişdir ki, iddia tələbi baxılmamış saxlanıldığından ********** nömrəli qəbzlə hökumət ödəniş portalı vasitəsilə Vəkil1 tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu sonuncuya qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu qismən və ya tamailə geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” nın 3.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır. 3.2-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 20 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. 4.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i göstərilməlidir. 4.2-ci bəndinə əsasən, dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, iddianın baxılmamış saxlanılması yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmçinin qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə Dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh2 MMC-yə qarşı “İddiaçı mülkiyyətində olan torpaq sahələri cavabdeh Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin öz hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasına 2021-ci il tarixdən bu günə kimi torpaq sahələrindən istifadə edə bilmədiyinə görə 70000 manat məbləğində əldən çıxmış faydanın cavabdeh Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutulması, torpaq sahələrinin əkinə yararlı vəziyyətə salınmasına görə 60000 manat məbləğində xərcin cavabdeh KƏND MMC-dən tutulmasına, torpaq sahələrindən istifadə nəticəsində torpaq sahələrinə vurulmuş 40000 manat maddi ziyanın KƏND MMC-dən tutulması və 460 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə Hökumət ödəniş portalı (ödənişi qəbul edən təşkilat Kapital Bank ASC) vasitəsi ilə ödənilmiş 60 manat Dövlət rüsumu Vəkil1 dövlət büdcəsindən qaytarılsın. Qərardadın, iddianın baxılmamış saxlanılması hissəsindən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-14/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-14/2024
23.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver