Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1466/2022 26.09.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı Qanuni nümayəndə MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı 6000 manat ümumi borc, 13869,60 manat, ümumilikdə 19869,60 manat məbləğində pulun cavabdehdən tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Qanuni nümayəndə MMC cavabdeh "xxxx" QSC-yə qarşı 6000 manat ümumi borc, 13869,60 manat, ümumilikdə 19869,60 manat məbləğində pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilməmiş, yəni iddia ərizəsində cavabdehə qarşı yönəlmiş tələb aydın ifadə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir. Göründüyü kimi iddia ərizəsində iddiaçının tələbi dedikdə, cavabdehə qarşı aydın və dəqiq ifadə edilmiş tələbdən söhbət gedir ki, iddiaçının hazırki tələbi MPM-in 149-cu maddəsinin tələblərinə cavab vermir. Belə ki, iddiaçı tələbini “6000 manat ümumi borc, 13869,60 manat, ümumilikdə 19869,60 manat məbləğində pulun cavabdehdən tutulması” şəklində göstərmiş, həmin məbləğlərin hansı əsasla və nə kimi (borc, faiz, cərimə və s.) tələb edildiyini aydın şəkildə göstərməmiş və iddia ərizəsində belə bunu əsaslandırmamışdır. Halbuki, iddiaçı tələbini dəqiq və aydın şəkildə ifadə etməlidir. Bundan başqa, hazırki iş üzrə elektron qaydada imzalanmış iddia ərizəsində cavabdeh qismində "xxxx" QSC göstərilmiş olsa belə, iddia ərizəsinin məzmun hissəsində cavabdeh qismində başqa bir hüquqi şəxsin – “X2 X1” MMC-nin adı qeyd edilmişdir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə cavabdeh "xxxx" QSC olmasına baxmayaraq iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa dair qanunvericiliyin tələblərinə düzgün riayət edilməyərək iddia ərizəsinin məzmun hissəsində cavabdeh qismində başqa bir hüquqi şəxsin adı qeyd edilmişdir. Yəni iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilməmiş və iddia ərizəsində adı çəkilən hüquqi şəxsin hazırki mübahisəyə aidiyyəti əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qanuni nümayəndə MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı 6000 manat ümumi borc, 13869,60 manat, ümumilikdə 19869,60 manat məbləğində pulun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1466/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1466/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver