Məhkəmə qərarları › İş №e-2-2(117)-1479/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1479/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1479/2024 14.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdeh "xxxx" MMC-dən 19358.198 AZN borcun İddiaçı MMC-nin xeyrinə tutulması, 28 ədəd qaytarılmamış və yararsız hala salınmış binin İddiaçıya geri qaytarılması və ya əvəzinin ödənilməsi, o cümlədən, dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı ərizə ilə müraciıt edərək “cavabdeh "xxxx" MMC-dən 19358.198 AZN borcun İddiaçı MMC-nin xeyrinə tutulması, 28 ədəd qaytarılmamış və yararsız hala salınmış binin İddiaçıya geri qaytarılması və ya əvəzinin ödənilməsi, o cümlədən, dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada həll olunduğu üçün Mülki Prosessual Məcəllənin 170.1-ci bəndinə əsasən iddia ərizəsinin baxılmadan hazırlıq iclasında geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdeh "xxxx" MMC-dən 19358.198 AZN borcun İddiaçı MMC-nin xeyrinə tutulması, 28 ədəd qaytarılmamış və yararsız hala salınmış binin İddiaçıya geri qaytarılması və ya əvəzinin ödənilməsi, o cümlədən, dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar