Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-15/2025 16.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, iddiaçının nümayəndəsi X5,cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Cavabdeh qarşı “cavabdehin Oğuz Peşə Məktəbinin daimi istifadəsinə verilmiş 10 ha torpaq sahəsindən istifadəsinin qanunsuz hesab edilməsi və Oğuz Rayon İcra Hakimiyyəti başçısının 06 iyul 2009-cu il tarixli, 109 nömrəli sərəncamı ilə Oğuz Peşə Məktəbinin daimi istifadəsinə verilmiş 10 hektar torpaq sahəsindən çıxarılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Cavabdeh qarşı “cavabdehin Oğuz Peşə Məktəbinin daimi istifadəsinə verilmiş 10 ha torpaq sahəsindən istifadəsinin qanunsuz hesab edilməsi və Oğuz Rayon İcra Hakimiyyəti başçısının 06 iyul 2009-cu il tarixli, 109 nömrəli sərəncamı ilə Oğuz Peşə Məktəbinin daimi istifadəsinə verilmiş 10 hektar torpaq sahəsindən çıxarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vartaşen (Oğuz) rayonu X2 İcraiyyə Komitəsinin 08 iyul 1976- cı il tarixli, 233 nömrəli qərarına əsasən 68 hektar torpaq sahəsi, o cümlədən 65 hektar əkin, 3 hektar biçənək və otlaqlar 143 nömrəli Vartaşen (Oğuz) kənd texniki peşə məktəbinin (hazırda Oğuz peşə məktəbi) daimi istifadəsinə verilmişdir. Oğuz- Qəbələ-Bakı su kəmərinin tikintisi ilə əlaqədar, su kəmərinin və digər qurğuların müvafiq sahələrdən keçdiyini nəzərə alaraq, Oğuz Peşə Məktəbinin 63.83 hektar torpaq sahəsi Nazirlər Kabinetinin 211 nömrəli, 14 avqust 2009-cu il tarixli sərəncamına uyğun olaraq məktəbin balansından çıxarılmış və İcra hakimiyyətinin balansına verilmişdir. Məktəbin daimi istifadəsində olan torpaq sahələrinin dövlət ehtiyaclarının təmin edilməsi məqsədilə alınmasını nəzərə alaraq, Rayon İcra Hakimiyyəti məktəbə 10 hektar torpaq sahəsi ayırmışdır. Belə ki, Oğuz Rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2004-cü il tarixli, 99 saylı sərəncamı ilə Oğuz şəhər sakini Cavabdeh müvəqqəti istifadəyə verilmiş 12 hektar torpaq sahəsinin 10 hektar örüş torpaq sahəsi Oğuz Rayon İcra Hakimiyyəti başçısının 06 iyul 2009-cu il tarixli, 109 nömrəli sərəncamı ilə Oğuz Peşə Məktəbinin daimi istifadəsinə verilmişdir. Sərəncamın məzmunundan görünür ki, cavabdehə 2004-cü ildə ayrılmış torpaq sahəsinin 2 hektarı onun istifadəsində saxlanılmış və digər 10 hektar torpaq sahəsi ondan alınaraq məktəbin daimi icarəsinə verilmişdir. Sərəncamın 8-ci bəndində Cavabdeh ilə 2 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin bağlanması aidiyyəti orqanlara tapşırılmışdır. İcra hakimiyyətinin sərəncamının icrası ilə əlaqədar həmin torpaq sahəsi X14 kitabında 21 iyun 2010-cu il tarixli, 3070 nömrə ilə uçota alınmışdır. Oğuz Peşə Məktəbi tərəfindən daimi istifadəsinə verilmiş 10 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsinə müraciət edilmiş, lakin cavabdeh tərəfindən Xidmətin əməkdaşlarına yerində araşdırma və çöl ölçmə işlərinin aparılmasına maneçilik törədilmişdir. Sözügedən ərazi hələ də Cavabdeh qanunsuz olaraq istifadəsindədir. Cavabdeh faktiki olaraq, məktəbin daimi istifadəsinə verilmiş torpaq sahəsini zəbt edərək ondan istifadə edir, habelə məktəbin əməkdaşlarının əraziyə daxil olmasına maneçilik törədir. Təlim-təsərrüfat məqsədilə Oğuz Peşə Məktəbinə ayrılmış torpaq sahəsi məktəbin daimi istifadəsinə qaytarılmalı və məktəbin şagirdlərinin pozulmuş hüquqlarının bərpası təmin edilməlidir. Belə ki, həmin torpaq sahəsinin zəbt edilməsi məktəbin şagirdlərinin istehsalat təlimi keçməsinə mane olur. Qeyd edilən mübahisə ilə bağlı dəfələrlə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsinə baxmayaraq, problem öz həllini tapmamış və mübahisənin məhkəmə qaydasında həll edilməsi tövsiyə edilmişdir. Şərh olunanlara və AR Mülki Prosessual Məcəlləsinin 149-150ci maddələrinə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci, 68-ci, 111-ci maddələri göstərilmişdir.
4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-549/2024 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Oğuz rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli 99 saylı sərəncamı ilə Oğuz şəhər sakini Cavabdeh müvəqqəti istifadəyə verilmiş 12 ha torpaq sahəsinin 10 ha örüş torpaq sahəsi Oğuz rayon İcra Hakimiyyəti başçısının 06 iyul 2009-cu il tarixli 109 nömrəli sərəncamı ilə Oğuz Peşə Məktəbinin daimi istifadəsinə verilmişdir. Həmçinin, 2010-cu ildə həmin torpaq sahəsinə texniki cizgidə alınmışdır. Sözügedən torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindədir, cavabdeh faktiki olaraq məktəbin daimi istifadəsinə verilmiş torpaq sahəsini zəbt edərək ondan istifadə edir, habelə məktəbin əməkdaşlarının əraziyə daxil olmasına maneçilik törədir. Həmin torpaq sahəsinin zəbt edilməsi məktəbin şagirdlərinin istehsalat təlimi keçməsinə mane olur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, işlə tanış olmadığını, eyni zamanda Oğuz Rayon İcra Hakimiyyətinin 2004-cü il tarixli sərəncamı ilə mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh verilmişdir. Lakin sonradan Oğuz RİH-nin sərəncamı ilə həmin torpaq sahəsi Oğuz Peşə Məktəbinə verilmiş və cavabdehin həmin torpaq sahəsindən istifadəsinə xitam verilmişdir. Bununla bağlı Cavabdeh Oğuz rayon Məhkəməsinə dəymiş ziyanın ödənilməsi tələbi ilə müraciət etmiş, Oğuz rayon Məhkəməsinin qərardadı ilə iş aidiyyəti üzrə Bakıya göndərilmişdir. Həmin işlə bağlı və mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı sənədləri, sübutları məhkəməyə təqdim etmələri üçün hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh torpaq sahəsi ilə bağlı İnzibati Məhkəməyə müraciət etmiş, iş sonradan Apellyasiya və Ali Məhkəmədə də baxılmış və bu barədə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı vardır. İşin obyektiv araşdırılmasını mübahisəli torpaq sahəsi ilə bağlı zəruri tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, məhkəmə tərəfindən keçirilmiş ekspert rəyi ilə tanış olmuşlar. Rəydə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçı Oğuz Peşə Məktəbinə aid olmadığı, həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olduğu göstərilmişdir. Bu səbəbdən iddia tələbi əsassızdır, təmin edilməməsini xahiş edirlər. Bundan əlavə cavabdeh tərəf olaraq icra hakimiyyətinin sərəncamını inzibati məhkəmədə mübahisələndirmək niyyətindədirlər. Cavabdeh sözügedən torpaq sahəsi ilə bağlı 2009-cu ildən məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı məhkəmə qərarları vardır. Həmin qərarları növbəti məhkəmə iclasında məhkəməyə təqdim edə bilərlər.
9. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdiklərini və təmin edilməsini məhkəmədən xahiş etdiyini bildirdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini əsassız hesab etdiklərini və rədd edilməsini məhkəmədən xahiş etdiklərini bildirdi.
İİİ. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
Torpaq Məcəlləsi
Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri
- bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması;
Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
- 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. - 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyriəmlak münasibətlərini tənzimləyir. - 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. - 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. - 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. - 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. - 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. - 246.6. Torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz. - 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. - 248.3. Torpağının alınmasına, torpağının üzərində sahibliyin əldə olunmasına və ya təklif olunan kompensasiyaya etiraz edən alınmanın təsirinə məruz qalan şəxs aşağıdakı əsaslardan biri və ya bir neçəsi ilə məhkəməyə ərizə verə bilər: 248.3.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olması; 248.3.2. torpağın alındığı layihənin həyata keçirilməsi üçün lazım olmaması; 248.3.3. təklif olunan kompensasiyanın ədalətli olmaması; 248.3.4. alan orqanın müvafiq səlahiyyətlərə malik olmaması; 248.3.5. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş prosedurlara riayət edilməməsi və ya düzgün və ədalətli riayət edilməməsi.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra mətndə MPM):
- 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. - 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. - 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. - 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. - 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi:
12. Torpaqdan müvəqqəti istifadə hüququna dair 24 dekabr 2004-cü il tarixli JN-6406, kod 40506018 nömrəli şəhadətnamədən görünür ki, Oğuz rayon İHB-nin xx.xx.2004-cü il tarixli 99 saylı sərəncamı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi ilə Oğuz rayon Padar kəndi ərazisində yerləşən 12 ha X18 torpağı kənd təsərrüfatı məhsulları istehsalı üçün 25 il müddətinə X6 müvəqqəti istifadə üçün verilmişdir.
13. İşdə olan AR Oğuz Rayonu İcra Hakimiyyəti başçısının 06 iyul 2009-cu il 94 №-li sərəncamından “Oğuz rayonunun X18 torpaqlarının hüquqi və fiziki şəxslərə istifadəyə və ya icarəyə verilmiş hissəsi üzərində istifadə hüququna xitam verilməsi haqqında” Çıxarışdan görünür ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin, su quyularının və suayrıcı boruların mühafizə zolaqlarına düşən xüsusi və bələdiyyə mülkiyyətində olan torpaqların X16 torpaqları ilə əvəzləşdirilməsi zərurətini təmin etmək üçün AR Torpaq Məcəlləsinin 70ci maddəsinin 1-ci bəndinə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 28-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsaslanaraq, (İ) Oğuz RİH Başçısının 29 noyabr 2004-cü il 99 saylı sərəncamı ilə Oğuz şəhər sakini X7 müvəqqəti istifadəsinə verilmiş 12 ha torpaq sahəsindən 10 ha torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, (İİİ) həmin 10 ha torpaq sahəsinin aidiyyəti üzrə Oğuz Rayon İcra Hakimiyyətinin sərəncamına qaytarılması, (İV) AR Torpaq Məcəlləsinin 76-cı maddəsinin tələblərinin Oğuz şəhər sakini X9 bildirilməsi, (V.8) X7 istifadəsində qalan 2 ha torpaq sahəsi üçün onunla icarə müqavilə bağlanılması qərara alınmışdır.
14. AR Təhsil Nazirliyi tərəfindən AR Baş nazirinin müavini A.Şərifova ünvanlanmış xx.xx.2009-cu il tarixli məktubda Oğuz Peşə Məktəbinin dövlət mülkiyyətində olan torpaqlarının digər torpaq sahələri ilə əvəz edilməsinə Təhsil Nazirliyi tərəfindən etiraz edilmədiyi qeyd edilmişdir.
15. AR Oğuz Rayon İcra Hakimiyyətinin Başçısının 24 iyul 2009-cu il tarixli 109 nömrəli “Oğuz-Qəbələ-Bakı su kəmərinin, su quyularının və suayrıcı boruların mühafizə zolaqlarına düşən xüsusi mülkiyyətdə olan torpaqların əvəzləşdirilməsi üçün bələdiyyə və dövlət mülkiyyətindən torpaq sahəsinin ayrılması barədə Oğuz RİHB-nin xx.xx.2009-cu il tarixli 92 nömrəli sərəncamında əlavə və dəyişikliklər edilməsi barədə” sərəncamından görünür ki, (İV) X20 Məktəbinin yardımçı təsərrüfatında olan, xüsusi mülkiyyətə verilən 63.83 hektar torpaq sahəsinin əvəzində həmin məktəbə X12 10 ha torpaq sahəsi ayrılması, sərəncamın təsdiqinin AR Nazirlər Kabinetindən xahiş edilməsi qərara alınmışdır.
16. AR Nazirlər Kabinetinin 14 avqust 2009-cu il tarixli 211 s nömrəli sərəncamı ilə AR Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasına və 70-ci maddəsinin 7-ci bəndinə əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin və bununla əlaqədar olan digər qurğuların Oğuz rayonunun inzibati ərazisindəki hissəsinin mühafizə zolağında yerləşən və xüsusi mülkiyyətdə olan 781.53 ha torpaq sahələrinin eyni ölçüdə torpaq sahələri ilə əvəzləşdirilməsi (xüsusi mülkiyyətçilərə verilməsi) üçün dövlət mülkiyyətindən 445.83 ha (o cümlədən X20 məktəbinin yardımçı təsərrüfatından 63.83 ha əkin, Oğuz reproduktor quşçuluq birliyindən 56 ha əkin, keçmiş mal-qara kökəltmə birliyindən 96 ha əkin, dövlət ehtiyat torpağı fondundan 230 ha əkinə yararlı örüş) torpaq sahələrinin Oğuz Rayon İcra Hakimiyyətinin idarəçiliyinə və Oğuz rayonunun Bayan, Şirvanlı, Mollalı, Tərkeş, Dəymədağlı, Yemşanlı, Dəymədərə, Xaçmaz, Oğuz, Kərimli, Bucaq, Calut, Muxas, Sincan və Xalxal bələdiyyələrinin mülkiyyətində olan torpaqlardan xüsusi mülkiyyətçilərə veriləcək 335.70 ha əkinə yararlı torpaq sahələrinin əvəzinə X18 torpaqlarından 335.70 ha əkinə yararlı örüş torpaq sahələrinin həmin bələdiyyələrin mülkiyyətinə, habelə texniki peşə məktəbinin yardımçı təsərrüfatından Oğuz Rayon İcra Hakimiyyətinin idarəçiliyinə veriləcək 63.83 ha torpaq sahəsinin əvəzinə X20 məktəbinə X18 torpağından 10 ha örüş sahəsinin verilməsi barədə Oğuz RİH-nin və göstərilmiş bələdiyyələrin AR Kənd Təsərrüfatı Nazirliyi, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AR Təhsil Nazirliyi, AR ƏMDK və AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifləri qəbul edilməsi qərara alınmışdır.
17. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-2(102)-85/2019 nömrəli qərarından görünür ki, iddiaçı X1 cavabdehlər AR Nazirlər Kabinetinə, cavabdeh2 ASC-yə, cavabdeh3-ə və üçüncü şəxs AR Maliyyə Nazirliyinə qarşı mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-455/2018 saylı iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, məhkəmə aidiyyəti pozuntusuna yol verildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-455/2018 saylı iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir.
18. ƏMDX DƏDKR publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş AN 275953 torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, qeyd edilən sənəd Oğuz rayon İHB-nın xx.xx.2009-cu il tarixli 109 saylı sərəncamı ilə X20 Məktəbinə daimi istifadə üçün verilmiş Oğuz rayonunda yerləşən 100000 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.
19. ƏMDX DƏDKR publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 03 mart 2025-ci il tarixli 3-21-3-42/2-1057/2025 nömrəli məktuba qoşma kimi mütəxəssis rəyi və araşdırılan torpaq sahəsinə dair yerquruluşu planları təqdim edilmişdir.
20. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 23 may 2025-ci il tarixli 10/2106 nömrəli ekspert rəyindən göründüyü kimi 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: 1) İddiaçı tələbdə qeyd edilmiş torpaq sahəsindən istifadə etmir. İddiaçının nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 8.27 ha torpaq sahəsi barədə Oğuz rayonu ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritələrində (DWG) məlumat mövcud deyildir. X3 X8 (TEKUİS) əsasən sözügedən torpaq sahəsi Kərimli kəndinin inzibati sərhədləri daxilində kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası əkin, bələdiyyə mülkiyyətində olan ərazi kimi qeyd edilmişdir. Faktiki naturada ölçülmüş 8.27 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X20 Məktəbinin adına tərtib edilmiş **********0005 nömrəli plan-ölçü sənədində göstərilmiş 10 ha torpaq sahələrinin sərhədləri daxilində yerləşir. 2) Oğuz Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 99 saylı sərəncamı və həmin tarixli icarə müqaviləsi əsasında X6 25 il müddətinə icarəyə verilmiş 12 ha torpaq sahəsi, torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası əkin olmaqla dövlət mülkiyyətində olan ərazi kimi göstərilmişdir. Tələbdə göstərilmiş tikililər Oğuz Rayon İcra hakimiyyətinin xx.xx.2004-cü il tarixli 99 saylı sərəncamı və həmin tarixli icarə müqaviləsi əsasında X6 25 il müddətinə icarəyə verilmiş 12 ha torpaq sahəsinin üzərində yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində JN- 6406 kod 40506018 nömrəli Şəhadətnamənin nüsxəsi mövcud deyil. 3) Oğuz Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 99 saylı sərəncamı və həmin tarixli icarə müqaviləsi əsasında X6 25 il müddətinə icarəyə verilmiş 12 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-6406 kod 40506018 nömrəli şəhadətnamədə göstərilmiş torpaq sahəsi və **********0005 nömrəli plan-ölçü sənədində göstərilmiş 10 ha torpaq sahəsi arasında konfiqurasiya fərqi olmasına baxmayaraq eyni ərazidən ayrılmışdır. 4) İddiaçının nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 8.27 ha torpaq sahəsinin üzərində tikililər mövcud deyil.
Vİ. Məhkəmənin mövqeyi:
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
15. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin adı, soyadı və ata adı Torpaqdan müvəqqəti istifadə hüququna dair 24 dekabr 2004-cü il tarixli JN-6406, kod 40506018 nömrəli şəhadətnamədə X10, Oğuz Rayonu İcra Hakimiyyəti başçısının 06 iyul 2009-cu il 94 №-li sərəncamında X11 qeyd edilmiş, cavabdeh tərəf qeyd edilən soyadı və ata adında olan uyğunsuzluqları mübahisələndirməmiş və məhkəmədə qeyd edilən cavabdehin iş üzrə Cavabdeh olmasını qəbul etmişdir.
16. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən tərəflərin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları ondan ibarətdir ki, 24 dekabr 2004-cü il tarixli JN-6406, kod 40506018 nömrəli şəhadətnamə ilə 12 ha X18 torpağının müvəqqəti istifadə üçün Cavabdeh verilməsi, bundan sonra Oğuz-Qəbələ-Bakı su kəmərinin, su quyularının və suayrıcı boruların mühafizə zolaqlarına düşən xüsusi və bələdiyyə mülkiyyətində olan torpaqların X16 torpaqları ilə əvəzləşdirilməsi məqsədilə X20 məktəbindən alınmış 63.83 ha torpaq sahəsinin əvəzinə X18 torpağından cavabdehə müvəqqəti istifadəyə verilmiş torpaq sahəsinin 10 ha hissəsinin X20 məktəbinin daimi istifadəsinə verilməsi, qeyd edilən halın Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənməsi halları aiddir.
17. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı mübahisənin predmeti olan torpaq sahəsi Oğuz rayon İHB-nin xx.xx.2004-cü il tarixli 99 saylı sərəncamı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi ilə Oğuz rayon Padar kəndi ərazisində yerləşən 12 ha X18 torpağı 25 il müddətinə X6 müvəqqəti istifadəyə verilmiş (24 dekabr 2004-cü il tarixli JN-6406, kod 40506018 nömrəli şəhadətnaməyə əsasən), bundan sonra Oğuz- Qəbələ-Bakı su kəmərinin, su quyularının və suayrıcı boruların mühafizə zolaqlarına düşən xüsusi və bələdiyyə mülkiyyətində olan torpaqların X16 torpaqları ilə əvəzləşdirilməsi məqsədilə AR Oğuz RİH-nin başçısının 06 iyul 2009-cu il 94 №-li sərəncamı ilə, Oğuz şəhər sakini X7 müvəqqəti istifadəsinə verilmiş 12 ha torpaq sahəsinin 10 ha hissəsi üzərində istifadə hüququna xitam verilməsi, həmin 10 ha torpaq sahəsinin aidiyyəti üzrə Oğuz Rayon İcra Hakimiyyətinin sərəncamına qaytarılması, X7 istifadəsində qalan 2 ha torpaq sahəsi üçün onunla icarə müqavilə bağlanılması, AR Oğuz RİH-nin Başçısının 24 iyul 2009-cu il tarixli 109 nömrəli sərəncamı ilə X20 Məktəbinin yardımçı təsərrüfatında olan, xüsusi mülkiyyətə verilən 63.83 hektar torpaq sahəsinin əvəzində həmin məktəbə X12 10 ha torpaq sahəsi ayrılması qərara alınmış, qeyd edilən hal AR Nazirlər Kabinetinin 14 avqust 2009-cu il tarixli 211 s nömrəli sərəncamı ilə təsdiqlənmiş və həmin sərəncamlar mübahisələndirilməmişdir.
18. İşin mübahisələndirilən halına isə həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması səbəbilə iddiaçının hazırkı mübahisə ilə bağlı iddia qaldırmaq hüququnun olub-olmaması, cavabdehin həmin 10 ha torpaq sahəsinin 1.73 ha torpaq sahəsində bağ salması və qeyd edilən halda ona ziyanın dəyməsi halları aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.
19. İş materiallarına əlavə edilmiş 23 may 2025-ci il tarixli 10/2106 nömrəli ekspert rəyi ilə faktiki naturada ölçülmüş 8.27 ha torpaq sahəsinin X3 X4 kateqoriyasının yaşayış məntəqəsi torpaqları, uqodiyasının əkin, bələdiyyə mülkiyyətində olan ərazi kimi qeyd edildiyi, həmin torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X20 Məktəbinin adına tərtib edilmiş **********0005 nömrəli plan-ölçü sənədində göstərilmiş 10 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyini, JN-6406 kod 40506018 nömrəli şəhadətnamədə göstərilmiş torpaq sahəsi və **********0005 nömrəli plan-ölçü sənədində göstərilmiş 10 ha torpaq sahəsi arasında konfiqurasiya fərqi olmasına baxmayaraq eyni ərazidən ayrıldıqları, tələbdə göstərilmiş tikililərin cavabdehə istifadəyə verilmiş 12 ha torpaq sahəsinin üzərində yerləşdiyi, sonradan sərəncama əsasən həmin sahədən cavabdehdən alınaraq iddiaçıya verilmiş 10 ha torpaq sahəsinin sadəcə 1.73 ha hissəsində tikililərin mövcud olduğu müəyyən edilmişdir.
20. Belə ki, cavabdehin nümayəndəsi ekspert rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan ərazi kimi qeyd edilməsinə münasibətdə hazırkı iş üzrə iddiaçının iddia vermək hüququnun olmamasını əsas gətirərək iddianın əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə qeyd edilən hallarla bağlı bildirir ki, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması ilə bağlı müvafiq bələdiyyə orqanın adına qeydiyyatdan keçmiş hüquq mövcud deyilidir, əksinə işə olan müvafiq olaraq torpaq sahəsindən müvəqqəti istifadəyə dair şəhadətnamədə və müvafiq plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu müəyyən edilir.
22. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında 20 aprel 2016-cı il tarixli 869 nömrəli AR Prezidentinin Fərmanının 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) peşə təhsili sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, peşə təhsili müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur.
23. Eyni zamanda iş materiallarına əlavə edilmiş sərəncamlardan da göründüyü kimi cavabdehin müvəqqəti istifadəsinə verilmiş torpaq sahəsinin 10 ha hissəsi Oğuz Peşə Məktəbinin dövlət mülkiyyətində olan torpaqlarının digər torpaq sahələri ilə əvəz edilməsi məqsədilə onun daimi istifadəsinə verilməsi qərara alınmış və yekun olaraq qeyd edilən həmin hal Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş və həmin sərəncam mübahisələndirilməmişdir. İş materiallarına əlavə edilmiş Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-2(102)-85/2019 nömrəli qərarından və cavabdehin nümayəndəsinin izahatından da göründüyü kimi cavabdeh tərəfindən sadəcə olaraq vurulmuş ziyanın ödənilməsi tələbinə dair məhkəməyə müraciət edilmiş, məhkəmə aidiyyəti pozuntusuna yol verildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-455/2018 saylı iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir.
24. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
25. Azərbaycan Respublikası Konstitusiyasının 114 və 119-cu maddələrinə əsasən, Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmişdir: Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir; Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir; maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir; dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir; dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir; nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir; Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir. 120-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.
26. Göründüyü kimi müvəqqəti istifadə üçün cavabdehə verilmiş 12 ha torpaq sahəsinin 10 ha hissəsi sonradan Oğuz-Qəbələ-Bakı su kəmərinin, su quyularının və suayrıcı boruların mühafizə zolaqlarına düşən torpaq sahələrinin əvəzləşdirilməsi məqsədilə iddiaçıya verilmiş, yekun olaraq bu halı nəzərdə tutan Nazirlər Kabinetinin sərəncamı mübahisələndirilməmiş və hazırda qüvvədədir. Buna baxmayaraq həmin torpaq sahəsinin qanunsuz olaraq cavabdeh tərəfindən istifadə edildiyi, həmin torpaq sahəsinə iddiaçının daxil olmasına maneəçilik yaradıldığı müəyyən edilmişdir. Dövlət ehtiyacı ilə bağlı icarəyə verilmiş torpaq sahəsinin alınması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir tələb irəli sürülməmiş, qanunlarla qeyd edilən sahədə dövlət siyasətini həyata keçirən orqan-Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyən edildiyindən cavabdehə verilmiş 10 hektar torpaq sahəsinin geri alınması ilə bağlı qərarın qəbul edilməsi və hazırda qüvvədə olması müəyyən edilmişdir.
27. Qeyd edilən hallardan göründüyü kimi iddiaçı, Cavabdeh Oğuz Peşə Məktəbinin daimi istifadəsinə verilmiş 10 ha torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh tərəf qeyd edilən torpaq sahəsinin Oğuz Peşə Məktəbinin daimi istifadəsinə verilməsini mübahisələndirməmiş, ona bunun əsasında dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin məhkəmə aidiyyət qaydalarının pozulması səbəbindən işə xitam verilmişdir. Cavabdeh tərəf həmin torpaq sahəsinin 1.73 ha sahəsində bağ salmasını və tikililərin mövcud olmasını əsas gətirərək ona ziyan dəyməsi ilə bağlı vurulmuş ziyanın ödənilməsi tələbi ilə aidiyyəti məhkəmə orqanına müraciət edə bilər.
28. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmeti olan 10 ha torpaq sahəsindən cavabdehin müvəqqəti istifadəsinə xitam verilərək, həmin torpaq sahəsinin Oğuz Peşə Məktəbinin daimi istifadəsinə verilməsi barədə qəbul edilən qərarlardan sonra cavabdehin həmin torpaq sahəsini hazırkı dövrə kimi istifadə etməsi qanunsuz olmuşdur.
29. Məhkəmə qeyd edilən hallara münasibətdə yekun olaraq bildirir ki, Cavabdeh Oğuz Peşə Məktəbinin daimi istifadəsinə verilmiş 10 hektar torpaq sahəsindən çıxarılmalıdır.
30. Məhkəmə iddia tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
Vİİ. Məhkəmə məsrəfləri:
31. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilən 23 may 2025-ci il tarixli 10/2106 nömrəli ekspertiza xərcinə dair bildirişə əsasən, aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Vİİİ Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Oğuz Peşə Məktəbinin daimi istifadəsinə verilmiş 10 hektar torpaq sahəsindən çıxarılsın. Ödənilməmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Mübariz Hüseynov