Məhkəmə qərarları › İş №e-2-2(117)-171/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-171/2023

11.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-171/2023 11.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Şəki rayonu, Çay Qaraqoyunlu kəndində yerləşən 6,557 ha torpaq sahəsindən və 8,197 ha torpaq sahəsindən (daşınmaz əmlakın reyestr nömrələri **********34, **********34) qanunsuz şəkildə zəbt etmiş cavabdehin çıxarılması, həmin torpaq sahələrinin iddiaçıya təhvil verilməsi və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “Şəki rayonu, Çay Qaraqoyunlu kəndində yerləşən 6,557 ha torpaq sahəsindən və 8,197 ha torpaq sahəsindən (daşınmaz əmlakın reyestr nömrələri **********34, **********34) qanunsuz şəkildə zəbt etmiş cavabdehin çıxarılması, həmin torpaq sahələrinin iddiaçıya təhvil verilməsi və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 12 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı rəyindən və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixdə ünvanladığı 10/273 nömrəli ekspert rəyindən görünür ki, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 6,557 ha torpaq sahəsinin 5,911 hektarından cavabdeh tərəfindən istifadə olunmuşdur. Yerdə qalan 0,64 ha torpaq sahəsi digər vətəndaşlar tərəfindən istifadə olunur. RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 8,197 ha torpaq sahəsinin 6,764 ha hissəsindən cavabdeh tərəfindən istifadə olunmuşdur. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla X3 kəndində yerləşən 6,557 ha torpaq sahəsi tam mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə İddiaçı MMC-nin adına dövlət qeydiyyatına alınmışdır. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla X3 kəndində yerləşən 8,197 ha torpaq sahəsi tam mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə İddiaçı MMC-nin adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara çıxarışlar, texniki pasportlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) olduğundan və mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından hazırkı işə kommersiya məhkəmələri tərəfindən baxılmışdır. Hazırki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X3 kəndində yerləşən 6,557 ha torpaq sahəsi (RX seriyalı ******* nömrəli çıxarış) və 8,197 ha torpaq sahəsi (RX seriyalı ******* nömrəli çıxarış) İddiaçı MMC-yə məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin xx.xx.2023cü il tarixdə məhkəməyə ünvanladığı rəyi ilə və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixdə ünvanladığı 10/273 nömrəli rəyi ilə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 6,557 ha torpaq sahəsinin 5,911 hektarından cavabdeh tərəfindən istifadə olunmuşdur. Yerdə qalan 0,64 ha torpaq sahəsi digər vətəndaşlar tərəfindən istifadə olunur. RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 8,197 ha torpaq sahəsinin 6,764 ha hissəsindən cavabdeh tərəfindən istifadə olunmuşdur. Məhkəmə qeyd edir ki, həmin rəylərdə texniki səhv olaraq hər iki çıxarışın nömrəsi ******* kimi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 140-cı maddəsinin tələbləri baxımından çıxış etsək reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan əlavə, iddia tələbinin hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahələrindən qanunsuz istifadə edilməsi faktı təsdiq olunur. Cavabdeh tərəfindən isə bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi “RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 6,557 ha torpaq sahəsinin 5,911 hektarından və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 8,197 ha torpaq sahəsinin 6,764 ha hissəsindən çıxarılması hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertizanın dəyəri olan 50 manatın 25 manatı İddiaçı MMC-dən və 25 manatı Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də iddia qiymətləndirilməyən iddialara aid olduğundan məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu bütövlükdə cavabdeh tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Şəki rayonu, Çay Qaraqoyunlu kəndində yerləşən RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 6,557 ha torpaq sahəsinin 5,911 hektarından və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 8,197 ha torpaq sahəsinin 6,764 ha hissəsindən çıxarılsın və həmin torpaq sahələri İddiaçınə təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçı MMC-dən və 25 manatı Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar