Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1814/2025 30.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 117.09 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 117.09 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı rəsmi dövlət qeydiyyatına alınmış ekassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”-lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” iddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə iddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və iddiaçının xidməti dayanır. İddiaçı ilə cavabdeh arasında NBA-28084-001 saylı 27 yanvar 2022-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə müvafiq olaraq cavabdehin iddiaçıya ümumilikdə 263.09 manat borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 146 manat hissəsini ödəmiş, lakin iddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan xidmət haqqı məbləğini ödəməkdən imtina etmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442-ci, 443-cü, 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddələri göstərilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli NBA-28084-001 nömrəli xidmət müqaviləsinin 1.1-ci maddəsinə əsasən, icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtıvaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. Texniki xidmət müqaviləsi üçün 1 nömrəli qiymət razılaşdırılması protokolu (Əlavə № 1) ilə kassa qeydiyyatı+Token (1 ədəd) ƏDV daxil olmaqla qiymət 70.80 manat müəyyənləşdirilmişdir. Texniki xidmət müqaviləsi üçün 1 nömrəli qiymət razılaşdırılması protokolu (Əlavə № 2) ilə NKA göstərilən aylıq servis xidmətinə görə ödəniş ƏDV daxil olmaqla 9.44 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli quraşdırılma aktından göründüyü kimi cavabdehin obyektində V1E0245772 seriya nömrəli Verifone X990 markalı smart-kassa quraşdırılmış, istifadə qaydaları izah olunmuş, müştəriyə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 439895 nömrəli (70.80 manat) elektron qaimə fakturadan göründüyü kimi kassa qeydiyyatı+Tokenin verilməsi, xx.xx.2022-ci il tarixli EBBU seriyalı 080393 nömrəli (6.69 manat, mart), xx.xx.2022-ci il tarixli EBBW seriyalı 041281 nömrəli (9.44 manat, aprel), xx.xx.2022-ci il tarixli EBBX seriyalı 772360 nömrəli (9.44 manat, may), xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 657149 nömrəli (9.44 manat, iyun), xx.xx.2022-cü il tarixli EBCB seriyalı 141391 nömrəli (9.44 manat, iyul), xx.xx.2022-cü il tarixli EBCD seriyalı 265521 nömrəli (9.44 manat, avqust), xx.xx.2022- cü il tarixli EBCG seriyalı 807871 nömrəli (9.44 manat, sentyabr), xx.xx.2022-cü il tarixli EBCİ seriyalı 917320 nömrəli (9.44 manat, oktyabr), xx.xx.2022-cü il tarixli EBCK seriyalı 497435 nömrəli (9.44 manat, noyabr), xx.xx.2023-cü il tarixli EBCM seriyalı 996966 nömrəli (9.44 manat, dekabr), xx.xx.2023-cü il tarixli EBCP seriyalı 017418 nömrəli (9.44 manat, yanvar), xx.xx.2023-cü il tarixli EBDA seriyalı 949796 nömrəli (9.44 manat, fevral), xx.xx.2023-cü il tarixli EBDD seriyalı 491581 nömrəli (9.44 manat, mart), xx.xx.2023-cü il tarixli EBDF seriyalı 100842 nömrəli (9.44 manat, aprel), xx.xx.2023-cü il tarixli EBDG seriyalı 860304 nömrəli (9.44 manat, may), xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 775335 nömrəli (9.44 manat, iyun), xx.xx.2023-cü il tarixli EBDK seriyalı 793222 nömrəli (8.60 manat, iyul) elektron qaimə fakturalardan göründüyü kimi NKA üzrə xidmətlər göstərilməsi, xx.xx.2023-cü il tarixli EBDL seriyalı 024628 nömrəli (35.40 manat) elektron qaimə fakturadan göründüyü kimi kassanın qeydiyyatdan çıxarılması üzrə İddiaçı MMC tərəfindən Cavabdeh malların verilməsi və xidmətlərin göstərilməsi ilə bağlı ümumilikdə yaranmış 263.09 manat borcla bağlı elektron qaimə göndərilmişdir. xx.xx.2023-cü il tarixli qaytarılma aktından göründüyü kimi V1E0245772 seriya nömrəli X990 model smart-kassa geri qaytarılmışdır. Həmin akta əsasən müştəri hər bir kassa aparatının ləğvi üçün müraciət etdikdə ləğv prosesi müştəri tokeni İcraçıya təhvil verdikdən və İcraçının bank hesabına 35.40 manat ödəniş etdikdən sonra rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri cavabdehə çatdırılmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, qiymətlərin razılaşdırılması protokolları, aktlar, elektron qaimə-fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 27 yanvar 2022-ci il tarixli NBA-28084-001 saylı xidmət müqaviləsi bağlanmış, lakin iddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və onun 117.09 manat ödənilməmiş əsas borcu qalmışdır. İş materiallarına əlavə edilmiş qiymətlərin razılaşdırılması protokollarından göründüyü kimi kassa qeydiyyatı+Tokenin (1 ədəd) dəyəri 70.80 manat və NKA göstərilən aylıq servis xidmətinə görə ödəniş isə 9.44 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin obyektində V1E0245772 seriya nömrəli Verifone X990 markalı kassa quraşdırılaraq təhvil verilmiş (təhvil-təslim aktına əsasən), NKA göstərilən aylıq servis xidmətinə görə cəmi 156.89 manat borc hesablanmış (elektron qaimə fakturalara əsasən), xx.xx.2023-cü il tarixdə V1E0245772 seriya nömrəli X990 model smart-kassa iddiaçıya geri qaytarılmışdır (qaytarılma aktına əsasən). İş materiallarından göründüyü kimi cavabdehin iddiaçıya kassa qeydiyyatı+tokenin quraşdırılması, aylıq servis xidmətlərinin göstərilməsi və kassa aparatın geri qaytarılması zamanı ləğv prosesinin həyata keçirilməsi ilə bağlı ümumilikdə 263.09 manat borcunun yaranmış olduğu müəyyənləşdirilir. İddiaçı cavahdehin həmin borc məbləğinin 146 manat hissəsini ödədiyini və hazırkı vaxta cavabdehin 117.09 manat borcunun qaldığını bildirmiş və həmin borcun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Təqdim edilmiş elektron qaimələr sadəcə özlüyündə malın verilməsini və xidmətlərin göstərilməsini birbaşa təsdiq etməsə də, quraşdırılma aktı, təhvil-təslim aktları və müqavilənin şərtləri birlikdə təhlil edildikdə tərəflər arasında müqavilə əsasında nəzərdə tutlmuş münasibətlərin yarandığı, malın verildiyi və xidmətlərin göstərildiyi müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Belə ki, göründüyü kimi cavabdehin qeyd edilən müqavilə üzrə cəmi 117.09 manat məbləğində ödənilməmiş əsas borcunun qaldığı müəyyən edilir. Həmçinin, iş üzrə cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmaması və ya artıq ödəniş etməsi, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğlərin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, yekun olaraq 117.09 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia tələbinə uyğun olaraq 30 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 117.09 manat əsas borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1814/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1814/2025
30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver