Məhkəmə qərarları › İş №e-2-2(117)-1840/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1840/2025

25.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1840/2025 25.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X4 Mərkəzinin nümyəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən 15 saylı X4 Mərkəzinin Yenikənd meşəbəyliyinin 04 saylı meşə dolayının 18-ci kvartalının 1-ci bölməsində 249***-*******, 249***-*******, 249***- *******, 249***-*******, 249***-*******, 249***-*******, 249***-*******, 249***-*******, 249***- *******, 249690- ******* koordinatlarda yerləşən 1.38 hektar qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edilmiş dövlət meşə fondu torpağından istifadəyə qadağa qoyulması, tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə gətirilərək 15 saylı X1ytarılması barədə” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X4 Mərkəzi Cavabdeh qarşı “ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən 15 saylı X4 Mərkəzinin Yenikənd meşəbəyliyinin 04 saylı meşə dolayının 18-ci kvartalının 1-ci bölməsində 249***-*******, 249***-*******, 249***- *******, 249***-*******, 249***-*******, 249***-*******, 249***-*******, 249***-*******, 249***- *******, 249690- ******* koordinatlarda yerləşən 1.38 hektar qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edilmiş dövlət meşə fondu torpağından istifadəyə qadağa qoyulması, tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə gətirilərək 15 saylı X1ytarılması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, eyni zamanda iddiaçı sahibkarlıq münasibətinə daxil olan dövlət orqanı olsa da, tərəflər arasında müqavilə münasibətləri mövcud deyil, hazırkı münasibət isə delikt münasibətlərə əsaslanır. Belə ki, iddiaçı bildirir ki, “Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli 044/em saylı və 15 saylı X4 Mərkəzinin xx.xx.2023-cü il tarixli 064/ü saylı əmrinə əsasən xidməti ərazilərdə icarəyə verilmiş meşə fondu torpaqlarının təyinatı üzrə istifadə olunması, habelə meşə qanunvericiliyinin tələblərinə riayət edilməsi yerində araşdırılarkən, 15 saylı X4 Mərkəzinin Yenikənd meşəbəyliyinin 04 saylı meşə dolayının 18-ci kvartalının 1-ci bölməsində 249***-*******, 249***-*******, 249***-*******, 249***-*******, 249***-*******, 249***-*******, 249***-*******, 249571- 4533030, 249***-*******, 249***-******* koordinatlarda yerləşən 1.38 hektar qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edilmiş dövlət meşə fondu torpağını əhatə edən ərazidə 6x3x2.3m ölçüdə (uzunluğu, eni, hündürlüyü) dəmir dirəklər üzərində yeri betonlanaraq metlaklanmış 1 ədəd besedka, 15x6x2.9 m ölçüdə mişar daşından hörülmüş yeri betonlanaraq metlak döşənmiş 1 ədəd mətbəx üçün nəzərdə tutulan yer, 3.9x3.2x2.4m ölçüdə dəmir dirək üzrəində yeri betonlanaraq üzəri metlaklanmış 5 ədəd besedka, 11.2x4x2.7m ölçüdə ağac dirəkdən yeri taxtalanmış 1 ədəd besedka, 18x8m ölçüdə (uzunu, eni) dairəvi çay daşından hörülmüş üzəri 0.20 m ölçüdə betonlanmış 1 ədəd açıq meydança, 4.10x3.10x2.2 m ölçüdə dəmir dirəklər üzərində aralıqları çiy kərpic ilə örtülmüş yeri taxtadan 1 ədəd otaq, 9x4x2m ölçüdə ağac dirəklər üzərində yeri betonlanmış besedka, 35x15x1 m ölçüdə (uzunu, eni, dərinliyi) süni yaradılmış göl, 15x5x2 m ölçüdə süni yaradılmış zibil tullamaq üçün quyu, 6.6x4.5x2.2 m ölçüdə (uzunu, eni, hündürü) mişar daşından yeri betonlanaraq metlak döşənmiş quyu üzərində 1 ədəd ayaqyolusu olan “Əlincə qalası” adlı turizm-rekreasiya obyektinin ünvan 1ində yaşayan Cavabdehtərəfindən istifadə edildiyi müəyyən edilmişdir”. İlk öncə məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sahibkarlıq fəaliyyəti isə şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir (Vergi Məcəlləsi maddə - 13.2.37). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində məhkəmələrə izah olunur ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarın 25-ci bəndində isə məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından, bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, dövlət orqanı olan iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı və Xidmətinin 15 saylı X4 Mərkəzinin cavabdehə qarşı “qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edilmiş dövlət meşə fondu torpağından istifadəyə qadağa qoyulması, tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi” barədə tələbi ümumi məhkəmədə baxılmalı olan mülki xarakterli əşya hüquqi münasibətlərdən irəli gələn mübahisədir. Belə ki, tərəflər arasında yaranan mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamış, bu səbəbdən də bu xarakterli işlərə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələr tərəfindən baxılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin: 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən 15 saylı X4 Mərkəzinin Yenikənd meşəbəyliyinin 04 saylı meşə dolayının 18-ci kvartalının 1-ci bölməsində 249***-*******, 249***-*******, 249***- *******, 249***-*******, 249***-*******, 249***-*******, 249***-*******, 249***-*******, 249***- *******, 249690- ******* koordinatlarda yerləşən 1.38 hektar qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edilmiş dövlət meşə fondu torpağından istifadəyə qadağa qoyulması, tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə gətirilərək 15 saylı X1ytarılması” barədə iddiası məhkəmə aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar