Məhkəmə qərarları › İş №e-2-2(117)-1849/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1849/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1849/2025 09.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh2 20 000 manat pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərər olaraq həmin vəsaitin 2015-ci ildən xx.xx.2024-cü il tarixədək indeksləşdirilərək, yaranan 20 000 manat fərqin, 20 000 manat pulun qaytarılmaması ilə əlaqədar 2015-ci ildən 2025-ci ilin avqust ayının 01-dək, 140 000 manat pulun qaytarılmaması ilə əlaqədar 01 avqust 2025-ci il tarixdən hazırkı müddət üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlərin, yəni 10 000 manatın; Cavabdeh1 5000 manat pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərər olaraq həmin vəsaitin 2015-ci ildən xx.xx.2024-cü il tarixədək indeksləşdirilərək, yaranan 5000 manat fərqin, 5000 manat pulun qaytarılmaması ilə əlaqədar 2015-ci ildən 01 avqust 2025-ci il tarixədək, 2000 manat pulun qaytarılmaması ilə əlaqədar 01 avqust 2025-ci ildən hazırkı müddəti üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlərin, yəni 3000 manatın ona ödəniməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh2 20 000 manat pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərər olaraq həmin vəsaitin 2015-ci ildən xx.xx.2024-cü il tarixədək indeksləşdirilərək, yaranan 20 000 manat fərqin, 20 000 manat pulun qaytarılmaması ilə əlaqədar 2015-ci ildən 2025-ci ilin avqust ayının 01-dək, 140 000 manat pulun qaytarılmaması ilə əlaqədar 01 avqust 2025-ci il tarixdən hazırkı müddət üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlərin, yəni 10 000 manatın; Cavabdeh1 5000 manat pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərər olaraq həmin vəsaitin 2015-ci ildən xx.xx.2024-cü il tarixədək indeksləşdirilərək, yaranan 5000 manat fərqin, 5000 manat pulun qaytarılmaması ilə əlaqədar 2015-ci ildən 01 avqust 2025-ci il tarixədək, 2000 manat pulun qaytarılmaması ilə əlaqədar 01 avqust 2025-ci ildən hazırkı müddəti üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlərin, yəni 3000 manatın ona ödəniməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia tələbindən göründüyü kimi iddiaçının tələbi, həm qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi, həm də bank uçot faiz dərəcəsi ilə bağlı pul tələbi olmaqla iki hissədən ibarətdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(117)-886/2024 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək Cavabdeh2 20000 manat, Cavabdeh1 5000 manat pulun tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı məhkəməyə yenidən iddia icraatı qaydasında müraciət edərək müvafiq olaraq qeyd edilən pul məbləğlərinin indeksasiyasının həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, AR Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən qeyd edilən halda indeksasiya ilə bağlı tələblərə iddia icraatı qaydasında deyil, məhkəmə qərarlarının icrası qaydasında icraat üzrə baxılmalıdır. Belə ki, iş üzrə iddiaçı tərəf qeyd edilən pul məbləğinin indeksasiyasının həyata keçirilməsi üçün ərizə ilə məhkəmə qərarlarının icrası qaydasında icraata əsasən baxılması üçün məhkəməyə müraciət edə bilər. Bundan əlavə olaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən qətnamə üzrə pul məbləğlərinin indeksasiyasının həyata keçirilməsi ilə bağlı tələbkar İddiaçı ərizəsinə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(117)-17/2025 nömrəli qərardadı ilə baxılaraq indeksasiya ilə bağlı qərardad çıxarılmışdır. İddiaçı tərəfindən yenidən məhkəməyə müraciət edildiyi halda qeyd edilən halların nəzərə alınması zəruridir. Bundan əlavə olaraq iddia tələbindən göründüyü kimi iddiaçı cavabdehlərdən müvafiq olaraq bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faiz borcunun tutulmasını da tələb edir. Lakin qeyd edilən faizi hansı əsaslarla tələb etiyini, faktları öz ərizəsində əsaslandırmamışdır. Qeyd edilən əsasla faiz borcu tələb edildikdə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət etməklə öz tələbini əsaslandırmaqla iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçı tərəfindən məcburi köçkün olması əsas göstərilərək dövlət rüsumu ödənilməmişdir. Lakin məhkəmə qeyd edilən hala münasibətdə qeyd edir ki, hazırkı məsələ cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə aid olduğundan qeyd edilən əsasla dövlət rüsumunun ödənilməsindən azad deyil. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanunundan göründüyü kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hansı hallarda dövlət rüsumundan azad olması konkret göstərilmişdir. Lakin qeyd edilən əsas sadəcə məhkəməyə müraciət edən şəxslərin qeyri-kommersiya fəaliyyəti ilə bağlı yaranan münasibətlərindən irəli gələn hallara aiddir. Bu səbəbdən məhkəmə iddiaçının diqqətinə çatdırır ki, məhkəməyə yenidən müraciət edildiyi halda “Dövlət rüsumu haqqında” AR Qanununun tələbləri nəzərə alınmaqla iddia tələbinə uyğun olaraq dövlət rüsumu ödəməsi zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma-məzmun tələblərinə əməl edilməmiş və nəticədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada tələbinin müvafiq hissələrində məhkəmə qərarlarının icrası qaydasında icraat üzrə ərizə ilə və iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh2 20 000 manat pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərər olaraq həmin vəsaitin 2015-ci ildən xx.xx.2024-cü il tarixədək indeksləşdirilərək, yaranan 20 000 manat fərqin, 20 000 manat pulun qaytarılmaması ilə əlaqədar 2015-ci ildən 2025-ci ilin avqust ayının 01-dək, 140 000 manat pulun qaytarılmaması ilə əlaqədar 01 avqust 2025-ci il tarixdən hazırkı müddət üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlərin, yəni 10 000 manatın; Cavabdeh1 5000 manat pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərər olaraq həmin vəsaitin 2015-ci ildən xx.xx.2024-cü il tarixədək indeksləşdirilərək, yaranan 5000 manat fərqin, 5000 manat pulun qaytarılmaması ilə əlaqədar 2015-ci ildən 01 avqust 2025-ci il tarixədək, 2000 manat pulun qaytarılmaması ilə əlaqədar 01 avqust 2025-ci ildən hazırkı müddəti üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlərin, yəni 3000 manatın ona ödəniməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar