Məhkəmə qərarları › İş №e-2-2(117)-1873/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1873/2025

12.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1873/2025 12.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X1 Mərkəzinin Cavabdeh qarşı "torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi və maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə Qəbələ Rayon Məhkəməsindən daxil olmuş mülki iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X1 Mərkəzi Cavabdeh qarşı meşə fondu torpağının qanunsuz sahiblikdən azad edilməsi, istifadəsinə qadağa qoyulması, özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi və maddi ziyanın ödənilməsi tələbi barədə iddia ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək 15 saylı RMTM-nin Vəndam meşəbəyliyinin 06 saylı meşə dolayının 90-cı kvartalının 6,9 və 11-ci bölməsində 751***-*******, 751***- *******, 751***-*******, 751272- 4538491, 751***-*******, 751***-*******, 751***-*******, 751***-*******, 751078- 4538246, 750***-*******, 750***-*******, 750***-*******, 750***- *******, 751000- 4538288, koordinantlarda yerləşən 4,05 ha, Vəndam meşəbəyliyinin 07 saylı meşə dolayının 105-ci kvartalının 16 və 20-ci bölməsində 247***-*******, 247***- *******, 247***-*******, 247599- 4534235, 247***-*******, 247***-*******, 247***-*******, 247***-******* koordinantlarda yerləşən 1 ha, və Yenikənd meşəbəyliyinin 04 saylı meşə dolayının 17-ci kvartalının 2-ci bölməsində 248***-*******, 248***-*******, 247***-*******, 247***-*******, 247920- 4533952, 247***-******* koordinantlarda yerləşən 1,63 ha özbaşınalıqla zəbt edilmiş meşə fondu torpağından Cavabdeh istifadəsinə qadağa qoyulması, özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətdə 15 saylı RMTM-nə təhvil verilməsi və 68.403,89 manat məbləğində ziyanın 15 saylı RMTM-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-1473/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsi işin aidiyyatı üzrə göndərilməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X1 Mərkəzi Cavabdeh qarşı meşə fondu torpağının qanunsuz sahiblikdən azad edilməsi, istifadəsinə qadağa qoyulması və özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi tələbi birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə bağlı müqavilə münasibətlərindən yaranan tələblərə aid olduğundan mahiyyət etibarı ilə iqtisadi məzmunludur. Hazırkı iddia ümumi məhkəmənin deyil, kommersiya məhkəməsinin aidiyyətində olduğundan baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Həmin qərardad ilə razılaşmayan məhkəmə qeyd edir ki, cavabdeh tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, eyni zamanda iddiaçı sahibkarlıq münasibətinə daxil olan dövlət orqanı olsa da hazırkı münasibət tərəflər arasında müqavilə münasibətlərinə deyil, delikt münasibətlərə əsaslanır. Belə ki, iddiaçı bildirir ki, “Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli 044/em saylı əmrinə əsasən Qəbələ X1 Mərkəzinin (indiki adı - 15 saylı X1 Mərkəzi) xidməti ərazilərində icarəyə verilmiş meşə fondu torpaqlarının təyinatı üzrə istifadə olunması, habelə meşə qanunvericiliyinin tələblərinə riayət edilməsi yerində araşdırılarkən, Qəbələ X1 Mərkəzinin (indiki adı - 15 saylı X1 Mərkəzi)Vəndam meşəbəyliyinin 06 saylı meşə dolayının 90-cı kvartalının 6, 9 və 11- ci bölməsində 751***- *******, 751***-*******, 751***-*******, 751***-*******, 751***-*******, 751***-*******, 751243- 4538330, 751***-*******, 751***-*******, 750***-*******, 750***-*******, 750***-*******, 750***- *******, 751***-******* koordinatlarda yerləşən 4.05 hektar qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edilmiş dövlət meşə fondu torpağını əhatə edən ərazidə 24x10x4 m ölçüdə dəmir dirəklər üzərində yerinə şebel döşənmiş 1 ədəd naves, 22x12x1.5 m ölçüdə 1 ədəd, 30x22x1.5 m ölçüdə 1 ədəd, 40x20x1.5 m ölçüdə 1 ədəd, 25x20x1.5 m ölçüdə 1 ədəd, 25x25x1.5 m ölçüdə 1 ədəd, 40x20x1.5 m ölçüdə 1 ədəd, 60x20x1.5 m ölçüdə 1 ədəd, 30x30x1.5 m ölçüdə 1 ədəd, 60x30x1.5 m ölçüdə 1 ədəd (uzunu, eni, dərinliyi), cəmi 8 ədəd süni şəkildə yaradılmış göllər, 6x4x2.5 m ölçüdə 1 ədəd üstü açıq besetka, 20x7x2.5 m ölçüdə dəmir dirəklər üzərində yerinə şebel döşənmiş aralıqları mişar daşı ilə hörülmüş 1 ədəd bina, ona birləşik 6x3x2.5 m ölçüdə dəmir dirəklər üzərində eyvan, digər tərəfində 4x3x2.5 m ölçüdə eyvan, alt hissəsi mişar daşından tikilmiş 6x3x1 m ölçüdə üzərində dəmirdən 6x3x3 m ölçüdə mişar daşı ilə tutularaq yerinə şebel döşənmiş 1 ədəd besetka, 5x3x2.5 m ölçüdə 1 ədəd, 1.5x1.5x2.5 m ölçüdə 1 ədəd, cəmi 2 ədəd mişar daşından hörülmüş yerinə tamet döşənmiş quyu üzərində ayaqyolu, alt hissəsi 1 m hündürlükdə mişar daşından hörülmüş üzəri 2.5 m hündürlükdə taxtadan inşa edilmiş səkkiz güşəli 1 ədəd otaq, 10x1.2 m ölçüdə (uzun, eni) kənarları 0.80 m ölçüdə dəmir barmaqlıqlar ilə tutulmuş 3 ədəd dəmirdən körpü, 5x4x2.5 m ölçüdə dəmir dirəklər üzərində 1 ədəd üatü açıq besetka, 12x5x0.8 m ölçüdə çay daşı ilə hörülmüş üzərində 7x5x3 m ölçüdə taxtadan 1 ədəd ev, qabaq hissəsi 5x5x3 m ölçüdə ağac dirəklər üzərində yeri betonlanaraq tamet döşənmiş 1 ədəd bina, 6x4x2.5 m ölçüdə dəmir dirəklər üzərində kənarları taxta ilə tutulmuş yeri betonlanaraq üzərinə tamet döşənmiş 2 ədəd besetka, 8x4x3 m ölçüdə dəmir dirəklər üzərində 1 ədəd besetka, 20x10x1 m ölçüdə mişar daşından hörülmüş sahə üzərində 10x10x3 m ölçüdə 1 ədəd taxtadan ev və qabaq hissəsində dəmir dirəklər üzərində yanları taxta ilə tutulmuş 10x10x3 m ölçüdə 1 ədəd eyvan, 8x4x0.25 m ölçüdə betonlanmış sahə üzərində 4x4x3 m ölçüdə taxtadan 1 ədəd otaq və qabaq hissəsində dəmir dirəklərdən 4x4x3 m ölçüdə 1 ədəd eyvanın, Vəndam meşəbəyliyinin 07 saylı meşə dolayının 105-ci kvartalının 16 və 20-ci bölməsində 247***-*******, 247769- 4534166, 247***-*******, 247***-*******, 247***- *******, 247***-*******, 247***-*******, 247***-******* koordinatlarda yerləşən 1 (bir) hektar qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edilmiş dövlət meşə fondu torpağını əhatə edən ərazidə 4x3.5x2.3 m ölçüdə dəmir dirəklər üzərində yeri betonlanmış 4 ədəd söhbətgah, 5x4x2.3 m ölçüdə dəmir dirəklər üzərində yeri betonlanmış 2 ədəd söhbətgah, 6x4x2.3 m ölçüdə dəmir dirəklər üzərində yeri betonlanmış 6 ədəd söhbətgah, 14x6x4.2 m ölçüdə dəmir dirəklər üzərində 2 ədəd naves, 3.6x3.3x2,5 m ölçüdə mişar daşından 3 ədəd sanitar qovşağın və Yenikənd meşəbəyliyinin 04 saylı meşə dolayının 17-ci kvartalının 2-ci bölməsində 248***-*******, 248***-*******, 247973- 4533907, 247***-*******, 247***-*******, 247***-******* koordinatlarda yerləşən 1.63 hektar qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edilmiş dövlət meşə fondu torpağını əhatə edən ərazidə 4x3.5x2.3 m ölçüdə (uzunluğu, eni, hündürlüyü) dəmir dirək üzərində yeri 0.20 m hündürlükdə betonlanmış 4 ədəd söhbətgah, 5x4x2.3 m ölçüdə dəmir dirək üzərində yeri 0.20 m hündürlükdə betonlanmış 9 ədəd söhbətgah, 4x4x2.3 m ölçüdə dəmir dirək üzərində yeri 0.20 m hündürlükdə betonlanmış 2 ədəd söhbətgah, 14x6x4.2 m ölçüdə dəmir dirək üzərində tikntisi yarımçıq qalmış 2 ədəd naves, 3.6x3.3 m ölçüdə tikintisi dayandırılmış mişar daşından 1 ədəd ayaqyolu, 3x0.8x4 m (uzunu, eni, dərinliyi) ölçüdə qazılmış quyusu olan turizmrekreasiya obyektlərinin ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Baxış zamanı Cavabdeh tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edilmiş dövlət meşə fondu torpaqlarında aparılmış qanunsuz tikinti işləri nəticəsində dövlət meşə fonduna - Vəndam meşəbəyliyinin 07 saylı və Yenikənd meşəbəyliyinin 04 saylı meşə dolayları üzrə 50.006 (əlli min altı) manat, Vəndam meşəbəyliyinin 06 saylı meşə dolayı üzrə isə 18.397.89 (on səkkiz min üç yüz doxsan yeddi manat səksən doqquz qəpik) manat məbləğində ziyan vurulduğu müəyyən olunmuşdur. Vət. Cavabdeh, Mərkəzin xx.xx.2025-ci il tarixli 3-14-27-2/2-300/2025 nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır”. İlk öncə məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sahibkarlıq fəaliyyəti isə şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir (Vergi Məcəlləsi maddə - 13.2.37). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində məhkəmələrə izah olunur ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarın 25-ci bəndində isə məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından, bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, dövlət orqanı olan iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı və Xidmətinin 15 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “özbaşına zəbt edilmiş torpaqdan istifadəyə qadağa qoyulması, tikililərin sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması” tələbi barədə iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olan mülki xarakterli əşya hüquqi münasibətlərdən irəli gələn mübahisədir. Belə ki, tərəflər arasında yaranan mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamış, bu səbəbdən də bu xarakterli işlərə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələrə tərəfindən baxılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. MPM-in: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X1 Mərkəzinin Cavabdeh qarşı "torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi və maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar