Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-188/2021 23.07.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, http://cms.justice.loc/Common/Content.aspx?Id=4606676İddiaçı ASC-nin Cavabdeh qarşı “2100 manat borc və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" ASC cavabdeh Cavabdeh ilə aralarında 15.08.2019-cu il tarixli 02/00024937 nömrəli cəmiyyətə məxsus kənd təsərrüfatı texnikasının qarğıdalı və günəbaxan yığımı mövsümü üçün operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə imzalandığını və müqavilə əsasında cavabdehin ödənilməmiş 2100 manat borcunun olduğunu əsas gətirərək borcun və 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin 11.03.2021-ci il tarixli e-2-2(117)-188/2021 nömrəli məhkəmə əmri ilə 2100 manat borcun və 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə etiraz etmiş, məhkəmənin 29.03.2021-ci il tarixli e-2-2(117)-188/2021 nömrəli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş, iş üzrə iddia icraatına keçilmişdir. Cavabdeh məhkəmə əmrinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı cəmiyyətlə mübahisə predmeti olan müqavilə bağlamamışdır, imza ona məxsus deyil və onun borcu yoxdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh X3 ilə Aqroservis ASC-nin Yevlax Regional Nümayəndəliyinin drektoru X2 arasında müqavilə imzalanmış və ona texnika verilmişdir. X2 işində tutduğu nöqsanlara görə işdən azad olunmuşdur. Müqavilənin əslini elektron kabinetə yerləşdirmişlər. O dövrdə işləmiş X2 özü bu işləri görüb. Onu tapa bilmirlər. Müqavilənin də əsli ondadır. Onlar harda olduğunu bilmirlər. İddianı müdafiə edir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, müqavilə bağlamamış və texnikada götürməmişdir. Neçə il əvvəl orda işçi, traktorçu olmuşdur. Kimsə onun imzasını saxtalaşdırıb nəsə edə bilər amma onun heçnədən xəbəri yoxdur. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, lizinq müqaviləsinin təsdiq edilmiş surəti, akt, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, müqavilə iki və çox tərəfin iradə ifadəsidir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olması qanunvericiliyin tələbidir. Hazırki iş üzrə İddiaçı ASC Cavabdeh ilə aralarında 15.08.2019-cu il tarixli 02/00024937 nömrəli cəmiyyətə məxsus kənd təsərrüfatı texnikasının qarğıdalı və günəbaxan yığımı mövsümü üçün operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə imzalandığını və müqaviləyə əsasən cavabdehin 2100 manat borcu olduğunu iddia etsə də, sübut qismində məhkəməyə təqdim edilmiş müqavilənin əsli mövcud deyildir. Müqavilənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilsə də, müqavilənin əsli mövcud olmadığından təsdiq edilmiş surətin də hansı sənəddən düzlüyü ilə təsdiq edilməsi məlum deyildir. Azərbaycan Republikası Mülki Prosessual Məcəllənin 89.1-ci madəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3-ci maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir... Məhkəmə araşdırması zamanı müvafiq ekspertizanın keçirilməsi üçün iddiaçı tərəfindən tərəflər arasında bağlanması iddia olunan müqavilənin əsli təqdim edilmədiyindən məhkəmə, iddiaçı tərəfindən təsdiq edilərək məhkəməyə təqdim edilən müqavilənin surətini tərəflər arasında müqavilənin bağlanmasını təsdiq edən sübut qismində qəbul etmir. Bundan başqa iddiaçının nümayəndəsi məhkəmə iclasında müqavilənin əslinin işin elektron kabinetinə yerləşdiyini iddia edir ki, müqavilənin əsli mövcud olmadığı təqdirdə elektron məhkəmə informasiya sisteminə yerləşdirilmiş surətin müqavilənin əslinə bərabər sübut kimi qəbul edilməsi mümkün deyildir. Belə ki, müqavilənin əsli məhkəmənin tələbinə baxmayaraq məhkəməyə təqdim olunmayıb və iddia tərəfinin bildirməsinə görə müqavilənin əsli onlarda yoxdur. Belə olan halda müqavilənin notarial qaydada təsdiq edilmiş surəti istisna olmaqla məhkəməyə təqdim edilmiş istənilən surət mötəbər subut kimi qəbul edilə bilməz və həmin surətlər əsasında məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi də mümkün deyildir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, sübut qismində məhkəməyə təqdim edilmiş müqavilənin əsli mövcud olmadığından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmamış və iddia olunan müqaviləyə istinadən cavabdehdən pul tutula bilməz. Bu səbəbdən cavabdehdən 2100 manat borcun tutulması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən və iddiaçı tərəfindən məhkəmə əmrinin verilməsi ilə əlaqadar ilkin olaraq 20 manat dövlət rüsumu ödənildiyindən 20 manat dövlət rüsumu iddiaçıya aid edilməli, mübahisəyə iddia icraatı qaydasında baxıldığından, iddiaçının tələbi 500 manatdan artıq olduğundan ödənilməmiş 10 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: http://cms.justice.loc/Common/Content.aspx?Id=4606676İddiaçı ASC-nin Cavabdeh qarşı “2100 manat borcun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 10 manat dövlət rüsumu İddiaçı ASC-dən dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-188/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-188/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver