Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-194/2022 22.02.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı X1 cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “********** nömrəli kredit müqaviləsi üzrə ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və cavabdehin istifadəsində olan ünvan 1-də yerləşən 32.87 kv.m ümumi, 17,44 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı mənzil üzrə ipotekaya xitam verilməsi və bununla bağlı aparılmış dövlət qeydiyyatının ləğv edilməsi” tələbi üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X4 cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “********** nömrəli kredit müqaviləsi üzrə ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və cavabdehin istifadəsində olan ünvan 1-də yerləşən 32.87 kv.m ümumi, 17,44 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı mənzil üzrə ipotekaya xitam verilməsi və bununla bağlı aparılmış dövlət qeydiyyatının ləğv edilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ləğv prosesində olan Cavabdeh ASC cavabdeh X5 qarşı “14000 manat əsas, 1941,50 manat faiz, 1897 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2108,78 manat məbləğ olmaqla, cəmi 19947,28 (on doqquz min doqquz yüz qırx yeddi manat, 28 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə X5 məxsus olan, ünvanında yerləşən mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait X3 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin X2 tutularaq Ləğv prosesində olan Cavabdeh ASC-nin xeyrinə ödənilməsi” barədə iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin 29.01.2021-ci il tarixli e-2-2(117)- 7/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi 3 il müddətinə 16.05.2014cü il tarixdə bağlanmış və kredit müqaviləsinin müddəti 16.05.2017-ci il tarixdə bitmişdir. Bu baxımdan iddia müddəti üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi 16.05.2017-ci il tarixdən hesablanır ki, iddia müddəti ərzində cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud deyildir. İddia müddəti 16.05.2017-ci il tarixdə başlanmış və 16.05.2020-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun müraciəti elektron kabinet vasitəsi ilə 28.07.2020-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin 03.09.2020-ci il tarixli e-2-2(117)-290/2020 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış və iddiaçı yenidən 07.09.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. 16.05.2014-cü il tarixli 3 il müddətinə bağlanmış kredit müqaviləsinin müddəti 16.05.2017-ci il tarixdə bitmişdir. İddia müddətinin axımı 16.05.2017-ci il tarixdə başlamış və 16.05.2020-ci il tarixdə bitmişdir. İddiaçı ilk dəfə hazırkı iddia tələbi ilə 28.07.2020-ci il tarixdə məhkəməyə müraciət müraciət etmişdir ki, onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdr. Eyni zamanda iddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də faiz və cərimələri əhatə edəcəyindən faiz və cərimə borclarının əsaslılığının araşdırılması məhkəmə tərəfindən aparılmamışdır. Belə ki, cərimə və faiz borclarının əsaslılığının araşdırılması iddia müddəti tətbiq ediləcəyi təqdirdə nəticəyə təsir etməyəcəkdir. Belə ki, hesablanmış faiz və cərimələrin məbləğinin aşağı və yuxarı olması iddia müddəti tətbiq ediləcəyi təqdirdə əhəmiyyət kəsb etmir. Həmin halların araşdırılması isə lüzumsuz ekspertizanın keçirilməsi və əlavə məhkəmə xərclərinin yaranmasına gətirib çıxaracağından məhkəmə həmin halların araşdırılmasından imtina etmişdir. Bundan başqa, məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir (Mülki Məcəllə maddə - 376). Borcluya yönələn tələb üzrə iddia müddətinin keçməsi əsas tələbin təminatı qismində çıxış edən ipoteka predmeti ilə bağlı iddianın rədd edilməsi üçün əsasdır. Qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, Cavabdeh ASC-nin İsmayıllı filialı ilə cavabdeh arasında bağlanmış *********** nömrəli kredit müqaviləsi üzrə bank tərəfindən borcun cavabdehdən artıq tələb edilə bilməməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, əsas öhdəliyə xitam verilmişdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Göründüyü kimi, ipoteka saxlayan bankla hazırki iddiaçı arasında kredit müqaviləsindən irəli gələn münasibətlərə iddia tələbi rədd olunaraq xitam verildiyindən qanunun tələbinə əsasən ipoteka xitam verilmişdir. Qanunun tələbinə əsasən xitam verilmiş ipoteka müqaviləsinə yenidən məhkəmə qaydasında xitam verilməsi isə mümkün deyildir. İddiaçının hazırki iddianı irəli sürməkdə olan hüquqi marağı əmlakı ilə bağlı dövlət reyestrində aparılmış ipoteka qeydiyyatının ləğvindən ibarətdir ki, ipoteka haqqında Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Göründüyü kimi, iddiaçı əmlakı ilə bağlı dövlət reyestrində aparılmış qeydiyyatın ləğvinə nail olmaq üçün ipoiteka saxlayana qarşı iddia irəli sürməməli, qeydiyyatın ləğv edilməsi ilə bağlı ərazi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli, sonuncu inzibati orqan olaraq İnzibati İcraat haqqında qanunun tələblərinə uyğun onun müraciətini araşdırmalıdır. Müraciəti təmin olunmadıqda isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin hərəkət və ya hərəkətsizliyindən müdafiəyə dair iddia vasitəsi ilə həmin inzibati orqana qarşı İnzibati Məhkəməyə müraciət etməlidir. Beləliklə şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, ipoteka saxlayana qarşı hazırki iddia tələbinə məhkəmədə baxılmalı olmadığından və dövlət reyestrində aparılmış qeydiyyyatın ləğvinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı X1 cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “********** nömrəli kredit müqaviləsi üzrə ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və cavabdehin istifadəsində olan ünvan 1-də yerləşən 32.87 kv.m ümumi, 17,44 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı mənzil üzrə ipotekaya xitam verilməsi və bununla bağlı aparılmış dövlət qeydiyyatının ləğv edilməsi” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-194/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-194/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver