Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-316/2020 13.08.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 176 ha torpaq sahəsindən cavabdehlərin məcburi çıxarılması, torpaq sahələrinin qanunsuz müdaxiləsinə son qoyulması və müəssisəyə vurduqları maddi ziyana görə 240000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 240030 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 176 ha torpaq sahəsindən cavabdehlərin məcburi çıxarılması, torpaq sahələrinin qanunsuz müdaxiləsinə son qoyulması və müəssisəyə vurduqları maddi ziyana görə 240000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 240030 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və “xxxxxxxxxx” MMC Şəki rayonu, Səbətli qış otlağ sahəsinin ərazisindən 49 illiyə torpaq sahəsi icarəyə götürmüşdür. İddiaçı MMC-nin mülkiyyətində olan 844.2 torpaq sahəsindən 176 ha torpaq sahəsi Zaqatala rayonu, Suvagil kənd sakinləri X1 və Cavabdeh Aslan oğlu tərəfindən zəpt olunmuş və 2018-ci ildən etibarən zəbt olunmuş 176 ha torpaq sahəsindən istifadə edə bilmirlər. Bu səbəbdən də müəssisəyə zərər dəyir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, işlərin kommersiya məhkəmələrinin həllinə verilməsindən öncə iddiaçı iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən şəxslərə təqdim olunması və bu barədə məhkəməyə sübut verilməsi vəzifəsi daşıyır ki, iddiaçı qanunvericiliyin tələblərinə əməl etməmişdir. Bu səbəbdən də iddia ərizəsi geri qaytarılmalıdır. Bundan başqa elektron qaydada imzalanmış iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Şəki İnzibati- İqtisadi Məhkəməsinin hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, işə baxılması üçün nəzərdə tutulmuş dövlət rüsumu iddiaçı tərəfindən artıq mövcud olmayan Şəki İnzibati-İqtisadi Məhkəməsinin hesabına ödənilmişdir. İddiaçı mövcud olmayan məhkəmənin hesabına ödənilmiş dövlət rüsumundan istifadə edərək hazırkı məhkəməyə müraciət etmişdir ki, hazırkı vəziyyətdə iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bunlardan başqa iddiaçının diqqətinə çatdılır ki, iddia ərizəsi iki cavabdehə qarşı əsaslandırılsa da elekron imza vasitələrindən istifadə edilməklə imzalanmış elektron iddia ərizəsində cavabdeh olaraq yalnız Cavabdeh göstərilmişdir. Bunlardan əlavə məhkəmə iddiaçının diqqətinə çatrılmasını zəruri hesab edir ki, iddia ərizəsinin məzmunu ilə müəyyən edildiyi kimi İddiaçı MMC Şəki rayonu Səbətli qış otlaq sahəsi ərazisindən 844,2 ha torpaq sahəsini icarəyə götürmüş, iddiaçının iddiasına görə həmin torpaq sahəsinin 176 ha hissəsi zəbt edilmiş və cəmiyyət həmin şəxsləri icarəyə götürüdüyü torpaq sahəsindən çıxarılmasını arzu edir. Belə olan halda tərəflər arasında yaranmış mübahisə icarəyə götürülmüş əmlakın başqasının qeyri-qanuni sahibliyindən geri alınmasından ibarətdir ki, bu növ mübahisə də mülki xarakterlidir və tərəflərin subyektiv tərkibindən asılı olmayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Məhkəmə tərəfindən iddiaçının nəzərinə çatdılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazirkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmadığından hazırki tələblə aidiyyət qaydalarına uyğun ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Məhkəmə aidiyyəti ilə bağlı məhkəmə tərəfindən iddiaçının eyni məzmunlu müraciətinə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(117)-53/2020 nömrəli qərardadında izah verilmiş, lakin buna baxmayaraq iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə yenidən hazırkı məhkəməyə müraciət etmişdir. İddiaçıya izah edilir ki, məhkəmə aidiyyətinə uyğun yuxarıda qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra aidiyyət qaydalarına müvafiq ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 176 ha torpaq sahəsindən cavabdehlərin məcburi çıxarılması, torpaq sahələrinin qanunsuz müdaxiləsinə son qoyulması və müəssisəyə vurduqları maddi ziyana görə 240000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 240030 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-316/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-316/2020
13.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver