Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-319/2023 12.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “21939,75 manat borcun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2020-ci il tarixdə Balakən rayonu Qullar kənd sakini İddiaçı Balakən rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək 2020-ci ilin fevral ayında tanıdığı Rəfiqə adlı qadının qızı X5 ilə birlikdə ona məxsus olan qızıl-zinət əşyalarını satacaqlarını vəd edərək götürdüklərini, həmin qızıl-zinət əşyalarını qaytarmayaraq ona ümumilikdə 27000 manat ziyan vurduqlarını bildirmiş və qızıl-zinət əşyalarının qaytarılmasında ona köməklik edilməsini xahiş etmişdir. Müraciətin Balakən rayon Polis şöbəsi tərəfindən araşdırılması zamanı Cavabdeh xx.xx.2020-ci il tarixli izahatında bildirmişdir ki, əvvəllər soyadı və adı X3 olmuş, 2019-cu ilin yanvar ayında soyadı və adını Cavabdeh olaraq dəyişdirmişdir. İddiaçı onun qohumudur, lakin X1nın özü ilə yaxın münasibətləri olmamışdır. 2020-ci ilin fevral ayında qohumu X2la birlikdə X1nın yaşadığı evə qonaq getmiş, orada X1 ilə aralarında münasibət yaranmış, X1nın Bakı şəhərindən yeni gəlməsi ona məlum olmuşdur. X1 özündə satış üçün qızıl-zinət əşyalarının olduğu barədə məlumat verərək həmin əşyaların satılması üçün müştəri tapmaqda köməklik göstərməsini ondan xahiş etmiş, ona qızıl-zinət əşyalarını ucuz qiymətə verəcəyini və satışdan onun da qazanc əldə edəcəyini deyərək əşyaların pulunu əşyalar satıldıqda hissə-hissə ödəməyə razılıq verdiyini bildirmişdir. xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə X1 ona evində əvvəlcə 7967 manat, ikinci dəfə isə 456 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını vermiş, daha sonra isə Bakı şəhərindən bir neçə dəfə X7 adlı avtobus sürücüsü ilə qızıl-zinət əşyaları göndərmiş, o isə həmin malların bir qismini satmış, çox hissəsini Rusiya Federasiyasında yaşayan Fud Siti ticarət mərkəzində işləyən və Lənkəran şəhərindən olan X4 adlı rəfiqəsinə X6 adlı əslən Ucar rayonundan olan şəxsə verərək göndərmişdir. Qızıl-zinət əşyalarının dəyərinin bir hissəsini X1ya şəxsən verməklə, bank vasitəsilə göndərmiş, karantin tədbirləri səbəbindən X4 adlı rəfiqəsindən pulun qalan hissəsini ala bilmədiyindən X1ya pulu ödəyə bilməmişdir. İddiaçı 24930 manat dəyərində qızıl-zinət əşyalarının pulunu isə 2020-ci ilin oktyabr ayının sonuna kimi ödəyəcəkdir. İzahatln sonunda “izahatı özüm yazdın, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeydi mövcuddur. Balakən rayon Polis şöbəsi tərəfindən toplanmış materialda Cavabdeh və X1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətlərinin olmaması və tərəflər arasında yaranmış öhdəliklərin mülki xarakterli olması nəzərə alınmaqla xx.xx.2021-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş, buna baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildən etibarən Bakı şəhərində yerləşən Mərkəzi Univermaqda kirayə mağaza götürərək qızıl zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh X3 iddiaçının uzaq qohumudur. 2020-ci ilin fevral ayında cavabdeh iddiaçının yaşadığı evə qonaq gələrkən tərəflər arasında şifahi razılaşma olmuş və razılaşmışlar ki, iddiaçı satdığı qızıl zinət əşyalarını cavabdehə versin, sonuncu həmin qızıl zinət əşyalarını satdıqdan sonra dəyərini iddiaçıya ödəsin. 2020-ci ilin fevral mart ayları ərzində müxtəlif vaxtlarda iddiaçı tərəfindən cavabdehə qızıl zinət əşyaları göndərilmiş, cavabdeh həmin qızıl zinət əşyalarının bir qisminin dəyəri iddiaçıya ödəmiş olsa da, 24930 manat borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh borcun ödənilməsini təmin etmədiyindən iddiaçı 16 avqust 2020-ci il tarixdə ərizə ilə Balakən Rayon Polis Şöbəsinə müraciət etmiş, Balakən RPŞ-nin İB-nin 20 mart 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, cavabdehə qarşı mülki qaydada iddia irəli sürmək hüququ iddiaçıya izah olunmuşdur. Balakən RPŞ-nin İB-də araşdırma aparılan zaman cavabdehin izahatı alınmış, cavabdeh iddiaçıya ödənilməmiş 24930 manat borcunun olmasını təsdiq etmiş, həmin borcun 2020-ci ilin oktyabr ayının sonuna kimi ödəyəcəyini vəd vermiş, 16 noyabr 2020-ci il tarixdə iddiaçıdan götürmüş olduğu 01 ədəd Türkiyə istehsalı olan 585 əyarda 1.9 qram çəkidə qızıl boyunbağı, 01 ədəd Türkiyə istehsalı olan 585 əyarda 2.8 qram çəkidə qızıl boyunbağı, Türkiyə istehsalı olan 585 əyarda 9.47 qram çəkidə komplekt qızıldan sırğa üzük dəsti, 01 cüt Türkiyə istehsalı olan 585 əyarda 2.6 qram çəkidə qızıl sırğa, 01 cüt Türkiyə istehsalı olan 585 əyarda 9.8 qram çəkidə qızılsırğa, 01 ədəd Türkiyə istehsalı olan 585 əyarda 3.9 qram çəkidə qızıl üzük, 01 cüt Türkiyə istehsalı olan 585 əyarda 6.7 qram çəkidə qızıl sırğa və 01 ədəd Türkiyə istehsalı olan 585 əyarda 2.7 qram çəkidə qızıl sırğa olmaqla, ümumilikdə 39.87 qram (2020-ci ildə qızıl 1 qramının satış qiyməti 75 manat olmuşdur, 39.87 qram qızıl x 75 manat = 2990,25 manat), yəni 2990,25 manat dəyərində qızıl zinət əşyalarını iddiaçıya qaytarsa da, 21939,75 manat borcun ödənilməsini təmin etməmişdir. İddiaçı mübahisənin məhkəmədən kənar həlli üçün mediatora müraciət etmiş,cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, mediator tərəfindən bu barədə iddiaçıya arayış təqdim edilmişdir. Mübahisənin məhkəmədən kənar həllimümkün olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək vəkil tutmaq istədiyini bildirmiş və bu səbəbdən həmin tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdehin vəsatəti nəzərə alınaraq məhkəmə iclası təxirə salınmış, buna baxmayaraq cavabdeh nə özü iddia tələbinə münasibət bildirməmiş, nə də məhkəmə iclasında iştirak etməyərək vəkilinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Balakən rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı, İzahat, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk öncə məhkəmə tərəflər arasında yaranmış hüquqi münasibətlərin xarkaterinə münasibətdə onu qeyd edir ki, həm iddiaçının ərizəsi, həm də cavabdehin Balakən rayon Polis şöbəsinə verdiyi izahatı ilə təsdiq olunur ki, İddiaçı tərəfindən Cavabdeh müxtəlif qızıl-zinət əşyaları satış məqsədilə verilmiş və tərəflər həmin qızıl-zinət əşyaları satıldıqca malların dəyərinin ödənilməsi barədə razılığa gəlmişlər. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı ilə bağlı hüquq münasibətləri yaranmışdır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2020-ci il tarixdə Balakən rayonu Qullar kənd sakini İddiaçı Balakən rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək 2020-ci ilin fevral ayında tanıdığı Rəfiqə adlı qadının qızı X5 ilə birlikdə onz məxsus olan qızıl-zinət əşyalarını satacaqlarını vəd edərək götürdüklərini, həmin qızılzinət əşyalarını qaytarmayaraq ona ümumilikdə 27000 manat ziyan vurduqlarını bildirmiş və qızıl-zinət əşyalarının qaytarılmasında ona köməklik edilməsini xahiş etmişdir. Müraciətin Balakən rayon Polis şöbəsi tərəfindən araşdırılması zamanı Cavabdeh xx.xx.2020-ci il tarixli izahatında bildirmişdir ki, əvvəllər soyadı və adı X3 olmuş, 2019-cu ilin yanvar ayında soyadı və adını Cavabdeh olaraq dəyişdirmişdir. İddiaçı onun qohumudur, lakin X1nın özü ilə yaxın münasibətləri olmamışdır. 2020-ci ilin fevral ayında qohumu X2la birlikdə X1nın yaşadığı evə qonaq getmiş, orada X1 ilə aralarında münasibət yaranmış, X1nın Bakı şəhərində yeni gəlməsi ona məlum olmuşdur. X1 özündə satış üçün qızıl-zinət əşyalarının olduğu barədə məlumat verərək həmin əşyaların satılması üçün müştəri tapmaqda köməklik göstərməsini ondan xahiş etmiş, ona qızıl-zinət əşyalarını ucuz qiymətə verəcəyini və satışdan onun da qazanc əldə edəcəyini deyərək əşyaların pulunu əşyalar satıldıqda hissə-hissə ödəməyə razılıq verdiyini bildirmişdir. xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə X1 ona evində əvvəlcə 7967 manat, ikinci dəfə isə 456 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını vermiş, daha sonra isə Bakı şəhərindən bir neçə dəfə X7 adlı avtobus sürücüsü ilə qızıl-zinət əşyaları göndərmiş, o isə həmin malların bir qismini satmış, çox hissəsini Rusiya Federasiyasında yaşayan Fud Siti ticarət mərkəzində işləyən və Lənkəran şəhərindən olan X4 adlı rəfiqəsinə X6 adlı əslən Ucar rayonundan olan şəxsə verərək göndərmişdir. Qızıl-zinət əşyalarının dəyərinin bir hissəsini X1ya şəxsən verməklə, bank vasitəsilə göndərmiş, karantin tədbirləri səbəbindən X4 adlı rəfiqəsindən pulun qalan hissəsini ala bilmədiyindən X1ya pulu ödəyə bilməmişdir. İddiaçı 24930 manat dəyərində qızıl-zinət əşyalarının pulunu isə 2020-ci ilin oktyabr ayının sonuna kimi ödəyəcəkdir. Balakən rayon Polis şöbəsi tərəfindən toplanmış materialda Cavabdeh və X1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətlərinin olmaması və tərəflər arasında yaranmış öhdəliklərin mülki xarakterli olması nəzərə alınmaqla xx.xx.2021-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Göründüyü kimi, Cavabdeh Balakən RPŞ-də iddiaçının müraciətinin araşdırılması zamanı verdiyi izahatında iddiaçıya 24930 manat borcunun olmasını etiraf etmiş və həmin borcu 2020-ci ilin oktyabr ayının sonuna kimi ödəyəcəyini bildirmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının tələbi həddində 21939,75 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmaqla iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 155,82 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 155,82 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 21939,75 manat məbləğində borc və 200 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 155,82 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-319/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-319/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver