Məhkəmə qərarları › İş №e-2-2(117)-374/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-374/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-374/2024 05.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli XM/02/03110 və xx.xx.2023-cü il tarixli XM/02/03170 nömrəli kənd təsərrüfatı texnikasının müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrə əsasən 738.71 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 781,71 manat borcun cavabdehdən tutularaq İddiaçıASC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli XM/02/03110 və xx.xx.2023-cü il tarixli XM/02/03170 nömrəli kənd təsərrüfatı texnikasının müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrə əsasən 738.71 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 781,71 manat borcun cavabdehdən tutularaq İddiaçıASC-yə ödənilməsi” barədə iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borc tam məbləğdə ödənildiyi üçün iddia tələblərinin baxılmamış saxlanmasını və ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, cavabdehin ödənişin edilməsini təsdiq edən sənədləri nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, hazırki vəziyyətdə iddiaçının iddianın baxılmamış saxlanması barədə müraciəti məhkəmə tərəfindən qəbul edilərsə, bu hal cavabdehin hüquqlarına və qanuni maraqlarının ziddinə çıxış edər. Belə ki, əslində cavabdeh tələb edilən borcu tam ödəsə də, iddiaçının nümayəndəsi iddianın baxılmamış saxlanılmasını tələb edir, lakin mübahisə artıq mövcud deyil, borc tam ödənilmişdir. İddianın baxılmamış saxlanması iddiaçı gələcəkdə hüquqlarının pozulması ilə nəticələnə bilər və ona qarşı eyni tələbin yenidən məhkəmədə irəli sürülməsi ilə nəticələnə bilər. Hazırkı vəziyyətdə tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Bundan əlavə iddianın baxılmamış saxlanması barədə prosessual qərar hazırkı sadələşdirişmiş icraatın xarakterinə uyğun gəlmir. Məhkəmə işin hallarını nəzərə alıb belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi borc cavabdeh tərəfindən tam ödənildiyindən, beləliklə də tərəflər arasında mübahisə olmadığından işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli XM/02/03110 və xx.xx.2023-cü il tarixli XM/02/03170 nömrəli kənd təsərrüfatı texnikasının müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrə əsasən 738.71 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 781,71 manat borcun cavabdehdən tutularaq İddiaçıASC-yə ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar