Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-440/2024 01.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “95,52 manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-**** nömrəli “mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən bu müqavilə üzrə şirkət korporativ abunəçiyə mobil rabitə xidmətləri göstərməyi, sonuncu isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan korporativ abunəçi tərəfindən şirkətin təqdim etdiyi və hazırki müqavilənin 2 nömrəli qoşmasında əks olunmuş tariflərin arasından seçilmiş korporativ tarif əsasında xidmət haqqını vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə şirkət korporativ abunəçiyə şirkətin şəbəkəsindən istifadə etmək üçün “sim kart” paketləri ilə birlikdə 27 ədəd nömrə təqdim edir. Müqavilə üzrə nömrələrin siyahısı 1 nömrəli qoşmada əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırki müqaviləyə qoşma olunur. Korporativ abunəçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verməyi və korporativ tarifə (2 nömrəli qoşmada göstərilmiş tariflərdən hər hansı biri və ya bir neçəsi) uyğun olaraq xidmət haqqını vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə korporativ abunəçi korporativ nömrələrin hər birinin nominal dəyəri göstərilməklə sadə nömrə paketi 10 (ƏDV daxil) manat, gümüş nömrə paketi 50 (ƏDV daxil) manat, qızıl nömrə paketi 250 (ƏDV daxil) manat və platinum nömrə paketi 1000 (ƏDV daxil) manat təşkil etmişdir. 1.4-cü bəndinə əsasən bu müqavilənin 1.3-cü bəndində göstərilən korporativ nömrələrin sadə növü korporativ abunəçiyə əvəzsiz olaraq təqdim oluna, digər növləri isə şirkətin qiymət cədvəlinə əsasən ödənişli ola bilər. 2.2.5-ci bəndinə əsasən şirkətin təqdim edilən xidmətlərdən istifadəyə görə ödənişlərin vaxtlı-vaxtında icra edilməsi və kredit xətti üzrə yaranmış borcların tam həcmdə ödənişini korproativ abunəçidən tələb etmək hüququ vardır. 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə təqdim edilən xidmətlərin qiyməti müvafiq korporativ tarifə uyğun, digər xidmətlərin və cihazların dəyəri isə hazırki müqavilənin müvafiq qoşmalarında göstərilməklə ödəniş bank köçürməsi və ya şirkətin müəyyən etdiyi digər qaydada həyata keçirilir. Bank köçürməsi yolu ilə hesab-faktura əsasında ödəniş edən korporativ abunəçi hər növbəti ayın 30-dan gec olmayaraq, fərdi qaydada ödəniş edən korporativ abunəçi isə hər növbəti ayın 15-dən gec olmayaraq ödənişi etməlidir. Müştərinin məlumat blankında əsasən cavabdehə şirkət tərəfindən verilmiş nömrələrin sayı 27 ədəd olmaqla, aylıq ödənilməli məbləğ 31 manat təşkil edir. Müqaviləyə 1 nömrəli qoşmadan göründüyü kimi cavabdehə 27 ədəd sadə nömrə paketinə daxil edilən telefon nömrələri verilmişdir. Müqaviləyə 2 nömrəli qoşmadan göründüyü kimi cavabdehə 26 ədəd Business Freedom tarifə daxil olan, 1 ədəd isə Business 5 tarifə daxil olan nömrələr verilmiş, 26 ədəd nömrənin hər biri üçün aylıq 1 manat, Business 5 tarifə daxil olan 1 ədəd ********** nömrə üçün isə aylıq 5 manat abunə haqqı olmaqla aylıq cəmi 31 manat abunə haqqı müəyyən olunmuşdur. 18 % ƏDV məbləği qiymətlərə daxildir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixə olan hesab-fakturaya əsasən cavabdehin 80,95 manat qalıq borcu + 18 %-lə hesablanmış 14,57 manat ƏDV məbləği ilə birlikdə cəmi 95,52 manat borcu qalmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh ona verilmiş 27 ədəd telefon nömrələrindən istifadə ilə bağlı yaranmış borcu ödəməmiş və nəticədə 95,52 manat (18 % ƏDV daxil) borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıqla müraciət edilərək borcun ödənilməsi tələb edilmiş, lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 95,52 manat ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə məhkəmə bildirişi və sənədləri sonuncunun ünvanı üzrə xx.xx.2024-cü il tarixdə göndərilmiş, lakin həmin sənədlər xx.xx.2024-cü il tarixdə “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişi və sənədləri cavabdehə çatdırılması üçün Göyçay Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmuşdur. Buna baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abunə müqaviləsi, Müqaviləyə 1, 2 və 3 nömrəli qoşmalar, Müştərinin məlumat blankı, Hesab-faktura, Xəbərdarlıq məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-**** nömrəli “mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, həmin müqaviləyə 1 nömrəli və 2 nömrəli qoşmalardan göründüyü kimi cavabdehə 27 ədəd nömrə (26 ədəd Business Freedom tarifə daxil olan, 1 ədəd isə Business 5 tarifə daxil olan nömrələr verilmiş, 26 ədəd nömrənin hər biri üçün aylıq 1 manat, Business 5 tarifə daxil olan 1 ədəd ********** nömrə üçün isə aylıq 5 manat abunə haqqı olmaqla) vermiş və həmin nömrələrin aylıq abunə haqqı cəmi 31 (18 % ƏDV məbləği ilə birlikdə) manat müəyyən olunmuşdur. Buna baxmayaraq cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək borcunu ödəməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixə olan hesab-fakturaya əsasən cavabdehin 80,95 manat qalıq borcu + 18 %-lə hesablanmış 14,57 manat ƏDV məbləği ilə birlikdə cəmi 95,52 manat borcu qalmışdır. Göründüyü kimi cavabdeh ona verilmiş 27 ədəd Business Freedom və Business 5 tarifə daxil olan telefon nömrələrindən istifadə ilə bağlı yaranmış borcu ödəməmiş və nəticədə 95,52 manat (18 % ƏDV daxil) borcu yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixə olan hesab-faktura ilə bu hal təsdiq edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, 95,52 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat təşkil edir ki, iddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən və ödənilmiş 30 manat dövlət rüsumunu iddiaçı tələb edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 95,52 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-440/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-440/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver