Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-453/2024 29.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh X2 qarşı “53 ay abunə borcu üçün 318 manat, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə cavabdeh X3 arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2019-cu il tarixli 02600 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri- 130 F01 tipli 00173513 nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlarla müəyyən edilmişdir ki, cavabdeh sahibkar kimi xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış və sahibkarlıq fəaliyyəti hal-hazırda aktivdir. Cavabdehə məxsus Merkuri-130 F01 tipli 00173512 nömrəli nəzarət kassa aparatı qeydiyyatdadır. Tərəflər arasında mübahisə həllini tapmadığından iddaçı məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01,1** MF ***F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Belə ki, nəzarət kassa aparatı (NKA) vasitəsi ilə ödəyici (istehlakcı) pul əməliyyatlarını qeyd edir və NKA-da rüb ərzində vurulan bu pulların cəminə ( Zhesabatı) görə ödəyici vergini ödəyir. NKA-ya kənar müdaxilələr olmasın deyə xüsusi icazəsi olan STXM-bu kassanın fiskal yaddaşını blomblayır. Vergi ödəyicisi müqavilə bağladıqdan sonra STXM kassanı blomplayır və xüsusi Akt tərtib etməklə bu Aktı Vergilər Nazirliyinə yollayır. Və Vergilər Nazirliyi bu blomb Aktı əsasında bu kassanı qeydiyyata alır. Hər rüb Vergi ödəyicisi Vergiyə bəyannamə (online) təqdim edir. Və bu bəyannamədə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXM-tərəfindən Z-hesabatı çıxarılaraq VN-ə təqdim edilərək təsdiqlənir. Həmçini işlədiyi dövrdə STXM-tərəfindən hər mövsümdə saat dəyişikliyi etmək və uyğun saatı düzəltmək, kassa aparatı xarab olarsa onu təmir etməkdir. Bu qərara əsasən İddiaçı MMC ilə X3 arasında xx.xx.2019-cu ildə 02600 nömrəli müqavilə ilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Vergi ödəyici olan X3 həmin öhdəliyi yerinə yetirməmişdir. Beləliklə cavabdeh Məcidov RahimƏvəz oğlu tərəfindən 2019-cu idən 9 ay, 2020-ci ildən 7 ay, 2021-ci ildən 11 ay 2022-ci ildən 12ay, 2023-cü ildən 12 ay, 2024-cü ildən 2 ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 53 ay abunə borcu 318 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Bu səbəbdən tələb olunan pulun tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanı üzrə şəxsən sonuncuya xx.xx.2024-cü il tarixdə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2019-cu il tarixli 02600 nömrəli, 9 saylı Ərazi Vergilər İdarəsindən təqdim edilən arayışlar, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 752.1, 752.2) İddianın hüquqi əsasına münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2019-cu il tarixli 02600 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130 F01 tipli, 00173513 nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışlardan göründüyü kimi cavabdeh sahibkar kimi xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış və sahibkarlıq fəaliyyəti hal-hazırda aktivdir. Cavabdeh X1 təsərrüfat subyektinə quraşdırılan Merkuri 130F-01 markalı, zavod nömrəsi 00173512 olan nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmamışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə Merkuri-130 F01 tipli, 00173513 nömrəli nəzarət kassa aparatına xidmət göstərilməsi razılaşdırılmışdır. Hazırki vəziyyətdə Vergi orqanından əldə edilmiş məlumatlardan göründüyü kimi cavabdehin təsərrüfat subyektinə Merkuri 130F-01 markalı, zavod nömrəsi 00173512 olan quraşdırılmış nəzarət kassa aparatları xidmət göstərir. Göründüyü kimi vergi orqanından təqdim edilmiş arayışlara əsasən cavabdehin tərəflər arasında bağlanmış müqavilədə göstərilən Merkuri-130 F01 tipli, 00173513 nömrəli nəzarət kassa aparatı mövcud deyildir və tərəflər arasında həmin kassa aparatı vasitəsilə xidmət göstərilməsi ilə əlaqədar münasibətlər yaranmamışdır. Belə olan halda cavabdehə göstərilməyən kassa aparatı xidmətinə görə pulun tələb edilməsi əsassızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi rədd edildiyindən 30 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh X2 qarşı “53 ay abunə borcu üçün 318 manat, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-453/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-453/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver