Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-454/2024 03.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “264 manat abunə borcu, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2018-ci il tarixli, 18120 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri- 130F-01 tipli, 00218070 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli çıxarışlardan müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2005-ci il tarixdə vergi uçotuna alınmış və xx.xx.2006-cı il və xx.xx.2016-cı il, xx.xx.2012-ci il və xx.xx.2017-ci il, xx.xx.2023-cü il tarixdən xx.xx.2078-ci il tarixləri aralığında fəaliyyəti dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh sahibkarlıq fəaliyyəti göstərdiyi obyektə yeni nəsil OMNİ CASHİER SOFT nəzarət kassa aparatı quraşdırılmışdır. Tərəflər arasında mübahisə həllini tapmadığından iddaçı məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01, 111 MF, 130F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMMCəmmədkərimov Sakit Məmmədkərim oğlu (VÖEN:**********), arasında da xx.xx.2018-ci ildə 18120 nömrəli müqavilə ilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdehhəmin öhdəliyi yerinə yetirməmişdir. Beləliklə Cavabdeh tərəfindən, 2019-cu ildən 3ay, 2020-ci ildən 7ay, 2021-ci ildən 11 ay 2022-ci ildən 12 ay, 2023-cü ildən 11 ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 44 ay abunə borcu 264 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin məhkəmənin keçirilməsi ilə bağlı 30 manat məbləğində məhkəmə xərci ödənilmişdir. Bu səbəbdən tələb olunan pulun tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iddiaçının iddia ərizəsində qeyd etdiyi kassa aparatları yığılaraq ona yeni kassa aparatı verilmişdir. Yeni kassa aparatı alanda da 456 manat pul ödəmişdir. Ona görə də hazırkı iddia ərizəsinə öz etirazını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanı üzrə şəxsən sonuncuya xx.xx.2024-cü il tarixdə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2018-ci il tarixli, 18120 nömrəli müqavilə, 11 saylı Ərazi Vergilər Baş İdarəsindən təqdim edilən çıxarışlar, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 752.1, 752.2) İlk öncə məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə münasibətdə qeyd edir ki, tərəflər arasında podrat münasibətlərindən əmələ gələn müqavilə bağlanmışdır. Belə ki, cavabdehin sifarişi əsasında onun nəzarət-kassa aparatına texniki servis xidməti göstərilmiş və bunun müqabilində cavabdeh muzd ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış, tərəflərin iradə ifadəsini əks etdirməklə həqiqi hüquqi nəticələr yaratmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə bağlamış xx.xx.2018-ci il tarixli, 18120 nömrəli müqaviləyə əsasən istehlakçı Merkuri-130F-01 tipli, 00218070 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Həmin müqavilənin 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli çıxarışlardan müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2005-ci il tarixdə vergi uçotuna alınmış və xx.xx.2006-cı ildən xx.xx.2016-cı il tarixə kimi, xx.xx.2012ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi, xx.xx.2023-cü il tarixdən xx.xx.2078-ci il tarixləri aralığında fəaliyyəti dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh sahibkarlıq fəaliyyəti göstərdiyi obyektə yeni nəsil OMNİ CASHİER SOFT nəzarət kassa aparatı quraşdırılmışdır. İddiaçı iddia ərizəsində tələb edilən abunə borcunun ödənilməsi müddətlərinin 2019cu ildən 3ay, 2020-ci ildən 7ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 11 ayı əhatə etdiyini iddia edir. Göründüyü kimi cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2078-ci il tarixədək fəaliyyətini dayandırsa da, vergi idarəsindən təqdim edilmiş arayışdan müəyyən olunduğu kimi xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sahibkarlıq fəaliyyəti aktiv olmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdehə verilmiş nəzarət kassa aparatı yığışdırılaraq cavabdehin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektə yeni nəsil “OMNİ CASHİER SOFT” NKA quraşdırılmışdır. Göstərilənlər nəzərə alındıqda cavabdehin Merkuri-130F-01 tipli, 00218070 zavod nömrəli NKA-dan istifadə müddəti 2019-cu ildən 3ay, 2020-ci ildən 7ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən 11 ay olmaqla cəmi 33 ay təşkil edir. xx.xx.2022-ci il tarixdən yeni NKA quraşdırıldığından həmin dövrdən sonra geri götürülmüş Merkuri-130F-01 tipli, 00218070 zavod nömrəli NKA-ya görə borc hesablanması əsassız olmuşdur. Belə ki, cavabdeh etiraz ərizəsində ona iddia ərizəsində qeyd edilən nəzarət kassa aparatalarının ona xidmət göstərdiyini, lakin xx.xx.2022-ci il tarixdə yeni kassa aparatı “OMNİ CASHİER SOFT” quraşdırıldığı zaman köhnə kassa aparatlarının ondan geri alındığını bildirmişdir. Belə olan halda xx.xx.2022-ci il tarixdən cavabdehə yeni kassa aparatı xidmət göstərmişdir. Göstərilənlərə əsasən cavabdehin ümumilikdə 33 ay xidmət haqqına görə borcu yaranır ki, aylıq 6 manatla hesablandıqda ödənilməli borc məbləği 198 manat manat (33 ay*6=198) təşkil edir. Eyni zamanda Merkuri-130F-01 tipli, 00218070 zavod nömrəli NKA qeydiyyatdan çıxarılmamışdır ki, buna görə də qeydiyyatdan çıxma aktı kimi 35 manat pulun tələb edilməsində iddiaçı haqlı olmamışdır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, müqavilədə Merkuri-130F-01 tipli NKAnın nömrəsi 00218070 göstərilsə də, 11 saylı vergi idarəsindən təqdim edilmiş çıxarışda 218070 göstərilmişdir. Cavabdeh etiraz ərizəsində qeyd edilən halı mübahisələndirməmiş və ona həmin nömrəli NKA-nı verilməsini inkar etməmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən 198 manat xidmət haqqı borcunun tutulması hissəsində təmin edilməli, qalan hissələrdə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 10,13 manatı iddiaçıdan, 19,87 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir ki, həmin rüsumdan iddiaçı tərəfindən ödənilməli 10,13 manat dövlət rüsumu çıxılaraq qalan 19,87 manat iddiaçı tərəfindən tələb edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 198 manat məbləğində abunə borcu və 19,87 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-454/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-454/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver