Məhkəmə qərarları › İş №e-2-2(117)-474/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-474/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-474/2024 29.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “icra olunmamış müqavilənin icrası təmin edilərək 47 ay abunə borcu 282 manat və qeydiyyatdan çıxma aktı 35 manatı, cəmi borcu 317 manat və mediasiya xərclərinə görə ödənilmiş 30 manat borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “icra olunmamış müqavilənin icrası təmin edilərək 47 ay abunə borcu 282 manat və qeydiyyatdan çıxma aktı 35 manatı, cəmi borcu 317 manat və mediasiya xərclərinə görə ödənilmiş 30 manat borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu 30 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, iddiaçı tərəf 20 manat mediasiya xərci üçün ödəniş etmişdir. Belə olduğu halda iddiaçı tərəf müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təmin etməmişdir. Bundan əlavə mediasiya sessiyasında iştirak edilməmə barədə Arayışda mediator tərəfindən fiziki diyircəkli qələmlə “10 manat poçt kargüzarlıq xərcləri ödənilmişdir” qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, həmin xərcin mediasiya xərcinə aidiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin 3.1-ci bəndinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat mediasiya xərci ödənilir. Məhkəmə qeyd edir ki, kargüzarlıq xərci qanunvericilikdə nəzərdə tutulmadığından məhkəmə dövlət rüsumundan azad edilmə halı kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı hazırki iş üzrə iddia ərizəsinin forma və məzmununa dair də tələblərə əməl edilməmişdir. Belə ki, elektron iddia ərizəsində cavabdeh tərəf barədə məlumatlar qeyd olunmamış, həmçinin proses iştirakçısı kimi göstərilməmiş, bununla da elektron iddia ərizəsi tam doldurulmamışdır. MPM-in: 149.2.2-ci maddəsinin tələblərinə əsasən iddiaçının, onun nümayəndəsinin, cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer, yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları iddia ərizəsində qeyd olunmalıdır. Elektron iddia ərizəsində cavabdeh haqqında məlumatlar tam qeyd edilməmiş, qeyd edilən məlumatlar isə düzgün qeyd edilməmişdir. Belə ki, cavabdehin qeydə alındığı ünvan Bakı şəhəri Nərimanov rayonu, H.Əliyev pr. 91, 67 s olduğu təqdirdə iddiaçı qeyd edilən hala uyğun olaraq ərazi aidiyyətini düzgün müəyyən etməlidir. Digər sənədlərdə cavabdehin Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olunduğu müəyyən edilir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “icra olunmamış müqavilənin icrası təmin edilərək 47 ay abunə borcu 282 manat və qeydiyyatdan çıxma aktı 35 manatı, cəmi borcu 317 manat və mediasiya xərclərinə görə ödənilmiş 30 manat borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar