Məhkəmə qərarları › İş №e-2-2(117)-5/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-5/2025

25.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-5/2025 25.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, nümayəndəsi Nümayəndə3, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 Fərhad oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 oğu, Cavabdeh1 MMC-yə və onun rəhbəri Nümayəndə4 qarşı “Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 29 sentyabr 2015-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən istifadə etməyinə Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, 57 ay ərzində vurulmuş maddi ziyan hesabına 15800 manat, mənəvi ziyan əvəzi olaraq 30000 (otuz min) manat pulun Cavabdeh2, 176 ay ərzində mənə vurulmuş maddi ziyan hesabına 52800 manat, mənəvi ziyan hesabına 70000 Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətdən və cavabdeh Nümayəndə4 müştərək qaydada alınıb iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh2 oğu və Cavabdeh1 MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən istifadə etməsinə Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, 44 ay ərzində ona vurulmuş maddi ziyan hesabına 13200 manat, mənəvi ziyan əvəzi olaraq 30000 manat pulun Cavabdeh2, 176 ay ərzində vurulmuş maddi ziyan hesabına 52800 manat, mənəvi ziyan hesabına 70000 manat Cavabdeh1ndən və onun rəhbəri cavabdeh Nümayəndə4 müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bundan sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək, 2-ci bəndində iddia tələbinin həcmini artıraraq 57 ay ərzində ona vurulmus maddi ziyan olan 15800 manat, mənəvi ziyan əvəzi olaraq 30000 manat pulun Cavabdeh2 alınıb iddiaçıya ödənilməsini xahiş etmiş, tələbinin digər hissələrini dəyişməmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli, 10 saylı qərarı əsasında sahibkarlığın inkişafı məqsədilə bələdiyyə ərazisindən 0.03 ha torpaq sahəsi ona satılmış, 23 avqust 2005-ci il tarixdə adına JN-0693 KOD 61100028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmiş, sonradan isə mülkiyyət hüquqları 29 sentyabr 2015-ci il tarixdə qeydə alınaraq RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. “Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli, 96-İİİQ nömrəli Qanununa əsasən mübahisə predmeti olan torpaq sahəsi də daxil olmaqla müvafiq torpaq sahəsi Tərtər rayonunun inzibati ərazisindən çıxarılıb Yevlax rayonunun inzibati ərazisinə aid edilmişdir. Bu dəyişdirmədən sonra həmin ərazidən 16,27 ha torpaq sahəsi Yevlax bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 116 saylı qərarı ilə Cavabdeh1 MMC-yə satılmış, sonuncu isə həmin əmlakı, o cümlədən onun mülkiyyətində olan əmlakı Cavabdeh2 satmışdır. Cavabdeh2 məhkəmədə ona qarşı mülkiyyət sənədinin ləğv edilməsi tələbinə dair iddia qaldırmış, Gəncə İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2-1(114)- 2318/2023 saylı qərarı ilə Cavabdeh2 iddiası rədd edilmiş, həmçinin Cavabdeh2 ona qarşı hüquq münasibətinin mövcud olmamasının tanınması tələbinə dair iddia qaldırmış, Gəncə İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərardadı ilə iddia qeyri-mümkün sayılmışdır. İş üzrə cavabdeh olan Cavabdeh2, əvvəl isə Cavabdeh1 MMC onun mülkiyyət hüquqlarını pozaraq mülkiyyətdən istifadə etməyinə imkan verməmişlər. Gəncə İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2-1(114)-35/2021 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 MMC əsl iddiaçı Cavabdeh2 ilə əvəz edilmişdir. Lakin, aradan uzun bir vaxt keçməsinə baxmayaraq və Cavabdeh2 haqsız olduğunu bilə-bilə əmlakına faktiki sahiblənməklə gəlir əldə edir və onu qazancından məhrum edir. Həmin ərazi xüsusi mülkiyyətində olmaqla müvafiq mülkiyyət sənədi qüvvədədir. Öz mülkiyyətindən istifadə edib qazanc əldə etmək, ailəsini dolandırmaq istəyir, cavabdeh isə buna mane olur, 18 ildir ki, o mülkiyyətindən istifadə edə bilmir. O, 2019-cu ildə 1 ay-sentyabr ayı həmin yerdən dayanacaq kimi itstifadə etmiş və buna görə vergi də ödəmişdir. Həmin torpaq sahəsindən istifadə edə bilmədiyi müddət 220 aydır. Həmin torpaq sahəsinin eni 13 metr, uzunluğu 23 metr olmaqla 4 tır avtomobili dayana bilir. Avtomobilin biri 5 manatdan, bir günə 20 manat olmaqla aya 600 manat edir. Ayı 300 manat qazancdan ona vurulmuş ziyan 66000 manat edir. Qazi və əlil olmaqla bundan mənəvi əzab çəkmiş, halbuki, ərazidə və onun ətrafında olan cavabdehə məxsus olan ərazilərdə günlük kirayə qarşılığında “TİR” avtomobilləri park edirlər. Ona məxsus olan ərazidə dayanan avtomobillərdən də illərdir ki, kirayə pulunu cavabdeh alaraq mənimsəyir.

4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 157-ci maddəsi göstərilmişdir.

5. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-137/2024 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

İİ. Tərəflərin mövqeləri:

6. İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3, həmçinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

7. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 Fərhad oğlu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh1 MMC-nin mübahisə predmeti olan torpaq sahəsinə dair çıxarışı vardır, iddiaçı tərəf torpaq sahəsi ilə bağlı mübahisənin olduğunu, həmçinin nümayəndəsi olduğu hüquqi şəxin də qeyd edilən torpaq sahəsinə dair çıxarışı olsa da, bu məsələni məhkəmədə mübahisələndirməmişlər. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

8. Cavabdeh2 və Cavabdeh1 MMC-nin rəhbəri Nümayəndə4 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh1 MMC nümayəndə və vəkillə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə qeyd edilən cavabdehin iştirakı olmadan baxmışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyriəmlak münasibətlərini tənzimləyir. - 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: (………………………) 6.1.4. mülkiyyətin toxunulmazlığı; - 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (……………………………………….) 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. - 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. - 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. - 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. - 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə. - 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. - 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

- 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi:

12. Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə 0.03 ha torpaq sahəsi sahibkarlığın inkişafı məqsədilə İddiaçı ayrılmış və bu barədə 23 avqust 2005-ci il tarixli JN-0693 KOD 61100028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.

13. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin xx.xx.2012-ci il tarixli 48/182/3 nömrəli məktubunda Mərkəzin elektron məlumat bazasına əsasən Torpağa mülkiyyət hüququna dair dövlət aktında JN-693 (KOD 61100028 nömrəli) torpaq sahəsinin İddiaçı məxsus olduğu bildirilmişdir.

14. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydə alınmış və həmin tarixdə A № 008508 nömrəli Torpaq sahəsinin planı və ölçüsü barədə sənəd tərtib edilmişdir.

15. Yevlax bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli 116 nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin hazırlayaraq təsdiq etdiyi torpaq sahəsinin planına (cizgisinə) və torpaq sahəsinin normativ qiyməti barədə sənədə əsasən Yevlax şəhərinin cənub hissəsində, Ələt-Gəncə avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsinin sol tərəfində yerləşən 16,27 hektar, o cümlədən 15,39 hektar kənd təsərrüfatına şərti yararsız torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq (biznes-ticarət mərkəzinin, avtomobillərin satışı, sərgisi salonunun, texniki-təmir sexinin, maye-qaz və yanacaqdoldurma məntəqəsinin, “Motel” və böyük tonnajlı avtomobillərin dayanacağı stansiyasının tikintisi) üçün Cavabdeh1 MMC-yə satılmaqla mülkiyyətinə verilməsi qərara alınmışdır.

16. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 19 dekabr 2006-cı il tarixli 230 nömrəli sərəncamına əsasən Cavabdeh1 rəhbərliyinin müraciəti nəzərə alınmış, Yevlax bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli 116 nömrəli qərarı ilə Cavabdeh1 mülkiyyətinə verilmiş 16.27 hektar torpaq sahəsində tərtib olunmuş layihə əsasında, neft məhsullarının və maye qazın satışı üçün yanacaq doldurma məntəqələrinin, avtomobillərin satışı, sərgisi salonunun, “Motel” və bank binalarının avtoservis xidməti sexlərinin və ağır tonajlı maşınların dayanacağı stansiyasının tikintisinə icazə verilməsi qərara alınmışdır.

17. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışla Yevlax şəhəri, Bakı prospektində mülkiyyətində olan 0.08788 ha torpaq sahəsində yerləşən 2 girişli, 34 otaqlı, 867.27 kv.m ümumi, 725.61 kv.m əsas, 141.66 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (Biznes-ticarət mərkəzi) tam mülkiyyət hüququ üzrə xx.xx.2007-ci il tarixdə Cavabdeh1 MMC-nin adına qeydə alınmışdır.

18. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışla Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında mülkiyyətində olan 0.60 ha torpaq sahəsində yerləşən 203.61 kv.m ümumi, 170.64 kv.m əsas, 32.97 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi xx.xx.2008-ci il tarixdə Cavabdeh1 MMC-nin adına qeydə alınmışdır.

19. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışla Yevlax şəhərində yerləşən 15.50412 ha ehtiyat fond torpaqlarına aid torpaq sahəsi mülkiyyət hüququ əsasında xx.xx.2008-ci il tarixdə Cavabdeh1 MMC-nin adına qeydə alınmış və həmin tarixdə AA № 001540 nömrəli Torpaq sahəsinin planı və ölçüsü barədə sənəd tərtib edilmişdir.

20. Cavabdeh1 MMC-nin direktoru xx.xx.2019-cu il tarixdə cavabdeh orqana müraciət edərək, İddiaçı adına verilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışın ləğv olunmasını xahiş etmiş və 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli cavab məktubunda bildirilmişdir ki, dövlət reyestrindən İddiaçı adına verilmiş Tərtər rayonu, Bəyimsarov kəndinin ərazisi kimi qeydiyyata alınmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarış vətəndaş İddiaçı təqdim etdiyi ərizə və ərizəyə əlavə etdiyi ilkin hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir. Təqdim edilmiş məktub İddiaçı adına olan çıxarışın ləğv edilməsi üçün əsas deyildir.

21. Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2020-cu il tarixli 886 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında yaranmış torpaq mübahisəsinin həll edilərək Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı prospekti, 27 saylı ünvanda yerləşən ərazinin Tərtər rayonunun inzibati vahidinə aid olubolmaması barədə səriştəli məlumat əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Məclisinə sorğu verilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi aparatından Yevlax Şəhər İcra Hakimiyyətinə daxil olmuş məktub və xəritə sənədlərindən məlum olur ki, ünvan 2 ünvanda yerləşən ərazi əvvəllər Tərtər rayonunun inzibati ərazi vahidinə aid olmuş, 21 aprel 2006-cı il tarixli 96-İİİQ nömrəli “Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həmin ərazi Yevlax rayonunun inzibati sərhədlərinə daxil edilmişdir.

22. Daşınmaz əmlakın AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 MMC Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında yerləşən 0.60 ha torpaq sahəsi və 203.70 kv.m olan əmlak kompleksi kimi müəssisəni xx.xx.2020-ci il tarixdə Cavabdeh2 85.000 manata satmışdır.

23. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışla Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında olan 0.60 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 203.70 kv.m-dən ibarət daşınmaz əmlak Cavabdeh2 adına qeydə alınmışdır.

24. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-81/2019 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və 7 saylı Bərdə Ərazi idarəsinə qarşı “İddiaçı adına verilmiş RX seriyalı xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə iddiaçıya məktub ünvanlanaraq iddiaçının cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutları xx.xx.2019-cu il tarixədək məhkəməyə təqdim edilməsi təklif edilmişdir.

25. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1458/2019 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

26. Məhkəmənin qərardadına əsasən DƏDKRPHŞ 17 saylı Yevlax Ərazi İdarəsi 6 dekabr 2024-cü il tarixli 3-21-3-35/2-5133/2024 nömrəli mütəxəssis rəyində RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış 0,03 ha torpaq sahəsi Yevlax rayonunun inzibati ərazi vahidində yerləşdiyi, həmin torpaq sahəsi boş ərazidir və **********80-12301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 MMC tərəfindən faktiki istifadə olunduğu müəyyən edilir.

27. Məhkəmənin təkrar sorğusuna əsasən DƏDKRPHŞ 17 saylı Yevlax Ərazi İdarəsi 23 may 2025-ci il tarixli 3-21-3-35/2-1870/2025 nömrəli məktubunda İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.03 ha torpaq sahəsi, "xxxx" MMC-nin **********80 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətinə verilmiş və hazırda Cavabdeh2 məxsus olan torpaq sahəsinin sərhədlər daxilində yerləşdiyi, İddiaçı iddia etdiyi sözügedən 0,03 ha torpaq sahəsi Cavabdeh2 məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü və qeyd edilən torpaq sahələrinin təqdim edilmiş ortofoto xəritəsindən çıxarış, döngə nöqtələri, sərhədlər və yerləşmə vəziyyətindən də həmin torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən edilmişdir.

28. X4 xx.xx.2023-cü il tarixli 2-1(114)-2318/2023 nömrəli Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi əldə edilmişdir. Həmin rəydə göstərilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində seriya RX ******* **********12 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.03 ha torpaq sahəsinin A № 008508 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatları, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində seriya MH 005033 **********80-12301 reyestr nömrəsi ilə iddiaçı "xxxx" MMC-nin mülkiyyət hüquqları qeydiyyata alınmış elektron bazada göstərilən 0.60 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.

12. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və mütəxəssis rəyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********57 nömrəli məktubuna əlavə edilərək məhkəməyə göndərilmişdir. Həmin rəydən görünür ki, elektron məlumat bazasında mövcud olan Tərtər rayonu Bəyimsarov təsərrüfatının kompleks yerquruluşu layihəsində qeydə alınmış Torpağa mülkiyyət hüququna dair JN-0693 kod 61100028 nömrəli Dövlət Aktında göstərilən 0.03 ha torpaq sahəsinin yerləşmə mövqeyinin koordinatları ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ********** saylı reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış 0.03 ha torpaq sahəsinə verilmiş A 008508 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar eynilik təşkil edir.

13. Cavabdeh2 və Cavabdeh1 MMC iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişlər və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 MMC əsl iddiaçı Cavabdeh2 ilə əvəz edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 533/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarından müəyyən edilir ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2023/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh Tərtər rayon Bəyimsarov bələdiyyəsinə qarşı Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən torpaq sahəsindən İddiaçı maşınlara texniki xidmət məqsədilə 0,03 ha torpaq sahəsinin verilməsində ifadə olunan münasibətinin mövcud olmamasının müəyyən edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

15. Qeyd edilən X5 Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)-714/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(114)-2023/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yekunda isə sonuncu qəradad Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-533/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanmışdır.

16. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-58/2021 nömrəli qətnaməsindən müəyyən edilir ki, iddiaçı Cavabdeh1 MMC-nin İddiaçı qarşı “mülkiyyətə müdaxilənin qarşısının alınması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(39)-155/2020 nömrəli qətnaməsini dəyişdirmədən qüvvəsində saxlamışdır. Həmin qətnamədən müəyyən edilir ki, İddiaçı məxsus 0,03 hektar torpaq sahəsi özü tərəfindən dəmir hasara alınmış və həmin əraziyə sahiblik etməsi həmin mübahisənin yaranmasına səbəb olmuşdur.

17. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ƏEM/O 59-908/23 nömrəli mütəxəssis rəyindən müəyyən edilir ki, İddiaçı məxsus Tərtər rayonu Bəyimsarov kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin icarəyə verilə bilməməsi səbəbindən xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq icarə qiymətləri əsasında 2008-ci ilədək 150 manat, 2013cü ilədək 200 manat, 2018-ci ilədək 250 manat, 2019-cu ilin sentyabr ayınadək 300 manat, 2019-cu ilin oktyabr ayından 2021-ci il tarixədək 200 manat, 2022-2023-cü il tarixlərdə aylıq icarə haqqı 300 manat olması müəyyən edilmişdir.

Vİ. Məhkəmənin mövqeyi:

18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

20. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

21. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən iddiaçı və cavabdeh tərəfin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları ondan ibarətdir ki, Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə 0.03 ha torpaq sahəsi sahibkarlığın inkişafı məqsədilə İddiaçı ayrılmış və bu barədə 23 avqust 2005-ci il tarixli JN-0693 KOD 61100028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.

22. Həmin torpaq sahəsinin yerləşdiyi ərazi, əvvəllər iddiaçıya ayrılan zaman Tərtər rayonunun inzibati ərazi vahidinə aid olmuş, “Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” 21 aprel 2006-cı il tarixli 96-İİİQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən həmin ərazi Yevlax rayonunun inzibati sərhədlərinə daxil edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı xx.xx.2015-ci il tarixdə aparılmışdır.

23. Yevlax bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli 116 nömrəli qərarı ilə Yevlax şəhərinin cənub hissəsində, Ələt-Gəncə avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsinin sol tərəfində yerləşən 16,27 hektar, o cümlədən 15,39 hektar kənd təsərrüfatına şərti yararsız torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq üçün Cavabdeh1 MMC-yə satılmaqla mülkiyyətinə verilməsi qərara alınmış və Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 19 dekabr 2006-cı il tarixli 230 nömrəli sərəncamı ilə həmin torpaq sahəsində tərtib olunmuş layihə əsasında neft məhsullarının və maye qazın satışı üçün yanacaq doldurma məntəqələrinin, avtomobillərin satışı, sərgisi salonunun, “Motel” və bank binalarının avtoservis xidməti sexlərinin və ağır tonnajlı maşınların dayanacağı stansiyasının tikintisinə icazə verilmişdir. xx.xx.2007-ci il tarixdə Yevlax şəhəri, Bakı prospektində mülkiyyətində olan 0.08788 ha torpaq sahəsində yerləşən 2 girişli, 34 otaqlı, 867.27 kv.m ümumi, 725.61 kv.m əsas, 141.66 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (Biznes-ticarət mərkəzi), xx.xx.2008-ci il tarixdə Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında mülkiyyətində olan 0.60 ha torpaq sahəsində yerləşən 203.61 kv.m ümumi, 170.64 kv.m əsas, 32.97 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi, xx.xx.2008-ci il tarixdə isə Yevlax şəhərində yerləşən 15.50412 ha ehtiyat fond torpaqlarına aid torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-nin adına qeydə alınmışdır.

24. Daşınmaz əmlakın AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 MMC Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında yerləşən 0.60 ha torpaq sahəsi və 203.70 kv.m olan əmlak kompleksi kimi müəssisəni xx.xx.2020-ci il tarixdə Cavabdeh2 85.000 manata satmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışla Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında olan 0.60 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 203.70 kv.m-dən ibarət daşınmaz əmlak Cavabdeh2 adına qeydə alınmışdır.

25. Məhkəmə tərəfindən aparılmış araşdırma, qüvvədə olan məhkəmə qərarları və təqdim edilmiş mütəxəssis rəyləri əsasında iddiaçının xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.03 ha torpaq sahəsinin **********80 reyestr nömrəli çıxarışla "xxxx" MMC-nin xüsusi mülkiyyətinə verildiyi və hazırda Cavabdeh2 məxsus olan torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, təqdim edilmiş ortofoto xəritəsindən çıxarış, döngə nöqtələri, sərhədlər və yerləşmə vəziyyətindən də həmin torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən edilmişdir.

26. Belə ki, Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə həmin 0,03 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilsə də, Yevlax bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli 116 nömrəli qərarı ilə Yevlax şəhərinin cənub hissəsində, Ələt-Gəncə avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsinin sol tərəfində yerləşən 16,27 hektar, o cümlədən 15,39 hektar kənd təsərrüfatına şərti yararsız torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq üçün Cavabdeh1 MMC-yə satılmaqla mülkiyyətinə verilməsi qərara alınmış, sonradan isə həmin torpaq sahəsi iddiaçının da torpaq sahəsi ilə üst-üstə düşən hissə də daxil olmaqla Cavabdeh2 satılmışdır.

27. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, nə qədər ki, iddiaçının adına qeydə alınmış daşınmaz əmlakın əldə edilməsi və hüquqi qeydiyyatı qanunidir, bu hallar qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilir, bu halda onun mülkiyyət hüququ qorunmalıdır. Mülki qanunvericiliyin normalarına əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

28. Bundan əlavə qanunvericilikdə nəzərdə tutulduğu kimi daha əvvəl qeydə alınmış hüquqların təmin edilməsinin zəruriliyi, həmçinin bununla bağlı qüvvədə olan məhkəmə qərarları baxımından qeyd edilməlidir ki, iddiaçının mülkiyyət hüququ mövcuddur, həmin hüquq daha əvvəl qeydə alınmış, həmin hüququn mövcudluğu müvafiq məhkəmə qərarları ilə təsdiq edilmişdir. Bu məsələ inzibati məhkəmə icraatı qaydasında öz təsdiqini tapmışdır.

29. Məhkəmə aktlarının preyudisial əhəmiyyəti baxımından qeyd edilməlidir ki, mülki prosessual qanunvericilikdə nəzərdə tutulur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni zamanda, inzibati prosessual qanunvericilikdə nəzərdə tutulur ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

30. Məhkəmə qəbul edir ki, iddiaçının dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ legitim hüquqdur, məhkəmə qərarlarında bunun əksi olmamış, həmin hüquq ləğv edilməmiş və hazırda da qüvvədədir. Belə olan halda məhkəmənin mövqeyi ondan ibarətdir ki, iddiaçının və cavabdehlərin mülkiyyət hüquqlarını qeydə alan dövlət orqanıdır. Burada cavabdehlərin birbaşa təqsirli davranışları mövcud deyildir. Lakin məhkəmə qaydasında iddiaçıya qarşı qaldırılmış iddialar nəticəsində cavabdehlərin hüquqlarının iddiaçının mülkiyyətinə aid hissədə legitimliyi təsdiq edilmədiyindən və qüvvədə olan məhkəmə qərarlarından cavabdehlər məlumatlı olduğundan, cavabdehlərin bu halı bildiyi andan artıq qanunvericiliyin ifadəsi ilə desək “vicdanlı sahib” olmamış və başqa şəxsin mülkiyyətini zəbt etiyini cavabdehlər bilmişdir.

31. Məhkəmə müəyyən edir ki, tərəflər arasında mübahisələndirilən hal iddiaçıya məxsus torpaq sahəsinin eyni zamanda, cavabdehlərə məxsus oması, bunun dövlət qeydiyyatına alınmış hüquq olması və bununla bağlı cavabdehlərin mövqelərinə əsasən cavabdehlərin hər hansı bir məsuliyyət daşımaması ilə bağlı haldır.

32. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ-İV hissələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

33. Beynəlxalq hüquqi sənədlərdə də müəyyən edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

34. Məhkəmə bildirir ki, mülkiyyət hüququ pozulan şəxsin pozulmuş hüququnun bərpası üçün dövlət daha optimal, daha operativ və daha ədalətli təminat şəraiti yaratmalı və bu hüquq pozulmuşsa onun bərpa edilməsi isə məhkəmənin vəzifəsidir. Belə olan halda qarşı tərəf öz hüququnun olduğuna istinad etməklə əks mövqe nümayiş etdirə bilər. Məhkəmə qeyd edir ki, cavabdehlər iddiaçıya məxsus mülkiyyət hüququnun mövcudluğunu bir daha bilmiş və yekunda bu hal məhkəmə qərarları ilə təsdiq edildiyinin şahidi olmuşlar. İddiaçı tərəfindən yenidən inzibati məhkəmə icraatı qaydasında cavabdehlərə münasibətdə iddia qaldırmasına zərurət yoxdur.

35. Məhkəmənin qeyd edilən işin faktiki halları və qanunvericilik normalarının təhlili nəticəsində qənaəti ondan ibarətdir ki, iddiaçının 1-ci tələbi üzrə onun xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən istifadə etməyinə Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulmalıdır.

36. İddiaçının 2-ci tələbi üzrə “176 ay ərzində vurulmuş maddi ziyan hesabına 52800 manat, mənəvi ziyan hesabına 70000 Cavabdeh1ndən və cavabdeh Nümayəndə4 müştərək qaydada alınıb iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edilməlidir ki, Cavabdeh1 MMC ona məxsus torpaq sahəsində iddiaçının mülkiyyət hüququnun mövcudluğunu bilmiş və bu barədə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır.

37. Belə ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)- 81/2019 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və 7 saylı Bərdə Ərazi idarəsinə qarşı “İddiaçı adına verilmiş RX seriyalı xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə iddiaçıya məktub ünvanlanaraq iddiaçının cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutları xx.xx.2019-cu il tarixədək məhkəməyə təqdim edilməsi təklif edilmişdir.

38. Məhkəmə qeyd edilən məsələ ilə bağlı ilkin olaraq qeyd edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Bu baxımdan Cavabdeh1 MMC hüquqi şəxs kimi ilkin olaraq bu məsələ ilə bağlı məhkəməyə müraciət etdiyi vaxtdan ən azı 01 iyul 2019-cu il tarixdən qeyd edilən torpaq sahəsinin ona məxsus olmadığını bilmişdir. Ona görə də həmin vaxtdan sonra Cavabdeh1 MMC iddiaçıya vurulmuş zərərə görə qanunvericiliyin tələbinə görə məsuliyyət daşıyır. Məhkəmə təqdim edilmiş mütəxəssis rəyinə əsasən aylıq icarə haqqı əsasında iddiaçının əldən çıxmış faydası olaraq ona vurulmuş ziyanı müəyyən etmişdir.

39. Belə ki, aylıq icarə haqqı 2019-cu ilin 01 iyul tarixindən iyul və avqust aylarında 300 manat olmuş, 2019-cu ilin oktyabr tarixindən 2021-ci ilin 01 yanvarınadək 2000 manat olmuşdur.

40. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, 2019-cu ilin sentyabr ayı ərzində həmin torpaq sahəsi ona təhvil verilmiş, torpaqdan istifadə etmiş və həmin torpaq sahəsini icarəyə vermişdir.

41. Həmçinin həmin torpaq sahəsi, yəni mübahisəli torpaq sahəsinin də daxil olduğu torpaq sahəsi daşınmaz əmlakın AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh2 85.000 manata satılmışdır.

42. Ona görə də Cavabdeh1 MMC tərəfindən 2019-cu ilin 01 iyul tarixindən 2020-ci ilin may ayınadək olan dövr ərzində müvafiq icarə haqqı qiymətləri əsasında vurulan zərərin əvəzini iddiaçıya ödəməlidir. İddiaçının bildirdiyi kimi 2019-cu ilin sentyabr ayı istisna edilmişdir. Beləliklə 2 ay (2019-u ilin iyul, avqust ayı) 300 manat, 7 ay (2019-cu ilin oktyabr tarixindən 2020-ci ilin aprel ayları) 200 manat olmaqla 2000 manat (600+1400=2000) Cavabdeh1 MMC-dən ziyanın əvəzi olaraq tutulub iddiaçıya ödənilməlidir.

43. İddiaçı maddi və mənəvi ziyan məbləğini cavabdehlər Cavabdeh1ndən və cavabdeh Nümayəndə4 müştərək qaydada alınıb iddiaçıya ödənilməsini tələb etməsi ilə bağlı qeyd edilməlidir ki, hazırkı mübahisə üzrə hüquqi şəxsin rəhbərinin onun öhdəlikləri üçün məsuliyyət daşıması ilə bağlı qanunvericilik və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallarla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh olmadığından hüquqi şəxsin rəhbərindən və hüquqi şəxsdən bilavasitə vurulan ziyan məbləğinin birgə cavabdeh olaraq tutulmasını qanuni hesab etmir və hüquqi şəxsin rəhbəri olan qeyd edilən fiziki şəxsdən məhkəmə tərəfindən hər hansı vəsaitin tutulmaması nəticəsinə gəlir.

44. İddiaçının tələbinin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətdən 70000 manat məbləğində mənəvi ziyan” hissəsi ilə bağlı qeyd edilməlidir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri- əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.

45. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

46. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

47. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

48. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

50. Qeyd edilən qanunvericiliyin tələbinə görə mənəvi ziyan — şəxsin fiziki və ya mənəvi iztirab keçirməsi nəticəsində yaranan zərərdir. Bu, əmlak xarakterli olmaya bilər və şəxsə qarşı qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində yaranır. Mülkiyyət hüququnun qanunsuz şəkildə məhdudlaşdırılması və ya şəxsin əmlakı qanunsuz müsadirə olunması, məhkəmə və ya digər dövlət orqanının qanunsuz qərarı nəticəsində şəxsin mülkiyyətindən məhrum edilməsi, bu səbəbdən şəxsin ciddi psixoloji sarsıntı, stress, ictimai nüfuzun zədələnməsi və ya ailədaxili, işgüzar çətinliklər yaşaması ola bilər.

51. Mülkiyyət hüququnun pozulması qanunsuz və ya əsassız olmalıdır. Qanunsuz söküntü, hüququn məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsi, əmlakın dövlət və ya digər şəxslər tərəfindən icazəsiz tutulması nəticəsində, psixoloji stress, həyəcan, ailə həyatına mənfi təsir (məsələn, uşaqla məktəbə getmək üçün evin olmaması və s.), təsdiqləyici tibbi sənədlər – psixoloq, nevropatoloq rəyi, şəxsin məruz qaldığı sosial-siyasi və ya ictimai nüfuz zərəri haqqında şahid ifadələri ilə mümkündür.

52. İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçıya məxsus torpaq sahəsinin başqa şəxsə yəni Cavabdeh1 MMC-yə verilməsi dövlət orqanları və bələdiyyənin qərarı əsasında baş vermiş, mülkiyyət hüquqları ilə bağlı məsələlər mübahisəli olmuşdur. Həmçinin iddiaçının mübahisəli torpaq sahəsindən uzun müddət məhrum edilməsi onun şəxsi və ailə həyatına daha ciddi təsir etməklə mənəvi sarsıntı və iztiraba səbəb olması faktının cavabdehlərin təqsiri üzündən baş verməsini müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçının qeyd edilən hərəkətlər nəticəsində mənəvi sarsıntı və iztirab (yeganə gəlir mənbəyindən məhrum olması, ailə üzvlərinin ölümünə səbəb olması, yeganə yaşayış yeri olaraq ondan məhrum olması və .s halları) keçirməsinə dair konkret sübutlar olmamışdır. Ona görə də belə vəziyyətdə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi və ona səbəb cavabdehlərin təqsirli hərəkətlərinin səbəb olmasını bildirmək çətindir. Ona görə də məhkəmə iddiaçının mənəvi ziyan tələbinə dair iddiasının təmin edilməməsi nəticəsinə gəlmişdir.

53. İddiaçının 3-cü tələbi üzrə 57 ay ərzində vurulmuş maddi ziyan hesabına 15800 manat, mənəvi ziyan əvəzi olaraq 30000 (otuz min) manat pulun Cavabdeh2 tutulması ilə bağlı qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə keçdiyi andan yəni, Daşınmaz əmlakın xx.xx.2020-ci il tarixdə AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 MMC Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında yerləşən 0.60 ha torpaq sahəsi və 203.70 kv.m olan əmlak kompleksi kimi müəssisəni Cavabdeh2 85.000 manata satıldığı vaxtdan cavabdehin məsuliyyəti mövcuddur.

54. Belə ki, həmin vaxtdan başlayaraq Cavabdeh2 qeyd edilən torpaq sahəsinin iddiaçıya məxsus olmasını bilmişdir. Ona görə də mütəxəssis rəyində 2023-cü ilin 01 oktyabr tarixinədək aylıq icarə haqqı məbləği müəyyən edilsə də 2024-2025-ci illər üzrə də aylıq icarə haqqının 300 manat məbləğində müəyyən edilməsi ilə bağlı iddiaçının hər hansı bir dəlili və sübutu olmadığından məhkəmə həmin qiymət əsasında vurulmuş zərərin əvəzinin müəyyənləşdirilməsini mümkün hesab etmişdir.

55. Ona görə də, aylıq icarə haqı 300 manat olmaqla 17100 manat (57ay x 300 aylıq icarə haqqı=17100 manat) olduğundan, iddiaçı isə 15800 manat tələb etdiyindən, məhkəmənin iddia tələbindən kənara çıxmaq hüququ olmadığından məhkəmə də qeyd edilən məbləğin təmin edilməsi nəticəsinə gəlmişdir.

56. İddiaçı mənəvi ziyan olaraq 30000 (otuz min) manat pulun Cavabdeh2 tutulması ilə bağlı bildirilir ki, mənəvi ziyanın yaranmasına səbəb dövlət və bələdiyyə orqanlarının bilavasitə bu mübahisənin yaranmasına səbəb olmasını, iddiaçının mənəvi mülkiyyətindən məhrum olması ilə bağlı bilavasitə sübuta ehtiyac duyulmayan ziyan çəkməsinin açıqaşkar olmaması, bununla bağlı sübutların təqdim edilməməsi, mülkiyyətin mübahisəli olması və nəticədə məhkəmə qərarı əsasında təsdiq edilməsi nəzərə alaraq məhkəmə tələbin mənəvi ziyan hissəsində təmin edilməməsi nəticəsinə gəlmişdir.

57. Məhkəmə yuxarıda sadlanmış sübutlar əsasında müəyyən edir ki, iddiaçıya məxsus mülkiyyət sənədlərinin ləğv edilməsi, iddiaçıya qarşı müdaxilənin aradan qaldırılması və digər tələblər üzrə məhkəmə qərarları hazırkı iş üzrə İddiaçı hüquqlarını təsdiq etməklə onu tanımışdır. Belə olan vəziyyətdə İddiaçı 0,03 hektar torpaq sahəsi üzərində hüquqları istisna edilməmiş və digər şəxslərə münasibətdə həmin mülkiyyətdən istifadəyə hər hansı müdaxilənin yolverilməzliyini bir daha təsdiq etmişdir. Ona görə də Cavabdeh2 adına verilmiş müvafiq dövlət qeydiyyatı sənədləri iddiaçının 0,03 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissədə qanunsuz və əsassız olduğu sübuta yetirilmişdir. Bu səbəbdən İddiaçı yenidən inzibati qaydada cavabdehin sənədlərinin müvafiq hissədə ləğv və ya etibarsız hesab edilməsi ilə bağlı əlavə iddia qaldırmasının hazırkı vəziyyəti dəyişməyəcəkdir.

58. Məhkəmə praktikası o istiqamətdə idi ki, belə vəziyyətdə üst-üstə düşən torpaq sahəsi ilə bağlı müvafiq hüquqi qeydiyyat səndlərinin hansının həqiqiliyi təsdiq edilərsə onun hüquqları təmin edilməli idi. Lakin hazırkı vəziyyətdə iddiaçıya qarşı irəli sürülmüş təxminən 4 ayrı-ayrı iddialar hazırkı iddiaçının xeyrinə yekunlaşmışdır. Ona görə də məhkəmə qeyd edilən məhkəmə qərarlarına əsaslanaraq iddiaçının mülkiyyət hüquqlarının mübahisəsiz olduğunu qəbul edir. Ona görə dəhəmin hüquqların bərpa edilməsi nəticəsinə gəlmişdir.

59. Bundan əlavə hazırkı mübahisə üzrə məhkəmə qərarı vahid məhkəmə praktikası baxımından və mülkiyyət hüquqlarının ədalət mühakiməsi tərəfindən təminatı baxımından əhəmiyyətli qərar olduğundan həmin qərara fərqləndirici (1 ulduz) nişanı vurulmalıdır.

Vİİ. Məhkəmə məsrəfləri:

60. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət edərkən mediasiya xərci ödədiyindən ödənilməli dövlət rüsumundan azad edilmişdir. İddiaçının tələbinə görə ödəməli olduğu dövlət rüsumu 458,6 manat təşkil edir. İddiaçı müharibə veteranı olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad edildiyindən qismən təmin edilmiş iddia üçün ödənilməli rüsumun iddiaçıya aid edilən 410,18 manat hissəsi dövlət hesabına aid edilməli, qalan 48,42 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.

61. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilən 03 aprel 2025-ci il tarixli 10/8197-9/8504 nömrəli hazırkı iş üzrə verilmiş rəydə məhəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar cavablandırılmadığından və hər hansı bir tədqiqat aparılmadığından tərəflərdən ekspertiza xərcinin tutulmasını mükün hesab etməmişdir.

Vİİİ Nəticə:

62. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı 29 sentyabr 2015-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən istifadə etməyinə Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulsun. Cavabdeh2 oğundan iddiaçının mülkiyyətindən məhrum edilməsi ilə bağlı maddi ziyanın əvəzi olan 15800 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 MMC-dən iddiaçının mülkiyyətindən məhrum edilməsi ilə bağlı maddi ziyanın əvəzi olan 2000 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddiaçıdan ödənilməmiş 409.24 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Cavabdehlərdən müşətərək qaydada ödənilməmiş 48,56 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar