Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-511/2025 08.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar "xxxx" MMC-nin və İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" MMC və İddiaçı Cavabdeh qarşı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh 320000 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun alınaraq, İddiaçı və "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC-nin bərabər paylı təsisçiləridirlər. Cavabdeh həmçinin "xxxx" MMC-nin direktorudur. Onun direktor kimi yarıtmaz fəaliyyəti nəticəsində özünə və MMC-yə müraciət edən müştərilərə, o cümlədən daşıma şirkətlərinə külli miqdarda borcları yaranmışdır. Yaranmış borclar səbəbindən Cavabdeh, özünə və təsisçisi olduğu MMC-yə qarşı tələblər irəli sürülür. Cavabdehla arasında aparılmış müzakirə və araşdırmalardan sonra Elxan yaranmış borcların onun yarıtmaz fəaliyyəti və şəxsi problemləri səbəbindən olmasını etiraf etmiş, bu barədə öz təşəbbüsü ilə aralarında xx.xx.2024-cü tarixli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh ümumilikdə 320000 ABŞ dolları məbləğində borcu etiraf edərək, 10 gün müddətində ödəyəcəyini təsdiq etmiş, müqaviləni MMC-nin möhürü ilə təsdiq etmişdir. Bundan sonra o borcları qaytarmaq üçün kredit götürəcəyini, bu məqsədlə "xxxx" MMCnin də zamin durmasını və buna razılıq verməsini istəyib. Müqavilədə də göstərildiyi kimi MMC adından zaminliyə razılıq verdim və bu barədə qərar da hazırlandı. Bu məqsədlə bankda sənədləri imzaladıqdan bir neçə saat sonra özünə məlum olub ki, Cavabdeh özünü aldadaraq zamin kimi MMC-ni deyil, özünü təqdim etmişdir. Dərhal banka müraciət etsə də zaminlik müqaviləsi özünün adından MMC-nin adına dəyişdirilmədi. Bu barədə banka rəsmi müraciət edib. Cavabdeh bankdan krediti götürsə də, imza etdiyi müqavilədə göstərilən ziyanları ödəməmiş və həmin vəsaiti də mənimsəyərək özünü və təsisçisi olduğu "xxxx" MMC-ni təkrar risklərə atmışdır. Hazırda Cavabdeh hərəkətləri nəticəsində yaranmış borclardan əlavə özünü öz şəxsi kreditinə zamin etməklə 200000 manat məbləğində kredit öhdəliklərinə cəlb etmişdir. Eyni zamanda Cavabdeh daşıma şirkətlərinə ödənilməli olan 131000 ABŞ dolları da tərəfimdən onun xahişi əsasında ödənilmiş, həmin pul məbləğini də özünə vəd etdiyi müddətdə qaytarması imkansızdır.
3. İddiaçının İddiaçı nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 285000 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manatın məzənnəsi alınaraq, "xxxx" MMC-yə, 114000 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının İddiaçı nümayəndəsi və vəkili xx.xx.2026-cı il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh özünə məxsus "xxxx" MMC-nin fəaliyyətinin genişləndirilməsi və zərurət halında əlavə vəsaitin cəlb edilməsi məqsədilə İddiaçı arasında ortaqlıq fəaliyyəti başlamışdır. Bu məqsədlə Cavabdeh özünə məxsus 100 faiz təsis paynın 50 faizini İddiaçı satmış və birgə fəaliyyət başlamışdır. "xxxx" MMC-nin fəaliyyətinin əsası vasitəçilik xidmətləri göstərilməsindən ibarət olmuşdur. Belə ki, "xxxx" MMC adından Cavabdeh Çin respublikasından avtomobil sifariş etmək istəyən şəxslərə Çində avtomobil çeşidlərinin seçilməsi danışıqların aparılması və sifarişin göndərilməsi xidmətini göstərmişdir. Sifarişçi avtomobili seçdikdən sonra avtomobilin pulunu öz adına bankda açılmış hesabından satıcı şirkətin hesabına göndərərək sifarişi verir, daşıma və xidmət haqqını isə "xxxx" MMC-yə şəxsən Cavabdeh ödənilirdi. Ümumi qaydalara əsasən isə "xxxx" MMC tərəfindən daşıma şirkətinə avtomobilin gətirilməsi üçün alınmış pul ödənildikdən sonra avtomobil Azərbaycan Respublikasına göndərilirdi. Cavabdeh "xxxx" MMC-nin direktoru kimi bütün işlərə rəhbərlik etmiş, bu məqsədlə müştərilərlə danışıqlar aparmış, müqavilələr bağlamış və Çin dövləti ilə sifarişin verildiyi firmalar və daşıma şirkətlərinə sifarişləri ötürmüşdür. İddiaçı isə firmanın ümumi fəlaliyyətində iştirak etmişdir. Cavabdeh uzun illər Çin respublikasında yaşadığı, çin dilini mükəmməl bildiyi üçün bütün danışıq razılaşmaları birbaşa özü həyata keçirmişdir. Cavabdeh firma vasitəsilə Çin dövlətindən avtomobil sifariş edən müştərilərdən daşıma şirkətinə ödənilməsi məqsədilə aldığı külli miqdarda pulları daşıma şirkətlərinə ödəməməsi səbəbindən müştərilərin sifariş verdikləri avtomobillərin Azərbaycana gətirilməsində aylarla gecikmələr başlamışdır. Bu səbəbdən həmin müştərilərin Cavabdeh və MMC-yə qarşı şikayətlər etmişdirlər. Araşdırma zamanı və Cavabdeh da etirafı ilə müəyyən edilmişdir ki, alınmış və daşıma şirkətlərinə ödənilməli olan külli miqdarda pulları Cavabdeh öz şəxsi borclərına və etiyaclarına sərf etmişdir. Yaranmış vəziyyəti müzakirə edən iki təsisçi Cavabdeh və İddiaçı zərərin qısa zamanda qarşılanması və problemlərin həlli məqsədilə banklardan kreditlər götürmək və özlərinə məxsus əmlakların sonradan qaytarıb alınması şərti ilə satılması qərarına gəlmiş bu barədə aralarında yaranmış borclara və öhdəliklərə dair yazılı razılaşmalar da etmişdirlər. Bu məqsədlə İddiaçı həmin ərəfədə özünə məxsus Bakı şəhər, Yasamal rayonunda yerləşən evinin satılmasını, Cavabdeh isə özünə məxsus Mustanq markalı avtomobilin satılmasını və dostunun adına olan və faktiki ona məxsus olan evi girov qoymaqla hər iki təsisçi İddiaçı zaminliyi ilə bankdan kredit götürərək zərərin qarşılanmasını həyata keçirmişlər. Bu ödənişlərin 115000 ABŞ dolları məbləğində hissəsi İddiaçı şəxsi vəsaiti hesabına ödənilmişdir. İşin faktiki hallarında qeyd edilən xüsusatlar Cavabdeh tərəfindən etiraf edilmiş və avtomobillərin gətirilməsinin gecikməsini Rusiya gömrük orqanları tərəfindən tətbiq edilən yeni gömrük rüsumlarının tətbiqi ilə əlaqələndirmiş və yaranmış ziyanların məsuliyyətinin ona məxsus olmasını və qısa zamanda həll ediləcəyini bildirmişdir. İşin hallarını təsdiq edən sübutlar: iş materiallarına əlavə edilmiş təsisçilər tərəfindən tərtib edilmiş xx.xx.2024 tarixli müqavilə ilə "xxxx" MMCnin öhdəliklərinin ümumilikdə 320000 (285000+35000) ABŞ dolları olduğu, bu öhdəliyin Cavabdeh tərəfindən qəbul edildiyi və 10 gün müddətində tam şəkildə ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Nərimanov rayon məhkəməsinin xx.xx.2025 tarixli qətnaməsi ilə müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC-nin sifarişçilər qarşısında yaranmış öhdəliklərini şəxsən qəbul edərək bunu mediasiya sesiyyasında etiraf etmiş, lakin icra etmədiyi üçün məhkəmə qaydasında təsdiq edilmişdir. Həmin qətnaməni də bu günə qədər icra etməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin reyestrdən çıxarışı ilə müəyyən edilir ki, İddiaçı və Cavabdeh MMC-nin təsisçiləri və Cavabdeh MMC-nin direktorudur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC daşıma şirkətinin rəhbəri İlham Əhmədova ödənilmiş pul vəsaitlərini şəxsən ödəyən şəxs İddiaçı olmuş və bu ödənişlər "xxxx" MMC-nin rəhbəri Cavabdeh tərəfindən MMC-nin möhrü və öz imzası ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, İddiaçı tərəfindən borcların yarandığı dövrdə - xx.xx.2024cü il tarixdə ona məxsus evini satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin ödəniş cədvəli ilə müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin və şəxsən Cavabdeh sifarişçilərə yaranmış borcların ödənilməsi məqsədilə kredit götürülmüş və ödənişlər davam etməkdədir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli razılaşma və etiraf sənədi ilə xx.xx.2024-cü il tarixə qədər olan daşımaların Cavabdeh üzərində olması və bu tarixdən sonrakı daşımalara nəzarəti eyni zamanda İddiaçı da öz üzərinə götürmüş və bu sənəd hər iki təsisçinin imzası və "xxxx" MMC-nin möhrü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Yasamal rayon 28-ci PŞ-və verdiyi izahatında da 22.10 2024 tarixə qədər olan daşımaların məsuliyyətinin onun üzərində olması etiraf edilərək bunu Çin şirkəti ilə aralarında olan ödənişlərdə yaranmış problemlərlə əlaqələndirmişdir. İş materiallarına əlavə edilmiş vəkil kimi izahatını aldığı "xxxx" MMC-nin satıcısı olmuş Hunay Qayayeva adlı şəxs bildirmişdir ki, o firmada satıcı işləmiş, İddiaçı menecer işlərini yönətmiş, Cavabdeh işlədiyi firmanın direktoru kimi müqavilələr bağlamış, Çin dilini bildiyi üçün Çin şirkətləri ilə danışıqlar aparmış, bütün maliyyə işlərini yönətmişdir. 2024-cü ilin avqust ayından sifariş verilmiş avtomobillərin gəlməsində gecikmələr olmuş, bunu Cavabdeh onlara və müştərilərə Rusiya gömrük orqanları tərəfindən tranzit keçən avtomobillərə əlavə gömrük rüsumları tətbiq etməsi ilə izah etsə də, sonradan məlum olmuşdur ki, Cavabdeh Çin şirkətinə külli miqdarda borcu yaranmış və tələbkar şirkət də bu borcların ödənilməsi üçün 31 avtomobili daşıma şirkətinə təqdim etməmişdir. Bu səbəbdən də müştərilər ofisə axın edərək şikayətlər etmişlər. Həmin vaxt təsisçilər İddiaçı və Cavabdeh yaranmış problemin həlli barədə ümumi razılığa gəldilər və aralarında müqavilə də bağladılar. Bundan sonra Cavabdeh müştərilərin bəziləri ilə borc müqaviləsi, bəziləri ilə mediasiya sazişi bağlayıb öhdəlik götürdü. Bəzi müştərilərin pulunu öz şəxsi avtomobilini verməklə və əmlak girov qoymaqla götürdüyü kredit hesabına ödədi. Həmin vaxt avtomobildən imtina edən müştərilərin pullarını şəxsi evini satmaqla və götürdüyü kredit hesabına ödədiyini bildirmişdir. Daha sonra Cavabdeh verdiyi vədləri tutmamış, müştəriləri və İddiaçı buraxıb ofisi bağlayaraq getmişdir. Hunay Qarayeva daha sonra suala cavab olaraq təsisçilərin aralarında bağladıqları müqaviləni onların hər ikisinin şəxsi vəkilləri olmuş Ramil Məmmədzadə adlı şəxsin onların sözləri ilə hazırladığını, onun və digər işçilərin də buna şahid olduğunu, həmin vaxt Cavabdeh yaranmış borcların onun şəxsi borcları səbəbindən olduğunu, bu problemin həllində İddiaçı köməklik istədiyini, sonda razılıq əldə edilərək aralarında müqavilə imzalandığını göstərmişdir. Bağlanılmış müqavilə dedikdə xx.xx.2024-cü il tarixli müqaviləni nəzərdə tutmuşdur. İş materiallarına və aparılmış auditə təqdim edilmiş Çin respublikasına məxsus Sincan X4 şirkəti ilə "xxxx" MMC tərəfindən Cavabdeh tərəfindən bağlanılmış müqavilənin mətni ilə müəyyən edilir ki, tərəf A (X4 şirkəti) tərəf B-yə ("xxxx" MMC) yanvar 2023 – yanvar 2025 tarixləri arasında ümumilikdə 236 kommersiya avtomobili göndərmiş, tərəf B 2024-cü ilin noyabr ayına qədər 2.020.814,2 yuan (ABŞ dolları ilə 285.000) gömrük rəsmiləşdirməsi və daşıma haqqı borcludur, hazırda tərəf A tərəf B-dən 31 avtomobil saxlayır və bu avtomobillərin dəyəri təxminən 2,3 milyon yuan təşkil edir, bu məqsədlə tərəf B 2025-ci ilin 10 fevral tarixinə qədər tərəf A-ya 21000 ABŞ dolları məbləğində ilkin ödəniş etməyi, 2025-ci ilin aprel ayına qədər bütün borcları ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə Cavabdeh tərəfindən daşıma – Logistika şirkətinə olan ödənişləri etməməsini və "xxxx" MMC-ni təqsirli olaraq öhdəliklərin yaranmasını təsdiq edir. İş materiallarına və auditora təqdim edilmiş Cavabdeh Çinin Azərbaycan səfirliyində öz xətti ilə yazmış olduğu izahatı və səfirliyin nümayəndəsi ilə çəkdirdiyi xatirə şəkili ilə yuxarıda qeyd edilən müqavilə öhdəliklərini, sifarişçilərdən pulunu alaraq ödəmədiyi və bu səbəbdən də 31 avtomobilin Çin daşıma şirkəti tərəfindən saxlanıldığını təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh auditora vermiş olduğu izahatında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC tərəfindən Prim Logistigs daşıma şirkətinə pullar ödənilməyib, lakin İddiaçı tərəfindən sifariş edilmiş avtomobillərin gətirilməsi üçün İlham Əhmədova ödənişlər edilmiş, lakin ümumi məbləğdən xəbəri yoxdur. İzahatında Cavabdeh "xxxx" MMC-nin fəaliyyəti, bağladığı müqavilələr və gəlirləri barədə sənədləri təqdim etmək üçün vaxt istəsə də, bu sənədləri auditora təqdim etməmişdir. İş materiallarında olan autitor rəyi ilə aparılmış araşdırma zamanı "xxxx" MMC-nin 399.022 ABŞ dolları məbləğində borcunun olduğu, buna görə qanuni əsaslarla direktorun məsuliyyət daşıdığı, borcun yaranması əsası və səbəbinin Çin şirkətindən alınmış maşınlara görə sifarişçilərdən alınmış ümumilikdə 236 avtomobilin daşınması ilə əlaqədar pul vəsaitlərinin müəssisənin hesabına mədaxil edilməməsi və daşıma şirkətinə ödəniş edilməməsi ilə bağlı olduğu, "xxxx" MMC-nin rəsmi müqavilə və sənədlərlə Çin şirkətinə 2020814,20 yuan (təxminən həmin dövrün kursu ilə 285000 ABŞ dolları) daşıma haqqı borcu olduğu, Prime Logistics daşıma şirkətinə ödənilmiş pulun 114.022 ABŞ dolları məbləğində olduğu qənaətinə gəlinmişdir. (audit rəyi ilə "xxxx" MMCnin ümumilikdə olan 399.022 ABŞ dolları məbləğində borcunun 285.000+114.020 ABŞ dolları məbləğləridə pulların cəmindən hasil olmuşdur). İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025 tarixli ekspert rəyi ilə müəssisənin direktorunun məhkəmə tərəfindən ekspertə sənədlərin təqdim edilməsi üçün təyin edilmiş ünvana gəlməməsi, sənədləri ekspertə təqdim etməməsi səbəbindən ekspert qarşısında qoyulmuş suallar üzrə borc qalığının müəyyən edilməsinin mümkün olmadığı, xx.xx.2025 tarixli borcların hesablanılmasına dair müstəqil auditorun hesabatında göstərilənlərin iş materiallarında olan sənədlərlə uyğunluq təşkil etdiyi göstərilmişdir. İş materiallarına tərəfindən bəzi sifarişçilərin sifarişçilərin "xxxx" MMC ilə bağladığı müqavilələr təqdim edilib ki, həmin müqavilələrdə adları qeyd edilən şəxslər avtomobilləri gecikdirilmiş, çatdırılmamış şəxslər olmuşdur. Digər yəni bütün problemli müştərilərin müqavilələri özlərində olmadığı, Cavabdeh tərəfindən imzalandığı və özündə saxlanıldığı üçün məhkəməyə təqdim edə bilmələri mümkünsüz olmuşdur. Hazırda Cavabdeh ayrıca fəaliyyət göstərdiyindən, onunla əlaqələrin olmadığı üçün həmin müştərilərin avtomobillərinin çatdırılması barədə məlumatlı deyillər və bu barədə cavabdeh tərəfindən məhkəməyə məlumat veriləcəyi və təsdiq ediləcəyi təqdirdə bu Cavabdeh "xxxx" MMC-yə vurulmuş ziyandan çıxılmalı olan məbləğlər olduğu üçün iddia tələbinin Cavabdeh "xxxx" MMC-nin xeyrinə ödənilməsi hissəsində nəzərə alınmasına etirazlarının olmamasını məhkəmənin diqqətinə çatdırır. İddia tələbində istinad etdikləri, çıxışda da göstərdiyi tələb və xüsusatlar rəsmi sənədlər, müştərilərlə bağlanılmış müqavilələr, təsisçilər arasında ümumi razılıq əsasında bağlanılmış müqavilə və razılaşmalar, şahid ifadələri, ekspert audit rəyləri, Cavabdeh etiraf edici öz xətti ilə yazılmış izahatları və məhkəmədə izahatı ilə təsdiq edilir. İşin hallarının araşdırılması zamanı yuxarıda qeyd edilənlər də daxil təsdiq edildi ki, Cavabdeh "xxxx" MMC-nin direktoru kimi müştərilərlə bağladığı müqavilələr üzrə aldığı pulları qeyri-rəsmi olaraq MMC-nin hesabına daxil etmədən əldə etmiş və həmin pulları götürmüş olduğu sifarişlər üzrə daşıma şirkətlərinə ödəməli olduğu halda ödəməyərək öz şəxsi məqsədləri üçün istifadə etmiş, daha sonra problemin həlli məqsədilə digər təsisçi İddiaçı da etibarından istifadə edərək ona köməklik göstərilməsinə nail olmaqla İddiaçı külli miqdarda borclanmış, özünü və İddiaçı vurduğu zərərin həll edilməsi məqsədilə götürdüyü kreditə zamin edərək təkrar risklərə atmış, özü də vurduğu ziyanın ödənilməsi məqsədilə müştərilərlə bağladığı müqavilə və sazişlərin icrasından bu günə qədər yayınmaqdadır. O, öz qanunsuz fəaliyyəti ilə müştərilərlə mülki məsuliyyətinin yaranmasına, "xxxx" MMC-nin isə fəaliyyətini qeyri-qanuni vergidən yayınmaq məqsədilə qeyri-rəsmi aparmaqla vergi cinayətlərinin tərkibini yaratmışdır ki, bu audit rəyində də qeyd edilmişdir. Məhkəmədən xahiş edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilsin.
İİ. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin təsisçisi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək bildirdi ki, iddia ərizəsini qəbul etmir. İddiaçı tərəfin polis şöbəsinə verdiyi izahatda avtomobilləri daşınmasından, pulların alınmasından ümumiyyətcə söhbət getmir. İddia ərizəsində qeyd edilir ki, Cavabdeh və İddiaçı "xxxx" MMC-nin təsisçiləridir. Lakin iş materiallarında pulların alınması ilə bağlı qəbzlərdə ancaq Əhmədov İlhamın adı və imzası var. Əgər pulları Cavabdeh alıbsa qəbzlərdə onun imzası olmalıdır. Cavabdeh daşınma işi ilə məşğul olduğunu qəbul edir. Lakin cavabdeh bildirir ki, pullar ona çatmayıb. Həmçinin cavadeh sifarişi özü versə də, vətəndaşları İddiaçı qəbul edir və pulları da o özü alırdı. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.
9. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirdi ki, o, 2003cü ildən Çİn Xalq Respublikasında yaşayır. 2020-ci ildə pandemiyadan əvvəl Azərbaycana gəlmiş, sonra pandemiya səbəbindən Çinə qayıda bilmədi. 2023-cü ildə Çindən avtomobillər gətirməyə başladı. 2022-ci ildən bəri Ceyhun bəyi tanıyır. 2023-cü ilin may və ya iyun aylarında statusa maşınların şəkillərini qoydu. Ceyhun bəy də maraqlandı. O işlə bağlı Ceyhun bəyə məlumat verdi. Sonra Ceyhun bəy birlikdə işləmək istədi. Onlar birlikdə Volt Line şirkətini yaratdılar. Birgə fəaliyyət göstərmişlər, indiyə kimi bir avtomobili gömrüyükdə qalmışdır, geri qaytarmaq üçün danışıqlar gedir. Onun şəxsi problemləri oldu, ödənişləri edə bilmədi. Sonra daşınmalarda müəyyən problemlər oldu deyə avtomobillərin gəlməsi gecikdi. Ceyhun bəy tərəfindən daşıma şirkətinə ödənişlər olub, lakin nə qədər ödəniş etdiyi barədə məlumatı yoxdur.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. 207.2. Mütəxəssisin yazılı formada verdiyi məsləhət məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. IV. Tədqiq olunan sübutlar:
11. Çin Xalq Respublikasının Sincan X4 şirkəti ilə "xxxx" MMC tərəfindən Cavabdeh tərəfindən bağlanılmış müqavilənin mətni ilə müəyyən edilir ki, tərəf A (X4 şirkəti) tərəf Byə ("xxxx" MMC) yanvar 2023-cü ilin yanvar ayından 2025-ci ilin yanvar ayına qədər tərəf B-yə ümumilikdə 236 kommersiya avtomobili göndərmiş, 2024-cü ilin noyabr ayına qədər tərəf B tərəf A-ya 2.020.814,2 yuan (ABŞ dolları ilə 285.000) gömrük rəsmiləşdirməsi və daşıma haqqı borcludur, hazırda tərəf A tərəf B-dən 31 avtomobil saxlayır və bu avtomobillərin dəyəri təxminən 2,3 milyon yuan təşkil edir, bu məqsədlə tərəf B 2025-ci ilin 10 fevral tarixinə qədər tərəf A-ya 21000 ABŞ dolları məbləğində ilkin ödəniş etməyi, 2025-ci ilin aprel ayına qədər bütün borcları ödəməyi öhdəsinə götürmüşdür.
12. İş materiallarında olan "xxxx" MMC-nin təsisçiləri İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin ümumi öhdəlikləri 285000 ABŞ dolları, daşıma xərcləri isə 35000 ABŞ dolları təşkil etmişdir. Cavabdeh MMC-nin yaranmış öhdəliklərini rəhbər kimi qəbul edir və bu öhdəlikləri 10 gün müddətinə tam şəkildə ödənilməsini şəxsən öz üzərinə götürür. Həmin müqavilə "xxxx" MMC-nin təsisçiləri İddiaçı və Cavabdeh tərəfindən imzalanmış və "xxxx" MMC-yə məxsus möhürlə təsdiq edilmişdir.
13. İş materiallarında olan "xxxx" MMC-nin təsisçiləri İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli razılaşmadan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə qədər olan daşımaların onun üzərində olmasını təsdiq etmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixdən sonra olan daşımaları öz üzərinə götürmüşdür. Həmin razılaşma "xxxx" MMC-nin təsisçiləri İddiaçı və Cavabdeh tərəfindən imzalanmış və MMC-yə məxsus möhürlə təsdiq edilmişdir.
14. "xxxx" MMC-nin təsisçisi İddiaçı daşıma xidməti göstərən şəxs tərəfindən İlham Əhmədova ödənilən ödənişləri əks etdirən xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən İlham Əhmədova cəmi 114022 ABŞ dolları pul ödənilmişdir. Həmin qəbzlər tərəflərin imzaları və "xxxx" MMC-nin möhürüylə təsdiq edilmişdir.
15. "xxxx" ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsindən irəli gələn öhdəliyindən yaranan məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
16. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı "xxxx" ASC-dən xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə 50000 manat kredit götürmüşdür.
17. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AN-l ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolu X15 massivi ev 22 ünvanında olan mənzili X1.
18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən "xxxx" MMC-yə məxsus nizamnamənin 2-ci redaksiyasından görünür ki, İddiaçı və Cavabdeh "xxxx" MMC-nin təsisçiləridir.
19. İş materiallarında olan 53 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş 3M-4141 nömrəli xx.xx.2023-cü il tarixli təsis payının alqı-satqısı müqaviləsindən görünür ki, "xxxx" MMC-nin təsisçiləri İddiaçı və Cavabdeh aralarında hüquqi şəxsin səhmlərinin qiyməti və satılması barədə razılığa gəlmişlər.
20. İş materillarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışlardan görünür ki, "xxxx" MMC-nin səhmlərinin 50 %-i İddiaçı, 50 %-i isə Cavabdeh məxsusdur. Həmin hüquqi şəxsin rəhbəri kimi Cavabdeh göstərilmişdir.
21. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Auditorlar Palatasının auditoru X6 tərəfindən rəy verilmişdir. Həmin rəydə məhkəmənin müvafiq sullarına uyğun qeyd olunmuşdur ki, müəssisədə mühasibat uçotu aparılmadığına görə rəsmi olaraq debitor və kreditor borcları məlum deyil. 2023-2024-cü illər üzrə mənfəət vergisi bəyannamələrində müəssisənin debitor və kreditor borcu olduğu göstərilməmşdir. Lakin özünə təqdim edilən və uçota götürülməyən faktiki sənədlərə əsasən müəssisənin 2023-2024-cü illər üzrə fəaliyəti nəticəsində ümumilikdə 399022 ABŞ dolları (xx.xx.2025-ci il tarixli Çin Xalq Respublikasında yerləşən “Sincan X4” MMC ilə imzalanan razılaşmaya xx.xx.2024-cü il tarixli təsisçi İddiaçı Oktay oğlu ilə bağlanmış müqaviləyə əsasən 285000 ABŞ dolları, qəbzlər üzrə 35000 ABŞ dolları və müqavilədən sonra ödənilmiş 79022 ABŞ dolları) məbləğində borc öhdəliyi yaranmışdır. Borc öhdəliyi yaranma səbəbi "xxxx" MMC-nin direktoru Cavabdeh bağladığı daşınma müqavilələrinə görə xidmət göstərilənlərə ödəniş etmədiyənə görə yaranmışdır. Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyən edilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşıyır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Yəni təsisçi təsis etdiyi müəssisənin öhdəliklərinə görə yalnız qoyduğu pay miqdarında məsuliyyət daşıyır. Müəssisənin öhdəliklərinə görə maliyyə hesabatlarını və sənədlərini imzalayan şəxslər cavabdehlik daşıyırlar. Ona təqdim edilən 2023-2024-cü il tarixli vergi bəyannamələrində hesablama metodu ilə hesabatın verdiyi göstərilmişdir. Təsisçi İddiaçı ona təqdim etdiyi xx.xx.2025-ci il tarixli tərcümə mərkəzinin fərdi sahibkarı X11 tərəfindən tərcümə olunmuş beynəlxalq logistika daşıma haqları və avtomobil göndərilməsi üzrə xx.xx.2025-ci il tarixli razılaşmaya əsasən yanvar 2025-ci il tarixədək Çin Xalq Respublikasının “Sincan X4” MMC tərəfindən "xxxx" MMC-nin ünvanına 236 avtomobilin göndərildiyi göstərilmişdir. Həmin sənədə əsasən 2025-ci il tarixədək "xxxx" MMC-nin Çin şirkətinə 2020814,20 yuan (təxminən 285000 USD) daşınma haqqı borcu olmuşdur. Həmin borcu "xxxx" MMC xx.xx.2025-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüş, lakin həmin borcun rəsmi sənədlərlə ödənilməyi barədə heç bir məlumat yoxdur. Həmin pullar "xxxx" MMC-nin qanuni təmsilçisi müştərilərlə bağladığı 236 avtomobilin daşınması xərci olmuşdur. Təsisçilər İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixdə müqavilə bağlayaraq Çin Xalq Respublikasının “Sincan X4” MMC-yə yaranmış 285000 USD məbləğində pul öhdəliyinin Cavabdeh vəsaiti hesabına ödəniləcəyi razılaşdırılmışdır. Borcun yaranmasına səbəb göstərilən Çin şirkətindən alınmış maşınlara görə Azərbaycan vətəndaşlarına satılarkən onlardan daşıma xidmətlərinə görə alınmış pul vəsaitlərinin müəssisənin hesabına daxil edilməməsi və daşıma şirkətinə ödəniş edilməməsi olmuşdur. Buna görə məsuliyyəti bir başa "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh daşıyır. "xxxx" MMC-nin təmsilçisi X7 audit olunan tarixədək 114022 USD məbləğində vəsait ödənilmişdir. Həmin vəsait təsisçi İddiaçı ona təqdim etdiyi sənədlərlə İddiaçı olduğu göstərilmişdir və "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh tərəfindən möhürlə təsdiq edilmişdir. Həmin sənədə əlavə olaraq göstərilən pul vəsaitini ödəmək üçün İddiaçı həmin dövrdə "xxxx" ASC-dən 50000 manat məbləğində kredit götürdüyü və xx.xx.2024-cü il tarixdə şəxsi mənzilinin satılması barədə sənəd təqdim etmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətlərdə hər-hansı uyğunsuzluqa görə təsisçilər məsuliyyət daşımır. Yalnız yuxarıda göstərdiyi kimi maliyyə hesablarını imzalayan şəxslər Məhdud Məsuliyyətli Cəmiyyətlərinin maliyyə təssərüfat fəaliyyətləri nəticəsində yaranmış bütün öhdəliklərə görə məsuliyyət daşıyırlar.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, tərəflərin hər ikisi ilə yaxın münasibəti var. O, uzun illər vəkil kimi fəaliyyət göstərib. Elxan bəylə Ceyhun bəyin avtomobillərin gətirilməsi ilə bağlı birlikdə ortaq şirkət açdıqlarından məlumatı olub. Onlara hüquqi cəhətdən köməklik göstərirdi. 2024-cü ilin oktyabr və ya noyabr ayında Elxan və ya Ceyhun onu təcili ofisə çağırdılar. O, ofisə gələndə məlum oldu ki, şirkətləri ziyan edib. Elxan özü də etiraf etdi ki, onu şəxsi borcları nəticəsində yəni "xxxx" MMC-nin biznes fəaliyyətinə aid olmayan onun şəxsi borcları səbəbindən daşınma şirkəti avtomobillərin gəlməsinə məhdudiyyət qoyub. Onun iştirakı hər iki təsisçi arasında müqavilə bağlanıldı. Daha sonra dəymiş ziyanın bir hissəsi ödənildi.
23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, hər iki təsisçini tanıyır. Hər ikisi ilə əməkdaşlığı olub. Elxan bəyə avtomobillərin gətirilməsi ilə bağlı 25000 dollar pul ödəyib. Avtomobillərin 2-si gətirilib, lakin digər 4 avtomobil gətirilməyib. Elxan bəyə digər avtomobillərə görə müraciət edib. Ona deyib ki, digər avtomobillər gətirilməsinə imkanı çatmır.
V. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 49-1.1. Hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır: 49-1.1.1. hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri; 49-1.1.2. hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri; 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-ci maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.
Vl. Məhkəmənin mövqeyi:
25. Məhkəmə tərəfindən işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Çin Xalq Respublikasının Sincan X4 şirkəti ilə "xxxx" MMC tərəfindən Cavabdeh tərəfindən bağlanılmış müqavilənin mətni ilə müəyyən edilir ki, tərəf A (X4 şirkəti) tərəf Byə ("xxxx" MMC) yanvar 2023-cü ilin yanvar ayından 2025-ci ilin yanvar ayına qədər tərəf B-yə ümumilikdə 236 kommersiya avtomobili göndərmiş, 2024-cü ilin noyabr ayına qədər tərəf B tərəf A-ya 2.020.814,2 yuan (ABŞ dolları ilə 285.000) gömrük rəsmiləşdirməsi və daşıma haqqı borcludur, hazırda tərəf A tərəf B-dən 31 avtomobil saxlayır və bu avtomobillərin dəyəri təxminən 2,3 milyon yuan təşkil edir, bu məqsədlə tərəf B 2025-ci ilin 10 fevral tarixinə qədər tərəf A-ya 21000 ABŞ dolları məbləğində ilkin ödəniş etməyi, 2025-ci ilin aprel ayına qədər bütün borcları ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMCnin təsisçiləri İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin ümumi öhdəlikləri 285000 ABŞ dolları, daşıma xərcləri isə 35000 ABŞ dolları təşkil etmişdir. Cavabdeh MMC-nin yaranmış öhdəliklərini rəhbər kimi qəbul edir və bu öhdəlikləri 10 gün müddətinə tam şəkildə ödənilməsini şəxsən öz üzərinə götürür. Həmin müqavilə "xxxx" MMC-nin təsisçiləri İddiaçı və Cavabdeh tərəfindən imzalanmış və "xxxx" MMC-yə məxsus möhürlə təsdiq edilmişdir. Lakin həmin borcun "xxxx" MMC-yə ödənilməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. Həmin borc "xxxx" MMC-nin qanuni təmsilçisinin müştərilərlə bağladığı müqavilələr üzrə 236 avtomobilin daşınması xərci olmuşdur. Göstərilən hallar iddiaçı və cavabdehin, həmçinin şahidlərin ifadələri, həmçinin mütəxəssis rəyi ilə təsdiqlənir və mübahisələndirilmir.
26. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin borcunun yaranmasına səbəb Çin şirkətindən alınmış maşınlara görə Azərbaycan vətəndaşlarına satılarkən onlardan daşıma xidmətlərinə görə alınmış pul vəsaitlərinin müəssisənin hesabına daxil edilməməsi və daşıma şirkətinə ödəniş edilməməsi olmuşdur. Buna görə məsuliyyəti birbaşa "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh daşımışdır. Bununla bağlı cavabdeh müqavilə ilə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir.
27. Həmçinin "xxxx" MMC-nin digər təsisçisi İddiaçı tərəfindən daşıma şirkəti olan "xxxx" MMC-nin təmsilçisi X7 114022 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Həmin vəsait təsisçi İddiaçı şəxsi vəsaiti olmuşdur. Göründüyü kimi, cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirmədiyindən iddiaçılar ona qarşı borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar.
28. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 285000 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) iddiaçı "xxxx" MMC-nin, 114000 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) İddiaçı xeyrinə ödənilməlidir.
29. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən 774,5 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə, ödənilmiş 390,25 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə ödənilməli, ödənilməmiş 93,55 manat dövlət rüsumuna görə pul Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 1500 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Auditorlar Palatasının hesabına, 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Vİl. Nəticə:
30. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 285000 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 774,5 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh 114000 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 390,25 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə ödənilsin. Ödənilməmiş 93,55 manat dövlət rüsumuna görə pul Cavabdeh tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 1500 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Auditorlar Palatasının hesabına, 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova