Məhkəmə qərarları › İş №e-2-2(117)-525/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-525/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-525/2023 24.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdeh X2 qarşı “1200 manat borcun və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006/HRACC-P nömrəli xidmət müqaviləsinə əsasən bu müqavilə ilə icraçının müəyyən etdiyi yerdə (müqavilə ilə nəzərdə tutulduğu hallarda və şərtlərlə sifarişçinin ofisində) öz işçiləri vasitəsilə sifarişçinin fəaliyyəti ilə bağlı ona (sifarişçiyə) mühasibatlıq, kadr və hüquq xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcraçı tərəfindən göstərilən xidmətlərin siyahısı bu müqaviləyə 1 nömrəli əlavə razılaşma ilə müəyyən olunur. Müqaviləyə əlavə edilmiş 1 nömrəli qiymətlərin razılaşdırılması protokulu ilə aylıq xidmət haqqı 200 manat, xx.xx.2021-ci il tarixli 2 nömrəli qiymətlərin razılaşdırılması protokulu ilə aylıq xidmət haqqı 400 manat, xx.xx.2021-ci il tarixli 3 nömrəli qiymətlərin razılaşdırılması protokulu ilə aylıq xidmət haqqı 300 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli 841824 nömrəli, xx.xx.2021-ci il tarixli 129867 nömrəli, xx.xx.2021-ci il tarixli 527105 nömrəli, xx.xx.2021-ci il tarixli 090959 nömrəli, xx.xx.2021-ci il tarixli 542279 nömrəli, xx.xx.2021-ci il tarixli 170009 nömrəli, xx.xx.2021-ci il tarixli 728211 nömrəli, xx.xx.2022-ci il tarixli 130618 nömrəli, xx.xx.2022-ci il tarixli 531620 nömrəli, xx.xx.2022-ci il tarixli 128228 nömrəli, xx.xx.2022-ci il tarixli 765443 nömrəli, xx.xx.2022-ci il tarixli 558003 nömrəli, xx.xx.2022-ci il tarixli 406092 nömrəli elektron qaimələrlə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında ümumilikdə 4000 manat dəyərində xidmət göstərilmişdir. Bank Respublika ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 0498 nömrəli məktubla müəyyən edilir ki, cavabdeh tərəfindən xx.xx.2020-xx.xx.2022-ci illərdə iddiaçının hesabına 2800 manat vəsait köçürülmüşdür. İddiaçı cəmiyyət müqavilə üzrə öhdəliklərini icra etsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə ödənilməmiş 1200 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini tam yerinə yetirmədiyindən onun ödənilməmiş 1200 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Cavabdehə göndərilmiş məhkəmə sənədləri “evdə olmur, başqa rayonda işləyir” qeydləri ilə geri qaytarılmışdır. Daha sonra məhkəmə bildirişi cavabdehə çatdırılması üçün xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinə çatdırılmışdır. Buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış müqavilə, Müqaviləyə əlavələr, Elektron qaimələr, Məktub, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əvvəla məhkəmə tərəflər arasında bağlanmış müqavilənin növünə və etibarlılığına münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə podrat müqaviləsi olmaqla etibarlı əqddir. Belə ki, müqavilə etibarsız olmamaqla yanaşı müqavilə tərəfləri tərəfindən mübahisələndirilmir və etibarlı olaraq tərəflər üçün hüquq və vəzifələr yaratmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006/HRACC-P nömrəli xidmət müqaviləsinə əsasən bu müqavilə ilə icraçının müəyyən etdiyi yerdə (müqavilə ilə nəzərdə tutulduğu hallarda və şərtlərlə sifarişçinin ofisində) öz işçiləri vasitəsilə sifarişçinin fəaliyyəti ilə bağlı ona (sifarişçiyə) mühasibatlıq, kadr və hüquq xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcraçı tərəfindən göstərilən xidmətlərin siyahısı bu müqaviləyə 1 nömrəli əlavə razılaşma ilə müəyyən olunur. Müqaviləyə əlavə edilmiş 1 nömrəli qiymətlərin razılaşdırılması protokulu ilə aylıq xidmət haqqı 200 manat, xx.xx.2021-ci il tarixli 2 nömrəli qiymətlərin razılaşdırılması protokulu ilə aylıq xidmət haqqı 400 manat, xx.xx.2021-ci il tarixli 3 nömrəli qiymətlərin razılaşdırılması protokulu ilə aylıq xidmət haqqı 300 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli 841824 nömrəli, xx.xx.2021-ci il tarixli 129867 nömrəli, xx.xx.2021-ci il tarixli 527105 nömrəli, xx.xx.2021-ci il tarixli 090959 nömrəli, xx.xx.2021-ci il tarixli 542279 nömrəli, xx.xx.2021-ci il tarixli 170009 nömrəli, xx.xx.2021-ci il tarixli 728211 nömrəli, xx.xx.2022-ci il tarixli 130618 nömrəli, xx.xx.2022-ci il tarixli 531620 nömrəli, xx.xx.2022-ci il tarixli 128228 nömrəli, xx.xx.2022-ci il tarixli 765443 nömrəli, xx.xx.2022-ci il tarixli 558003 nömrəli, xx.xx.2022-ci il tarixli 406092 nömrəli elektron qaimələrlə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında ümumilikdə 4000 manat dəyərində xidmət göstərilmişdir. Bank Respublika ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 0498 nömrəli məktubla müəyyən edilir ki, cavabdeh tərəfindən xx.xx.2020-xx.xx.2022-ci illərdə iddiaçının hesabına 2800 manat vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi, elektron qaimələr ayrılıqda xidmətlərin göstərilməsini təsdiq edən sübut kimi qiymətləndirilməsə də, hazırki iş üzrə həmin qaimə fakturalar əsasında cavabdeh tərəfindən iddiaçının bank hesabına 2800 manat ödəniş edilməsi barədə bankın məktubu ilə birlikdə qiymətləndirilərək sübut qismində məhkəmə tərəfindən qəbul edilir. Belə olan halda iddiaçı tərəfindən ümumilikdə 4000 manat dəyərində xidmətlər göstərildiyindən, lakin cavabdeh tərəfindən 2800 manat ödəniş edildiyindən qalan 1200 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (1200 manat) ödənilməli dövlət rüsumu 32 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı ödənilmiş 60 manat mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 1200 manat borc və 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 32 manat dövlət rüsumu cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar