Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-526/2024 23.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rəfail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “288 manat abunə borcu, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2019-cu il tarixli 177900 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri- 130F-01 tipli, 00169104 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. Tərəflər arasında mübahisə həllini tapmadığından iddaçı məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01,1** MF ***F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Belə ki, nəzarət kassa aparatı (NKA) vasitəsi ilə ödəyici (istehlakcı) pul əməliyyatlarını qeyd edir. Və NKA-da rüb ərzində vurulan bu pulların cəminə ( Zhesabatı) görə ödəyici vergini ödəyir. NKA-ya kənar müdaxilələr olmasın deyə xüsusi icazəsi olan STXM-bu kassanın fiskal yaddaşını blomblayır. Vergi ödəyicisi müqavilə bağladıqdan sonra STXM kassanı blomplayır və xüsusi Akt tərtib etməklə bu Aktı Vergilər Nazirliyinə yollayır. Və Vergilər Nazirliyi bu blomb Aktı əsasında bu kassanı qeydiyyata alır. (Blomb Aktı əlavə edilir.) Hər rüb Vergi ödəyicisi Vergiyə bəyannamə (online) təqdim edir. Və bu bəyannamədə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXM-tərəfindən Zhesabatı çıxarılaraq VN-ə təqdim edilərək təsdiqlənir. Həmçinin, işlədiyi dövrdə STXMtərəfindən hər mövsümdə saat dəyişikliyi etmək və uyğun saatı düzəltmək, kassa aparatı xarab olarsa, onu təmir etməkdir. Bu qərara əsasən İddiaçı MMC Cavabdeh (VÖEN: **********) arasında da xx.xx.2019-cu il tarixli 177900 nömrəli müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh tərəfindən, 2019-11 ay, 2020-2 ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 48 ay abunə borcu 288 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin, məhkəmənin keçirilməsi ilə bağlı 30 manat məbləğində məhkəmə xərci ödənilmişdir. Bu səbəbdən tələb olunan pulun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. İş materialları kimi məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək 48 aylıq xidmət haqqı məbləği olan 288 manat borcu vardır. Eyni zamanda məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində 13 Saylı Ərazi Vergilər İdarəsinə Cavabdeh aid sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı sorğu ünvanlanmışdır. 13 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq göndərilmiş məlumatdan görünür ki, cavabdehə məxsus sahibkarlıq obyekti xx.xx.2019-cu il tarixində vergi orqanında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanı üzrə şəxsən xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət etmiş və bildirmişdir ki, tərəflərarasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədəki imza ona məxsus deyildir. Məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş iddia icraatına keçirilmiş və iclas təyin olunaraq tərəflər məhkəmə iclasına dəvət edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmədə iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, kassa aparatı onda olsa da işlətmir, iddiaçıya 100 manat borcu vardır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2019cu il tarixli 177900 nömrəli müqavilə, 13 saylı Ərazi Vergilər İdarəsindən təqdim edilən məlumat, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 752.1, 752.2) İlk öncə məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə münasibətdə qeyd edir ki, tərəflər arasında podrat münasibətlərindən əmələ gələn müqavilə bağlanmışdır. Belə ki, cavabdehin sifarişi əsasında onun nəzarət-kassa aparatına texniki servis xidməti göstərilmiş və bunun müqabilində cavabdeh muzd ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış, tərəflərin iradə ifadəsini əks etdirməklə həqiqi hüquqi nəticələr yaratmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2019-cu il tarixli 177900 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130F-01 tipli, 00169104 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. İddiaçı iddia ərizəsində tələb edilən abunə borcunun ödənilməsi müddətlərinin 2019- 11 ay, 2020-2 ay, 2021-ci ildən 11 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ayı əhatə etdiyini iddia edir. Eyni zamanda məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində 13 Saylı Ərazi Vergilər İdarəsinə Cavabdeh aid sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı sorğu ünvanlanmışdır. 13 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq göndərilmiş məlumatdan görünür ki, cavabdehə məxsus sahibkarlıq obyekti xx.xx.2019-cu il tarixində vergi orqanında qeydiyyata alınmışdır. Həmçinin Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, kassa aparatı onda olsa da işlətmir, iddiaçıya 100 manat borcu vardır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehdən 16 aylıq xidmət haqqı olan 96 manat borcun tutulmasını tələb etməkdə haqqlıdır. Belə ki, iddiaçı tərəf 2019-cu ildən 11 aylıq borc məbləğini tələb etsə də, 13 Saylı Ərazi Vergilər İdarəsinin təqdim etdiyi məlumatdaan görünür ki, sahibkarlıq obyekti xx.xx.2019-cu il tarixində vergi orqanında qeydiyyata alınmışdır. Bu səbəbdən də iddiaçı 2019-cu ilin oktyabr, noyabr və dekabr aylarına aid borcu tələb etməkdə haqqlıdır. Eyni zamanda vergi orqanı tərəfindən təqdim edilmiş fiziki şəxs haqqında məlumatdan görünür ki, cavabdehə məxsus sahibkarlıq obyektinə xx.xx.2022-ci ildə yeni müasir post terminal olan NKA quraşdırılmışdır. Bununla da iddiaçı tərəf yalnız 2022-ci ilin yanvar ayına qədər olan borcu tələb edə bilər. Buradan aydın olunur ki, cavabdeh Merkuri-130F-01 tipli, 00169104 zavod nömrəli nəzarət kassa aparatını 2019-cu ildən 3 ay, 2020-ci ildən 2 ay, 2021-ci ildən isə 12 ay olmaqla cəmi 16 ay istifadə etmişdir. Həmçinin cavabdeh tərəf iddiaçıya 100 manat borcunun olduğunu etiraf etmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdehin aylıq 6 manatla hesablandıqda ödənilməli borcu 16 x 6 = 96 manat təşkil edir. Bu səbəbdən də 96 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin “qeydiyyatdan çıxma aktı ilə bağlı 35 manat pulun tutulması” hissəsinə münasibətdə bildirir ki, 13 Saylı Ərazi Vergilər İdarəsinin təqdim etdiyi məlumatdan görünür ki NKA qeydiyyatdan çıxarılmamışdır. Bu səbəbdən də iddiaçı tərəf qeydiyyatdan çıxma aktı ilə bağlı 35 manat pulun tutulmasını tələb etməkdə haqsızdır. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən 96 manat xidmət haqqı borcunun tutulması hissəsində təmin edilməli, qalan hissələrdə rədd edilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən 30 manat ödənilmiş dövlət rüsumu tərəflər arasında təmin edilmiş tələbə müvafiq olaraq bölünməli, 21,08 manat dövlət rüsumu iddiaçıya aid edilməli, 8,92 manat iddiaçı tərəfindən tələb edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 96 manat məbləğində abunə borcu və 8,92 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-526/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-526/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver