Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-529/2025 18.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdehlər “X3” X7 və Azərbaycan Respublikası X6 Bələdiyyəsinə qarşı “Ünvan 1 ərazisində yerləşən və X6 Bələdiyyəsinin mülkiyyətində olan 10.15 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı “X3” X5 Şəki ərazi Torpaq müsabiqə və Hərrac Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqənin baş tutmuş və onun müsabiqənin qalibi olmağı öhdəliyinin “X3” X5 Şəki ərazi Torpaq müsabiqə və Hərrac Komissiyasının üzərinə qoyulmasını; X6 Bələdiyyəsinin üzərinə onun mülkiyyətində olan torpaq sahəsinin xx.xx.2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi kimi ona icarəyə verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “X3” X7 və Azərbaycan Respublikası X6 Bələdiyyəsinə qarşı “Ünvan 1 ərazisində yerləşən və X6 Bələdiyyəsinin mülkiyyətində olan 10.15 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı “X3” X5 Şəki ərazi Torpaq müsabiqə və Hərrac Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqənin baş tutmuş və onun müsabiqənin qalibi olmağı öhdəliyinin “X3” X5 Şəki ərazi Torpaq müsabiqə və Hərrac Komissiyasının üzərinə qoyulmasını; X6 Bələdiyyəsinin üzərinə onun mülkiyyətində olan torpaq sahəsinin xx.xx.2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi kimi ona icarəyə verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı ərizənin forma və məzmununa riayət etmədiyindən, həmçinin qanunvericiliyin iddia ərizəsi və ona əlavə sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələblərinə əməl edilmədiyindən, habelə məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Göründüyü kimi hazırkı iş üzrə cavabdehlərin VÖEN hesabı mövcudur. Belə ki, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd, eyni zamanda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə MPM-in 150.2-ci maddəsinin tələbi baxımından çatdırılmalı olduğu halda iddiaçı buna dair sübutları təqdim etməmişdir. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsində qeyd edilən məlumatdan və məhkəməyə təqdim edilmiş ödəniş qəbzinin surətindən göründüyü kimi xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə X6 və ya Asanpay vasitəsilə 100 manat dövlət rüsumunu ödəyən şəxs hazırkı işlə əlaqəli olmayan başqa şəxs, yəni X4 olduğu halda iddiaçı tərəfindən həmin şəxsin səlahiyyətini təsdiqləyən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər “X3” X7 və Azərbaycan Respublikası X6 Bələdiyyəsinə qarşı “Ünvan 1 ərazisində yerləşən və X6 Bələdiyyəsinin mülkiyyətində olan 10.15 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı “X3” X5 Şəki ərazi Torpaq müsabiqə və Hərrac Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqənin baş tutmuş və onun müsabiqənin qalibi olmağı öhdəliyinin “X3” X5 Şəki ərazi Torpaq müsabiqə və Hərrac Komissiyasının üzərinə qoyulmasını; X6 Bələdiyyəsinin üzərinə onun mülkiyyətində olan torpaq sahəsinin xx.xx.2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi kimi ona icarəyə verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə X6 və ya Asanpay vasitəsilə (rüsumu qəbul edən təşkilat "xxxx" ASC) ödənilmiş 100 manat Dövlət rüsumu ödəyən şəxs X2 dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-529/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-529/2025
18.04.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver