Məhkəmə qərarları › İş №e-2-2(117)-560/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-560/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-560/2024 30.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “348 manat abunə borcu, 35 manat qeydiyyatdan çıxma aktı və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2014-cü il tarixli 8213 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri- 130F01 tipli, 00172320 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2014-cü il tarixdə vergi orqanında qeydiyyata alınmış, fəaliyyət növü “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” qeyd olunmuş və sahibkarlıq fəaliyyəti hal-hazırda aktivdir. Cavabdehə xidmət edən Merkuri 130F01 markalı 00172320 zavod nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmamışdır. Eyni zamanda məlum olur ki, Merkuri 130F01 markalı NKAdan başqa, WizarPOS Q2 markalı, WP22261Q63202154 zavod nömrəli nəzarət kassa aparatı da mövcuddur ki, hər iki kassa aparatı qeydiyyatdan çıxmamaqla cavabdehə məxsus sahibkarlıq obyektinə kassa xidməti göstərir. Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək fəaliyyətini dayandırdığı göstərilsə də, xx.xx.2022-ci il tarixdə araşdırma aktına əsasən fəaliyyəti aktivləşdirilmiş və xx.xx.2022-ci il tarixdə bəyannamə ilə fəaliyyəti aktivləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehə məxsu sahibkarlıq subyektinə WizarPOS Q2 markalı, WP22261Q63202154 zavod nömrəli NKA quraşdırılmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan aylıq 6 manat abunə borcu kimi 252 manat ödənilmişdir. Tərəflər arasında mübahisə həllini tapmadığından iddaçı məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01,1** MF ***F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır.Belə ki, nəzarət kassa aparatı (NKA) vasitəsi ilə ödəyici (istehlakcı) pul əməliyyatlarını qeyd edir. Və NKA-da rüb ərzində vurulan bu pulların cəminə ( Zhesabatı) görə ödəyici vergini ödəyir. NKA-ya kənar müdaxilələr olmasın deyə xüsusi icazəsi olan STXM-bu kassanın fiskal yaddaşını blomblayır. Vergi ödəyicisi müqavilə bağladıqdan sonra STXM kassanı blomplayır və xüsusi Akt tərtib etməklə bu Aktı Vergilər Nazirliyinə yollayır. Və Vergilər Nazirliyi bu blomb Aktı əsasında bu kassanı qeydiyyata alır. (Blomb Aktı əlavə edilir.) Hər rüb Vergi ödəyicisi Vergiyə bəyannamə (online) təqdim edir. Və bu bəyannamədə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXM-tərəfindən Zhesabatı çıxarılaraq VN-ə təqdim edilərək təsdiqlənir. Həmçini işlədiyi dövrdə STXMtərəfindən hər mövsümdə saat dəyişikliyi etmək və uyğun saatı düzəltmək, kassa aparatı xarab olarsa, onu təmir etməkdir. Bu qərara əsasən İddiaçı MMC Cavabdeh arasında da xx.xx.2014-cü ildə 8213 nömrəli müqavilə ilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdehhəmin öhdəliyi yerinə yetirməmişdir. Beləliklə Cavabdeh tərəfindən 2016-cı ildən 12ay, 2019-cu ildən 2 ay, 2020-ci ildən 7 ay, 2021-ci ildən 11 ay 2022-ci ildə 12ay, 2023 cü ildən 12ay, 2024-cü ildən 2ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 58 ay abunə borcu 348 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir Həmçinin məhkəmənin keçirilməsi ilə bağlı 30 manat məbləğində məhkəmə xərci ödənilmişdir. Bu səbəbdən tələb olunan pulun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanı üzrə xx.xx.2024cü il tarixdə (İsmayılov) təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2014-cü il tarixli 8213 nömrəli müqavilə, 11 saylı Ərazi Vergilər Baş İdarəsindən təqdim edilən çıxarışlar, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 752.1, 752.2) İlk öncə məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə münasibətdə qeyd edir ki, tərəflər arasında podrat münasibətlərindən əmələ gələn müqavilə bağlanmışdır. Belə ki, cavabdehin sifarişi əsasında onun nəzarət-kassa aparatına texniki servis xidməti göstərilmiş və bunun müqabilində cavabdeh muzd ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış, tərəflərin iradə ifadəsini əks etdirməklə həqiqi hüquqi nəticələr yaratmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehə servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2014-cü il tarixli 8213 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130F01 tipli, 00172320 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. İddiaçı iddia ərizəsində tələb edilən abunə borcunun ödənilməsi müddətlərinin 2016cı ildən 12 ay, 2019-cu ildən 2 ay, 2020-ci ildən 7 ay, 2021-ci ildən 11 ay, 2022-ci ildə 12 ay, 2023 cü ildən 12 ay, 2024-cü ildən 2 ayı əhatə etdiyini iddia edir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli çıxarışlardan müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2014-cü il tarixdə vergi orqanında qeydiyyata alınmış, fəaliyyət növü “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” qeyd olunmuş və sahibkarlıq fəaliyyəti hal-hazırda aktivdir. Cavabdehə xidmət edən Merkuri 130F01 markalı 00172320 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2014-cü il tarixdə quraşdırılmış və qeydiyyatdan çıxarılmamışdır. Eyni zamanda məlum olur ki, Merkuri 130F01 markalı NKA-dan başqa, WizarPOS Q2 markalı, WP22261Q63202154 zavod nömrəli nəzarət kassa aparatı da mövcuddur ki, hər iki kassa aparatı qeydiyyatdan çıxmamaqla cavabdehə məxsus sahibkarlıq obyektinə kassa xidməti göstərir. Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək fəaliyyətini dayandırdığı göstərilsə də, xx.xx.2022-ci il tarixdə araşdırma aktına əsasən fəaliyyəti aktivləşdirilmiş və xx.xx.2022-ci il tarixdə bəyannamə ilə fəaliyyəti aktivləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus sahibkarlıq subyektinə WizarPOS Q2 markalı, WP22261Q63202154 zavod nömrəli NKA quraşdırılmışdır. Göründüyü kimi cavabdehə məxsus təsərrüfat obyektində xx.xx.2022-ci il tarixdə yeni nəsil WizarPOS Q2 markalı, WP22261Q63202154 zavod nömrəli kassa aparatı quraşdırılmışdır. Beləliklə cavabdeh Merkuri 130F01 markalı 00172320 zavod nömrəli nəzarət kassa aparatından xx.xx.2022-ci il tarixinədək istifadə etmişdir. İddiaçı tərəf isə 2016-cı il tarixindən 2024-cü il tarixə ümumilikdə 58 ay üçün abunə borcunun tutulmasını tələb edir. xx.xx.2022-ci il tarixdən yeni NKA quraşdırıldığından həmin dövrdən sonra köhnə Merkuri 130F01 markalı 00172320 zavod nömrəli NKA-ya görə borc hesablanması əsassız olmuşdur. Belə ki, cavabdehə xx.xx.2022-ci il tarixdə WizarPOS Q2 markalı, WP22261Q63202154 zavod nömrəli yeni kassa aparatı quraşdırıldığı zaman həmin tarixdən etibarən sonuncuya kassa xidmətlərini yeni kassa aparatı göstərmişdir. Bu səbəbdən həmin kassa aparatı quraşdırıldığı tarixədək cavabdehə Merkuri-130F-01 tipli kassa aparatının xidmət göstərdiyi dövrlər 40 ay təşkil edir ki, aylıq 6 manatla hesablandıqda ödənilməli borc məbləği 240 manat (40 ay * 6 = 240) təşkil edir. Bundan başqa qeydiyyatdan çıxma aktı üçün 35 manatın tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, belə bir akt məhkəməyə təqdim edilməmiş, habelə təqdim edilsəydi belə 35 manat pulun hansı qaydada və nəyə əsasən hesablanmasını müəyyən etmək mümkün deyildir və buna dair sübutları iddiaçı məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia bu hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən 240 manat xidmət haqqı borcunun tutulması hissəsində təmin edilməli, qalan hissələrdə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 9,31 manatı iddiaçıdan, 20,69 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir ki, həmin rüsumdan iddiaçı tərəfindən ödənilməli 9,31 manat dövlət rüsumu çıxılaraq qalan 20,69 manat iddiaçı tərəfindən tələb edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 240 manat məbləğində abunə borcu və 20,69 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar