Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-583/2025 29.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı X1 İnstitutunun Cavabdeh Məhdud Məsuliyytli Cəmiyyətinə qarşı “müqavilə üzrə ödənilməmiş borcun tutulması” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı X1 İnstitutu Cavabdeh Məhdud Məsuliyytli Cəmiyyətinə qarşı “müqavilə üzrə ödənilməmiş 13237,57 manat borcun tutulması” tələbinə dair barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə (nümayəndlərə) lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borc məbləğinin çox hissəsini ödədiyini və qalan məbləğin də qısa müddətdə ödəyəcəyini bildirmiş, bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin qaytarılması tərəflərin hüquq və mənafelərini pozmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Eyni zamanda, iddiaçı dövlət qurumu olduğundan, eyni zamanda iddia ərizəsinin sonunda hər hansı rüsum məbləği ifadə edilmədiyindən, həmçinin təqdim etdiyi qəbz hansı məhkəmənin hansı hesabına vəsaitin ödənilməsi müəyyən edilmədiyindən dövlət rüsumunun qaytarılması məsələsi həll edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 İnstitutunun Cavabdeh Məhdud Məsuliyytli Cəmiyyətinə qarşı “müqavilə üzrə ödənilməmiş borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatətinə əsasən qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-583/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-583/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver