Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-620/2024 03.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin cavabdeh X1 qarşı “müqavilə üzrə 300 manat, qeydiyyatdan çıxarılma aktı üçün 35 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh X1 qarşı “müqavilə üzrə 300 manat, qeydiyyatdan çıxarılma aktı üçün 35 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş elektron iddia ərizəsində tərəflər bölməsində cavabdehin adı və onun haqqında məlumatlar qeyd olunmamışdır. Ərizənin tərəflər barədə məlumatlar hissəsində tərəflərin rekvizitləri dəqiq müəyyən edilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən xidmətin göstərilməsi ilə bağlı sənədlər və vergilər idarəsindən alınmalı olan məlumatlar iş materiallarına əlavə edilməmişdir. Qeyd edilən iddialarda bu sübutlar məhkəmə tərəfindən əldə edilir, lakin məhkəmənin belə sübutları əldə etməklə bağlı vəzifəsi yoxdur. Ona görə də, iddiaçı qeyd edilən sübutları sorğu vermləklə əldə etməli və müvafiq iddia qaldırmalı, sübutlar kifayət olmadıqda qanunvericiliyin tələbinə əsasən məhkəmə qeyd edilən iddiaların qəbulundan imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 284-3.2.4-cü maddəsinin tələblərinə əsasən tələbin əsaslığını təsdiq edən sənədləri ddia ərizəsinə əlavə olunmalıdır. 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyi kimi qəbul edilir. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən ərizəçinin diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh X1 qarşı “müqavilə üzrə 300 manat, qeydiyyatdan çıxarılma aktı üçün 35 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-620/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-620/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver